|
Rəsmi Bakı Ermənistanın silahlandırılması üzərindən Azərbaycanın təhdid olunmasına imkan vermək niyyətində deyil, çünki təhlükənin əsas mənbəyini tam dəqiqliyi ilə bilir... Ona görə də, istənilən təhlükəyə əks təzyiq mexanizmləri ilə müqavimət imkanlarına sahib olduğunu qətiyyən gizlətmir, ən sərt və radikal reaksiyanın veriləcəyinə eyham vurur...
Cənubi Qafqaz “nifaq alması”na çevrilib. Böyük ehtimalla hələ uzun müddət belə vəziyyət öz aktuallığını qoruyub, saxlayacaq. Çünki dünya nəhəngləri israrla Cənubi Qafqaza can atırlar. Üstəlik, onların maraqları kəskin şəkildə toqquşur və bu ziddiyyətlər regionda hərbi-siyasi gərginliyi maksimum səviyyəyə çatdırıb. Və bu baxımdan, dünya nəhənglərinin toqquşan geopolitik maraqları ucbatından Cənubi Qafqaz yenidən dağıdıcı savaş məkanına çevrilə bilər.
Maraqlıdır ki, ABŞ və Qərb Rusiya ilə regional qarşıdurmada birmənalı şəkildə Ermənistana istinad edir. Məhz Ermənistan üzərindən Cənubi Qafqazda geopolitik situasiyanı gərginləşdirərək, hərbi vəziyyəti silahlı toqquşma həddinə çatdırmağa cəhd göstərir. Ona görə də, hazırda Ermənistan ABŞ və Qərbin Cənubi Qafqazda hərbi forpostu funksiyalarını öz üzərinə götürüb. Və bunun əvəsində rəsmi İrəvan Qərbdən yalnız siyasi deyil, həm də hərbi dəstək umur.
Onu da qeyd etmək lazımdır ki, bəzi Qərb siyasi dairələri Ermənistanın hərbi sahədə mümkün qədər gücləndirilməsinə də xüsusi önəm verirlər. ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş Brüssel konfransı çərçivəsində rəsmi İrəvana verilmiş hərbi xarakterli vədlər də buna örnək rolunu oynayır. Üstəlik, Brüssel konfransının nəticələri yalnız Rusiyada deyil, Azərbaycanda da müəyyən narazılıqla qarşılanmaqdadır. Və rəsmi Bakı bu barədə öz xəbərdarlıq mesajını artıq açıq mətnlə bəyan edib.
Digər önəmli məqamlardan biri də ondan ibarətdir ki, hələlik rəsmi İrəvana yalnız vədlər verən ABŞ və Avropa Birliyindən fərqli olaraq, Ermənistanı artıq silahlandırmağa başlamış ölkələr də mövcuddur. Belə ki, Fransa, Yunanıstan və Hindistan intensiv şəkildə Ermənistana silah-sursat və hərbi texnika gəndərməkdə davam edirlər. Bu baxımdan, rəsmi Bakının xəbərdarlıq mesajının ilk növbədə bu üç ermənipərəst və təxribatçı ölkəyə ünvanlandığı qətiyyən şübhə doğurmur.
Təbii ki, son vaxtlar Azərbaycan-Fransa münasibətlərinin ciddi şəkildə gərginləşməsi də mövcud situasiyanı qəlizləşdirir. Hər halda, rəsmi Paris Ermənistanın silahlandırılması prosesindən Azərbaycana geopolitik təzyiq faktoru kimi yararlanmağa cəhd göstərir. Yəqin ki, Makrom hakimiyyəti bu məkrli siyasətinə düzəliş etməzsə, Azərbaycan-Fransa münasibətləri qopma nöqtəsinə gələ bilər.
Hindistana gəldikdəsə, bu ölkənin xarici işlər naziri Azərbaycan və Ermənistanla yaxın münasibətlərinin olduğunu iddia edib. Halbuki, Ermənistanın silahlandırılması reallığı Hindistanla Azərbaycan arasında tarazlı münasibətlərin mövcudluğundan danışmaq məntiqsiz görünür. Hindistanın rəsmi dairələrisə, Ermənistanın silahlandırılmasını daha çox öz hərbi sənaye kompleksinə real bazarlar açmaq niyyəti ilə əsaslandırmağa çalışır. Və bu bazar axtarışının Azərbaycanın təhlükəsizlik maraqlarını təhdid etməsi isə qarşılıqlı münasibətlərdə çatlar yarada biləcək önəmli faktordur.
Nəhayət, Yunanıstan Azərbaycanın enerji resurslarının əsas alıcıları sırasında yer alır. Rəsmi Afina Yunanıstanın enerji sahəsində ticari tərəfdaşı olan Azərbaycanın təhlükəsizlik maraqlarını görməzdən gələrək, Ermənistanı silahlandırmaqla, olduqca riskli addım atır. Hər halda, rəsmi Bakı hansısa mərhələdə Yunanıstanla enerji əməkdaşlığının əhatə dairəsinə yenidən baxa bilər. Və rəsmi Afinanın Ermənistan ucbatından belə bir situasiya ilə üzləşmək istəyəcəyinə inanmaq bir qədər çərindir.
