|
Gələn ay Bakı metrosuna növbəti yeni qatar gətiriləcək.
Azvision.az xəbər verir ki, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün 60 yeni vaqon istehsal edəcək.
Belə ki, hər il 20 yeni vaqon gətiriləcək və ilk qatar 2020-ci ilin fevralında Bakıya çatdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Yol-xeber.az"a verilən məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.
Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur.
31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.
Qeyd edim ki, ərazidə gələcəkdə bu iimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-də qatarlara ilk dəfə olaraq GPS sistemi quraşdırılacaq.
Bunu Yol-xeber.az-a açıqlamasında QSC-nin İnnovasiyaların təhlili və tətbiqi şöbəsinin rəisi Nəriman Nağıyev bildirib. Onun sözlərinə görə, quraşdırılacaq sistem vasitəsilə maşinistə xəbərdarlıq olunacaq:
“Qatar hərəkətdə olan zaman qarşıda maneə, təhlükə olarsa, sistem vasitəsilə hərəkət sürətinə nəzarət olunacaq və mühərrikin işini məsafədən dayandırmaq imkanımız olacaq.
Məsələn, qatar sürətli hərəkət edir, qəfil şəkildə qarşıya maşın və digər maneə çıxır, sürət azalana kimi arıtq problem yaranır. GPS sistemi vasitəsilə bunlara nəzarət olunacaq. Bu proses 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək”.
QSC rəsmisi bildirib ki, Bakı-Astara dəmir yolu xətti ilə bağlı layihədə yolların əsaslı təmiri və elektrikləşdirilməsi yer alır:
“Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsi yenidən qurulacaq. Bu zaman birxətli yolun ikixətli edilməsi, elektrikləşdirilməsi və işarə vermə rabitə sisteminin quraşdırılması planlaşdırılır. Bu işlər çərçivəsində torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlər davam etdirilir.
Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, agentlik bu çərçivədə Kürdəmir rayonunda 3 yol infrastrukturu layihəsini icra edib. Layihələr Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85,2 km uzunluğa malikdir.
Kürdəmir rayonunda icra olunan 3 yol infrastrukturu layihələri 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
Avtomobil yolları boyu zəruri olan hissələrdfə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri qum-çınqıl, üst layının optimal-qırmadaş qarışığı ilə aparılıb.
Yolların böyük hissəsi torpaq örtüklü olduğu üçün bu ərazilərdə tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq, ərazilərdə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının, daha sonra isə xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.
Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb, ərazidə əhalinin sosial həyatına müsbət təsir edən kənd təsərrüfatının inkişafı sürətlənib.
Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılıb. Layihələrin sonuncu mərhələsində çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanaqcaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarınin, km göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülüb.
Avtosefer.az AVTOPARK rubrikasında müxtəlif iri dövlət və özəl şirkətlərin avtomobil parkları haqqında məlumatlar dərc edir.
Bugünki araşdırdığımız obyekt Azərbaycanın ən böyük dövlət şirkətlərindən biri olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsidir
SOCAR Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Prezidentinin ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında'' 24 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq qurulub. Nəqliyyat İdarəsinin əsas məqsədi ARDNŞ-nin Baş ofisi və strukturuna daxil olan qurumlar üzrə təşkilati, idarəçilik, təsərrüfat, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün tələb edilən avtomobil və xüsusi texniki vasitələrinin təmin olunmasından ibarətdir.
Gündəlik iş rejimi
Şirkətdə istər iri tutumlu, istərsə də kiçik tutumlu və sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri gündəlik olaraq fəaliyyət göstərir. İdarənin gündəlik fəaliyyətinə avtomobillərin texniki baxışdan, sürücülərin tibbi müayinədən keçirilməsi, o cümlədən müvafiq iş qrafikinə əsasən nəqliyyatın hərəkət sxeminin qurulması daxildir. Burada əməkdaşlar tərəfindən kiçik və iri tutumlu avtobuslar, minik maşınlarının iş yerinə gətirilməsi, o cümlədən yanacaq və digər aidiyyəti materialların müvafiq sturukturlara çatdırılması mühüm rol oynayır. Nəqliyyat İdarəsinin tabeliyində olan avtobusların gündəlik müntəzəm xətt üzrə qrafikləri var. Şirkət əməkdaşları müəyyən olunmuş ərazilərdən iş yerlərinə çatdırılır və axşam işdən çıxan zaman yenidən əvvəlki yerə qaytarılır. Həmçinin günün tələbinə uyğun olaraq müntəzəm xətlərdən əlavə xüsusi xətlər də müəyyən olunur ki, bu da yenə şirkət daxilində daşımalara xidmət edir.
