seyx-rusiyaya-gedir

Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək.

Bu barədə QMİ-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, A. Paşazadə vəfat etmiş tanınmış din xadimi - Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Prezidentinin başsağlığını çatdıracaq.

Səfər çərçivəsində, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclası keçiriləcək.

Siyasi partiyalar neçə namizədlə seçkidə iştirak edəcək? - TAM SİYAHI

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin qeydə alınması başa çatıb.

Qeydiyyatda olan 26 siyasi partiyadan 25-i öz namizədlərini irəli sürüb. Bəzi partiyaların sədrləri seçkilərdə iştirak etməsə də, partiyada müxtəlif vəzifə tutan şəxslərin namizədliyi qeydə alınıb.

Modern.az namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən şəxsləri araşdırıb.

Beləliklə, siyasi partiyalar aşağıdakı sayda namizədlə seçkilərdə iştirak edir:

1. Yeni Azərbaycan Partiyası - 125 namizəd;

2. Müsavat Partiyası - 25 namizəd;

3. Vətəndaş Həmrəyliyi Partiyası - 18 namizəd;

4. Ağ Partiya - 18 namizəd;

5. Ümid Partiyası - 17 namizəd;

6. REAL partiyası - 12 namizəd;

7. Ədalət,Hüquq və Demokratiya Partiyası - 11 namizəd;

8. Klassik Xalq Cəbhəsi Partiyası - 10 namizəd;

9. Azərbaycan Milli İstiqlal Partiyası - 8 namizəd;

10. Milli Cəbhə Partiyası - 7 namizəd;

11. Azərbaycan Xalq Partiyası - 7 namizəd;

12. Ana Vətən Partiyası - 7 namizəd;

13. Müasir Müsavat Partiyası - 6 namizəd;

14. Azad Vətən Partiyası - 6 namizəd;

15. Böyük Azərbaycan Partiyası - 6 namizəd;

16. Haqq Ədalət Partiyası - 5 namizəd;

17. Demokratik İslahatlar Partiyası - 5 namizəd;

18. Vəhdət Partiyası - 5 namizəd;

19. Ədalət Partiyası - 4 namizəd;

20. Azərbaycan Demokrat Partiyası - 4 namizəd;

21. Yeni Zaman Partiyası - 2 namizəd;

22. Gələcək Azərbaycan Partiyası - 2 namizəd;

23. Azərbaycan Demokratik Maarifçilik Partiyası- 1 namizəd;

24. Böyük Quruluş Partiyası - 1 namizəd;

25. Milli Dirçəliş Hərəkatı Partiyası - 1 namizəd;

guya-israil-oz-herbcilerine-azerbaycanda-qalmagi-qadagan-edib

Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektlərinə çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, məlumatda son dövrlər bəzi ölkələrin media resurslarının mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaydığı bildirilib.

“Dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıb.

Bildiririk ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq. Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir.

Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq”, - açıqlamada vurğulanıb.

Prezident sərəncam imzaladı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.

Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nda “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilib.

Qərb Ukraynanın Rusiyada irəliləməsini istəyir: Əmindirlər ki...

Qərb siyasi dairələrində hesab edirlər ki, Ukrayna ordusu Rusiya ərazisində hərbi əməliyyatları daha da genişləndirməyə üstünlük verməlidir... Onların fikrincə, Rusiyanın Ukrayna ordusunun hərbi əməliyyatlarına müqavimət potensialı təxmin edildiyindən daha məhduddur...
Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya artıq maksimum gərginlik həddinə çatıb. Hazırda bu müharibə onun başlanğıcında olan coğrafiyadan kənara çıxmağa başlayıb. Üstəlik, bu proses təxmin edildiyindən daha sürətlə inkişaf edir. Hətta bəzi məqamlarda hərbi-siyasi proseslərin inkişaf istiqamətləri müəyyən mənada, gözlənilməz xarakter də daşıyır. Və bu baxımdan, Ukrayna savaşının bundan sonrakı nəticələrini müəyyən etmək hazırda kifayət qədər çətindir.

