Tehran-Bakı münsaibətlərində YENİ FAZA? - Ortada kifayət qədər SUAL VAR...Azərbaycan-İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən Tehrandakı səfirliyimiz yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. Azərbaycan Xarici İşlər Nazirliyi ümid edir ki, səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycana, o da İlham Əliyevi İrana dəvət edib. Hər iki lider dəvəti “məmnunluqla qəbul edib”. İranın yeni seçilmiş Prezidentinin etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İran azərbaycanlılarının milli hüquqları ilə bağlı problemlərin həllinə diqqət artırıb. Yeni prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli, Qərblə gərgin münasibətlərin yoluna qoyulması, ölkədə hicab azadlığına imkan yaradılması kimi problemlərin həlli də gözlənir.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a danışarkən deyib ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını əlaqələrin gələcəkdə daha da irəli aparılmasını göstərən mühüm bir fəaliyyət aktı diqqət çəkdi. Söhbət Azərbaycanın İrandakı səfirliyini bərpa etməsindən gedir. Ekspertin sözlərinə görə, bu addım Bakı ilə Tehran arasında perspektivdə problemli məsələlərin həllini sürətləndirəcəyini deməyə əsas verir:

"Lakin suallar da qalmaqdadır. Məsud Pezeşkian Azərbaycanla bağlı siyasətində İranın köklü və ənənəvi baxışını dəyişə biləcəkmi? Bu, çox problemli və mürəkkəb məsələdir. Ona görə ki, Pezeşkian ilk növbədə İranın daxili sistemində maneələrlə qarşılaşa bilər. Çünki İranın xarici siyasətini formalaşdıran əsas qurumlardan biri də Ali Milli Təhlükəsizlik Şurasıdır. Prezidentin təqdim etdiyi xarici siyasətin konturları AMTŞ-də təsdiqləndikdən sonra ali rəhbərə təqdim olunur. Şuranın süzgəcindən keçməyən və ali rəhbər tərəfindən təsdiqlənməyən layihələr reallaşmır. Bu məqam Pezeşkiana ciddi maneələr yarada bilər. Ancaq Pezeşkian qeyd edir ki, qonşu dövlətlərlə diplomatik münasibətlərin canlandırılmasını ölkə iqtisadiyyatının tənəzzülünün qarşısının alınması yönündə həlledici açar kimi görür. Digər məqam odur ki, İranın xarici siyasətində Qərb amili, Yaxın Şərqdəki ambisiyaları Cənubi Qafqazdakı normativlərə necə təsir göstərəcək? Bu da açıq qalan suallardan biridir. Çünki proseslər hələ yekunlaşmayıb. ABŞ-də seçkinin nəticələri ilə bağlı İranda həyəcanlı gözlənti mövcuddur. İsrail-HƏMAS savaşı da getdikcə qanlı şəkil almaqdadır. Başqa bir nüans ondan ibarətdir ki, İran Məsud Pezeşkianın öz vədləri fonunda yeni ambisiyalar formalaşdırmaq qabiliyyətini göstərə bilər. M.Pezeşkian İranın parçalanmasında deyil, daha güclü və vahid ölkə şəklində prioritetlərin önə çəkilməsində maraqlıdır".
Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət... - bu cür ziddiyyətli addımlar atmamalıdır!

Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri başlayıb. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər. Papikyan vurğulayıb ki, beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlıq yüksək qiymətləndirilir. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər. Təlimlər iyulun 24-dək davam edəcək. Qeyd edək ki, bu təlimlər artıq ikinci dəfə keçirilir. Birinci hərbi təlimlər 2023-cü il sentyabrın 11-də keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistan və ABŞ arasındakı təlimlərin keçirilməsi və bunun İrəvanın KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurması fonunda baş verməsi təəssüf doğurur. Diplomatın sözlərinə görə, Rusiya həmişə müttəfiqlik öhdəliklərinə, o cümlədən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərində sadiq olub və sadiq qalır: “İrəvanın sistemli xarakter alan bu cür addımları bu sahədə qurulmuş mexanizmlərin işləməsi perspektivlərini sarsıdır”. O, eyni zamanda qeyd edib ki, İrəvanla Qərb ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır. Zaxarova onu da deyib ki, ABŞ Ermənistanı görünməmiş canfəşanlıqla ələ keçirməyə çalışır. Məsələ ondadır ki, Qərb ölkələri, başda Fransa və ABŞ hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını mane olmağa çalışır. Regionda gərginlik yaradılması, revanşist qüvvələr arasında müharibə əhavli-ruhiyyəsinin saxlanılması hədəf götürülüb. Ermənistan-ABŞ birgə təlimlərinə də ancaq bu prizmadan yanaşmaq olar. Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən İrəvanla hərbi təlimlərə start verir. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Görünür, ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır və bu yolda ermənilərdən istifadə olunur. Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-yə inteqrasiya etmək xətti tutub. Digər yandan 102-ci bazanın çıxarılması gündəmə gəlib. Bundan əlavə, Ermənistanın KTMT-dən çıxacağı barədə fikirlər səsləndirməsi Rusiyanı qıcıqlandırır. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Rusiya xarici işlər nazirinin müavininin “baş verənlər Ermənistana baha başa gələcək” açıqlaması xəbər verir ki, Rusiya Ermənistanı cəzalandıracaq. Yəni, Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq, Ermənistana qarşı tədbir görəcək. ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa çalışır. Onu da qeyd edək ki, Ermənistanla təlimlər 5 aprel ABŞ-Aİ-Ermənistan tamaşasının davamı kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar. Bununla yanaşı, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuzda bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor”u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır. Bütün bunlardan o nəticəyə gəlmək olar ki, Ermənistanın Qərbə yaxınlaşması, NATO ilə əməkdaşlığı ABŞ ilə hərbi əlaqələri Moskvanın Paşinyan hakimiyyətinə qarşı təzyiqləri artırmasına səbəb olacaq. Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu gərginliyə sürükləyir.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ-Ermənistan hərbi təlimləri Azərbaycan tərəfində ciddi suallar doğurur. Deputatın sözlərinə görə, ABŞ bir tərəfdən israrla bildirir ki, Vaşinqton sülhdə maraqlıdır, digər yandan isə fərqli addımların şahidi oluruq:

"Görünən mənzərə isə tamamilə başqadır. ABŞ Ermənistanla sıx əməkdaşlıq edir. Hətta bu əməkdaşlıq onların birgə hərbi təlim keçirmələrinədək gedib çıxır. Əlbəttə bu, yolverilməzdir. Əgər ABŞ iddia etdiyi kimi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasında səmimidirsə, rəsmi Bakının mövqeyini, yanaşmasını nəzərə almalıdır. Ermənistanla birgə hərbi təlimlərə, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə son verməlidir. Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət bu cür ziddiyyətli addımlar atmamalıdır. Ermənistanın silahlandırılması, hərbi dəstək verilməsi, hərbi təlimlərin keçirilməsi ABŞ və Qərbin sülh prosesində nə qədər səmimi olub-olmamasını ortalığa qoyur. Aydın olur ki, ABŞ heç də iddia etdiyi kimi sülh tərəfdarı deyil. Daha çox Ermənistanın yanındadır və İrəvana açıq dəstək ifadə edir. Təbii ki, bu da həm Azərbaycan, həm də regionun digər ölkələri tərəfindən xoş qarşılanmır və ciddi suallar doğurur. ABŞ öz siyasətini, yanaşmasını dəyişməlidir".

yap-in-idare-heyeti-toplanir

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, iclasda hakim partiyanın növbədənkənar parlament seçkilərində namizədləri müəyyən ediləcək. 

Partiya üzvləri artıq partiyanın qərargahına toplanır. 

İclasın bir azdan başlayacağı gözlənilir. 

Sail Ağasəlim

Fotolar: Xəyal Vəlizadə

 

 














 
Saleh Məmmədov Siyəzəndə qəbul keçirdi - FOTO

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 19-da Şabran rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da  Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Şabran rayonu “3 №-li Yol İstismarı” və Xaçmaz rayonu “4 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq. 

Azərbaycan bu halda Göyçəni götürəcək: Son tarix açıqlandı - İLGİNC İDDİALAR...Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində son danışıqlar Ağ evin təşkilatçılığı ilə baş tutdu. Görüşün yekunu olaraq verilən açıqlamalarda tərəflərin sülhə doğru yaxınlaşan mövqeyindən, yaranmış tarixi şanslardan bəhs edilirdi...

