|
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yay aylarında parlament seçkisinin keçiriləcəyini düşünür.
Bu barədə o, Modern.az-a bildirib.
Deputatın fikrincə, seçki avqust-sentyabr aylarında ola bilər.
“Bunu növbədənkənar parlament seçkisi adlandırmaq olmaz. Amma mənim proqnozuma görə, bu seçki avqust-sentyabr aylarında ola bilər. Əslində, mənim də dəqiq məlumatım yoxdur, amma düşünürəm ki, bu proses ya iyuna qədər olmalıdır, ya da keçəcək payıza. Hər halda bu il parlament seçkisinin keçirilməsi istisna edilmir”, - deputat qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də Azərbaycanda bir neçə aydan sonra parlament seçkisinin gözlənildiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Məlumatda vurğulanıb ki, prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
***
Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
Bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb.
İclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş olub.
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.
APA xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə çıxış edib.
Onun sözlərinə görə, bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır.
“Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq”, - Patel qeyd edib.
ABŞ və Fransa prezidentləri qondarma “erməni soyqırımı” ilə bağlı danışarkən, ilk növbədə öz ölkələrinin geopolitik maraqlarını ön planda tuturlar, bu iki dövlətə Ermənistan Cənubi Qafqaz uğrunda mübarizədə sadəcə, “geopolitik” alət kimi lazımdır... Yəni, əslində, erməni toplumuna yalançı vədlər verən ABŞ və Fransa Ermənistanı bilərəkdən yeni fəlakətlərə doğru yönəldir, çünki hər iki ölkə tərəfindən Ermənistan və erməni toplumu Rusiyanın önünə atılmış “geopolitik girov” kimi istifadə olunur...
Ermənistan və erməni toplumu hazırda öz daxili ziddiyyətləri ilə baş-başa qalıb. Hər halda, erməni toplumunun son dörd il ərzində reallıqla uydurma “xəyallar” arasında fırlandığı qətiyyən şübhə doğurur. Bu, əslində, Ermənistan cəmiyyəti üçün içərisindən çıxılmas olduqca çətin olan “siyasi-ideoloji labirint” xarakteri daşıyır. Və erməni toplumu uydurma “xəyallar”ın girovluğundan çıxıb, real məkana yerləşməyi bacarmazsa, bütövlükdə Ermənistan dövlətinin mövcudluğu da ciddi təhlükə qarşısında qala bilər.
Erməni zehniyyatı bütün dünyanın onlara aid olduğunu iddia edir. Hətta bu toplum uydurduğu yalanlarla özünü də buna inandırıb. Üstəlik, bütün dünyanın da onlara inanmasını tələb edir. Yəni, erməni zehniyyatı heç bir əsası olmayan, məntiqsiz və absurd miflərdən qidalanır. Bu miflərin sayəsində də mövcudluğunu qorumağa çalışır. Və miflər bir-birinin ardınca dağılmağa başladığından, indi reallığın sərt üzü qarşısında sarsıntı keçirtmək məcburiyyətində qalıb.
Təbii ki, erməni miflərinin dağıdılmasında Azərbaycanın həlledici rolu inkaredilməzdir. Çünki Ermənistan Azərbaycanın 20 faiz ərazisini 30 il ərzində işğal altında saxlayırdı. Hətta erməni toplumu işğal olunmuş Azərbaycan ərazilərinin artıq Ermənistana aid olduğuna belə, inanmağa başlamışdı. Bir gün Azərbaycan ordusunun erməni toplumunu əsl reallıqla baş-başa buraxa biləcəyini heç ağıllarına belə, gətirmirdilər.
Ancaq Azərbaycan ordusu erməni miflərini cəmisi 44 gün ərzində darmadağın etməyi bacardı. Əvvəlcə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı lovğa iddiaların nə qədər böyük bir yalan olduğu ortaya çıxdı. Ardınca, Ermənistan Azərbaycanın bütün ərazilərindən çıxmalı oldu. Sondasa, rəsmi İrəvan “Dağlıq Qarabağ” da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qaldı. Və nəticədə erməni toplumu onilliklər boyu davamlı təbliğ etdiyi miflərin böyük əksəriyyətindən məhrum oldu.
Ona görə də, indi erməni toplumu uydurduğu ən böyük yalanın ildönümünü son dörd il ərzində əvvəlki dövrlərdə olduğu kimi qeyd edə bilmir. Çünki indi Ermənistanın mövcudluğu belə, ciddi müzakirə və mübahisə mövzusudur. Hər halda, dünyanın ən böyük uydurması olan qondarma “erməni soyqırımı” ilə bağlı iddialar indi o qədər də ön planda deyil. Hətta erməni toplumunda bu uydurma iddialardan imtina etməyin qaçılmaz olduğuna inanların sayı artmağa başlayıb.
