Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırıb.

Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

“COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Respublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli həmkarlarına çatdırılıb”, – Azərbaycanın dünya təşkilatındakı diplomatik missiyası diqqətə çatdırıb.

Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO

Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.

 

 

 
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana təhvil verilməsi prosesi hazırda normal gedir. Erməni tərəfi bu məsələdə məsuliyyətli davranmağa çalışır. Qazaxın Xeyrımlı kəndi yaxınlığında yerləşən Ermənistanın Krans adlandırdığı ərazisində prosesə maneə olmağa çalışan şəxslər də bölgədən uzaqlaşdırılıb. Hazırda Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayəti ətrafında delimitasiya və demarkasiya işləri icra edilir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan da hər iki tərəfdən razılıq əsasında sərhədçilərin həmin ərazilərə yerləşdiyini bilidirib:

“Öz növbəsində Azərbaycan sərhədçiləri də üzərinə düşən işləri yerdə icra edir. Artıq Dövlət Sərhəd Xidməti tərəfindən ərazidə lazımi infrastrukturun qurulması ilə bağlı işlər görülür. Bütün bunlar prosesin yubanmadan tezliklə aparılacağına inam yaradır”.

Polkovnik hesab edir ki, Qazaxın Ermənistan nəzarətində qalan 3 anklav kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı isə müəyyən problemlərin olacağı hiss olunur:

“Amma proseslərə güc strukturları qarışacaqsa, onun ləngiməsi ehtimalı azdır. Sadəcə olaraq Ermnənistanın bu işləri sona qədər lazımi şəkildə aparması vacibdir. Ərazidə hazırda minatəmizləmə işi aparılır. Minaların tam şəkildə təmizlənməsi də mümkün deyil. Qarşı tərəfə də dəqiq mina xəritələri və formulyarların verilməsi təklif edilib”.

Üzeyir Cəfərov bildirib ki, ərazinin təmizlənməsindən və Dövlət Sərhəd Xidməti təhlükəsizliyi təmin etdikdən sonra sakinlərin yaxın dönəm üçün geri qayıtması mümkün olacaq:

“Ötən günlərdə Paşinyanın verdiyi açıqlamalar isə daha çox Rusiya hərbçilərinin Ermənistan ərazisindən çıxarılması ilə bağlıdır. Söhbət 102-ci bazanın, o cümlədən Türkiyə və İran sərhədlərindən rus əsgərlərinin çıxarılmasından gedir”.
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün başa çatır. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev açılış çıxışında ölkənin Ermənistanla sülh əldə etmək üçün fəal iş apardığını bəyan edib.

“Azərbaycanın hazırladığı sənəd əsasında danışıqlar aparılır. İndi biz sərhədlərin delimitasiyası ilə bağlı müsbət tendensiya başlandığını görürük” deyən Prezidentin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, heç bir vasitəçi olmadan həyata keçirilir: “Bu, bir daha göstərir ki, vasitəçilərə ehtiyacımız yoxdur, xüsusən də öz maraqlarından çıxış edənlər kömək etmək istəmirlər, öz siyasi və iqtisadi maraqları maraqları regiona nüfuz etməyə çalışırlar. Yenidən bölgəni alovlandırmaq istəyirlər. Biz buna imkan verməyəcəyik”. Prezident İ.Əliyev əlavə edib ki, Cənubi Qafqazda sülhə yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması nəticəsində nail olmaq mümkündür.

Qeyd edək ki, yaxın günlərdə Astanada hər iki ölkənin xarici işlər nazirləri arasında görüş olmalıdır. Bəzi ekspertlərə görə, Qazaxıstan görüşü Moskva, Brüssel, həm də ABŞ-ı qarşılıqlı mübarizəyə qoşmamaq, həmin güc mərkəzləri tərəfindən təzyiq predmetinə çevrilməmək üçün ən optimal variantdır. Tərəflərin Qazaxıstanda görüşə razılıq vermələri dolayısı ilə konkret hansısa geosiyasi maraqları olmayan ölkənin danışıqlar üçün məkan təklif etməsinin münaqişə tərəfləri üçün məqbul olduğunu göstərir. Bu dolayısı ilə həm də qlobal güclərin prosesə müdaxiləsinin qarşısını alır. Eyni zamanda müəyyən bəhanələri də tamamilə zərərsizləşdirir. Qazaxıstan münaqişənin səmimi həllində maraqlıdır. Ona görə ki, münaqişə yaxın zamanda sülh müqaviləsilə bitərsə, bu diplomatik münasibətlərdən tutmuş, əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının açılmasına yol açacaq.

