ABŞ alimləri bildirib ki, koronavirusun ən çox görülən əlamətlərindən biri – iybilmə qabiliyyətinin zəifləməsi və itməsidir.

Xarici mətbuat xəbərlərinə gorə, alimlər iybilmə qabiliyyətinin itirilmə səbəblərini aydınlaşdırıb.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, COVID-19 iylərin tanınmasına kömək edən zülalların köməyi ilə bədənə nüfuz edir. Bu maddələr burun boşluğunda ifraz olunur, üstəlik gəmiricilərin yaşlı nümayəndələri gənclərdən daha çox formalaşır. Alimlər belə bir mexanizmin insanlar üçün də keçərli olduğunu istisna etmir. Bundan əlavə, araşdırma yaşlı insanların koronavirusa daha həssas olma səbəblərini göstərib.

Bundan əvvəl Pasteur Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Aleksandr Semyonov COVID-19-un təkcə tənəffüs sisteminə deyil, ürək-damar sisteminə də təsir etdiyini bildirmişdi. (publika.az)

Valideyinlərin səsinə səs verən olmayınca xəstə uşaqlar özləri dilə gəlib, dərmanlarının təmin olunması üçün dövlətdən kömək istədilər.

Vidioçarxda da göründüyü kimi xəstəlikləri səbəbilə azyaşlı olan bu uşaqlar indidən ölümün, yaşamağın nə demək olduğunu bilirlər. Vaxtından əvvəl həyatla mubarizə aparmağa məcbur olan bu balaların yaşamaq üçün müəyyən dərmanlara ehtiyacları var. Lakin həm dərmanların hamısının ölkəmizdə olmaması, həm də olan dərmanların yetərincə baha olması valideyinlərin əl-qolunu bağlıyır.

Hər bir vətəndaşa, dövlət xadimlərinə, müğənnilərə, sənətkarlara, aktyorlara, hökümət və qeyri hökümət orqanlarına bu uşaqlara qulaq asıb səslərinə səs verməyinizi xahiş edirik.

Səsimizə səs verib bizə dəstək olduğu üçün AZƏRİN xanıma təşəkkür edirik.

Gündəlik və çox müddətdə mobil vasitələrdən istifadə və komputer arxasında çox oturmaq insanın baş beynində çoxsaylı zərərli dəyişikliklər yaradır.

Yapon alimləri yeni elmi tədqiqatlatının nəticəsi olaraq dəhşətli faktlar açıqlayıblar.

Alimlər bildirir ki, hər gün rəqəmsal texnologiyalardan çox istifadə beynin qızmasına və yanmasına səbəb olur.
Nəhəng informasiya axını beyinə daxil olur və beyin tərəfindən saf-çürük olunmağa zaman belə qalmadığından lazımsız informasiya arxivlənir, beyin şöbələri zibillənir, nəticədə insanın beyni yorulur, o ətrafda və özündə nə baş verdiyini anlamır. Bu sindrom daha çox 35-65 yaş arası insanlarda geniş yayılıb.

Neyrocərrahlar da bu sindromu təsdiqləyir. Onlar deyir ki, beyində informasiyanı həll edib, toplayıb saxlayan prefrontal kötük nahiyəsi var. O, alın hissəyə yaxın yerləşir. Bu zona yaddaş, qərar vermək və qarşıya çıxan problem çözmək üçün də ayrılıb.

Həddən artıq telefon, internet, computer istifadəsi bu hissəni yükləyir, lazımi informasiyaya yer qalmır, getdikcə yaddaş pozulur, insan sadə məsələləri belə həll edə bilmir. Nəticədə həmişə başı və xüsusən alın hissəsi ağrıyır. Bu insanlar işdə, təhsildə irəli gedə bilmir, çox sayda səhvlər buraxır.

