|
Koroğlu stansiyasında axşam saaatlarında sıxlıq olub. Platformada müşahidə edilən sıxlıq insanları narahat edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
O bildirib ki, mövcud sıxlıq axşam saat 7-8 radələrində müşahidə edilib:
“Xüsusi sərnişin sıxlığı “Koroğlu” stansiyasının “Alov” parkına tərəf olan çıxışında olub. Stansiyadan çıxış qapıları açıq olub. Bu vəziyyət yalnız platformada və pilləkənlərdə 5 dəqiqə müddətində davam edib.
Platfotmanının uzunluğu təxminən 100 metrdən bir qədər artıqdır və 1 dəqiqə ərzində platformanı tərk etmək mümkündür. Xüsusilə pik saatlarda sərnişinlər bu məqamı nəzərə alaraq metrodan istəfadə qaydalarına bir qədər riayət etsələr, bu kimi sıxlıqların qarşısı alınar”.
Şamaxı rayonudakı sürüşmə sahələri aktivləşib. Yol-xeber.az oxu.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində yeni çəkilməkdə olan yolun Şamaxı istiqamətində hərəkət zolağının sol tərəfində çatlar yaranıb, asfaltda çöküntülər əmələ gəlib. Yeni çəkilən yolun bu hissəsində sürüşmənin aktivliyini nəzərə alaraq həmin əraziyə beton plitələr yerləşdirilsə də, təbiət hadisəsi nəticəsində yola ciddi ziyan dəyib.
Qeyd edək ki, əvvəlki illərdə də yolun 106,107,108-ci km-ləri sürüşmənin ən aktiv nöqtələri hesab olunub. Bu ərazilər sürüşməyə meyilli ərazilər hesab edilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib. Həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.
Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.
Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Yol-xeber.az-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.
QSC-dən bildirilib ki, sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib.
Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.
“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub.
Azərbaycan Dəmir Yollarında (ADY) son bir neçə ildə sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması və müştəri məmnunluğunun təmin olunması daim diqqət mərkəzində olub. Bura rəqəmsal texnologiyalarla təchiz edilən müasir vaqonların xəttə buraxılması, biletlərin onlayn sifarişi və sair daxildir. Bəs ADY-də yaxın gələcəkdə xidmət keyfiyyətinin artırılması yönündə hansı işlərin görülməsi planlaşdırılır?
Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sisteminin test edildiyini deyib: “Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnuniyətinin artmasına səbəb olan amillərdəndir. Hazırda onlayn bilet almaq olur. Bilet satışı saytı həm veb, həm də onlayn uçün işlənib hazırlanıb. Bu ilin sonuna kimi isə mobil əlavə üzərindən elektron biletlərin internetdən əldə edilməsi mümkün olacaq".
Onun sözlərinə görə, sərnişinlərə xidmət səviyyənin yaxşılaşdırılması və biletlərin onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sistemi hazırda test prosedurundadır: "Gələn ayın birindən etibarən isə real rejimə keçirməyi planlaşdırırıq. Bununla yanaşı, istənilən sürət həddində sərnişinləri eyni anda Wi-Fi və sabit 3G mobil rabitəsi vasitəsilə İnternet şəbəkəsinə çıxışını təmin etmək istiqamətində texnoloji layihələndirmə prosesi davam edir. Final layihənin növbəti ilin ortasına kimi hazır olması hədəflənir”.
Yol polisinin “ölkəmizi tanıyaq” aksiyasının iştirakları bu dəfə Şəmkir şəhərində olub. Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 9-cu tağımının komandiri Elnur Zeynalov məktəblilərlə maarifləndirici söhbət edib və sagirdləri maraqlandıran suallara cavab verib. Sagirdlərə yol hərəkəti qaydaları haqda bilgilər verilib.
Ətraflı video sujetdə:
Dünəndən etibarən avtomobilin arxa yan şüşələrinə pərdə və plyonkanın vurulmasına görə cərimə tətbiq edilib-edilməməsi müzakirə olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev Yol-xeber.az-a bildirib ki, bu istiqamətdə müvafiq orqanlara təkliflər göndərilib. Hazırda bu təkliflət baxılma ərəfəsindədir. Bunu nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə avtomobillərin arxan yan şüşələrində jalüz pərdələr və plyonka istifadə edilməsinə görə cərimə tətbiq olunmayacaq.
"Yol-xeber.az" xəbər verir ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və İdarənin inspektoru polis polkovnik-leytenantı İsa Deystani, Quba rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Quba avtovağzalında maarifləndirici aksiya keçirib. Aksiyada Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı da iştirak edib. Aksiya çərçivəsində avtovağzaldan istifadə edən sərnişinlərlə söhbətlər aparılıb, onlara yol hərəkəti qaydaları izah edilib, qayda pozan sürücülərə qarşı mübarizə aparılmasında vətəndaşların da yol polisinə dəstəyinin əhəmiyyətindən bəhs olunub.
Eyni zamanda avtovağzalının bir neçə yerinə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış maarifləndirici şüarlar və sərnişinlər üçün faydalı olan məlumatlar əks edilmiş plakatlar vurulub.
Bakı Nəqliyyat Agentliyi Sosial Məsuliyyət layihələri çərçivəsində daha bir tədbirə nəqliyyat xidmətləri ilə dəstək olub. Abşeron Olimpiya İdman Kompleksində V Uşaq Paralimpiya Oyunlarının keçirilməsi ilə bağlı, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərindən (1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə və Reablitasiya Mərkəzi (Ramana qəsəbəsi), Moskva prospekti - 20 Yanvar dairəsi, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli İnternat məktəbi, Respublika Paralimpiya İdman Kompleksi (Qaradağ rayonu) ) paralimpiya idmançılarının Abşeron Olimpiya İdman Kompleksinə (Xırdalan şəhəri) daşınması təşkil olunub.