![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb.
Bu barədə "Report"un əməkdaşı xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.
Bu barədə “Anadolu” məlumat yayıb.
Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşü olacaq.
Ermənistan Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hələlik aktual olan son şansından istifadə etmək məcburiyyətindədir... Əks halda, bir neçə aydan sonra Azərbaycan üçün bu məsələ ümumiyyətlə, öz real əhəmiyyətini itirə, rəsmi Bakı geopolitik şərtləri daha da sərtləşdirə bilər...
Cənubi Qafqaz uğrunda mübarizədə situasiya tədricən yekun mərhələyə yaxınlaşır. Dünya nəhənglərinin Cənubi Qafqaz planlarında ciddi problemlərin olduğu da müşahidə olunur. Hər halda, nə ABŞ və Qərb, nə də Rusiya bu regionla bağlı strateji hədəflərinə yaxınlaşa bilməyib. Və bu, onu göstərir ki, Cənubi Qafqaz artıq fərqli geopolitik İradənin nəzarəti altındadır.
Məsələ ondadır ki, indi Cənubi Qafqazda yalnız Azərbaycanın geopolitik iradəsi və diqtə etdiyi şərtlər keçərlidir. Ona görə də, dünya nəhəngləri rəsmi Bakının geopolitik iradəsi ilə barışmaq məcburiyyətində qalıblar. İndi məhz Azərbaycanın mövqeyi ilə hesablaşırlar, rəsmi Bakı ilə anlaşmağa çalışırlar. Və bu, Azərbaycanın beynəlxalq imicini gücləndirən əsas strateji faktor sayıla bilər.
Təbii ki, Azərbaycanın bu önəmli siyasi-diplomatik zəfəri indi artıq regional proseslərin istiqamətlərinə və nəticələrinə də təsir göstərməyə başlayıb. Belə ki, rəsmi İrəvan daha ABŞ və Qərbin verdiyi vədlərə əvvəlki kimi o qədər də güvənmir. Hər halda, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Azərbaycana təsir və təzyiq mexanizmlərinin olmadığını dəqiqləşdirməyə imkan tapıb. Rəsmi İrəvan Qərbin Azərbaycana qarşı effektiv təsirə malik olmadığından artıq əmindir.
Ona görə də, Paşinyan hakimiyyəti indi Azərbaycanla mövcud problemləri rəsmi Bakı ilə birbaşa təmaslar sayəsində həll etməkdən başqa çıxış yolunun qalmadığı qənaətindədir. Üstəlik, indi rəsmi İrəvan mümkün qədər tələsmək məcburiyyətində də qalıb. Halbuki, son vaxtlara qədər Qərbə böyük ümidlər bəsləyən Ermənistan israrla sülh prosesindən yayınmaqla, zaman qazanmağa cəhd göstərirdi. Və bunun mümkün olmadığını, əksinə, indi sülh prosesindən yayınmağın qazanılmış deyil, itirilmiş zaman kateqoriyasına aid oldunğunu anlamağa başlayıb.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti Azərbaycanla sərhədlərin delimitasiya prosesini hazırda Ermənistanın təhlükəsizliyi üçün ən ciddi təminat hesab edir. Ona görə də, Azərbaycanın tələb etdiyi 8 kəndin dördünü artıq qaytarıb. Üstəlik, rəsmi İrəvan bu prosesin Ermənistan daxilində xaos yaratdığı bir şəraitdə belə, yeganə çıxış yolu olduğunu anlayır. Paşinyan hakimiyyəti daxili müqavimətə baxmayaraq, bu istiqamətdə davam etdirilməsində də maraqlıdır.
Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan daxili təzyiqlər qarşısında geri çəkilmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Erməni baş nazir heç bir halda, istefa verməyəcəyini açıq şəkildə bəyan edir. Onun fikrincə, vaxtilə istefa verərək, yenidən baş nazir seçildiyi üçün indi bunu təkrarlamaq qeyri-ciddi qərar olardı. Baş nazir Nikol Paşinyan vurğulayıb ki, indi istefa deyil, məhz Ermənistanı xilas etmək barədə düşünmək vaxtıdır. Və Ermənistanın ətrafında yaranmış situasiyanın qəlizləşməsi belə bir təhlükəni daha da aktuallaşdırır.
Üstəlik, indi Ermənistan müəyyən mənada, seytnot vəziyyətinə düşmüş kimi də görünür. Belə ki, rəsmi İrəvan Bayden administrasiyasının hazırda Ermənistana verdiyi siyasi dəstəyin yalnız geopolitik maraqlardan deyil, həm də seçki hədəflərindən qaynaqlandığını nəzərə almaq məcburiyyətindədir. Çünki Bayden administrasiyasına ABŞ-dakı erməni diasporunun seçici səsləri lazımdır. Və seçkilərdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətinə yenidən düzəlişlər edilə biləcəyi qətiyyən istisna deyil.