Ancaq hələlik tam dəqiqliyi ilə məlum olan inkaredilməz reallıq ondan ibarətdir ki, Ukrayna savaşı artıq daha geniş areala yayılmağa başlayıb. Üstəlik, belə anlaşılır ki, bu, yalnız başlanğıc mərhələdir. Çünki bundan sonra baş verə biləcək hadisələrin inkişaf istiqamətləri daha çox Rusiyanın verəcəyi reaksiyadan asılı ola bilər. Halbuki, Kreml Rusiya ərazisində baş verən hərbi toqquşmalara reaksiya potensialı da hazırda bir qədər qeyri-müəyyən xarakter daşıyır. Və əsas cavabsız suallar da indi məhz bu önəmli məqamdan qaynaqlanır.

Onu da qeyd etmək lazımdır ki, Kreml üçün Ukrayna ordusunun Rusiyanın dövlət sərhədlərini keçməsi sözün əsl mənasında, gözlənilməz olub. Çünki Kremldə Ukrayna ordusunun belə genişmiqyaslı hərbi əməliyyatlara yetəcək potensiala sahib olduğuna şübhə edirdilər. Hətta baş verənlərə ilkin siyasi reaksiyalar Rusiyanın hakim dairələrində savaşın belə radikal inkişaf istiqamətlərini istisna edirdilər. Və rəsmi Kiyevin belə riskli taktika seçməyə cəsarət edə biləcəyinə də ehtimal vermirdilər.

Görünür, məhz gözlənilməzlik faktoru Rusiya üçün indi əsas problemə çevrilib. Hər halda, Kremldə müzakirə mövzuları sırasında Ukrayna savaşının Rusiya ərazilərinə keçmə variantı ümumiyyətlə, mövcud olmayıb. Ona görə də, Rusiyanın hərbi-siyasi dairələri indiki qəliz situasiyaya hazırlıqsız yaxalanıb.

Ən əsası isə Rusiya hərbi kəşfiyyatı da bu situasiyada uğursuzluğun xüsusi ortağına çevrilib. Hər halda, rus hərbi kəşfiyyatı Ukrayna ordusunun Kursk və Belqorod vilayətləri istiqamətində Rusiyanın sərhədlərinə canlı qüvvə toplanmasını müşahidə etməyi bacarmayıb. Və nəticədə Rusiya ordusu hazırlıqsız yaxalandığı sərhəd toqquşmalarında geri çəkilmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, bu məsələdə daha bir önəmli məqam mövcuddur. Belə ki, Rusiya hərbi kəşfiyyatından fərqli olaraq, Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna ordusunun ölkə ərazisinə hücum edəcəyindən əvvəlcədən məlumatlı olub. Üstəlik, FTX həmin məlumatları Rusiya Müdafiə Nazirliyinə və Baş Qərargaha Ukrayna ordusunun hücumundan təxminən iki həftə əvvəl ötürüb.

Ancaq nədənsə, Rusiyanın hərbi rəhbərliyi FTX-nin həmin məlumatlarına demək olar ki, elə bir ciddi əhəmiyyət verilməyib. Hətta hətta bu barədə Rusiya prezidenti Vladimir Putinin məlumatlandırılmasına belə, ehtiyac duyulmayıb. Və indiki situasiyada məhz bu hərbi laqeydliyin real nəticələridir.

Təbii ki, bütün bunlar onu göstərir ki, Rusiya Müdafiə Nazirliyində kifayət qədər ciddi problemlər mövcuddur. Yəqin ki, Kremldə bu barədə radikal qərarların qəbul edilməsinə hazırlıq artıq başlanmış olmalıdır. Hər halda, Ukrayna savaşının Rusiya ərazisinə sıçramasına görə kimlərsə mütləq məsuliyyət daşımalı olacaqlar.

Xüsusilə də FTX-nin xəbərdarlıqlarına əhəmiyyət verilməməsi, buna paralel olaraq da prezident Vladimir Putinin Ukrayna ordusunun Rusiya ərazisinə hücum əməliyyatlarına hazırlığı barədə məlumatlandırılmaması üzərindən sükutla keçiləcək hadisə deyil. Və bunun hətta Rusiyaya qarşı daxili hərbi sabotaj kimi dəyərləndirilə biləcəyi də qətiyyən istisna deyil.

Belə anlaşılır ki, Kremlin qarşısında kifayət qədər ağır bir mərhələ dayanır. Yəni, prezident Vladimir Putin indi bir tərəfdən Ukrayna ordusunun Rusiyanın Kursk və Belqorod vilayətlərindən ən qısa zamanda çıxarılmasını təmin etmək barədə düşünməlidir. Digər tərəfdən isə Rusiyanın hərbi strukturlarında olan məsuliyyətsiz, bacarıqsız və hətta bəzi hallarda birbaşa sabotaj törətməyə çalışan generallardan təmizləmək məcburiyyətində qalıb. Və indiyə qədər onlarla rus generalının hərbi sektordan uzaqlaşdırılmasına, hətta onlardan bəziləri həbs olunmasına baxmayaraq, bu sahədə elə bir ciddi irəliləyişlər müşahidə edilmir.

Onu da qeyd etmək lazımdır ki, Kreml Rusiya ərazisinə girmiş Ukrayna ordusunun ölkə sərhədlərindən kənara çıxarılması məsələsində mümkün qədər tələsmək məcburiyyətindədir. Çünki Ukrayna ordusunun Kursk və Belqorod vilayətlərində irəliləməsi və ya bəzi yaşayış məntəqələrini nəzarət altında saxlaması Rusiyanın beynəlxalq imicinə sarsıdıcı zərbələr vurmağa başlayıb. Bu səbəbdən də, Kreml mümkün qədər tez bir zamanda savaşı Rusiya ərazisində sona çatdırmağa çalışır. Və bu, indi Rusiya üçün ilk hədəf sayılır.

Məsələ ondadır ki, Ukrayna ordusunun Rusiya ərazisinə girməsindən sonra Qərb siyasi dairələrində Kremlin cavab reaksiyası daha ciddi şəkildə müzakirə edilməyə başlayıb. Xüsusilə də, Rusiyanın bütün istiqamətlər üzrə hərbi potensialı hazırda ciddi şəkildə təhlil olunur. Qərb siyasi dairələrində bəziləri hesab edir ki, Ukrayna ordusu Rusiya ərazisində hərbi əməliyyatları daha da genişləndirə bilər. Rusiyanın bu hərbi əməliyyatlara müqavimət potensialı təxmin edildiyindən daha məhduddur. Və bu haldasa, alternativ olaraq, Rusiyanın nüvə potensialının ön plana keçmə ehtimalı gündəmə gətirilir.

Maraqlıdır ki, Qərb siyasi dairələrində son vaxtlar Kremlin Ukraynaya və NATO ölkələrinə qarşı nüvə silahından istifadə etməyə cəsarət göstərəcəyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, prezident Vladimir Putin Ukrayna savaşı ətrafında yaranmış situasiyanı Rusiyanın xeyrinə dəyişmək məqsədilə hətta taktiki nüvə silahından belə, istifadə etməz. Çünki Kremldə NATO ölkələrinin buna qarşı cavab zərbəsinin Rusiya üçün hansı dağıdıcı nəticələr verə biləcəyini də nəzərə almaq məcburiyyətindədir. Və bu baxımdan, Qərb siyasi dairələri Ukrayna ordusunun Rusiya ərazisində hərbi əməliyyatları davam etdirməsinə daha çox üstünlük verirlər.(Yeni Müsavat)

Mehriban Əliyeva Alfonso Dominqesi təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" sosial şəbəkə hesabında Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, boksçu Alfonso Dominqes ilə bağlı paylaşım edib.

"Boksçu - gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib.

Deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir.

Qeyd edək ki, siyahı ilə bu linkə keçid etməklə tanış olmaq olar.

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir""Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar Salam sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.

Oxu.Az-ın məlumatına görə, o, "X" hesabında ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, İlham Əliyev barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib.

Azhar Salam bildirib ki, İlham Əliyev jurnalistlər üçün bir çox Qərb liderindən daha əlçatandır.

Jurnalistin paylaşımını təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:

1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;

2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;

3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;

4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;

5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;

6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;

7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;

8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;

9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır.

 

 

 

"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar Salam sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.

Oxu.Az-ın məlumatına görə, o, "X" hesabında ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, İlham Əliyev barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib.

