ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqlarına dair hesabatı bir daha Vaşinqtonun özünü dünyanın “nəzarətçisi” kimi apardığını göstərdi. Sual yaranır: ABŞ-a dünyada insan haqlarına nəzarət etmək missiyasını kim, yaxud hansı təşkilat verib? ABŞ-ın xarici siyasət idarəsi hansı haqda başqa ölkələrə “ağıl verir?”.

Artıq dünyada ABŞ-ın hər il ənənəvi olaraq açıqladığı “insan haqlarına dair hesabat” ciddi qəbul olunmur.

Birincisi, ABŞ özünü böyük güc hesab etsə də, beynəlxalq münasibətlərdə bətrabərlik prinsipi bir ölkənin digər ölkəyə “nəzarət etmək” iddiası qəbul edilmir;

İkincisi, bu, birbaşa başqa dövlətlərin daxili işlərinə müdaxilədir və beynəlxalq hüquqa ziddir;
Üçüncüsü, ABŞ-ın bu hesabatları reallıqdan daha çox, siyasi ambisiyalara hesablanıb və hədəf seçdikləri ölkəni pisləyir, tərəfdaş hesab etdikləri ölkəni tərifləyirlər;
Dördüncüsü, bu cür hesabatlarda adətən birtərəfli yanaşma sərgilənir və yalnız “lazım” olan məqamlar əsas götürülür, adətən ikinci, yaxud üçüncü dərəcəli amerikalı diplomatların həmin ölkənin sosial şəbəkə seqmentində hansısa iddialara əsaslanan məlumatlarından ibarət olur;

Hesabatda Azərbaycanla bağlı irəli sürülən iddialar bunun reallıqdan uzaq olduğunu açıq şəkildə təsdiq edir.

Heç bir ciddi təhlil aparmadan Azərbaycana qarşı “insan haqlarının pozulması” kimi iddialar irəli sürülür. Eləcə də İrana casusluq əməlləri sübuta yetirilmiş şəxslər müdafiə olunur. Halbuki, ABŞ-ın məqsədi həqiqətən də demorkatik prinsiplər olsaydı İranın dini-klerikial dairələrin Azərbaycanda şəriət rejimi qurmaq planlarının icraçılarını “ictimai fəal” kimi təqdim etməzdi. Təkcə bu amil hesabatın məqsədinin siyasi təzyiqdaən başqa bir şey olmadığınlı deməyə əsas verir.

Hesbatda Azərbaycana qarşı iddiaların əsas mahiyyətini 44 günlük müharibə, 2022-ci ildə sərhəddə erməni təxribatından sonra baş verən qarşıdurma və 2023-cü ilin 20 sentyabrında Qarabağda suverenliyimizin bərpası məqsədilə separatizmə qarşı keçirilən əməliyyat təşkil edir. ABŞ Dövlət Departamenti torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpasını qəbul etmir, əsasən ermənilərin maraqlarının müdafiəçisi kimi çıxış edir. Hərçənd, Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qalanda ABŞ üç meymunu oynayırdı: guya görmürdü, eşitmirdi, bilmirdi; 44 günlük müharibədən sonra separatçıların suverenliyimizə qarşı təhdidlərini, hərbçilərimizin şəhid edilməsini də görməzdən gəlirdi. Amma “ermənilərin Qarabağdan getməsini” Azərbaycanda “insan haqlarının pozulması” kimi təqdim edir, hərçənd, rəsmi Bakı son ana qədər onların qalması üçün lazımi təhlükəsizlik tədbirlərini həyata keçirmişdi. Bu faktlar ABŞ Dövlət Departamentinin hesabatının uydurmadan başqa bir şey olmadığını, sırf siyasi maraqlara hesablandığını təsdiq edir.

Bütün bunların fonunda sual yaranır: Dünyada insan haqlarının qorunmasında özünü “nəzarətçi” kimi görən ABŞ-da real vəziyyət necədir, bu ölkədə insan haqları qorunurmu?

Hazırda ABŞ universitetlərində etiraz edən tələbələrə qarşı atılan addımlar başqa ölkələrə “dərs keçmək” istəyən bu ölkədə vəziyyətin ürəkaçan olmadığını göstərir. Qəzzada baş verənlərə sivil yolla etiraz edən tələbələrə qarşı açıq zorakılır aktları törədilir. Bunu hətta “Amnesty International” təşkilatı da etiraf edir.