Yapon alimləri məsləhət də veriblər. Telefon və kompüterdən istifadəyə konkret vaxt qoyun. Eyni zamanda ikisinə də baxmayın. Film izləyərkən və ya kompüterdə işləyərkən telefon əlinizdə olmasın.

Yemək yeyərkən telefona baxmayın, yemək zamanı başqa informasiya almaq olmaz.
Mütləq günlük yuxu normasına əməl edin. Komputerdə çalışanlar sutkada 8-9 saat yuxusunu almalıdır. Beyin yuxuda yükləmələrdən azad olur.

Qeyd edək ki, ÜST də telefon və kompüterdən çox istifadənin əhalinin ömrünün qısalmasına və xəstəliklərin artmasına səbəb olacağı barədə bildirib.    /Medicina/

“Xaliq Faiqoğlu”dan aksiya:  Sərnişinlərə tibbi maskalar paylanır – FOTO
Bu aksiya sərnişinlərin təhlükəsizliyi üçündür

Covid-19 virusunun səbəb olduğu mövcud pandemik vəziyyətin qarşısının alınması və ən əsası vətəndaşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən effektiv preventiv tədbirlər həyata keçirilir. Yol-xeber.az xəbər verir ki, Karantin şəraitinin yüngülləşdirilməsi ilə əlaqədar son günlər bəzi vətəndaşların xüsusilə ictimai nəqliyyatda Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrini diqqətə almayaraq, sosial təhlükəsizlik tələblərinə riayət etməməsi halları müşahidə olunur. Yoluxmanın minimuma endirilməsi məqsədilə ölkə başçısının çağırışlarına ilk gündən məsuliyyətlə yanaşan, həmçinin sərnişinlərin təhlükəsizliyinin qorunmasını əsas vəzifə hesab edən “Xaliq Faiqoğlu” şirkəti bu gündən yeni sosial aksiyaya start verib. 

 

Belə ki, pandemiyanın vüsət almağa başladığı ilk günlərdən sosial məsuliyyət dəyərlərinə sadiqlik nümayiş etdirən şirkət istismarında olan 18, 37, 52, 61, 65, 79, 85, 96, 135, 114, 119 və 199 saylı marşrut xətlərində ümumilikdə 250-dən artıq marşrut avtobuslarda sərnişinlərə pulsuz qoruyucu tibbi maskaların paylanmasına start verib. May ayı ərzində davam edəcək aksiya çərçivəsində gün ərzində 1000 ədəddən artıq olmaqla Bakı Tekstil Fabriki MMC-nin istehsalı olan və müvafiq sertifikatlı qoruyucu tibbi maskaların paylanması nəzərdə tutulub. Bu məqsədlə şirkət tərəfindən mobil qruplar yaradılıb və onlar eyni zamanda sərnişinlərlə maarifləndirici söhbətlər aparacaq, irad, şikayət və təklifləri qeydə alacaqlar.

 

 

Ümumiyyətlə Operativ Qərargahın, eləcə də Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq tapşırıq və tövsiyyələrini rəhbər tutan “Xaliq Faiqoğlu” şirkəti sürücü heyətinin təhlükəsizliyinə xüsusi diqqət ayırır və onlar istismar prosesində qoruyucu maska və əlcəklərdən istifadə edirlər. Həmçinin sürücülərin reysqabağı tibbi müayinəsinə nəzarət daha da gücləndirilib, onların səhhətləri gün ərzində tibbi heyət tərəfindən nəzarətdə saxlanılır. Bundan başqa nəqliyyat vasitələrində sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün şirkət tərəfindən xüsusi qablar, sürücü-sərnişin ünsiyyətini minimuma endirmək üçün şəffaf arakəsmələr quraşdırılıb, həmçinin avtobusların təlimatlara uyğun gündəlik dezinfeksiyası həyata keçirilir.

 

Onu da qeyd edək ki, pandemiya dövründə, xüsusilə Bakı Metropoliteninin işini dayandırdığı müddətdə Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə əhalinin daşınması və təhlükəsizliyi ilə bağlı vacib işlər görülüb və bu istiqamətdə fəaliyyət gücləndirilmiş rejimdə davam etdirilir.

 

 

İngiltərənin Milli Statistika İdarəsi (ONS) koronavirusdan daha çox zərər görən peşə sahələri barədə siyahı təqdim edib.

“Sky News” xəbər verir ki, təhlükəsizlik işçiləri, aşpazlar, taksi sürcüləri dünyada yayılan yeni növ koroanvirusa səbəbilə digər peşə və sənətlərə nisbətən daha çox dünyasını dəyişir. İngiltərənin Milli Statistika İdarəsi tərəfindən verilən məlumatda inşaat işçiləri, avtobus sürücüləri və məşqçilər də risk qrupuna daxildir. Həkimlər, tibb bacıları və digər tibb işçiləri isə koronavirusdan dünyasını dəyişənlər sırasında azlıq təşkil edir.      /yeniavaz.com/

Bu günə qədər heç kimin qida paketlərinə toxunaraq COVİD-19-a yoluxması ilə bağlı fakt qeydə alınmayıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tvitter hesabında “COVİD-19 yeməkdən keçə bilərmi” sualına aydınlıq gətirərkən deyib.

“Buna baxmayaraq, qida təhlükəsizliyinə diqqət etmək həmişə vacib bir yanaşmadır. Yeməyi çox yaxşı bişirmək lazımdır.

Əsasən də, ət, toyuq, yumurta və dəniz məhsullarını.

Düzgün şəkildə bişirmək demək olar ki, bütün təhlükəli mikroorqanizmləri öldürür.

Bundan başqa, daha əvvəl bişirilən yeməklər də yaxşıca qızdırılmalıdır”, – məlimatda bildirilir. (axar.az)

Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
8 may planetin hansı hissəsində yaşamasından asılı olmayaraq, azərbaycanlılar üçün milli faciə - işğal günüdür. Bu gün bu faciəli hadisənin 28-ci ili tamam olur. Əslində, ötən müddətdə Dağlıq Qarabağın mərkəzində yerləşən, tarixi Qarabağ xanlığının siyasi, Azərbaycanın isə musiqi, mədəniyyət paytaxtı, yer üzünün cənnəti olan bu kiçik şəhərin necə, kimin günahı, cinayəti ucbatından itirildiyi dəfələrlə müzakirə olunub, yazılıb, canlı debatlar, məhkəmə proseslərinin mövzusu olub. Deyiləcək yeni bir söz yoxdur.

Əlimizdə qalan işğalın acı statistikasıdır. Şuşada dağıdılıb talan edilən 279 dini, tarixi-mədəniyyət abidəsi, o cümlədən Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, eləcə də 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, səkkiz mədəniyyət evi, dörd texnikum, iki institut filialı, yeddi uşaq bağçası, dörd kinoteatr, beş mədəniyyət və istirahət parkı, iki sanatoriya, turist bazası, iki mehmanxana, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi olub. 

Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və sair abidələr Şuşada itirdiyimiz maddi-mədəniyyət xəzinələridir.

Və əlbəttə ki, Şuşanın işğalı ilə ev-eşiyini itirən 25 min azərbaycanlı... Şuşa digər azərbaycanlılar üçün vətənin bir parçası idisə, onlar üçün ev, doğma şəhər, tanış küçə, ata-baba torpağı, əzizlərin məzarı demək idi.

Şuşanın işğalı hər bir azərbaycanlını həm də ona görə yandırır ki, 18-ci əsrin ortalarında iqamətgahını Bayat qalasından dağlar qoynunda, dəniz səviyyəsindən 1300 metr yüksəlikdə yerləşən Şuşaya köçürən Pənahəli xanın əsas hədəflərindən biri də şəhəri daha yaxşı müdafiə etmək, düşmən hücumu qarşısında qorumaq imkanını yüksəltmək idi. Buna görə də hər bir azərbaycanlının şüurunda Şuşa alınmaz qala, Qarabağın simvolu idi. 