Məsələ ondadır ki, hazırda qondarma “erməni soyqırımı”na dünyada yalnız “böyük tarixçilər” – ABŞ prezidenti Ço Bayden və Fransa prezidenti Emmanuel Makron erməni toplumundan daha çox inanır. Bu iki “böyük tarixçi” yenə də öz təkrarsız “intellektlər”ini və “biliklər”ini nümayiş etdiriblər. Yəni, növbəti dəfə ermənidən daha çox erməni olmağı bacarıblar. Və bununla da əslində, Ermənistana yaxşılıqdan daha çox pislik etmiş olublar.
Maraqlıdır ki, ABŞ və Fransa prezidentlərindən fərqli olaraq, Ermənistan baş naziri Nikol Paşinyanın bu barədə mesajları daha ehtiyatlı məzmun daşıyır. Belə ki, bir müddət öncə baş nazir Nikol Paşinyan qondarma “erməni soyqırımı” zamanı həyatını itirənlərin siyahısını hazırlamaqla bağlı ideya ortaya atıb. Ancaq bu ideya erməni diasporu və radikal-revanşist dairələr tərəfindən qəzəblə qarşılanıb. Nə qədər qəribə də olsa, onlar baş nazir Nikol Paşinyanı qondarma “erməni soyqırımı”na şübhə ilə yanaşmaqda suçlayıblar.
Əslində, erməni diasporu və radikal-revanşist dairələrin narahatlığını anlamaq çətin deyil. Çünki məhz onlar hamıdan yaxşı bilirlər ki, əgər, belə bir siyahının tərtib olunmasına başlanılarsa, nəinki 1,5 milyon, heç 5 min nəfərin belə, adını tapmayacaqlar. Səbəbsə, çox sadədir. Qondarma “erməni soyqırımı” dünyanın ən böyük yalanıdır. Türkiyədə belə bir hadisə heç vaxt baş verməyib.
Ermənilər əslində, Türkiyədən Qərb ölkələrinə köç edən bir neçə yüz erməninin sayını bir qədər də şişirdərək, qondarma “erməni soyqırım” ilə bağlı iddiaları uydurublar. Və əgər, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və s. ölkələrin arxivləri açılarsa, qondarma “erməni soyqırımı”nın necə böyük bir yalan olduğu dərhal ortaya çıxacaq və mif dağılmış olacaq.
Bu böyük yalanın ifşa olunması isə ilk növbədə məhz Ermənistan üçün faydalı ola bilər. Çünki erməni toplumu onilliklər boyu öz böyük uydurmasının girovuna çevrildiyindən, Ermənistan qonşu ölkələrlə, xüsusilə də, Azərbaycan və Türkiyə ilə normal münasibətlər quraraq, inkişaf etmək şansından məhrum qalır. Ermənistanda bu reallığı məcburiyyət qarşısında anlayan yalnız bir nəfər var. Belə ki, Co Bayden və Emmanuel Makrondan fərqli olaraq, məhz Ermənistan baş naziri Nikol Paşinyan “soyqırım” ifadəsini işlətməyib. Əksinə, o, “erməni xalqı geosiyasi intriqaların və yalan vədlərin qurbanına çevrildi. Biz bundan sonra vətən axtarmaqdan imtina etməliyik” deməklə, təmsil etdiyi toplumun gözünü açmağa çalışıb.
Təbii ki, bu səbəbdən də, hazırda baş nazir Nikol Paşinyan erməni toplumunda sərt ittihamlara tuş gəlməkdədir. Onu hətta Ermənistana xəyanət etməkdə belə, suçlayırlar. Bu, onu göstərir ki, baş nazir Nikol Paşinyan ermənilərin “tarixi hadisələr”in girovuna çevrildiyini vurğulayanda tamamilə haqlıdır. Üstəlik, onun “erməni xalqının geosiyasi intriqaların və yalan vədlərin qurbanına çevrildiyi” ilə bağlı dedikləri də mövcud reallığı əks etdirir.
Məsələ ondadır ki, ABŞ və Fransa prezidentləri qondarma “erməni soyqırımı” ilə bağlı danışarkən, ilk növbədə öz maraqlarını ön planda tuturlar. Bu iki ölkə Cənubi Qafqazda Rusiyaya qarşı mübarizə aparır və Ermənistan bir geopolitik alət kimi onlara lazımdır. Yəni, əslində, erməni toplumuna yalançı vədlər verən ABŞ və Fransa Ermənistana böyük pislik edir. Çünki bu iki ölkənin Rusiyaya qarşı mübarizəsində Ermənistan və erməni toplumu sadəcə, “geopolitik qurban” kimi seçilib.(Yeni Müsavat)
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.