Ümumiyyətlə ABŞ-da rasizm, islamafoviya, miqrantların hüquqlarının pozulması, həbsxanadalarda dözülməz şərait çılpaqlığı ilə ortadadır. Son 10 ilin statistikasında nəzər yetirdikdə bu ölkədə dəhşətli mənzərənin olduğunu görmək olar. Təsadüfi deyil ki, ABŞ “polis dövləti” kimi tanınır, xüsusilə müsəlman miqrantlara və qaradərili vətəndaşlara qarşı dözümsüzlük pik həddə çatıb.

Çikaqo Universitetinin araşdırmasına görə, ABŞ-da işə götürənlər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili, yaxud miqrant olması ehtimalı 90 faizdən yuxarıdır. Bu ölkədə irqi ayrı-seçkilik satış mərkəzlərində də özünü göstərir. Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin araşdırmalarına görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.

Amerikada irqi ayrı-seçkilik marixuana istifadəçilərinin həbs olunmasında da tətbiq olunur. Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının araşdırmasına görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə daha çoxdur. Qaradərililər ABŞ cəmiyyətinin cəmi 13 faizini təşkil etsə də, polisin saxladığı şəxslərin 28,4 faizi məhz qaradərili təbəqəyə aiddir. Statistikaya görə, qaradərililərin 3,1 faizi, ağdərililərin isə cəmi 0,5 faizi həbsdədir.

Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir. Hətta heyvanlara münasibətin qaradərilələrə münasibətdən daha üstün olduğuna dair fikirlər var. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqton bildirir ki, “Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və daha çox diqqət mərkəzində olub”.

ABŞ polisi qaradərililərə və miqrantlara heç bir səbəb olmadan atəş aça, onları yaralaya və öldürə bilir. Buna görə polislər adətən cəza almırlar, yaxud ciddi etiraz olarsa, minimum cəza ilə canlarını qurtarırlar.

2014-cü ilin 9 avqustunda Ferqüssonda 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz olaraq minlərlə qaradərili aksiyalara başladı. Bu aksiyalar bir neçə ay davam etdi, sonda polis zorakılığı ilə yatırıldı. Qətli törədən polis isə minium cəza aldı. 2015-ci ilin 25 aprelində 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı və qətli törədən polis cəmi 5 il cəza aldı.

2020-ci ildə Minneapolis şəhərində qaradərili Corc Floydun ağdərili polis tərəfindən qətlə yetirilməsi də belə nümunələrdəndir. Görüntülərdə ağ dərili polis zabiti Derek Şoven qaradərili Corc Floydu saxlayarkən, boynunu dizinin altında sıxır, əzilən Floyd isə qışqırırdı: “Mən nəfəs ala bilmirəm”. Nəticədə Floyd öldü. Floydun qətlindən sonra Birləşmiş Ştatların onlarla şəhərində qaradərililərin “Nəfəs ala bilmirəm” sloqanı ilə etiraz aksiyası başlandı. Günlərlə davam edən bu aksiyalar Qvardiya Qüvvələrinin sərt müdaxiləsi ilə dağıdıldı. Ağdərili zabit Derek Şoven cüzi cəza ilə yaxasını xilas edə bildi.

Əgər ABŞ “insan haqlarına dair hesabatlarında” obyektivdirsə, o zaman, bu faktları niyə hesabatlarına daxil etmir? Ümumiyyətlə belə bir ölkənin başqalarına demokratiya, insan haqları, hüquqi dövlət haqqında mühazirələr deməsi, yol göstərməsi nə dərəcədə doğrudur, yaxud mümkündürmü?

ABŞ-dakı real vəziyyət, o cümlədən, Vaşinqtonun dünyada insan haqlarını siyasi maraqlarına qurban verməsi araşdırılmalıdır. Bunu BMT edə bilər, yaxud dünya dövlətləri bir araya gələrək, özünü “nəzarətçi” hesab edən ABŞ-da razismə, islamafobiyaya, miqrantların hüquqlarının pozulmasına görə hesabat hazırlamalıdır. Əks təqdirdə, başqa ölkələri ittiham edən ABŞ öz daxilində insan haqlarını açıq şəkildə tapdalayır, görünür, cəzasızlıq mühiti onlara bunu etməyə imkan verir.

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

Aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atlarına baxıblar.

“Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə etdi”, - səfərlə bağlı məlumatda deyilir.