Kəsəsi, Azərbaycan bəyan edir ki, bizə vasitəçi lazım deyil. Hətta XİN başçılarının görüşünü təşkil edəcək Qazaxıstan da deyir mən vasitəçi deyiləm, sadəcə, ev sahibi olacağam. Beləliklə, Bakı Brüssel və ABŞ-a mesaj verir ki, vasitəçisiz prosesləri aparmaq olar.

Bəs Azərbaycan və Ermənistan yekun sülh sazişini vasitəçisiz, masaya oturub imzalaya bilərmi? Bu, mümkündürmü, yoxsa sonda yenə də kimlərsə masada olacaq? Üstəlik, Rusiya amili də var və o, təşəbbüsü Qərbə vermək istəmir. Bu mövzuda şərhləri diqqətinizə çatdırırıq.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə maraqlı bir məqama toxundu: “Mən bu fikirdəyəm ki, Azərbaycanla Ermənistan arasında danışıqların Qazaxıstanda keçirilməsi təklifini sözügedən ölkənin prezidenti cənab Tokayev İrəvanda səsləndirsə də, təşəbbüs rəsmi Bakıdan gəlib və bu haqda razılıq mart ayında, onun Azərbaycana dövlət səfəri zamanı əldə edilib. Burada məqsəd yəqin ki, danşıqların öz vasitəçiliyi altında, yaxud da öz meydançasında keçirilməsinə və beləliklə, sülhdən çox maraqlarının təmininə çalışan gücləri neytrallaşdırmaqdan, ittiham üçün əllərinə bəhanə verməməkdən ibarətdir. Xatırladım ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında son danışıqlar bu il fevralın 28-də Berlində keçirilmişdi. Və elə həmin gün Azərbaycan Prezidenti Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini ölkəsinin dünya şöhrətli bir sıra şirkətlərinin rəhbərləri ilə birlikdə qəbul etdi. Həmin qəbul zamanı da bildirildi ki, alman şirkətləri işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərinə öz töhfələrini verməkdə maraqlıdırlar”. Deputat xatırlatdı ki, Berlindəki görüş və Almaniyanın bir sıra aparıcı şirkətlərinin rəhbərlərinin Azərbaycana səfərləri Yerkrapa terror qruplaşması snayperinin Şərqi Zəngəzurda bizim sərhədçimizi yaralaması qarşılığında onlara endirilən cavab zərbəsindən düz yarım ay sonra baş verdi: “Makron və ona bənzərlər dörd terrorçunun məhvi ilə nəticələnmiş həmin "Qisas" əməliyyatını aşırı cavab tədbiri kimi qiymətləndirsələr də, ondan sonra keçirilən görüş və Ermənistanın yenidən konstruktiv davranış sərgiləməyə başlaması Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab İlham Əliyevin bizim savaş yolu ilə sülh yaratdığımız haqda dediklərinin nə dərəcədə doğru olduğunun təsdiqidir. Və həm də onun təsdiqidir ki, qarşı tərəfin konstruktivlik sərgiləməsi üçün sözügedən əməliyyatlara bənzər ayıldıcı cavab tədbirləri də görmək lazım gəlir". Regiondakı proseslərə ayrıcı xətlər çəkənlərin təsiri altda deyil, obyektiv bucağından yanaşılanda bu, çox gözəl dərk edilir ki, fevral ayında Almanyia məhz belə bir mövqe sərgilədi. Ancaq ondan dərhal sonra rəsmi Parisin Almaniya rəhbərliyini kəskin tənqidlər, eyni zamanda Rusiyada “yad meydança” sayıldığından orada keçirilən görüşə heç də sıcaq yanaşılmadığı da üzə çıxdı. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi Rusiyada hər hansı bir görüşün keçirilməsindən boyun qaçırmaqla əslində belə davranışlar üçün Moskvaya fakt verir ki, bu da sülh prosesinə təsirsiz ötüşmür. Bax, Azərbaycanla Ermənistan arasında danışıqların Qazaxıstanda, özü də Astanda deyil, Almatıda təşkili sülh prosesinə özlərinin geosiyasi rəqabət prizmasından yanaşanları neytrallaşdırmağa, onları qıraqda saxlamağa, bizim onlardan hər hansı birinin təsiri altında deyil, öz iradəmizlə hərəkət etdiyimizi sərgiləməyə, həmin güclərə qısqanclıq, yaxud da ittiham üçün fakt verməməyə xidmət edir".