Azhar Salam bildirib ki, İlham Əliyev jurnalistlər üçün bir çox Qərb liderindən daha əlçatandır.

Jurnalistin paylaşımını təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:

1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;

2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;

3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;

4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;

5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;

6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;

7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;

8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;

9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır.

 

 

 
Ermənistan Kremlə xəyanət edərək Qərbə doğru can atır - NƏ BAŞ VERİR?ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib ki, rəsmi Vaşinqtonun bu addımlarının reallıqla əlaqəsi yoxdur: “O'Brayen deyir ki, Ermənistan Rusiyadan üz döndərmək istəyir. Bu fikirlər ABŞ tərəfinə xas olan geosiyasi manevrlərdən biridir. Əsas məqsəd dünya ictimaiyyətində Vaşinqtona xas olan “reallıq” barədə təsəvvür yaratmaqdır. ABŞ-nin ölkəmizlə Ermənistan arasındakı əlaqələri məruz qoyduğu sınaqlar uğursuzluqla nəticələnir. Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək”.

Zaxarovanın fikirlərinə münasibət bildirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Nikol Paşinyan hakimiyyəti bütün mümkün vasitələrdən istifadə edərək Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşma siyasi kursunu yürüdür:

“Bu istiqamətdə Ermənistan tərəfindən kifayət qədər ciddi addımlar atılıb. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində fəaliyyətini dondurub. Hətta həmin təşkilatın maliyyələşmə prosesindən uzaqlaşıb. Eyni zamanda rəsmi İrəvan Rusiyanın rəhbərliyi altında olan qurumların zirvə toplantılarında iştirak etməkdən yayınır. Görünür odur ki, Paşinyan hakimiyyəti Ermənistan adından Rusiyanı tamamilə baykot etməklə məşğuldur. Ermənistan Rusiyaya arxa çevirib və Kremlə xəyanət edərək Qərbə doğru can atır. Amma Kreml hazırda Ermənistanla radikal vasitələrlə danışmaq niyyətindən uzaqdır. Çünki Moskvada çox gözəl anlayırlar ki, yaxın illərdə Ermənistanın Rusiyadan qopmaq şansı yoxdur. Çünki Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın nəzarətindədir. Eyni zamanda hərbi təhlükəsizlik məsələləri də Rusiyaya bağlıdır. Ümumiyyətlə Rusiya Ermənistan üçün erməni dövlətçiliyini qoruyan yeganə ölkə statusundadır. Yəni Paşinyan hakimiyyəti nə qədər Rusiyaya xəyanət etsə də, Ermənistan tamamilə Rusiyadan asılıdır. Ona görə də Kreml sözügedən reallıqları bilir və istənilən vaxt bir neçə radikal addımla Ermənistanı çökdürə, hətta geosiyasi xəritədən silə bilər”.

Analitiq qeyd edib ki, Rusiya hələlik belə radikal addımları atmağa tələsmir:
“Eyni zamanda Paşinyan hakimiyyətinin xəyanətkarlığına mümkün qədər tolerant yanaşmağa çalışır. Bunun əsas səbəblərindən biri 2026-cı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsidir. Moskva siyasi dairələri isə ümid edirlər ki, seçkilərdə Paşinyan hakimiyyəti məğlub olacaq və onun yerinə gələcək hökumət Ermənistanı yenidən Rusiyanın forpostu vəziyyətinə qaytaracaq. Böyük ehtimalla 2026-cı ilə qədər Rusiya Ermənistana tolerant yanaşmağa üstünlük verəcək. Əgər 2026-cı ildə Rusiyanın gözləntiləri doğrulmasa, rəsmi Moskva Ermənistanla daha ciddi məşğul olmaq məcburiyyətində qalacaq”.
Putinin köməkçisi Bakıya niyə gəlmişdi? - İqor Levitin MÜƏMMASIRusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və onu müşayiət edən şəxslərin - xarici işlər nazirinin müavini Mixail Qaluzinlə bərabər prezident Putinin köməkçisi İqor Levitinin də olması bu ölkənin mediasında ciddi müzakirə mövzusudur.

Bildirilir ki, İqor Levitinin Bakıdakı danışıqlarda yer alması Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas müzakirə mövzularından biri olduğuna şübhə yeri qoymur. Çünki Rusiya prezidentinin köməkçisi məhz bu marşrut üzrə danışıqlar üçün görəvləndirilib, o, daha əvvəl də Bakıda bu mövzuda müzakirələr aparıb. “Vedemosti” nəşri yazır ki, Rusiya və Azərbaycan uzun illərdir ki, Şimal-Cənub dəhlizinin işə salınması üçün böyük səylər göstərirlər, lakin İran tərəfi prosesi ləngidir. “İndi beynəlxalq gündəm dəyişib və Tehran onu işə salmaqda maraqlıdır. Bakı və Moskva yerüstü keçidlərin tikintisində İran tərəfinə kömək edə bilər, çünki onlar bütün iştirakçılar üçün iqtisadi səmərə vəd edən yeni geoiqtisadi marşrut açacaq. Bu baxımdan, Şimal-Cənub layihəsinin ən mühüm tranzit dəhlizi olan ölkə potensial olaraq eskalasiya zonasına çəkildiyi üçün Rusiya "barmağını nəbzində saxlamalıdır"- nəşr yazır.

Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistandan və Fars körfəzindən Rusiyaya, Qərbi Avropaya, Baltikyanı və Skandinaviya ölkələrinə məhsul daşımalarına imkan yaradan multimodal layihədir. Hazırkı ənənəvi marşrutdan 40% qısa və 30% ucuz olan Şimal-Cənub Nəqliyyat Dəhlizinin uzunluğu 7,200 kilometr təşkil edir. Layihənin əsas məqsədi alternativ marşrutlarla müqayisədə çatdırılma vaxtının azaldılması və qiymət baxımından effektivliyin artırılmasıdır. Fars körfəzi - Süveyş kanalı - Aralıq dənizi - Baltik dənizindən Helsinkiyə dəniz yolu ilə yüklərin daşınması 45-60 gün təşkil edirsə, Şimal-Cənub dəhlizi üzərindən daşımalar 20-25 gün ərzində həyata keçirilir.

İlk mərhələdə Azərbaycan ərazisindən hərəkət edəcək gözlənilən yük nəqliyyatı dövrü 3 mln. ton, ikinci mərhələdə - 5-8 mln. ton, üçüncü mərhələdə isə 15 mln. ton təşkil edir.

Nəqliyyat dəhlizi Baltik dənizi - Rusiya - Azərbaycan - Hindistan marşrutu üzərindən keçir.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Rusiyanın nəhəng bir bazar olduğunu bildirdi: “Azərbaycan tranzit qovşağında yerləşir. Bu nəqliyyat dəhlizi ölkəmiz üçün çox əhəmiyyətlidir. Bununla Azərbaycan beynəlxalq ticarət və yükdaşımalarda xüsusi rol oynaya bilər. Rusiya bazarının həcminə baxın. Eynilə cənubda İran bazarının və digər ölkələrin tutumuna baxın. Bu gün bir sıra Qərb şirkətləri artıq Rusiyaya qayıtmaq istəyirlər. Çünki Rusiya nəhəng bir bazardır. Eyni zamanda İran da, cənubdakı digər ölkələr də. Bu bilirsiniz nə deməkdir? Bu, yük daşınma həcminin gələcəkdə çoxluğu deməkdir. Yüklərin çoxluğu isə tranzit xərclərinin və ödənişlərinin çoxluğu deməkdir. Məhz bu, qeyd edilən istiqamətin bizim üçün iqtisadi faydasıdır. Təhlükəsizlik faydası nədir? Rusiya və İranın müasir beynəlxalq münasibətlər sistemində bir-birinə ciddi ehtiyacı vardır. Hər iki dövlətin Qərblə problemləri vardır. Elə bizim də Qərblə münasibətlərimiz sabit deyildir. Qərb bizdən neft-qaz idxal etməsinə baxmayaraq, bizə qarşı zaman-zaman Ermənistanın yanında olduğunu göstərir. Bizə qarşı sanksiya qəbul etməkdən danışır. Hətta Ermənistana silah da verir. Belə bir ortamda Azərbaycan İrana da, Rusiyaya da bir əlaqələndirici kimi lazımdır. Azərbaycana da bu lazımdır. Azərbaycan əslində yenə də balanslaşma siyasətinə keçir. Hamı ilə qarşılıqlı maraqlar əsasında tərəfdaşlıq münasibətlərində maraqlıdır. Nə üçün? Azərbaycan artıq bir vasitəçi kimi çıxış edə bilir. Belə ki, Azərbaycan Türkiyə ilə müttəfiqdir. Türkiyənin birbaşa ünsiyyətə girməkdə problemi olan ölkələr vardır. Tutaq ki, İsrail. Azərbaycan isə İsraillə tərəfdaşdır. Lazım olanda Azərbaycan müəyyən məsələlərdə vasitəçi ola bilər. Biz ərazi olaraq nəhənglərin ortasındayıq. Ona görə də bizə mobillik və şəbəkələrdə, yəni tranzit qovşaqlarında iştirak çox lazımdır. Bu həm də bizim özümüzün mal və xidmətlərimizin hərəkəti üçün zəmin formalaşdırır. Diversifikasiya edilmiş marşrutların varlığı bizim üçün də önəmlidir”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə İranın mütləq şəkildə İsrailə cavab verəcəyini proqnozlaşdırır: “İran-İsrail arasında hərbi eskalasiya sadəcə regional deyil, qlobal təhlükəsizlik baxımından mühüm çağırışlar doğurur. Rəsmi Bakı isə hər zaman ən kəskin mövqe fərqləri olan tərəflərin danışıqlar apararaq ortaq məxrəcə gəlməsi üçün faydalı güzərgah olub. 2019-cu ildə NATO və Rusiya generalları Kurtis və Gerasimovun Bakı görüşünü, İsrail və Türkiyə arasında bir zamanlar mövcud gərginliyin azaldılmasında Bakının barışdırıcı rolunu (hazırda bu iki dövlət arasında münasibətlər yenə pozulmuşdur və Azərbaycan-Türkiyə siyasətləri İsrail məsələsində artıq uzlaşmırsa da) xatırlatmaq yerinə düşər. Hazırda İsrail-İran gərginliyi fonunda yenə Bakı mühüm güzərgah olaraq diqqət mərkəzindədir. Bunun bir sıra səbəbləri var: 1) Azərbaycanın həm İran, həm də İsraillə ciddi əməkdaşlığı vardır. 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsi ilə Azərbaycan və Rusiya mühüm geosiyasi və geostrateji məsələlərdə uzlaşdırıcı danışıqlar aparmağı öhdəsinə götürüblər. 2) Azərbaycan-Rusiya-İran arasında Şimal-Cənub dəhlizinin açılması ilə bağlı ortaq mövqe və müvafiq razılaşmalar əldə olunub ki, hərbi eskalasiya, Cənubda yeni müharibə bu dəhlizin gələcəyini təhlükəyə ata bilər. Müqayisə, Rusiya-Ukrayna müharibəsi Rusiyadan Ukrayna vasitəsilə Avropaya gedən enerji və ticari yolların bağlanması ilə nəticələndi. Odur ki, Rusiyanın maraqları bölgədə yeni müharibədən yayınmaq, deskalasiyaya nail olmaqdır. Lakin nəzərə alaq ki, bütün bunlar İsrailin 1 apreldə İran konsulluğuna hücumu və İranın ilk dəfə öz ərazisindən cavab hücumları ilə müşayiət olundu. O zaman da 7 SEPAH rəsmisi, o cümlədən 2 general öldürülmüşdü, bu dəfə də Haniyənin ölümü İran üçün qırmızı çizgilərin keçilməsidir. Xatırlayaq ki, 27 sentyabra bizi sövq edən qəhrəman generalımız Polad Həşimovun öldürülməsi idi. Yəni hərbi və siyasi liderlərə qarşı açıq və birbaşa hücumlar cəzasız qalmır. Odur ki, İran da mütləq şəkildə İsrailə cavab hücumu edəcək. Lakin bütün qlobal vasitəçilər bu hücumun daha lokal olması, regional alovlanmaya səbəbiyyət verəcək qədər böyük olmaması yönündə təlqinlərdə bulunmaqdadır”.

“Yeni Müsavat”

Xəbər lenti