 

Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanla ikitərəfli dialoq nəticə verməyə başlayıb, artıq bur çərçivədə delimitasiyaya start verilib, ilk sərhəd nişanları da qoyulub. Belə bir məqamda Prezident İlham Əliyev noyabradək sülh müqaviləsinin imzalana biləcəyi mesajını verdi. Sizcə, müsbət dinamika bizi həmin vaxta qədər o nöqtəyə çatdıracaqmı?

- Bəli, hadisələr pozitiv istiqamətdə gedir. Son gəlişmələr və anlaşmalar ən azı çərçivə sazişinin imzalanmasını sürətləndirə bilər. Düzdür, yerdə başqa məsələlər də var: Zəngəzur dəhlizi, anklavlar və digər məsələlər, amma müsbət inkişaf var. Prezidentin özü də bildirdi ki, Azərbaycanın əsas tələbi 4 kəndlə bağlı idi, digər kəndlərlə bağlı danışıqlar davam edə bilər.

Zəngəzur dəhlizi də sülh müqaviləsindən kənarda qala bilər. Yəni çərçivə sazişinin imzalanması üçün elə də böyük maneə qalmayıb, artıq Qarabağa əsassız iddiadan da imtina ediblər.

Noyabrda Bakıda böyük, möhtəşəm tədbir keçiriləcək – iqlim dəyişikliyi ilə bağlı COP29. Azərbaycanın da istəyi budur ki, beynəlxalq tədbirin daha müsbət atmosferdə keçirilməsi üçün Ermənistanla ən azı çərçivə sazişi imzalansın. Baxın, kəndlərin qaytarılması və sərhəd anlaşması ilə bağlı ABŞ, Avropa Birliyi, bölgə dövlətləri, digər ölkələr, beynəlxalq təşkilatlar və BMT baş katibindən nə qədər müsbət mesajlar aldıq.

Təsəvvür edin ki, noyabradək çərçivə sazişi imzalansa, müsbət anlamda bölgəyə münasibət bir qədər də dəyişəcək. Hətta istisna etmirəm ki, noyabradək çərçivə sazişi imzalansa, hətta COP29-da Ermənistan rəhbərliyi də iştirak edə bilər.

- Əliyev Ermənistan konstitusiyanın dəyişdirilməsinin zəruriliyini də gündəmə gətirdi. Ermənistan Baş naziri Nikol Paşinyanın özü də bu haqda danışmışdı. Bəs bu məsələ necə həllini tapacaq?

- Bu da ciddi mövzulardan biridir. Çərçivə sazişi imzalansa belə, Ermənistan konstitusiyasında ərazi iddiaları qalsa, gərginlik də qalacaq. Hətta Paşinyan ötən aylarda söyləmişdi ki, konstitusiyasını dəyişmək yox, yeni konstitusiya qəbul etmək lazımdır. Paşinyan ötən günlərdə erməni cəmiyyətinə başqa bir mesaj da verdi ki, qondarma soyqırımı iddiasından da vaz keçmək, reallığı qəbul etmək lazımdır.

Bəli, növbəti mərhələdə yeni konstitusiyanın qəbulu məsələsi gündəmə gələcək. Əgər Ermənistan sülh istəyirsə, iki böyük qonşusuna ərazi iddialarını əks etdirən konstitusiyanı dəyişməlidir. Bu da olsa, bölgədə inam atmosferinin yaradılması və dayanıqlı sülh üçün daha bir fürsət pəncərəsi açılacaq.

- Bəs “soyqırımı”ndan imtina nə qədər realdır? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu kontekstdə bildirdi ki, fürsət qapısı həmişə açıq olmayacaq, Ermənistan nə qədər gec deyil, əsassız iddialardan əl çəkməlidir.

- Ərdoğan İrəvana o mesajı verdi ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq ilk növbədə Ermənistanın maraqlarına xidmət edir. Bu çərçivədə də dedi ki, fürsət qapısı həmişə açıq qalmayacaq. Prezident İlham Əliyevin özü də söylədi ki, sülh müqaviləsi imzalanarsa, Azərbaycanın əməkdaşlığa dair Ermənistana təklifləri olacaq. Təkliflərdən biri o ola bilər ki, gələcəkdə Ermənistana qaz satılsın. Bu da mümkündür.

Amma bir şərtlə ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələrini nizamlasın, dəhlizi açsın və yeni konstitusiya qəbul etsin. Bütün bunlar olarsa, Türkiyə və Azərbaycanla əməkdaşlıq da olacaq, Ermənistanın regional layihələrə qoşulması da mümkün ola bilər. Amma bir gözləmə limiti var. Ərdoğan da ona işarə edir ki, fürsət qapısı əbədi açıq qalmayacaq. Yəni biz indi əlimizi uzatmışıq, əlimiz uzun müddət boşda qalarsa, Ermənistan bu imkanlardan məhrum ola bilər.

- Tavuşda 4 kəndin Azərbaycana qaytarılmasına etiraz olaraq başlayan aksiyalarda kütləvilik olmadı. Nə baş verir: nəhayət, erməni cəmiyyəti sülh istəyir?

- Erməni cəmiyyətinin ən böyük reaksiyası İkinci Qarabağ Müharibəsindən sonra olmuşdu. Amma o zaman da meydanlara çox adam toplaya bilmədilər. Müharibədəki məğlubiyyət və minlərlə hərbçisini itirdikdən sonra küçələrə etirazçı çıxara bilmədilərsə, üstəgəl, seçkidə Paşinyan yenidən qalib gəldisə, bu o deməkdir ki, erməni cəmiyyətində radikal müxalifətə inam azalıb.

Əslində, erməni cəmiyyəti ikinci dəfə Paşinyanı seçməklə ona mandat verdi ki, get, Azərbaycan və Türkiyə ilə məsələləri həll elə, biz müharibə istəmirik. Paşinyan sərhəd məsələsində də həmin çoxluğa istinad edir. Baxın, sərhədlə bağlı İrəvanda küçə yürüşləri və mitinqlər keçirilmir. Radikallar Paşinyanı “satqın” adlandırsalar da, insanları küçələrə çıxarmağa nə taqətləri, nə inamları, nə də gücləri var.

İndi Tavuşda yolları kəsirlər, kilsədən dəstək alırlar, bu da müvəqqətidir. Çünki kütləvilik yoxdur. Çünki erməni cəmiyyəti anlayır ki, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmadan Ermənistanı rahat gələcək gözləmir.

- Prezidentin mümkün Almaniya səfəri haqda nə deyə bilərsiniz? Son zamanlarda fəallaşan, hətta anti-Azərbaycan mövqeyini korrektə edib neytral olmağa çalışan Almaniyanın hansı maraqları var?

- Almaniya Fransanı üstələməyə çalışır. Fransa yanlış anti-Azərbaycan siyasəti nəticəsində vasitəçilik imkanlarından məhrum olub. Halbuki Makron prezident olana qədər Fransanın vasitəçiliyindən imtina etmirdik. Hətta Fransada görüşlər də olmuşdu. Amma Makron anti-Azərbaycan mövqeyi sərgilədikdən, Ermənistana dəstəyi artırdıqdan sonra Fransanın vasitəçilik imkanları əlindən çıxdı. Çünki Azərbaycan Fransanın vasitəçiliyini qəbul etmədi.

Almaniya da gördü ki, artıq Fransa geri qalır, vasitəçiliyi qəbul edilmir, bu fürsətdən istifadə etməyə başladı. Bir dəfə Şolz Münxendə Əliyev-Paşinyan görüşündə vasitəçilik etdi, düzdür, nəticəsiz oldu, amma ümumilikdə faydalı idi. Bir neçə gün sonra xarici işlər nazirləri Berlində görüşdülər.

Şolz bir neçə gün əvvəl Paşinyana zəng elədi, ardınca İlham Əliyevi Berlinə dəvət etdi. İstisna etmirəm ki, Şolz uğurlu vasitəçiliyini davam etdirmək istəyir. Əslində, bu, həm Bakı, həm də İrəvan üçün faydalıdır, itirən Fransa oldu.

- Əliyev Qazaxıstanın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında ev sahibliyinə etiraz etmədiyini bildirdi. Bunu bir müddət əvvəl İrəvanda olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gündəmə gətirmişdi. Sizcə, Astana niyə qəfil sülh platforması olmaq istədi?

- Qazaxıstan Mərkəzi Asiyanın lider dövlətlərindən biridir. Azərbaycanla strateji tərəfdaşdır, qardaş ölkədir, türk dünyasının inteqrasiyasında fəal rol oynayır. Digər yandan, Qazaxıstan Orta dəhliz layihəsində maraqlıdır. Amma bu layihənin tam reallaşması üçün Zəngəzur dəhlizi işə düşməlidir. Bunun üçün Azərbaycan və Ermənistan ortaq məxrəcə gəlməlidir.