Xüsusilə də, Bayden administrasiyası məğlub olarsa, keçmiş prezident Donald Tramp seçkilərdə qalib gələrsə, noyabrın 5-dən sonra ABŞ Ermənistanı ümumiyyətlə, taleyin ümidinə buraxa bilər. ABŞ-ın tərk etdiyi Ermənistana digər Qərb siyasi dairələrinin, o cümlədən də, Avropa Birliyinin sahib çıxacağına ümid bəsləmək isə yumşaq desək, sadəlövhlük olardı. Və bu səbəbdən də, rəsmi İrəvan Azərbaycanla münasibətlərini normallaşdırılması sayəsində Ermənistanın Cənubi Qafqazdakı gələcək taleyini təmin etmək barədə düşünməlidir.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin təmsilçiləri son vaxtlar yenidən yekun sülh sazişinin imzalanmasının vacibliyi barədə danışmağa başlayıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan hətta sülh sazişi üzərində müzakirələrin pozitiv xarakter daşıdığını bildirib. Onun fikrincə, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması tamamilə mümkündür. Erməni spiker hətta sülh sazişinin maddələri ilə bağlı Azərbaycan və Ermənistan arasında elə də ciddi fikir ayrılıqları mövcud deyil. Və bu, o deməkdir ki, rəsmi İrəvan hazırda yekun sülh sazişinin imzalanmasına can atır.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan yekun sülh sazişinin imzalana biləcəyi zaman barədə də artıq ehtimal irəli sürüb. Erməni baş nazir hesab edir ki, Ermənistan bu ilin noyabr ayına qədər Azərbaycanla sülh müqaviləsini imzalaya bilər. Düzdür, Paşinyan hakimiyyəti ötən il də təxminən oxşar ehtimallar irəli sürürdü. Sülh sazişinin ötən ilin dekabr ayında imzalanacağını bildirirdi. Və ötən il bu, siyasi manipulyasiya xarakterı daşımaqla, regionda hərbi toqquşmalardan yayınmaq, beləliklə də, zaman udmaq məqsədi güdürdü.
Ancaq bu dəfə rəsmi İrəvanın belə siyasi manipulyasiyalar şansına malik deyil. Çünki noyabr ayında Bayden administrasiyasının dəyişmə və keçmiş prezident Donald Trampın hakimiyyətə gəlmə ehtimalı olduqca ciddiləşib. Əgər, bu, baş verərsə, Ermənistan Azərbaycanla sülh masasında təkbaşına buraxılmış olacaq. Çünki 44 günlük savaş dövründə Tramp administrasiyası erməni faktoruna laqeyd olduğunu qətiyyən gizlətmirdi. Hətta erməni diasporunun təzyiq və tələbləri də ABŞ-ın Ermənistana dəstəyini təmin etmək üçün yetərli olmadı.
Məsələ ondadır ki, keçmiş prezident Donald Tramp israrlı tələblərdən sonra cəmisi bir dəfə Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı. Ancaq ABŞ-ın vasitəçiliyi ilə baş tutan atəşkəs anlaşması cəmisi bir neçə saat çəkdi. Tramp administrasiyası özünün vasitəçi olduğu atəşkəs anlaşmasın qısa müddətdə pozulmasına əhəmiyyət belə, vermədi. Və bu baxımdan, Paşinyan hakimiyyəti noyabr seçkilərindən sonra ABŞ-ın Ermənistanın arxasından çəkilə biləcəyini təxmin edir.
Təbii ki, bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin yekun sülh sazişinin imzalanması üçün tələsməyin üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Böyük ehtimalla Donald Tramp seçkilərdə qalib gələrsə, ABŞ Cənubi Qafqazda "erməni faktoru"nu öz siyasi hədəflərində istifadə alətləri sırasına daxil etməyə də bilər. Bu, öz növbəsində "erməni faktoru"nun ümumiyyətlə, beynəlxalq məkanda əhəmiyyətini itirərək, "dəfn" olunması təhlükəsini də ciddiləşdirir.
Belə anlaşılır ki, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hələlik aktual olan son şansından istifadə etmək məcburiyyətindədir. Əks halda, bir neçə aydan sonra Azərbaycan üçün yekun sülh sazişi ümumiyyətlə, real əhəmiyyətini itirə bilər. Bu halda isə Ermənistanın yekun sülh sazişinin imzalanması üçün Azərbaycanla müzakirə əvəzinə, sadəcə, yalvarmaq məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil.(musavat.com)
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
***
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso mətbuata bəyanatla çıxış ediblər.
***
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Milli Məclis Heydər Əliyev Fondunun yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq Fondun prezidenti Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb.
Milli Məclis sədri Sahibə Qafarovanın sözlərinə görə, Heydər Əliyev Fondunun yaranmasından keçən 20 il ərzində insanların ümid yeri olub. “Fonda fəaliyyəti dövründə ölkədə və xaricdə humanitar, səhiyyə, mədəniyyət, təhsil, incəsənət sahəsində çoxsaylı layihələr həyata keçirib. Bu gün Respublika daxilində yüzlərlə səhiyyə, mədəniyyət ocaqları, məktəblər istifadəyə verilib. Talassemiya, diabet və bu kimi ağır xəstələrin müalicəsinə yardımçı olub. Minlərlə insanın həyata qaytarılmasında öz müstəsna rolunu oynayıb. Fond fəaliyyəti dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da müstəsna rola malik olub”, - o qeyd edib.
Deputat Soltan Məmmədov Heydər Əliyev Fondunun yarandığı dövrdən bu günədək gördüyü işlər barədə hesabat xarakterli məlumat verdi.
Sonda Milli Məclis Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi ilə əlaqədar Fondun prezidentinə yubiley təbrik məktubu ünvanladı.
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü başa çatıb.
***
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb.