Sürücülər bu küçədə bazar açıb: BNA-nın diqqətinə - FOTO
Piyada keçidləri zəbt edilib

Bakıda parklanma qaydasını kütləvi şəkildə pozan sürücülər barəsində bir neçə oxucu redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsində (Azərbaycan Universitetinin yanında) sürücülər avtomobillərini harada gəldi qanunsuz olaraq park edirlər. Bu isə həm sürücülərə, həm də piyadalara maneçilik törədir. Hətta bəzi avtomobillərin piyada keçidinin eni boyunca parklandığının da şahidi olmaq olur. Həmin ərazidən çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

Ümid edirik ki, bu məsələ ilə bağlı BNA-nın əməkdaşları həmin ərazini nəzarətə götürərək  sürücülər barədə ciddi tədbirlər görəcək.

 

 
Piyada ölümlərinin artmasına səbəb nədir? - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə piyadalara müraciət edib

Dəfələrlə xəbərdarlıq edilməsinə,təbliğat və marifləndirici tədbirlərin görülməsinə baxmayaraq, hələ də bir çox piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər. Bunu 11 ayın yol nəqliyyat hadisələrinin statistikasına nəzər salanda da görmək olur. 11 ay ərzində yol nəqliyyat hadisələri zamanı təkcə Bakı şəhərində ümumilikdə 167 nəfər ölüb ki, onların da arasında üstünlük təşkil edən piyadalardır. Bakı şəhər Baş Dövlət Yol Polisi Idarəsi piyadalara bir daha xəbərdarlıq edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Hadisələrin təhlili onu göstərir ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb.

Vaqif Əsədov bildirdi ki, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər. Elə buna görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə piyadalara müraciət edib.

 

Bununla yanaşı, piyadalara tövsiyyə olnur ki, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməsinlər, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər.

 
Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə səhər saat 08:00-dan Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Yol-xeber.az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

 

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

BNA: Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti - Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Sabah Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
Bu, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb

Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq vermək səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olacaq. Bu, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb. Sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq vermək qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2018-ci il 22 may tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” 14 noyabr 2019-cu il tarixli fərmanına əsasən, uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələri sırasına daxil edilib. Baş Nazirin sərəncamı da fərmanın icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

Xaldan-Şəki və Şəkinin giriş yolu yenidən qurulur - FOTO
Körpülər yolun 1,8-ci km-də Alıcançay, 9,5-ci km-də Şirvan kanalı və 35,6-cı km-də Dəhnəçay üzərində inşa olunacaq

Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, "M5" magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazır olan hissələrə ələqələndirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası aparılır. Körpülər yolun 1,8-ci km-də Alıcançay, 9,5-ci km-də Şirvan kanalı və 35,6-cı km-də Dəhnəçay üzərində inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edəcək.

Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Bu üzdən müxtəlif diametrlərə malik 87 borunun inşası aparılır ki, bunlardan 8-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid də tikilir. Bundan başqa Magistral yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulur.

“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

 

Analoji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa edilir. Körpülər yolun 0,4-cü km-də dəmiryolu, 0,7-ci km-də Əyriçay, 1,4-cü km-də Küncüt çayı, 4,6-cı km-də Sarı Qobu çayı kanalı və 5,2-ci km-də Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edəcək.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal qərb istiqamətindən Mazimçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur.

Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.

Xatırladaq ki, ötən il sözügedən magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

 

Bakı-Sumqayıt ərazisinə metrobüs xətti çəkilə bilər - RƏSMİ
Bakı şəhərində metrobüsün olması istisna olunmur

Bir çox ölkələrdə alternativ nəqliyyat vasitələri müvcuddur. Yol-xeber.az xəbər verir ki, bu barədə BNA-nın Nəqliyyat İinfrastrukturunun Təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə REAL TV-yə bildirib. Bakıda Metrobüs, yaxud tramvay xəttinin yaradılması barədə danışan qurum rəsmisi bildirib ki, bu istisna olunmur: "12 metrlik avtobuslardan 280 ədədi paytaxta gətirilib. Son 18 metrlik 20 ədəd avtobuslar da yaxın müddətdə paytaxta gətiriləcək. Metrobüsdən əvvvəl istəyirik ki, insanlar sərnişindaşımaya etibar etsinlər. İlk növbədə insanların güvənini qazanmalıyıq. Təbii ki, İstanbulla Bakı şəhəri müqaisə oluna bilməz. İstanbul böyük şəhərdir. Bakı şəhərində müəyyən analizlər, təhlillər edirik. Sərnişinlərin daha sıx getdiyi ərazilər araşdırılmalıdır. Misal üçün Sumqayıt ərazisini deyə bilərəm. Bakı-Sumqayıt ərazisini deyə bilərəm. Bakı şəhərində metrobüsün olması istisna olunmur".
Bakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilir
Dəyişiklik dekabrın 7-dən tətbiq ediləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirir. Bu barədə Yol-xeber.az-a BNA-dan bildirilib.

Məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib.

Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı BNA-nın 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik dekabrın 7-dən tətbiq ediləcək.

 

DİQQƏT: Bu yolda nişanlar dəyişdi- Cərimələnə bilərsiniz - FOTO
Tıxacın qarşısını almaq məqsədi ilə dəyişiklik olunub

Paytaxtın Yasamal rayonu Kənar Dairəvi yolda hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Kənar Dairəvi yolunun sağ hərəkət hissəsində (Yeni Yasamala gedən hissədə) yerləşən dairədə  hərəkət üstünlüyü dəyişdirilib. Belə ki, əvvəllər hər üç istiqamətdən dairəyə daxil olan sürücülər, dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət edirdilər.

Səhər saatlarında Yeni Yasamaldan gələn avtomobillərin sayı çox olduğuna görə həmin yolda tıxac yaranırdı. Tıxacın qarşısını almaq məqsədi ilə dairənin Yeni Yasamaldan gələn hissəsinə 2.1 baş yol nişanı, həmin kəsişmədə isə dairə boyunca hərəkət edənlərə (dairənin daxilində) 2.4 yol ver nişanı quraşdırılıb. Digər iki istiqamətdən dairəyə daxil olan nəqliyyat vasitələri üçün isə əvvəlki hərəkət rejimi dəyişməz olaraq qalır.

Sürücülərə tövsiyə edirik ki, həmin yolda hərəkət edən zaman yol nişanlarına diqqət etsinlər və qaydaları pozmasınlar.

 

Xəbər lenti