Və bu səbəbdən azərbaycanlılar hələ də Şuşa haqqında “verilib”, “xəyanət qurbanı” ifadəsi işlədirlər. Halbuki Şuşanın işğalı daha əvvəldən planlanıb, böyük hazırlıq həyata keçirilib, hücum əməliyyatı nəticəsində itirilib. Əlbəttə, burada həmin vaxt ölkədəki siyasi çaxnaşma, mərkəzi komandanlığın olmaması, təcrübəsizlik kimi faktorlar da öz işini gördü. Şuşaya xəyanət edənlər çox oldu. 

Amma Şuşa müqavimətsiz təslim olmayıb. Şəhər uğrunda bir neçə gün ağır döyüşlər davam edib. Şuşaya 11 minlik hərbi qüvvə ilə hücum edən ermənilər bir neçə gün davam edən döyüşlərdən sonra daxil olurlar.

Şəhərdəki Azərbaycan ordusunun əsgərləri, yerli özünümüdafiə könüllüləri mayın 8-dək müqavimət göstərdikdən sonra Bakıdan kömək gəlmədiyi üçün Şuşanı tərk ediblər. Ermənilər isə azərbaycanlıların gizli müqavimətindən qorxduqları üçün Şuşaya yalnız mayın 9-da daxil olurlar. O zaman artıq şəhər boşalmışdı.

Şuşa şəhəri ilə yanaşı, Canhəsən, Kosalar və Qaraqaya işğal olunur. Partizan savaşından ehtiyat edən ermənilər yalnız mayın 9-da gecə saat 4-də şəhərə daxil olurlar.

Şuşanın müdafiəsi döyüşlərində 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.

Şəhər uğrunda gedən döyüşdə 500-ə yaxın soydaşımız şəhid olur, 1860 nəfər isə yaralanır. Əlbəttə, əgər zamanında mərkəzi komandanlıq Şuşanın müdafiə planını hazırlasa və bunu həyata keçirsəydi, sayları 11 min deyil, daha çox olsaydı belə, erməni qüvvələrinin Şuşanı tutması mümkün deyildi. Çünki şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə, dağlar qoynunda yerləşirdi və çox məhdud sayda girişi vardı. Bu səbəbdən də yaxşı hazırlanmış və təchiz olunmuş qüvvələrin Şuşanı uzun müddət müdafiə etməsi mümkün idi.

Ancaq Bakıda həmin vaxt mərkəzi komandanlığın olmaması, pərakəndəlik və siyasi hakimiyyətin qərarsızlığı Şuşanı qorumaq üçün lazımi müdafiə tədbirləri həyata keçirməyə mane oldu. 

Digər tərəfdən, Şuşanın işğalı həm də erməni məkri və hiyləgərliyinin nəticəsi idi. Belə ki, Şuşanın işğalı günlərində Tehranda Azərbaycan və Ermənistan dövlət başçıları arasında sülh danışıqları aparılırdı və rəsmi olaraq atəşkəs qüvvədə idi.

Ancaq ermənilər razılaşmaya xəyanət edərək, Azərbaycandakı hərbi-siyasi vəziyyətdən yararlanmaqla Qarabağın simvolu olan Şuşanı ələ keçirdi. Bu mənada Şuşa xəyanətin qurbanıdır. Bu xəyanatdə bütün tərəflərin hər birinin öz payı vardı. 

İşğalın ən böyük zərbəsi Azərbaycan xalqına dəydi. Şuşa yalnız bir rayon mərkəzi, qədim şəhər deyildi, həm də Qarabağın simvolu idi. Təsadüfi deyil ki, bu gün də Qarabağın azadlığı ilə bağlı bütün çağırışların mərkəzində Şuşa dayanır. Çünki Şuşa Azərbaycan üçün Qarabağ deməkdir. Və istisnasız hər bir azərbaycanlı inanır ki, bir gün Şuşaya qayıdacaq. 

Ermənilər də bu müddətdə boş oturmayıb. Şuşada minimum da olsa məskunlaşma həyata keçirilib, kilsə inşa olunub. Eyni zamanda, Şuşanın simvolu olan Gövhərağa (Cümə) məscidi təmir olunub və fars abidəsi kimi təqdim olunur. Halbuki bu tarixi cəhətdən mümkün deyil. Çünki 1750-ci illərdə Şuşa şəhəri ilə eyni vaxtda inşa olunan Yuxarı Gövhərağa məscidi və Qarabağ xanlığının fars etnik qrupu ilə hər hansı bağlılığı yox idi. Çünki Şuşa faktiki müstəqil olan Qarabağ xanlığının paytaxtı idi.

İkincisi isə həmin dövrdə İranda türk olan Əfşar, daha sonra isə Qacar sülaləsi hakimiyyətdə olub. Şuşa və onun abidələri tam olaraq Azərbaycana aiddir. Ermənilər sadəcə, növbəti dəfə tarixi təhrif etmək, Azərbaycan izlərini silməyə çalışır. Bu isə mümkün deyil.

Ötən 28 ildə nə qədər ağır və ümidsiz zamanlar olsa belə, Azərbaycan xalqı heç bir zaman Şuşaya qayıtmaq ümidini itirməyib. Bu isə savaşda ən mühüm amildir. Çünki Şərq müdriklərinin dediyi kimi, məğlubiyyətlə barışmayana qədər məğlub deyilsən. Biz isə sadəcə döyüşü uduzmuşuq, özü də qeyri-bərabər vəziyyətdə, xaincəsinə, hiylə nəticəsində. Müharibə isə hələ bitməyib. /oxu.az

Rəqs edərək tabut daşıyanlardan mesaj: “Evdə qalın, yoxsa bizimlə rəqs edəcəksiniz”
Dünyada fenomenləşən qanalı tabut daşıyanlar koronavirusla əlaqədar insanları özlərini qorumağa səsləyiblər.

Baku.ws xəbər verir ki, onlar səhiyyə işçilərinə təşəkür ediblər, həmçinin bütün insanları koronavirusa qarşı ehtiyatlı olmağa çağırıblar.

Qrupun rəhbəri Benjamin Aydo Tvitterdə yayımladığı videoya şərh olaraq bunları qeyd edib:

“Evdə qalın, yoxsa bizimlə dans edəcəksiniz”.

Azərbaycanda koronavirusa ən çox bu yaşda insanlar yoluxur
Azərbaycanda ən çox koronavirusa yoluxma 50-59 yaş arasındadır.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qadınlar arasında yoluxanların sayı 54 faiz təşkil edir: “Vəfat edənlər arasında 60-69 yaşlı insanlar üstünlük təşkil edir ki, bu da 43 faizdir”.

Sürücülük vəsiqəsi ilə bağlı sürücülərin gözlədiyi                YENİLİKSürücülük vəsiqəsinin müddəti bitdikdə mesaj gələcək

Bəzən sürücülər sürücülük vəsiqəsinin etibarlılıq müddətini unuda və yolda xoşagəlməz sürprizlə qarşılaşa bilər. Avtosfer.az xəbər verir ki, lakin "myGov" portalında qeydiyyatdan keçməklə sürücülər özünü belə hallardan sığortalaya bilər. "myGov" portalında qeydiyyatdan keçdikdən sonra sürücülərə sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndəriləcək:

✅ sənədin vaxtına 60 gün qaldıqda ;
✅ sənədin vaxtına 30 gün qaldıqda ;
✅ sənədin vaxtına 10 gün qaldıqda ;
✅ sənədin vaxtı bitdikdə.

 

Xəbər lenti