![]() |
|
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı genişlənib.
Yol-xeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, siyahıya aşağıdakı qurumlar əlavə edilib:
- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;
- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.
“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandum” təsdiq edilib.
Yol-xeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev konqolu həmkarı Deni Sassu Nqessoya təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:
"Hörmətli cənab Prezident,
Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkan vermişdir. Eyni zamanda bu yaxınlarda COP29-un müəyyən edilmiş Prezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizə sahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.
İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.
Görüşdən fotoları təqdim edirik: