|
Hənifə Ələsgərova küçəsində mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik həyata keçirilib. Belə ki, Hənifə Ələsgərova küçəsində (Mərdanov Qardaşları küçəsi ilə kəsişmədə) mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Dəyişiklik həyata keçirilməmişdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi
Avtosfer.az xəbər verir ki, avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilirdi;
“Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmirdilər;
Dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.
Dəyişiklik həyata keçirildikdən sonra artıq:
Avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır;
Piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir;
Sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyir;
Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib.
“Bakının Baş Planın hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olunub”. Bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib. Onun sözlərinə görə, əsas istiqamətlərdən biri Bakının çoxmərkəzli şəhər olması ilə bağlı yanaşmadır: "Bunun da məqsədi Bakının mərkəzinə olan yükü azaltmaqdır. Bu gün tarixi mərkəzlə yanaşı, ənənəvi mərkəz də var. Yanaşmalar əlavə və alt mərkəzlərin yaradılmasını nəzərdə tutur. Bu gün Bakının bir tarixi mərkəzi mövcuddur. Əsas priotitet istiqamətlərdən biri Bakını tarixi irsi nəzərə almaqla inkişaf etdirməkdir".
Komitə sədrinin müavini bildirib ki, Bakının Baş Planının hazırlanması ilə bağlı digər yanaşma nəqliyyat infrastrukturu ilə bağlıdır: "Metro gündəlik həyatımızda çox əhəmiyyətlidir. Səmərəli iş nəticəsində irəli sürülən təkliflər əsasında stansiyaların sayı, onların açılma ardıcıllığında prioritetləşdirmə apardıq”.
Anar Quliyev bildirib ki, əsas priotitetlərdən biri dayanıqlı inkişafı təmin etmək üçün Bakıda bir qədər çirklənmiş ərazilərin sağlamlaşdırılmasıdır: "Digər bir istiqamət isə Bakının yeni sənaye sahələrinin müəyyənləşdirilməsi, onların inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsidir". Komitə sədrinin müavini bildirib ki, Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək: "Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq".
"Ölkə Prezidentinin tapşırığı ilə Baş Nazir və başqa müvafiq qurumların rəhbərləri Bibiheybətdə uçqun olan hadisə yerinə baxış keçiriblər. Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib”. Yol-xeber.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Onun sözlərinə görə, təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə xarici və yerli mütəxəssislər cəlb edilib: “Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.
Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.
Noyabrın 24-də günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib. Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən "Xəzər GLX" MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib.
Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.
Bakıda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, qəza paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçmək istəyən Nizam adlı şəxsi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Sürücülərin demək olar ki, hər gün tıxaca düşdüyü və şikayət etdiyi yerlərdən bəlkə də birincisi "Şamaxinka" kimi tanıdığımız ərazidir. Burda mövcud olan daimi xaos sürücüləri də, piyadaları da bezdirib. Bəs səbəb nədir? Oxuculardan biri Avtosfer.az-a fotolar göndərib. Avtomobillər qanunsuz olaraq harda gəldi park olunub.
Bundan başqa ərazidə taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir. Nəticədə avtobuslar sərnişinləri yolun ortasında düşürmək məcburiyyətində qalır. Bu isə tıxacı artırır.
Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi ən azı pik saatlarda ərazidə əməkdaşlarını xidmətdə saxlayar və bu problemlər qismən də olsa aradan qalxar.
Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət komissiyasının 10-cu iclasında iştirak edən Azərbaycan Dəmir Yollarının nümayəndələri Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə də bir sıra görüşlər keçiriblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” və “ADY Conteiner” MMC-lərin rəhbərləri Tokioda 10-dan artıq iri yük sahibləri və loqistik şirkətlərinin rəhbər heyətləri ilə danışıqlar aparıblar.“JR-Freight Railway”, “HİS Corporation”, “Yusen Logistics”, “Nippon Freight Railway Co”, “Nissin Corporation”, “Toyo Trans Corporation”, “İTOCHİ Cooperation”, “JETRO”, kimi iri biznes nümayəndələri ilə yanaşı, Azərbaycan dəmir yollarının nümayəndə heyəti Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat nazirliyində də maraqlı görüşlər keçiriblər.
Aparılan danışıqlarda Azərbayacanla Yaponiya arasında nəqliyyat, logistika və dəmir yolları vasitəsi ilə yükdaşımalar sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və Azərbaycan dəmir yollarının, “Transsibir daşımaları üzrə Koordinasiya Şurası” beynəlxalq assosiasiyanın tamhüquqlu üzvü olduqdan sonra Uzaq Şərq regionu və regionun aparıcı ölkələrindən olan Yaponiyadan, Türkiyə, Cənubi Avropa və Balkan ölkələri, eyni zamanda aralıq dənizi hövzəsi ölkələrinə yüklərin nəqli məsələsi diqqəti cəlb etməyə başladı. Azərbaycan dəmiryolçularının təklif etdiyi marşrut, Yaponiya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu. Belə ki, yüklər Yaponiyadan bərələr vasitəsi ilə, Rusiyanın Vladivostok şəhərinə, oradan isə dəmir yolu, Transsibir magistralı ilə, hərərkət ediləcək. Rusiyadan sonra yüklərin Azərbaycana, Gürcüstana və Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə Türkiyəyə və daha sonra Avropaya nəqli təklif edildi. Təkçə ötən il ərzində, Transsibir magistralı ilə daşınan tranzit yüklərin 30 faizi Yaponiyadan nəql olunan yüklərin payına düşüb. Bu xəttə yük qatarlarının sürəti sutkada 1100 km olduğundan, və yaxın zamanlarda sürətin daha da artırılacağını nəzərə alaraq, Azərbaycan dəmiryolçularının təklifləri bir sıra üstünlüklərinə görə Yaponiya biznes dairələri tərəfindən maraqla qarşılanıb. Azərbaycanın təşəbbüskarı olduğu, yeni nəqliyyat marşrutunun – “Şimal – Qərb” dəhlizinin, digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Hazırda Vladivostok-Bakı-Avropa marşrutu ilə yüklərin nəqli 21 günə həyata küçirmək mümkündürsə, Süveyş kanalı vasitəsi ilə həmin yüklərin daşınması 45 günə mümkündür. Yaxın gələcəkdə magisrtalda sürət artıqca, Şimal-Qərb marşrutu ilə yüklərin nəqlini 17 günə həayata keçirmək mümkün olacaq. Nəzərə alınsa ki, Yaponiya ilə Avropa Birliyi arasında illik yük dövriyyəsi 15 mln tondan artıqdır, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutuna həmin yüklərin bir qismini cəlb etmək mümkün olacaq.
Tokioda aparılan danışıqlarda, yüklərin nəqli mexanizmləri, tariflər, tranzit vaxtı və digər mühüm məsələlər müzakirə olunaraq, əlaqələrin yaxın zamanlarda davam etdirilməsinə dair qərarlar qəbul olunub. Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
"Bakı-Salyan yolunun “Bibiheybət” kimi tanınan məsafəsinə yaxın olan ərazidə sürüşmə olduğu üçün avtomobilin hərəkətinə məhdudiyyət qoyulub. Nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir.
Xüsusilə bütün yük avtomobilləri Bakı-Salyan yolunun 14-km-liyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb".
Yol-xeber.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayon ərazisindən keçməklə hərəkətə davam edə biləcək:
"Bu əraziyə yaxın yerlərdə yaşayan sürücülər üçün müvafiq yol nişanları qoymaqla onların təhlükəsiz hərəkəti təmin ediləcək. Dövlət Neft Şirkətinin bu ərazidə olan fəaliyyətində istifadə etdiyi texniki vasitələrin də hərəkət istiqaməti təyin edilib. Onlar 20-ci sahə dairəsindən və ya Bayıl qəsəbə daxilindən keçməklə hərəkətə davam edə biləcəklər. Hazırda vəziyyəti nəzərə alaraq sürücülərdən paytaxt istiqamətindən mərkəzə doğru hərəkət edərkən 3-cü dairəvi yolla hərəkətlərini davam etdirmələrini xahiş edirik".
Bakıda daha bir yol bərbad vəziyyətdədir. Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Prezident İlham Əliyevin hətta qəsəbə və kəndlərin daxilində yolların təmir olunması ilə bağlı göstərişi olsa da nədənsə bu yola tərəf baxan yoxdur. Səbəb barədə isə müxtəlif versiyalar səsləndirirlir. Bəziləri deyir ki, yol AAYD-nın balansında deyil. Digər tərəfdən yerli bələdiyyənin balansında pul olmadığı əsas gətirirlir. Vətəndaşlar isə düşünürlər ki, bu iki bazarın rəhbərliyi arasında olan rəqabətdən irəli gəlir. Bazarlar arasında vətəndaşlar normal hərəkət etməsinlər deyə yol illərdir bu vəziyyətdə qalıb. Yəqin ki, əsl səbəbi aidiyyəti qurumlar açıqlayar. Videonu təqdim edirik:
“Gömrük Komitəsi növbəti dəfə məntiqsiz, öz fəaliyyətlərinin nədən ibarət olduğunu hələ də anlamadığını və ya anlamaq istəmədiyini sübut edən açıqlama yayıb”. “Yeni Sabah.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O deyib ki, komitə açıqlama yayaraq ölkəyə xarici nömrə ilə maşınların daxil olub 90 gün qalma icazəsindən sui-istifadə edənlər var və buna görə də bu məsələyə nəzarəti gücləndirəcəyini bildirib: “Azərbaycan müstəqillik qazanandan sonra iş adamlarına, vətəndaşlara dağ çəkmək üzrə lider olan qurum həmişə Gömrük Komitəsi olub. Çünki, hökumət də, Komitə rəhbərləri də bu günə qədər Gömrük orqanlarının fəlsəfəsini anlaya bilmirlər. Gömrük orqanları tarixən daxili bazarı qorumaq, daxili istehsalçılara dəstək olmaq üçün yaradılan qurum olub. Amma Azərbaycanda hələ də bu prinsip işə düşməyib, Gömrük Domokl qılıncı kimi biznesin, vətəndaşın başı üzərində asılmış, ən çox korrupsiyaya uğramış qurumlardan biridir.
Azərbaycan avtomobil istehsal etmir, əvvəl Şamaxı və Naxçıvanda, indi də Nefçalada mənasız maşın yığımı ilə məşğul olan zavodlar olub. Dəfələrlə qalstuklu müəllimlərə başa saldıq ki, avtomobil istehsalı adlandırmaq üçün maşının detallarının ən azı 25%-i ölkəmizdə istehsal olunmalıdı. Bizdə isə yerli olan ancaq maşınların təkərinə vurulan havadı – vəssalam, qalan bütün detallar valyuta ilə xaricdən alınır, dollar xaricə axır, vintaçan ilə yığılan maşınları isə ancaq dövlət büdcəsi hesabına satırlar – yəni, dövlət ikiqat ziyan görür, həm büdcə pulu hesabına yığım sexləri açılıb adına avtomobil istehsalı deyirlər, həm dövlət büdcəsi hesabına həmin keyfiyyətsiz maşınları alırlar, həm də həmin büdcə manatı sonra dollara çevrilib xaricə gedir.
Paralel olaraq da Azərbaycan hökuməti avtobobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ bir ƏDV də alır. Şanlı Gömrük Komitəsi isə vətəndaşların xaricdən aldıqları maşınlara qanuni yazılmış qaimələri tanımır, özlərindən hoqqa çıxardıb maşınlara yüksək qiymət qoyub rüsum və vergiləri öz bildikləri kimi hesablayırlar.
Məzlum vətəndaş da məcbur qalıb gedir Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə ölkəyə daxil olur, hər 3 aydan bir də sərhədi keçib bir də qayıdır – bu sui-istifadə halı deyil, Gömrüyün yaratdığı rəzalətə vətəndaşın qanuni cavabıdır.
Bu gün Azərbaycan hökuməti Gömrük rüsumları və vergiləri vasitəsi ilə hər maşından istehsalçı ölkədən daha çox pul qazanır. Rusiya büdcəsi hər Ladadan cəmi 600 dollar qazandığı halda bizim hökumət bundan 3 qat artıq büdcəyə pul toplayır. Ya da yazıq “nemes” mühəndisi maşın düşünür, fəhləsi istehsal edir, amma Almaniya büdcəsi bir (məsələn) Mersedesdən maksimum 2000 avro qazanırsa, bizim hökumət əlini ağdan-qaraya vurmadan hər Mersedesdən ortalama 6000-7000 min manat pul qazanır. Budur Gömrük siyasətinin fəlsəfəsi?!
Biz dəfələrlə təklif etmişik ki, heç olmasa hibrid avtomobillər üçün rüsumları sıfırlayın, ƏDV-ni ləğv edin, bir neçə ay öncə Gömrük Komitəsinin rəsmisi yenə bəyan etmişdi ki, belə etsək bu sui-istifadə hallarına səbəb olacaq, camaat daha çox hibrid gətirəcək. Adam anlamır ki, elə məqsəd də budur ki, camaat daha çox hibrid avtomobilləi gətirsin, ölkənin avtoparkı yenilənsin, ekologiyaya müsbət təsiri olsun. Bax belə insanlar Gömrüyü idarə edirlər və bərk-bərk yapışıblar ki, Komitə ləğv edilməsin, amma edilməlidir.
Gömrük Komitəsinin ayrıca qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyanlıdır”.