S.Alıyevin sözlərinə görə, görüş əgər Qazaxıstana keçirilirsə, nə Rusiya, nə də İranın əsası var ki, burada regiondankənar qüvvələrin rolunun artdığını deyərək qısqanclıq sərgiləsinlər: “Qazaxıstanın burada danışıqlar üçün platforma təklif etdiyini və sözügedən dövlətlərin oranı "yad meydança" saymadıqlarını, əslində bu görüşün elə həm də bir növ 3+3 əməkdaşlıq formatı fəlsəfəsinə uyğun gəldiyini nəzərə alsaq, niyə belə dediyim aydın olur”. Qərbdəki güclərə gəldikdə, deputat qeyd etdi ki, görüş əgər Astanada keçirilsəydi, bu, Suriya ilə bağlı Türkiyə-Rusiya-İran üçtərəfli anlaşmasının əldə olunduğu yer kimi onlarda müəyyən qıcıq yarada və açıq şəkildə qarşı çıxmaları üçün bəhanə verə bilərdi: “Amma əgər nəzərə alsaq ki, həmin Qərb məhz Ermənistana dəstək məqsədilə yeri gəldi-gəlmədi Almatı Bəyannaməsindən dəm vururlar, görüşün həmin şəhərdə keçirilməsi və danışıqların sözügedən deklarasiyada nəzərdə tutulan prinsiplər əsasında aparılması yəqin onları da müəyyən dərəcədə rahatlatmış olacaq. Müəyyən dərəcədə ona görə deyirik ki, Qazağın 4 kəndinin geri qaytarılmasından sonra Fransanın davranışları onun ikitərəfli danışıqlar nəticəsində əldə olunmuş bu irəliləyişdən heç də razı qalmadığından xəbər verir. ABŞ bu irəliləyişi dəstəklədiyini bildirsə də, dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngindən gəldiyim nəticə belədir ki, rəsmi Vaşinqton danışıqların məhz öz qanadı altında aparılması niyyətindən əl çəkməyib. Entoni Blinkenin, "Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşmanın ABŞ tərəfindən təqdir edildiyini", “sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərmək” istəklərini dilə gətirməsini diplomatik dildən adi dilə çevirdkdə, məhz bu, üzə çıxır. Cənab İlham Əliyevin aralarındakı telefon danışığı Blinkenə delimitasiya ilə bağlı razılaşmanın “ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu”, tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini deməsi, onun “sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı Azərbaycan Respublikasıdır, ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyi” sözləri də yenə diplomatik dildən adi dilə çevirsək, burada “ABŞ-ın istəyinə bizim heç bir vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verildiyini görürük. Cənab Prezidentin yuxarıda deyilənlərin ardınca dövlətimzin regionda hər hansı ayırıcı xətlərsiz əməkdaşlıq modelinin qurulmasını dəstəklədiyini vurğulaması vasitəçiyə niyə ehtiyacımızın olmadığına tam aydınlıq gətirir". S.Alıyev əlevə etdi ki, bu regionda kimlərin ayırıcı xətlər çəkməyi planlaşdırdıqları Brüsseldə keçirilən 5 aprel görüşündən bəllidir: “Buradan da aydın görünür ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab İlham Əliyevin bizim hər hansı vasitəçiyə ehtiyac duymadığımız, onların arasında alova odun atmaq istəyənlərin yolunun qətiyyətlə kəsiləcəyi haqda dedikləri özlərinə də çatdırılıb. Qazaxıstan görüşünün necə bitəcəyi ilə bağlı proqnozu da mən elə həmin forumda cənab Prezidentin bir fikrinə dayanaraq vermək istəyirəm. O ilk dəfə idi ki, Ermənistan rəhbərliyinin Azərbaycanda regionda sülh istədiyini anladığını diqqətə çatdırırdı. Bunu anlamaq üçün Azərbaycan əlindən gələni edib, Ermənistanı guya ona dəstək verənlərin təzyiqlərindən qorumaq qarışıq, bu gün yenə də əlindən nə gəlir edir ki, Almatı görüşü təşəbbüsü də elə bunun bir elementidir. Ermənistan verilən dəstəyi düzgün qiymətləndirsə, "xeyirxahlar"ının təzyiqlərinə tab gətirməyi bacarsa, biz bu il doğrudan da sülh anlaşması imzalaya bilcəyik və burada sözügedən görüşün rolu heç də az olmayacaq".