Ancaq hələlik rəsmi Bakı Ermənistan silahlandırılması cəhdlərinə mümkün qədər səbrlə yanaşmağa çalışır. Eyni zamanda, Azərbaycanın hərbi təhlükəsizlik maraqlarına real təhdid yaranacağı təqdirdə, rəsmi Bakının dərhal hərəkətə keçəcəyi də qətiyyən şübhə doğurmamalıdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu barədə açıq mətnlə xəbərdarlıq mesajı verib. Azərbaycan lideri vurğulayıb ki, hələlik Ermənistanın silahlandırılması prosesi təhlükəli həddə çatmayıb. Əgər, belə bir təhlükə yaranarsa, Azərbaycan buna dərhal ən sərt şəkildə reaksiya verəcək.
Prezident İlham Əliyev onu da xüsusi olaraq, bildirib ki, Ermənistan və onun arxasında dayananlar çox təhlükəli hərbi-siyasi manipulyasiyalar edirlər. Çünki Ermənistan qlobal qarşıdurmaya cəlb edilməyə növbəti namizədə çevrilə bilər. Yəni, Ermənistanı Qərb və Rusiya arasındakı qlobal qarşıdurma çərçivəsində istifadə edə bilərlər. Və rəsmi İrəvan bunun Ermənistan üçün yaxşı ssenari olub-olmadığına dəqiq qərar verməlidir.
Belə anlaşılır ki, rəsmi Bakı Ermənistanın silahlandırılması ilə Azərbaycanın təhdid olunmasına imkan vermək niyyətində deyil. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı son mesajları rəsmi Bakının Azərbaycana qarşı təhlükələrin hansı iqtiqamətlərdən gəldiyini tam dəqiqliyi ilə bildiyini göstərir. Çünki Prezident İlham Əliyev bəzi dövlətlərin Azərbaycana qarşı “soyuq müharibə” apardığını da vurğulayıb.
Azərbaycan lideri hər hansı dövlətin adını çəkməyə ehtiyac duymasa da, hər halda, həmin ölkələri təxmin etmək o qədər də çətin deyil. Rəsmi Bakının Azərbaycana qarşı istənilən təzyiq cəhdinə, eləcə də, “soyuq savaşa” müqavimət göstərmək əzmində olduğu qətiyyən şübhə doğurmur. Və Azərbaycanın əks təzyiq mexanizmlərinə sahib olması isə buna əminlik yaradır.(Yeni Müsavat)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri aprelin 26-da başa çatıb.
Bu barədə məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər.
Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub.
Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb.
Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.
***
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev kanslerin Aparatına gəlib.
Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Prezidentini Almaniya Kansleri Olaf Şolts qarşılayıb.
Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib.
O qeyd edib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir:
"Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib.
Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil".
XİN rəsmisi vurğulayıb ki, belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar.
Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır.
Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib.
Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxış edir.
“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan lideri “XV Petersberq İqlim Dialoqu”nun ikinci gününə Almaniya Kansleri Olaf Şolts ilə birgə qatılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir.
***
XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır.
Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.
Prezident İlham Əliyevin Almaniya Kansleri ilə həmin tədbirdə çıxışı gözlənilir.
Xatırladaq ki, dövlət başçısı aprelin 25-də Almaniyaya işgüzar səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti və Almaniyanın xarici işlər naziri ilə görüşü gözlənilir.
XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır.
Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.
Prezident İlham Əliyevin Almaniya Kansleri ilə həmin tədbirdə çıxışı gözlənilir.
Xatırladaq ki, dövlət başçısı aprelin 25-də Almaniyaya işgüzar səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti və Almaniyanın xarici işlər naziri ilə görüşü gözlənilir.
Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb.
Həmin həssas anları Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarova nümayiş etdirib.
Görüntüləri təqdim edirik:
Prezident İlham Əliyevin Almaniyaya gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması - azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış təkcə bu unudulmaz anı tarix səhifəsinə yazmaq məqsədi daşımırdı, həm də siyasi hesablamanın tərkib hissəsidir. Və məsələ heç də Əliyevin Japarovla birlikdə Qarabağda olduğu üçün zaman trafikindən qaynaqlanmır. Füzulidən Berlinə uçan Prezidentin portfelində Azərbaycana dividentlər gətirəcək məsələlər var.
İlham Əliyev Berlinə Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün gedib və COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi orada təmsil olunur. Berlin dialoqunda müzakirələr Bakıda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edəcək. Və hazırda qlobal iqlim problemlərində iki istiqamət prioritetdir:
1. İqlim problemlərinin qarşısının alınması “yaşıl enerjiyə” keçidlə mümkündür;
2. İnvestorların “yaşıl enerji”yə kapital yatırması əhəmiyyətlidir və buna təşviq edilməlidirlər.
Prezident İlham Əliyev də Berlin gündəliyini bu prioritetlər üzərindən müəyyənləşdirib.
- Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq “təhlükəsiz bölgə” olduğunu nümayiş etdirdi: bu investorlar üçün vacib amildir;
- Bakının hədəfi azad olunmuş əraziləri “yaşıl enerji zonasına” çevirməkdir və Əliyevin portfelində də məhz investorları bu bölgəyə cəlb etmək var;
- Və ən mühüm amillərdən biri Azərbaycanın torpaqlarını azad etdiyinin, suverenliyinin bərpa olunduğunun mesajı praktiki olaraq Avropaya çatdırıldı: bu, xüsusilə Fransa başda olmaqla suverenliyimizin bərpasını qəbul etməyən, hələ də regiondkı reallığı dəyişdirə biləcəklərinə ümid edən qüvvələrə ünvanlanıb.