Ən ciddi məsələlərdən biri də yanacaq və təhlükəli maddələr daşıyan maşınlardır. Həmin maşınları idarə edən sürücülər mütamadi olaraq təlimlər keçir, hər gün reysqabağı tibbi müayinədən keçirilir, həmçinin maşınlar yoxlanılır. Yanacaq daşıyan maşınlar terminalların tələbatına uyğun olaraq seçilir və Dövlət Yol Polisi tərəfindən müəyyən olunmuş qrafiklə günün müəyyən olunmuş saatlarında hərəkət edirlər.
Sürücülər işə necə qəbul olunur?
SOCAR Nəqliyyat İdarəsində sürücüləri işə qəbul edərkən ilk növbədə onların peşəkarlığı nəzərə alınır. Əsasən yük maşınlarının idarə edilməsində təcrübə əsas götürülür. Həmçinin “Mercedes” şirkəti ilə bağlanmış müqaviləyə əsasən sürücülər mütəmadi olaraq təlimlərdən keçirlər. Onlara idarə etdikləri maşınların təhlükəsi barədə məlumat verilir. Bunun sanki hər an partlaya bilən bomba olması izah olunur.
Nəqliyyat sahəsinə hansı töfhələr verilir?
Təbii ki, SOCAR Nəqliyyat İdarəsi nəqliyyat sahəsinə töfhələr də verir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DYP ilə birgə avtomobillərin havaya buraxdığı zəhərli qazların ölçülməsi ilə bağlı reydlər keçirilir. Bu zaman sürücülərə müxtəlif maarifləndirici tövsiyyələr verilir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb. Yol-xeber.az"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container"dən bildirilib.
Məlumata görə, 40 futluq konteyner Türkiyə-Qazaxıstan marşrutu ilə hərəkət edən blok qatarının tərkibində ölkəmizin ərazisindən keçərək, Qazaxıstanın Yeti Su Stansiyasına çatdırılıb. 20 konteynerdən ibarət blok qatarının yükü dizel yanacağı ilə işləyən minik avtomobilləri olub. Daşıma “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”nin operatorluğu ilə həyata keçirilib. 2017-ci il oktyabrın 30–da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, ötən il bu xətlə 4135 (TEU), bu il isə 5810 (TEU) konteyner daşınıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Belə ki, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31- i dekabr və 01, 02, 03, 04, 05 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.
Belə ki, dekabrın 27, 28, 29 –u və yanvarın 01-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.
Geriyə Tbilisidən sərnişin axını əsasən 02, 03, 04 və 05 yanvar 2020-ci il tarixlərində gözlənilir.
Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 04 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.
Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat 800-da Bakıdan yola düşəcək qatar saat 1145-də Gəncəyə çatacaq. Saat 1600-da isə Gəncədən yola düşəcək və saat 1945-də Bakıda olacaq.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Gələn ilin fevralında Abşeron dairəvi dəmir yolu xəttinin açılışı nəzərdə tutulur. Bir qədər əvvəl isə həmin xəttin üzərində yerləşən Pirşağı dəmir yolu stansiyasının açılışı olub.
Dairənin istifadəyə verilməsinin əhəmiyyəti nədir və hansı potensial imkanları var?
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, Abşeron dairəvi dəmir yolu layihəsinin reallaşması nəqliyyat yükünü azaldaraq tıxacları aradan qaldıra bilər: "Müxtəlif dünya təcrübələri göstərir ki, sürətli elektrik qatarları sərnişin daşınmasında kifayət qədər ciddi paya və əhəmiyyətə malikdir. Abşeron dairəvi dəmir yolu əslində konsept olaraq çox əhəmiyyətli bir layihədir. Dairəvi yolun açılışı nəqliyyat yükünü azalda və tıxacları aradan qaldıra bilər".
"Bu məsələnin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, dairəvi yolun infrastrukturu formalaşdırıldıqdan və tikinti tamamlandıqdan sonra dairənin əhatəsinin genişləndirilməsinə zərurət yaranır. Belə ki, Bakının mərkəzindən, həmçinin Xırdalan, Binə və Şıxov istiqamətlərindən dairəvi dəmir yolu sisteminə qoşulmağa imkan verən əlavə xətlərin çəkilməsi mümkün olsa, onda bu yol sərnişin daşınmasında kifayət qədər ciddi əhəmiyyətə malik olacaq.
Məsələn, Lökbatandan kimsə Sumqayıta getmək istəyirsə, bizə həmin xətti dairəvi yola birləşdirmək lazım olacaq. Nəticədə sərnişin Bakıya girmədən dairəvi dəmir yolu xəttinin imkanlarından istifadə edərək Sumqayıta və ya Binəyə çata biləcək. Digər tərəfdən, həmin dairəvi yola xidmət edəcək mərkəzi stansiyaya metro xətti çəkməklə onun da birbaşa dairəvi yola çıxışı təmin oluna bilər. Bu vaxt periferiyadan hava limanı istiqamətində gedən sərnişinlərin yenə də şəhərə girmədən birbaşa hava limanına çatdırlması təmin ediləcək. Yəni bu formada şəbəkələşmiş bir sistem qurmaq mümkündür", - İ.Hüseynli qeyd edib.
Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.