Həmçinin Qazaxıstan KTMT və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, Qazaxıstanın təşəbbüskar olmasının əsası var.

Qazaxıstan Suriya məsələsində də dialoq platforması olmuşdu, söhbət Astana prosesindən gedir. İndi də Azərbaycan və Ermənistan arasında platforma olmaqda iddialıdır. Azərbaycan bunu qəbul edir, bu, Ermənistana da zidd deyil. Tokayev İrəvandan əvvəl Bakıda olmuşdu. İndi də xarici işlər nazirlərinin Astanaya səfəri planlaşdırılır.

Əgər tərəflər sülhə çox yaxınlaşarlarsa, çərçivə sazişinin imzalanması perspektivi artarsa, bu sənədin imzalanması üçün iki məkanın adını çəkmək olar: Tiflis və Astana.

- ABŞ Konqresinə Azərbaycan rəsmiləri və hərbçilərinə sanksiyaları nəzərdə tutan bədnam layihənin təqdim ediləcəyi iddiası dolaşır. Niyə birdən-birə belə bir məsələ gündəmə gətirildi, ABŞ Azərbaycana təzyiq edir?

- Düşünmürəm ki, ABŞ Azərbaycana təzyiq edir, bu, Amerikanın milli və təhlükəsizlik maraqlarına uyğun deyil. Bu, ABŞ Konqresinin həmişəki anti-Azərbaycan mövqeyindən irəli gəlir. Azərbaycan müstəqilliyini qazandıqdan bəri Konqres bu mövqedədir, erməni lobbisinin təsiri altındadır. Ədalətsiz “907-ci düzəliş” də buna görə qəbul edilmişdi.

Təsəvvür edin ki, Azərbaycan əraziləri işğal olunur, bunlar da iddia edirlər ki, guya Azərbaycan Ermənistanı mühasirədə saxlayır və belə bir qətnamə qəbul edirlər. Bu qədər ədalətsizdirlər, onlar üçün önəmli olan ermənilərin səslərini qazanmaqdır.

Budəfəki təşəbbüs də məntiqsizdir. İkinci Qarabağ Müharibəsində qələbə qazanmış generallarımızı da hədəfə alıblar. Məntiqsizlik bundan ibarətdir ki, bu Konqres ərazi bütövlüyünü təmin etmək istəyən Ukraynaya 61 milyard dollarlıq yardım ayırır, biz də ərazi bütövlüyümüzü təmin etmişik də, həmin generallarımızın da bunda rolları olub. Bəs bizi niyə ayırırsınız? İkili standartlardır.

Ümid edək ki, ABŞ Dövlət Departamenti, Ağ Ev, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi Konqresin bu ədalətsiz mövqeyini bölüşməyəcək.
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏAprelin 19-da müvafiq olaraq Baş nazirin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının səkkizinci iclasında mühim qərarlar verildi. Görüşdə sərhədlərin delimitasiyasında irəliləyiş qeyd olundu, hər iki tərəf onu keçmiş Sovet dövründən qalan respublikalararası sərhədə uyğunlaşdırmağa çalışdı. Bu ərazilərin tarixi sərhədə uyğunlaşdırılması, rəsmi təsvirin 2024-cü il mayın 15-dək başa çatdırılması planlaşdırılır.
“Azərbaycana məxsus 4 kəndin geri alınması və sərhədlərin qütblərlə müəyyənləşdirilməsi yaxın vaxtlarda Azərbaycan və Ermənistanın bir masa arxasına oturub sülh müqaviləsi imzalamasının mümkünlüyünün göstəricisi sayıla bilər. Əslində, Ermənistan ərazisi kimi tanınan yerlərin çoxu Azərbaycan ərazisidir. Buna baxmayaraq, Azərbaycanın sülh prosesindən danışması və regionda müharibə istəməməsi ölkənin nə qədər sülh tərəfdarı olduğunun göstəricisidir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professorun fikrincə, bu proseslər Zəngəzur dəhlizinin açılması imkanlarını artırır. Ermənistan Qərb dövlətlərinin və erməni diasporunun təsiri altına düşüb yenidən terror fəaliyyətləri yaratmasa, regionda mühüm bir dövrün, hətta bir dövrün başlanğıcının şahidi ola bilərik. Çünki Zəngəzur açılsa, Türkiyə-Ermənistan sərhədləri, hətta Azərbaycan-Ermənistan sərhədləri giriş-çıxış və ticarətə açıla bilər. Bu vəziyyət həm regional səviyyədə ticarət, inkişaf, sülh və sabitlik mühiti, həm də beynəlxalq səviyyədə iqtisadi inkişaf dəhlizi və ya ticarət dəhlizi yaradacaq. Başqa sözlə, Londondan Çinə qədər qarşılıqlı əlaqə sahəsi yaradılacaq.

Kərəm Qarabulud deyib ki, baş verən proseslərin müsbət nəticələrindən ən çox faydalanacaq ölkələrdən biri də Ermənistan olacaq. Çünki Ermənistan hazırda regionda və dünyada ən pis iqtisadi mənzərəyə malikdir və faktiki olaraq onun müstəqilliyi başqa ölkələrdən asılıdır. Onlar alətə çevrilib, başqa ölkələrin ambisiyalarına xidmət etməsələr və Zəngəzurun açılmasında problem yaratmasalar, Türkiyə və Azərbaycanın sülhsevər münasibəti sayəsində bölgədə azad və firavan yaşaya bilərlər. Əks halda o, pis şəraitdə yaşamağa davam edəcək.

Professorun fikrincə, Azərbaycan üçün faydalı olardı ki, bu prosesi yaxşı dəyərləndirsin və bütün torpaqlarını möhkəm müqavilə ilə rəsmiləşdirsin, imkan daxilində Ermənistandan təzminat tələbini qeyd etsin. Çünki ermənilər 30 ilə yaxın işğal etdikləri yerlərdə Azərbaycana təxminən 1 trilyon dollar ziyan vurublar. Bunu qeyd etmək gələcək üçün əhəmiyyətli bir rekord olacaq.

“Ermənistan sülh istəməlidir. Əks halda, Azərbaycanın bütün erməni torpaqlarına haqqı hər gün özünü daha çox göstərəcək. Ona görə də Azərbaycanın sülh istədiyi bir şəraitdə ermənilər xoşbəxt olmalıdırlar”-deyə Kərəm Qarabulud əlavə edib.
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...Ermənistandakı radikallar “soyqırım” gününü qeyd edir, Ağ Ev sahibi Cozef Baydenin dəstək açıqlamasına sevinir, erməni lobbisi isə Konqresdən Azərbaycan əleyhinə sənədin qəbuluna çalışır. Heç birinin də onlara xeyri, faydası yoxdur. Bunlar keçici olsa da, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını unutmayacağıq. Ermənistanın baş naziri Nikol Paşinyan reallıqdan çıxış edərək “soyqırım” üzərindən siyasətin yanlış olduğunu və bunun qonşularla münasibətlərinə mənfi təsirindən danışır. Buna rəğmən, baş nazir polisinə iki dövlətin bayrağının yandırılmasına mane olması əmrini vermir. Sülhdən və əməkdaşlıqdan danışan Paşinyan radikalların əl-ayağını yığışdırmalı, kilsəyə yerinə göstərməlidir ki, gələcək sülh və əməkdaşlığa təhlükə yaranmasın. Ermənistan hökuməti və polisi bayraqlarımızın yandırılmasına seyrçi qalmaqda davam edəcəklərsə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək bildirib ki, Errmənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistan iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələrini həll edə, nə də inkişaf edə biləcəklər. Deməli erməni lobbisinə və radikallara Ermənistanın təhlükəsizliyi və inkişafı lazım deyil.

Elxan Şahinoğlu 
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.

"Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yay aylarında parlament seçkisinin keçiriləcəyini düşünür.

Bu barədə o, Modern.az-a bildirib.

Deputatın fikrincə, seçki avqust-sentyabr aylarında ola bilər.

“Bunu növbədənkənar parlament seçkisi adlandırmaq olmaz. Amma mənim proqnozuma görə, bu seçki avqust-sentyabr aylarında ola bilər. Əslində, mənim də dəqiq məlumatım yoxdur, amma düşünürəm ki, bu proses ya iyuna qədər olmalıdır, ya da keçəcək payıza. Hər halda bu il parlament seçkisinin keçirilməsi istisna edilmir”, - deputat qeyd edib.

 

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də Azərbaycanda bir neçə aydan sonra parlament seçkisinin gözlənildiyini bildirib.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Məlumatda vurğulanıb ki, prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

***
Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb.

İclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş olub.

 

 

 

Xəbər lenti