- Əslində burada Amerikanın öz maraqları var. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə onlar İrəvanı Rusiyanın təsirindən çıxarmaq istəyir. NATO ilə bu gündən başlanan təlimlər də bunun tərkib hissəsidir. Öz növbəsində ABŞ-də gedən proseslər birmənalı şəkildə Rusiyanın istədiyi məcrada gedir. Çünki Moskva bütün hallarda Amerikada vəziyyətin qarışmasını istəyirdi. Bütün hallarda Moskva Donlad Trampın hakimiyyətə gəlməsində maraqlıdır. Rusiya da artıq müharibədən yorulub. Ona görə də, sülh təşəbbüskarı kimi Amerika önə çıxır. Daha sonra bunu ABŞ diplomatiyasının xarici siyasətdə qələbəsi kimi dünyaya təqdim etməyə çalışırlar. Hələlik isə bu alınmır.

- Bakının əsas şərtləri nədən ibarətdir, Amerika Azərbaycanın təkliflərinə necə baxır?

- Azərbaycanın tələbi məsələni kökündən həll etməkdir. Ermənistan Konstitusiyasında mütləq ki, dəyişiklik olunmalıdır. Bu, ən düzgün variantdır. Əgər bu gün sülh sazişi imzalansa belə, əhəmiyyəti şübhə altına alına bilər. Daha sonra erməni tərəfindən kimlərsə məsələ qaldırıb, yenidən Azərbaycana qarşı ərazi iddiasını gündəmə gətirəcək. Ona görə Amerikanın irəli sürdüyü təşəbbüsün müsbət nəticələnəcəyinə inam yoxdur.

- Belə çıxır ki, sülhlə bağlı gözləntilər hələ real deyil?

- Yaxın iki-üç ayda Ermənistan referenduma getsə, bundan sonra sülh razılaşmasının imzalanması mümkündür. Əks təqdirdə Azərbaycanın sülh sazişinə getməsi indiki şəraitdə problemləri gələcəyə saxlamaq kimi dəyərləndirilir. Ona görə də, Amerikanın bu təşəbbüsü alınmayacaq.

- Türkiyə-Ermənistan münasibətləri normallaşdırmaq, sərhədləri açmaq kimi məsələləri Azərbaycanın mövqeyi nəzərə alınmadan reallaşdırmaq niyyətləri də var idi. Bu halda nəyə nail olmaq istəyirdilər?

- Türkiyə Ermənistanla məhz Azərbaycan ərazilərini işğal etdiyinə görə, onunla heç bir əlaqə qurmadı, bu ölkəni dövlət kimi tanımadı. Ötən ilin oktyabrında yəni, Azərbaycan bayrağı Xankəndidə dalğalandıqdan sonra Türkiyə Ermənistanla münasibətləri yumşaltmaqla bağlı açıqlamalar verildi. Azərbaycan da eyni siyasi jesti etdi. Çünki Türkiyənin Ermənistandan tələbi heç də hər şeyi həll etmirdi. Amma Azərbaycanın tələbi çox ciddidir. Azərbaycan tək özünə qarşı deyil, Türkiyəyə qarşı da ərazi iddialarının aradan qaldırılmasını tələb edir. Təbii ki, bu da avtomatik olaraq saxta erməni soyqırımı məsələsini də gündəmdən çıxarır. Belə bir şəraitdə Azərbaycanın mövqeyi Türkiyənin yenidən Ermənistana qarşı daha ciddi addım atmasını gündəmə gətirdi.

- Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Prezidentinin mövqeyi nəyi ehtiva edir, Ermənistan buna razı olmasa, nə baş verə bilər?

- Dəhlizinin açılması artıq Ermənistanın tamamilə blokadadan çıxması ilə nəticələnəcək. Türkiyə buna müsbət yanaşmadığına görə, Azərbaycan da bu addımı atmayacaq. Amerika nə qədər çalışsa da, Ermənistanın taleyi Azərbaycanla Türkiyənin əlindədir. Rusiyanın da mövqeyi əsas amillərdəndir. İranda Məsud Pezeşkianın hakimiyyətə gəlməsi Ermənistanın işini bir qədər də çətinə salacaq. Ona görə də, Ermənistan öz qonşuları ilə münasibətlərə fikir verməlidir.

- Noyabra qədər Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması iddia edilir. Bu baş tutmasa, yeni hərbi qarşıdurmanın olacağı ehtimalı səslənir...

- Ermənistan yenidən Azərbaycanla müharibə riskini gözə ala bilməz. Bakıya qarşı hər hansı bir təxribatın olması, sərhəddin pozulmasına edilən istənilən cəhd Azərbaycanın 1920-ci ildəki ərazi statusuna qayıtması ilə nəticələnə bilər. Bu halda Ermənistanın cəmi 9 min kv. km. ərazisi qalacaq. Çünki 1918-ci ildə Ermənistan dövlət kimi yarandıqda 9 min kv km-dən bir qədər artıq idi. Belə olan halda Zəngəzur dəhlizini açmağa ehtiyac qalmayacaq. Azərbaycan Qərbi Zəngəzuru, Göyçəni götürəcək. Ondan sonra Ermənistanın kimə istəyir şikayət etsin. Bunun heç bir nəticə verməyəcək. Bütün bunların fonunda noyabra qədər sülh sazişinin imzalanması real görünmür. Vaxt etibarı ilə də bu mümkün deyil. Avqust ayında Ermənistan referendum elan edib, otyabrda dəyişikliyə getsə, bəlkə buna real baxmaq olar. Amma Ermənistandakı qüvvələrin nisbəti buna imkan vermir.
Paşinyan buna görə İlham Əliyevdən daha iki il vaxt istədi... -O da razılaşdı?..Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevi Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesinə 2026-cı il parlament seçkilərindən sonra başlamağa razı sala bilib.

Moderator.az xəbər verir ki, bu iddia ilə etibarlı mənbələrinə istinadla Ermənistanın “Hraparak” nəşri çıxış edib(burada: )

Məlumata görə, “Paşinyan Əliyevə izah edib ki, əgər mənim qalmağımı və bütün tələblərinizi yerinə yetirməyimi istəyirsinizsə, mənə güclənmək üçün üçün 2 il vaxt verin. Sonra nə istəsəniz, edəcəyik. Baş nazirin konstitusiya dəyişiklikləri komissiyasına ümumxalq seçkilərinin başa çatacağı 2026-cı ilin dekabrında yeni konstitusiyanın konsepsiyasını təqdim etməyi tapşırmasının səbəbi bəlkə də budur”.

“Məsələ ondadır ki, erməni xalqının səbri tükənə və Əliyevin Konstitusiyaya dəyişiklik tələbinə görə üsyana qalxa bilər. Nəticədə nəinki konstitusiya referendumu uğursuzluğa düçar olacaq, hətta “revanşistlər” də hakimiyyətə gələcək. Əliyev isə “Vətəndaş sazişi” partiyasında mənbəmizin dediyi kimi, bundan ehtiyat edir və Ermənistanda millətçi qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hər şeyi etməyə razıdır. Təbii ki, Nikol Paşinyan çox istərdi ki, referendum və seçkilər eyni gündə keçirilsin ki, kvorum olmadığı üçün referendum uğursuz olmasın. Lakin qanun buna imkan vermir. “Referendum haqqında” Qanunun 6-cı bəndində xüsusi olaraq qeyd edilir: “Hərbi və ya fövqəladə vəziyyətin əhatə etdiyi ərazinin ölçüsündən asılı olmayaraq hərbi və ya fövqəladə vəziyyət zamanı referendum keçirilə bilməz. Milli Məclisə seçkilər günü də referendum keçirilə bilməz”- erməni qəzeti belə yazır.
Qafqazla bağlı qorxunc planlar var - NƏ ETMƏLİ?

"Cənab Prezidentin ötən həftə Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının və Şuşada Türk Dövlətləri Təşkilatının zirvə toplantılarından sonra İslamabada səfər etməsi onun yorulmaz fəaliyyətinin yaxın onilliklərdə yeni qələbələrimizlə müşahidə olunacağından xəbər verir". Bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Ekspert bildirib ki, Azərbaycan-Pakistan Avrasiyanın orta xəttində mühüm geosiyasi oxu formalaşdırmağa müvəffəq olublar:

"Türkiyə-Azərbaycan-Qazaxıstan-Özbəkistan-Pakistan hərbi-siyasi iqtisadi oxu, Azərbaycan-Çin geoiqtisadi kommunikasiya oxu formalaşmaqda olan yeni qlobal nizamda sülhə və sabitliyə, xalqların təhlükəsizliyinə töhfə verəcək münasibətlər sistemidir. Maraqlı məqam həm də ondan ibarətdir ki, bir həftə əvvəl Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Görüşdə mühüm məsələlərlə bağlı qapılar arxasında müzakirə edilib. Mətbuata açıqlamada “üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması, üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsi Avrasiyada qüdrətli hərbi koalisiyanın formalaşdığının göstəricisidir. Türkiyə, Azərbaycan və Pakistan dövlətlərinin demoqrafik göstəricilərini, hərbi-texniki imkanlarını nəzərə alsaq, doğrudan da, çox ciddi koalisiyanın formalaşdığının göstəricisidir".
Z.Məmmədova görə, həmin dialoqun ardından belə bir genişmiqyaslı səfərin baş tutması rəsmi Bakının regional və qlobal kontekstə böyük hədəflərinin olduğundan xəbər verir:
"Sözsuz, ilk növbədə söhbət hərbi-texniki təhlükəsizliklə bağlı, bəlkə də, bir çoxlarının təsəvvür etmədiyi hədəflərdən və razılaşmalardan da gedə bilər. Yaxın onilliklərdə regional və qlobal güclərin Qafqazla bağlı qorxunc planlarının olduğunu istisna etməsək, Pakistanın Azərbaycanla strateji müttəfiqliyinin həmin planları alt-üst etməyə qadir olduğunu deyə bilərik. Xarici siyasət tam olaraq intensiv şəkildə həyata keçirilir. Hər iki ölkə daim ərazi bütovlüyü məsələsində bir-birinə açıq şəkildə dəstək ifadə ediblər. Azərbaycan Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləməkdədir. Etiraf etmək lazımdır ki, iki ölkə arasında ticarət dövriyyəsi real potensialdan dəfələrlə azdır. Hazırda 100 milyon ətrafında olan bu rəqəmlərin gələcəkdə 2 milyard dollara çatdırılması əsas hədəflərdən biridir. Lakin burada haşiyə çıxmaq istərdim. İqtisadiyyatda qarşılıqlı ticarətin elə də çox olmamasına baxmayaraq, siyasi münasibətlərin ən pik həddə olması müasir siyasətdə nadir nümunələrdən biridir. Azərbaycan-Pakistan qardaşlığında əsas dəyərin məhz səmimi, mənəvi dəyərlər olduğunun bariz göstəricisidir".
Ekspert diqqətə çatdırıb ki, İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi hazırda funksional vəziyyətdə deyil: "Pakistan neft və təbii qaza 37 milyard dollar təxmini vəsait xərcləyir. Yaxın gələcəkdə bu istiqamətdə ölkələrimiz qarşılıqlı şəkildə fəaliyyət istiqamətlərini genişləndirə bilərlər. Hazırda həm neft-qaz, həm də, günəş enerjisi ilə bağlı perspektivlər hökumətlər arasında təhlil edilməkdədir.
Kommunikasiya və nəqliyyat layihələri üzrə də əməkdaşlıq gücləndirilməkdədir. Bu gün tərəflər arasında "Tranzit Ticarət Sazişi" ilə bağlı memorandum imzalanıb. Sazişin digər aspektləri ilə yanaşı diqqəti çəkən məqamlarından biri, onun bəzi məhsullara tərəfdaş rejim təmin etməsində olacaq. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət milli maraqlarımızın reallaşması, ölkəmizə olan təhdidlərdən qorunmaq üçün maksimum dividendlərin əldə edilməsinə yönəlib. Məhz Prezident İlham Əliyev coğrafi cəhətdən kiçik Azərbaycanın qlobal güclərlə münasibətlərdə bərabər, qarşılıqlı əməkdaşlığa əsaslanan beynəlxalq aktor olduğunu sübut edə bilib. Bu gün Azərbaycan hər kəs üçün önəmli tərəfdaşdır. Azərbaycan lideri hər kəsin hörmət bəslədiyi nadir liderlərdəndir".

İlham Əliyevdən 1,9 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycanla Qambiya bu şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər

Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul - “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır.

Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi.

Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi.

Hörmətli cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər lenti