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda üçüncü tərəfin olmaması regionda sülhün tezliklə əldə edilməsinə gətirib çıxaracaq: “Uzun illər keçmiş Minsk Qrupu, müharibədən sonra Vaşinqton, Brüssel və Moskva formatları da uğurlu olmadı. Məhz Qazaxıstanın danışıqlar üçün yer seçilməsi ilk növbədə Azərbaycanın təklifidir. Ermənistan rəhbərliyi də bununla razılaşmalı oldu. Düşünürəm ki, sülh müqaviləsi də bu ölkədə bağlanmalıdır. Çünki Qərb və Rusiya platforması əlverişli deyil, üstəlik hər iki tərəf öz maraqları kontekstdə yanaşır. Qazaxıstanda isə, hər iki tərəf razılaşmağa məcburdur. İkitərəfli danışıqlarda müsbət tendensiya davam edir”. Ekspert qeyd etdi ki, Ermənistanda daxili siyasi prosesləri kilsə qızışdırsa da, Paşinyan Azərbaycanın gündəliyini qəbul edib: “Cənab Prezident İlham Əliyevin təqdim etdiyi gündəlik beynəlxalq hüquqa söykənir və sülhü, təhlükəsizliyi təmin edir. Qazaxıstan bu məsələdə vasitəçi deyil. Rusiya da proseslərdə Qərbin vasitəçi olmadığının fərqində olduğu üçün sülh masasında israr etməyəcək. Həm də Ermənistan hakimiyyəti Rusiyanı qəbul etmir. Moskva da bunu başa düşür. Sülh sazişi Qazaxıstanda imzalanarsa, burada üçüncü tərəf olmayacaq. Azərbaycan bu məsələdə prinsipialdır. Qərb və Rusiya arasında hərbi konfrontrasiya davam edir. Rusiyanın burada iştirakı olmayacaq. Ona görə də iki tərəf bu məsələdən mütləq kənarda qalmalıdır. Düzdür, Ermənistan çox çalışırdı ki, masada qarant ölkə olsun. Amma Azərbaycan buna getmədi”. M.Əsədullazadə hesab edir ki, yaxın perspektivdə ikitərəfli danışıqlar sülh müqaviləsinin bağlanmasına gətirəcək: “Delimitasiya və demarkasiya prosesi aparılır. İkitərəfli etimad formalaşıb. Hazırda aparılan danışıqlar Qərbin vasitəçiliyi ilə aparılmır ki, Rusiya bundan narahat olsun. Rusiya Azərbaycanın mövqeyini bilir və bununla razılaşmaq məcburiyyətindədir”.
Bakı buna nail oldu: indi qalib önündə təkik - GeqamyanAlmatıda keçiriləcək Mirzoyan-Bayramov görüşündə Ermənistan məğlub olduğu dövlətlə tək, vasitəçisiz, çətin vəziyyətdə qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri türkoloq Varujan Geqamyan erməni mediasına açıqlamasında deyib.

Onun fikrincə, görüşdə vasitəçilərin iştirak etməməsi Azərbaycanın danışıqlarda dominantlıq etmək istəyindən xəbər verir:

“Adətən daha zəif və daha həssas tərəfin maraqlarını qorumaq üçün vasitəçi tələb olunur, lakin indiki vəziyyətdə Ermənistan beynəlxalq birliyin dəstəyinə arxalana bilməyəcək və mövcud şəraitdə hərəkətə keçmək məcburiyyətində qalacaq. Türkiyə və Azərbaycan vasitəçilik platformasının mövcudluğunu istisna edən bir formatın yaradılmasına nail oldular ki, nəticədə Ermənistan onu məğlub edən iki ölkə ilə birbaşa təmasda olacaq, indi o, dəstək tapa bilməyəcək. Xüsusilə demarkasiya kontekstində sərhədyanı rayonların sakinlərinin hüquqlarını qoruya biləcək vasitəçi kimi beynəlxalq birliyə arxalanmaq çətindir”.

Onun fikrincə, Qərb də Azərbaycanı dəstəkləyir:

“Ermənistan müdafiə siyasətinə sadiq qalmaq əvəzinə, güzəşt xəttinə üstünlük verdi və bu, son nəticədə onun suverenliyinin əhəmiyyətli dərəcədə zəifləməsinə, ölkənin Türkiyənin təsir zonalarından birinə çevirməsinə səbəb oldu”.
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİVXəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin noyabrda keçiriləcəyini, ancaq bu tarixin qabağa çəkilə biləcəyini deyib, seçkiyə hazırlıqla bağlı seçki komissiyalarına tapşırıq verib.

Axar.az xəbər verir ki, Azərbaycanda parlament seçkilərinin vaxtından əvvələ çəkilməsi ehtimalı Ermənistanda panika yaradıb.

Bu ölkənin “türkoloq”u, “alim”i, “araşdırmaçı”sı Varujan Geqamyan sosial şəbəkə hesabında yazıb ki, Azərbaycanda böyük ehtimalla növbədənkənar parlament seçkiləri keçiriləcək və bu, Ermənistana hazırlanacaq yeni hücumla bağlı ola bilər.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayına düşür. Ancaq 11-24 noyabr tarixlərində ölkəmizdə beynəlxalq miqyaslı tədbir – COP29 keçiriləcək. Bu irimiqyaslı tədbiri, ölkəmizə ən azı 80 min qonağın və onlarla dövlət başçısı, nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin gələcəyini nəzərə alaraq, seçkilərin vaxtının dəyişdirilməsi gündəmdədir.

Konstitusiyaya görə, parlament seçkilərinin vaxtı uzadıla bilməz, bu halda parlament qeyri-legitim sayılır, ancaq qabağa çəkilə bilər. Buna görə də Azərbaycanda parlament seçkilərinin yay aylarına çəkiləcəyi gözlənilir.

Bunun Ermənistana hücuma nə aidiyyəti var və ümumiyyətlə, ermənilər Azərbaycanda bütün hadisələrdən niyə xoflanırlar? – məlum deyil.
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?Fransanın daxili işlər naziri Jerar Darmani Azərbaycana qarşı kəskin fikirlər səsləndirməsnə rəsmi Bakının cavabı çox gecikmədi. Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib.
Rəsmi Bakı və Paris arasında diplomatik münasibətlərdə höküm sürən gərginlik tezliklə həll olunacaq kimi görünmür. Məsələnin digər tərəfi bu gərginliyin Cənubi Qafqazda, konkret olaraq Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə təsiri ilə bağlıdır.
Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, təəssüf ki, Aİ-nin üzvü ola Fransa Cənubi Qafqazda sülh və sabiltik proseslərinin davamlı və uzunmuddətli olmasında maraqlı deyil. Onun sözlərinə görə, Fransa elitasının və siyasi iqtidarının sərgilədiyi mövqe bu fikri səsləndirməyə əsas verir:
"Fransa ATƏT-in həmsədr ölkəsi olduğu vaxtda keçmiş münaqişənin həlli üçün beynəlxalq hüququn prinsiplərinin işə salınmasına təşəbbüskar və vasitəçi olmayıb. Fransa son 30 il ərzində obyektiv və qərəzsiz mövqe sərgiləyə bilmədi".

Poitoloq qeyd edir ki, Fransa hər zaman ermənipərəst siyasət yürütməsi ilə yadda qalıb: "Bunun bəlli səbəbləri var idi. Fransanın mövqeyini Fransadakı erməni diasporunun və lobbisinin güclü dəstəyi müəyyən edir. Buna baxmayaraq Fransa ilə münasibətləri qarşılıqlı maraqlar çərçivəsində qurmağa çalışmışıq. Təsadüfi deyil, ümumilli lider Heydər Əliyevin prezident seçildikdən sonra Avropa ölkələri arasında ilk səfəri məhz Fransaya olmuşdu. Yəni, Fransanın seçilməsində məqsəd ermənis diasporunun və lobbisinin təsir imkanlarının qarşısını almaq və ən əsası Fransa siyasi mühitində erməni tərəfinin formalaşdırdığı ictimai rəyi Azərbaycanın xeyrinə dəyişmək istəyindən irəli gəlirdi".
Elşən Manafovun fikrincə, müxtəlif amillər Azərbaycanın Fransa ilə münasibətlərini istədiyi kimi qurmağa imkan verməyib:
"Azərbaycan ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı maraq doğuran bütün addımları atıb. Bu günün özündə Fransanın Azərbaycanda 200-dən çox şirkəti fəaliyyət göstərir. Buna baxmayaraq Fransa özünün ermənipərəst mövqeyindən geri çəkilmək istəmir. Bu da təsadüfi deyil. Fransanın hazırkı prezidenti və Ermənistan baş naziri hər ikisi də Sorosun təmsilçiləridirlər, onlar Rotşildlər klanı ilə bağlıdırlar. Sorosun Cənubi Qafqazda və MDB məkanında Rusiyanın təsir imkanını azaltmaq, onun nüfuz dairəsini daraltmaq üçün inqilabi fəliyyətlərə rəvac verməsi hər kəsə bəllidir. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi eyni maraqlara xidmət edib".
Politoloq hesab edir ki, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazı böhrana sürükləyir:
"Fransa Ermənistanı silahlandırmaqla regiondan Rusiyanı sıxışdırıb çıxarmaq istəyir. 2020-ci ildə davam etmiş 44 günlük müharibə Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını dəyişib. Hazırkı vəziyyətin dəyişdiirrlməsi üçün Ermənistan vasitəsilə ABŞ və Fransa Azərbaycana təzyiq və təhdidlərini artırırlar. Bu təhdid Azərbaycan dövlətçiliyini bu ölkələrlə münasibətdə adekvat siyasət kursu yeritməyə vadar edir. Bu mənada Fransa iqtidarının Cənubi Qafqazda pozucu fəaliyyəti göz qabağındadır".
Elşən Manafovun sözlərinə görə, bu Makron iqtidarının Afrikadakı müvəffəqiyyətsizliyi Cənubi Qafqaz vasitəsilə bərpa etmək niyyətindən irəli gəlir: "Təbii ki, Rusiyanın Qərbin bəlli planlarına görə Ukraynada savaşa sürüklənməsi Qərbdə belə bir fikir formalaşdırıb ki, Rusiya Cənuib Qqafqazda gedən proseslərə aktiv şəkildə müdaxilə etmək imkanlarına malik deyil. Bundan çıxş edən fransa Cənubi Qafqazı parçalamağa, eskalasiyaya sövq etməyə çalışır".

"Azərbaycan region problemlərinin həllinə "3+3" formatı ilə yanaşmağı məqbul bilir. Bu format regionun təhlükəsizlik məsələlərinin həllini region ölkələrinin iştirakı ilə zəruri edir. Məhz bu planlar Qərb ölkələrinin təhdidkar siyasətinin güclənməsinə gətirib çıxarır. Fransalı nazirin çıxışları Azərbaycanın inamlı siyasətinin təsirinin nəticəsidir. Neokolonializm və imperialist maraqlardan çıxış edən Fransa Azərbaycan tərəfindən bu siyasətə qarşı yönəlmiş ardıcıl zərbələr alır".
Ekspertin də fikrindən də aydın olur ki, Azərbaycan və Ermənistan arasındakı vasitəçisiz normallaşma prosesi bir çox planları alt-üst edir. Yəni, Cənubi Qafqazda baş verənlər təkcə bu ölkələrin tarixi və siyasi maraqları ilə məhdudlaşdmır. Qlobal güclərin müxtəlif regionlarda toqquşan maraqları özünü Cənubi Qafqazda da aydın şəkildə göstərir.
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR 

Hindistan Türkiyə və Azərbaycana qarşı məkrli planını həyata keçirmək üçün Yunanıstanla Ermənistanı silahlandırma yolunu seçib.

Ermənistana çoxlu raket, hava hücumundan müdafiə və PUA sistemi satan Hindistanın Yunanıstana isə Türkiyə döyüş gəmilərinə qarşı istifadə olunmaq üçün raket sistemləri verdiyi bəlli olub.

Xarici medianın yazdığına görə, Afinaya verilən sistemlərin NATO-da böhrana səbəb olacaq tipdə olduğu və sözügedən silahların NATO döyüş təyyarələrinə kilidlənə biləcəyi də iddia edilir.

“Financial Times”, “The Economist Times”, “Radio Free Europe” və Ermənistan KİV-i də yazır ki, İrəvana təkcə Hindistan deyil, İran da silah verir. Hindistandan başlayaraq İrandan Ermənistana uzanan dəhlizlə silah satışı ötən ilin aprelində imzalanmış üçtərəfli sazişlə təmin edilir.

Mənbələr Ermənistanın Rusiya ilə münasibətləri pisləşdikdən sonra ənənəvi silah tədarükçüsü kimi Moskva əvəzinə Tehran və Yeni Dehliyə üstünlük verdiyini, Hindistandan Ermənistana göndərilən və Azərbaycana qarşı istifadə edilməsi planlaşdırılan silahlar arasında mobil personalın PUA əleyhinə "Zen" havadan müdafiə sistemlərinin olduğunu qeyd edir.

İrəvanın “Zen” sistemləri üçün Hindistana 41 milyon dollar ödədiyi bildirilir. Bundan əlavə olaraq İrəvan Yeni Dehlidən alınan 214 millimetrlik “Pinaka” yer-yer raket sistemləri üçün 260 milyon dollar ödədiyi bəlli olub. İrəvanın Hindistandan həmçinin 155,5 milyon dollar dəyərində 84 "Advanced Gun Systems" (ATAGS) aldığı da bildirilir.
Hindistandan Ermənistana göndərilən silahlar İranın cənubunda Bəndər Abbas limanı vasitəsilə şimalda İran-Ermənistan sərhədindəki Nurduz sərhəd qapısından keçərək Ermənistana daxil olur. Bir çox silahların təyyarə vasitəsilə də daşındığı barədə məlumatlar var.
Hindistanın Yunanıstana isə mümkün bir münaqişədə Türkiyə döyüş gəmilərinə qarşı istifadə etmək üçün BrahMos (PJ-10) idarə olunan raket sistemləri verdiyi bəlli olub.

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi.

Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi və bu sahədə yaxşı potensialın olduğu bildirildi.

Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunuldu.

seckinin-qabaga-cekilmesi-deqiqdir

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, zaman-zaman bu məsələ ilə bağlı yerli mediada müxtəlif iddialar səsləndirilsə də, ilk dəfə rəsmi şəkildə seçkilərlə bağlı mövqe sərgiləndi.

“Vaxtımız çox azdır və işimiz çoxdur” deyən MSK sədri dəqiq tarixlə bağlı məlumat verməsə də, mediada seçkilərin gah iyul, gah avqust, gah da sentyabr ayında keçiriləcəyi ilə bağlı məlumatlar yer alır. 

Son prezident seçkisində namizəd olan, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev öz təxminlərini “Yeni Müsavat”la bölüşüb: “Proqnoz vermək çətindir. Amma növbədənkənar seçkilər keçiriləcəksə, buna 60 gün vaxt lazımdır. Belə olduğu təqdirdə əgər may ayında qərar veriləcəksə, iyul ayında seçkilər baş tutmalıdır. Çünki bizim qanunvericiliyə görə, noyabr ayının 3-də ölkədə parlament seçkiləri keçirilməlidir. Konstitusiyanın maddələri bunu deyir. Bundan gec seçkilər olmamalıdır”. 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov isə bildirib ki, digər bir yol referendum keçirməklə konstitusiyaya seçki günləri ilə bağlı müəyyən dəyişikliklər etməkdir: “Əslində elə gözləntilər də bu istiqamətdə idi. Biz konstitusiya islahatlarının həyata keçirilməsini və bir sıra məsələlərlə yanaşı çoxmandatlı seçki sisteminin bərpa olunmasını, Milli Məclis üzvlərinin sayının artırılmasını və bundan sonra seçkilərin keçirilməsini məqbul hesab edirik. Eləcə də bələdiyyələrin statusunun artırılması, icra orqanlarının bir sıra səlahiyyətlərinin bələdiyyələrə verilməsi kimi məsələlərin öz həllini tapmasından sonra bələdiyyə seçkilərinin keçirilməsı daha uyğun olardı”.

Xəbər lenti