Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərməlidir.

Sənəd 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.

ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib.

Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, səfir Mark Libbi və Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər:

"Səfir hökumət nümayəndələri ilə, səfirliyin dəstəklədiyi İngilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcək, həmçinin Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edəcək".

Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb

Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyriml kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

Bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: “Kənddə çoxlu sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaq".

K.Şaqinyan deyib ki, kəndlilər ərazidə gərginlik yaradır: “Ancaq onlar yolu bağlamır, əlavə maneələr törətmir”.

Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır

NATO-Rusiya gərginliyi durmadan artır, Qərbdə zaman qazanılması üçün Ukrayna savaşının uzadılmasına qərar verilib... Rusiyanı hərbi mühasirəyə alan NATO sərhəd bölgəsinə nüvə silahı yerləşdirilmək niyyətindədir, amerikalı general isə savaşın qaçılmaz olduğuna eyham vurur...
Dünyanın gələcək taleyi qeyri-müəyyən xarakter daşıyır. Hazırda Ukrayna savaşı bütün dünyanı öz təsiri altına almış durumdadır. Bu savaşın nə vaxt sona çatacağı isə ciddi müzakirə və mübahisə mövzusudur. Çünki əksər Qərb ekspertləri bu ilin payızında Rusiya və Ukraynanın sülh masası arxasına keçə biləcəyini proqnozlaşdırsa da, bu ehtimal artıq öz aktuallığını itirməyə başlayıb. Və Ukrayna savaşının uzanacağı indi daha inandırıcı görünür.

Məsələ ondadır ki, ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq yeni dəstək paketi artıq təsdiqlənib. Bu, o deməkdir ki, Ukrayna savaşının ssenari müəllifləri müharibənin uzadılması barədə yekun qərar veriblər. Halbuki, bu hərbi dəstək paketinin təsdiqlənməsindən qısa müddət öncə silah-sursatı tükənmək üzrə olan Ukraynanın bu ilin avqust ayında tam məğlubiyyətə uğrayacağı iddia olunurdu. Üstəlik, bu iddialara yalnız Qərb mütəxəssisləri deyil, elə Ukrayna hərbi ekspertləri də müəlliflik edirdilər.

Ancaq ABŞ siyasi dairələri artıq tamamilə fərqli ssenariləri gündəmə gətirməyə başlayıblar. Onların fikrincə, Ukrayna savaşı hələ bir neçə il də davam edəcək. Yəni, Ukrayna hələ bir neçə il canlı itkilər verməkdə davam edəcək. Ukrayna dövlətçiliyi mövcudluğunu itirmək təhlükəsi ilə üzləşəcək. Halbuki, Qərbdə bundan qətiyyən narahat deyillər. Əsas məsələ odur ki, Qərb öz maraqları çərçivəsində Rusiyanın "savaş bataqlığı"nda tutularaq, daha da zəifləməsi planları işlək qalsın.

Digər tərəfdən, ABŞ və Qərb Ukrayna savaşı sayəsində daha önəmli mənfəətlərinə də yaxınlaşmış kimi görünür. Belə ki, dünya iqtisadiyyatı böyük sürətlə hərbiləşdirilməkdə davam edir. İndi dünya iqtisadiyyatının önəmli bir hissəsi Ukrayna savaşının davam etdirilməsinə yönəldilib. Belə ki, NATO ölkələri öz anbarlarında illərlə yığılmış köhnə hərbi texnikanı Ukrayna ordusuna göndərib. Və indi həm həmin anbarların yenidən müasir silahlarla doldurulması, həm də Ukrayna ordusu üçün hərbi texnika istehsal etmək ehtiyacı yaranıb.

Təbii ki, bu, dünyanın nəhəng silah şirkətlərinin maraqlarına tamamilə cavab verir. Çünki ABŞ və Qərb ölkələrinin Ukraynaya dəstək üçün ayırdığı onmilyardlarla dollarlıq maliyyə vəsaiti məhz onların hesablarına yatırılmış olacaq. Nəhəng silah şirkətləri yeni hərbi texnika sifarişləri ilə daha da gəlirlırini fantastik həddə çatdıraraq, varlanmaq şansı qazanıblar. Və bu baxımdan, Ukrayna savaşının arxasında həm də dünyanın ən nəhəng silah şirkətlərinin dayanmış ola biləcəyi qətiyyən istisna deyil.

"The New York Times"ın hesablamalarına görə,2023-cü ildə dünya ölkələri hərbi sahəyə son 35 ildə olduğundan daha çox maliyyə vəsaiti xərcləyiblər. Ötən il qlobal hərbi xərclər 2,4 trilyon dollar həcmində olub. Bu, ilk növbədə Ukrayna savaşının silah-sursata olan ehtiyacları maksimum səviyyədə artırmasından qaynaqlanır. Eyni zamanda, Asiya qitəsində və Yaxın Şərq regionunda hərbi-siyasi gərginliyin artması da bu xərcləri yüksəldir. Yalnız ABŞ hərbi ehtiyaclara ötən il 920 milyard dollar xərcləyib. Və bu fantastik maliyyə vəsaitləri isə ilk növbədə nəhəng silah şirkətlərinin büdcələrini doldurur.

Ancaq Qərbdə, xüsusilə də, NATO-da bu quruma üzv dövlətlərin hərbi xərclərinin indiki səviyyəsindən qətiyyən məmnun deyillər. NATO rəhbərliyi quruma üzv dövlətləri öz hərbi xərclərini tərəddüdsüz artırmağa çalışır. Bu çağırışların arqumentləşdirilməsi üçün isə yaxın gələcəkdə Rusiyanın Avropaya hücum planlarının olması ilə bağlı iddialar ön plana çəkilir.

NATO baş katibi Yens Stoltenberq bildirib ki, gələcək təhlükələri nəzərə alaraq, üzv ölkələr həm hərbi xərclərini artırmalıdırlar, həm də Ukraynaya dəstəyi davam etdirməlidirlər. Onun fikrincə, NATO ölkələri Ukraynaya bütün vəd olunan dəstəyi verməyib. Və ona görə də, Qərb ölkələri mütləq Ukraynaya dəstək məqsədilə 100 milyard dollarlıq dəstək fondu yaratmalıdırlar.

Bəzi məlumatlara görə, indi Ukrayna savaşı NATO üçün "zamanı dayandırma aləti" rolunu oynayır. Belə ki, NATO-nun Rusiyanın sərhədləri ətrafında güclü hərbi çənbərin yaradılması üçün hələ bir müddət zaman qazanmağa ehtiyacı var. Bu hərbi-siyasi alyansda hesab edirlər ki, indi NATO-ya lazım olan zamanı yalnız Ukrayna savaşının uzanması qazandıra bilər. Halbuki, son məlumatlara görə, hazırda Rusiyanın sərhədlərində NATO-nun 35 minlik canlı qüvvəsi, 300 tankı və 800 zirehli döyüş texnikası artıq mövcuddur. Və NATO-nun Rusiya ilə gələcək savaş ssenarisi üzrə keçirilən hərbi təlimlərə 90 min nəfərlik canlı qüvvə cəlb olunub.

Maraqlıdır ki, ABŞ-ın Avropadakı quru qoşunları komandanı Derril Uilyams NATO-nun bu nəhəng hərbi təlimlərinin məhz Rusiyaya qarşı yönəldiyini açıq mətnlə etiraf edib. Rusiya siyasi dairələri isə bu hərbi təlimlərin provokasiya xarakteri daşıdığını vurğulayıb. Kremldə hesab edirlər ki, belə irimiqyaslı hərbi təlimlər üzərindən Rusiyaya qarşı güc nümayiş etdirməklə, təzyiq göstərmək niyyəti güdülür. Və bu baxımdan, Rusiyaya qarşı hibrid savaşın başlanıldığı qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, NATO Rusiyanın sərhədləri boyunca nüvə silahı yerləşdirmək planını da reallaşdırmağa başlayıb. Böyük ehtimalla öz ərazisində NATO-nun nüvə başlıqlı raketlərinin yerləşdirilməsinə icazə verəcək ölkə Polşa olacaq. Hər halda, rəsmi Varşava NATO-nun belə bir niyyəti olarsa, Polşa ərazisində nüvə silahının yerləşdirilməsi təklifinə müsbət yanaşılacağını artıq indidən bəyan edib. Və Kreml buna cavab olaraq, Polşada yerləşdiriləcək nüvə bazalarının Rusiya üçün legitim hərbi hədəfə çevriləcəyini vurğulayıb.

Göründüyü kimi, NATO və Rusiya arasında gərginlik durmadan artır. Bir tərəfdən, Ukrayna savaşının uzadılması istiqamətində israrlı addımlar atılır. Digər tərəfdən isə NATO Rusiyanı hərbi mühasirəyə alır. Son mərhələdə Rusiya sərhədlərində nüvə başlıqlı raketlərin yerləşdirilməsi planlaşdırılır. Yəni, amerikalı generalın da eyham vurduğu kimi, NATO Rusiyaya qarşı gələcək müharibəyə artıq hazırlaşmağa başlayıb. Və belə bir savaş olarsa, nüvə silahının tətbiq ediləcəyi də elə indidən qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)

Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırıb.

Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

“COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Respublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli həmkarlarına çatdırılıb”, – Azərbaycanın dünya təşkilatındakı diplomatik missiyası diqqətə çatdırıb.

Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO

Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.

 

 

 
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana təhvil verilməsi prosesi hazırda normal gedir. Erməni tərəfi bu məsələdə məsuliyyətli davranmağa çalışır. Qazaxın Xeyrımlı kəndi yaxınlığında yerləşən Ermənistanın Krans adlandırdığı ərazisində prosesə maneə olmağa çalışan şəxslər də bölgədən uzaqlaşdırılıb. Hazırda Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayəti ətrafında delimitasiya və demarkasiya işləri icra edilir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan da hər iki tərəfdən razılıq əsasında sərhədçilərin həmin ərazilərə yerləşdiyini bilidirib:

“Öz növbəsində Azərbaycan sərhədçiləri də üzərinə düşən işləri yerdə icra edir. Artıq Dövlət Sərhəd Xidməti tərəfindən ərazidə lazımi infrastrukturun qurulması ilə bağlı işlər görülür. Bütün bunlar prosesin yubanmadan tezliklə aparılacağına inam yaradır”.

Polkovnik hesab edir ki, Qazaxın Ermənistan nəzarətində qalan 3 anklav kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı isə müəyyən problemlərin olacağı hiss olunur:

“Amma proseslərə güc strukturları qarışacaqsa, onun ləngiməsi ehtimalı azdır. Sadəcə olaraq Ermnənistanın bu işləri sona qədər lazımi şəkildə aparması vacibdir. Ərazidə hazırda minatəmizləmə işi aparılır. Minaların tam şəkildə təmizlənməsi də mümkün deyil. Qarşı tərəfə də dəqiq mina xəritələri və formulyarların verilməsi təklif edilib”.

Üzeyir Cəfərov bildirib ki, ərazinin təmizlənməsindən və Dövlət Sərhəd Xidməti təhlükəsizliyi təmin etdikdən sonra sakinlərin yaxın dönəm üçün geri qayıtması mümkün olacaq:

“Ötən günlərdə Paşinyanın verdiyi açıqlamalar isə daha çox Rusiya hərbçilərinin Ermənistan ərazisindən çıxarılması ilə bağlıdır. Söhbət 102-ci bazanın, o cümlədən Türkiyə və İran sərhədlərindən rus əsgərlərinin çıxarılmasından gedir”.
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün başa çatır. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev açılış çıxışında ölkənin Ermənistanla sülh əldə etmək üçün fəal iş apardığını bəyan edib.

“Azərbaycanın hazırladığı sənəd əsasında danışıqlar aparılır. İndi biz sərhədlərin delimitasiyası ilə bağlı müsbət tendensiya başlandığını görürük” deyən Prezidentin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, heç bir vasitəçi olmadan həyata keçirilir: “Bu, bir daha göstərir ki, vasitəçilərə ehtiyacımız yoxdur, xüsusən də öz maraqlarından çıxış edənlər kömək etmək istəmirlər, öz siyasi və iqtisadi maraqları maraqları regiona nüfuz etməyə çalışırlar. Yenidən bölgəni alovlandırmaq istəyirlər. Biz buna imkan verməyəcəyik”. Prezident İ.Əliyev əlavə edib ki, Cənubi Qafqazda sülhə yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması nəticəsində nail olmaq mümkündür.

Qeyd edək ki, yaxın günlərdə Astanada hər iki ölkənin xarici işlər nazirləri arasında görüş olmalıdır. Bəzi ekspertlərə görə, Qazaxıstan görüşü Moskva, Brüssel, həm də ABŞ-ı qarşılıqlı mübarizəyə qoşmamaq, həmin güc mərkəzləri tərəfindən təzyiq predmetinə çevrilməmək üçün ən optimal variantdır. Tərəflərin Qazaxıstanda görüşə razılıq vermələri dolayısı ilə konkret hansısa geosiyasi maraqları olmayan ölkənin danışıqlar üçün məkan təklif etməsinin münaqişə tərəfləri üçün məqbul olduğunu göstərir. Bu dolayısı ilə həm də qlobal güclərin prosesə müdaxiləsinin qarşısını alır. Eyni zamanda müəyyən bəhanələri də tamamilə zərərsizləşdirir. Qazaxıstan münaqişənin səmimi həllində maraqlıdır. Ona görə ki, münaqişə yaxın zamanda sülh müqaviləsilə bitərsə, bu diplomatik münasibətlərdən tutmuş, əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının açılmasına yol açacaq.

Kəsəsi, Azərbaycan bəyan edir ki, bizə vasitəçi lazım deyil. Hətta XİN başçılarının görüşünü təşkil edəcək Qazaxıstan da deyir mən vasitəçi deyiləm, sadəcə, ev sahibi olacağam. Beləliklə, Bakı Brüssel və ABŞ-a mesaj verir ki, vasitəçisiz prosesləri aparmaq olar.

Bəs Azərbaycan və Ermənistan yekun sülh sazişini vasitəçisiz, masaya oturub imzalaya bilərmi? Bu, mümkündürmü, yoxsa sonda yenə də kimlərsə masada olacaq? Üstəlik, Rusiya amili də var və o, təşəbbüsü Qərbə vermək istəmir. Bu mövzuda şərhləri diqqətinizə çatdırırıq.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə maraqlı bir məqama toxundu: “Mən bu fikirdəyəm ki, Azərbaycanla Ermənistan arasında danışıqların Qazaxıstanda keçirilməsi təklifini sözügedən ölkənin prezidenti cənab Tokayev İrəvanda səsləndirsə də, təşəbbüs rəsmi Bakıdan gəlib və bu haqda razılıq mart ayında, onun Azərbaycana dövlət səfəri zamanı əldə edilib. Burada məqsəd yəqin ki, danşıqların öz vasitəçiliyi altında, yaxud da öz meydançasında keçirilməsinə və beləliklə, sülhdən çox maraqlarının təmininə çalışan gücləri neytrallaşdırmaqdan, ittiham üçün əllərinə bəhanə verməməkdən ibarətdir. Xatırladım ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında son danışıqlar bu il fevralın 28-də Berlində keçirilmişdi. Və elə həmin gün Azərbaycan Prezidenti Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini ölkəsinin dünya şöhrətli bir sıra şirkətlərinin rəhbərləri ilə birlikdə qəbul etdi. Həmin qəbul zamanı da bildirildi ki, alman şirkətləri işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərinə öz töhfələrini verməkdə maraqlıdırlar”. Deputat xatırlatdı ki, Berlindəki görüş və Almaniyanın bir sıra aparıcı şirkətlərinin rəhbərlərinin Azərbaycana səfərləri Yerkrapa terror qruplaşması snayperinin Şərqi Zəngəzurda bizim sərhədçimizi yaralaması qarşılığında onlara endirilən cavab zərbəsindən düz yarım ay sonra baş verdi: “Makron və ona bənzərlər dörd terrorçunun məhvi ilə nəticələnmiş həmin "Qisas" əməliyyatını aşırı cavab tədbiri kimi qiymətləndirsələr də, ondan sonra keçirilən görüş və Ermənistanın yenidən konstruktiv davranış sərgiləməyə başlaması Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab İlham Əliyevin bizim savaş yolu ilə sülh yaratdığımız haqda dediklərinin nə dərəcədə doğru olduğunun təsdiqidir. Və həm də onun təsdiqidir ki, qarşı tərəfin konstruktivlik sərgiləməsi üçün sözügedən əməliyyatlara bənzər ayıldıcı cavab tədbirləri də görmək lazım gəlir". Regiondakı proseslərə ayrıcı xətlər çəkənlərin təsiri altda deyil, obyektiv bucağından yanaşılanda bu, çox gözəl dərk edilir ki, fevral ayında Almanyia məhz belə bir mövqe sərgilədi. Ancaq ondan dərhal sonra rəsmi Parisin Almaniya rəhbərliyini kəskin tənqidlər, eyni zamanda Rusiyada “yad meydança” sayıldığından orada keçirilən görüşə heç də sıcaq yanaşılmadığı da üzə çıxdı. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi Rusiyada hər hansı bir görüşün keçirilməsindən boyun qaçırmaqla əslində belə davranışlar üçün Moskvaya fakt verir ki, bu da sülh prosesinə təsirsiz ötüşmür. Bax, Azərbaycanla Ermənistan arasında danışıqların Qazaxıstanda, özü də Astanda deyil, Almatıda təşkili sülh prosesinə özlərinin geosiyasi rəqabət prizmasından yanaşanları neytrallaşdırmağa, onları qıraqda saxlamağa, bizim onlardan hər hansı birinin təsiri altında deyil, öz iradəmizlə hərəkət etdiyimizi sərgiləməyə, həmin güclərə qısqanclıq, yaxud da ittiham üçün fakt verməməyə xidmət edir".

S.Alıyevin sözlərinə görə, görüş əgər Qazaxıstana keçirilirsə, nə Rusiya, nə də İranın əsası var ki, burada regiondankənar qüvvələrin rolunun artdığını deyərək qısqanclıq sərgiləsinlər: “Qazaxıstanın burada danışıqlar üçün platforma təklif etdiyini və sözügedən dövlətlərin oranı "yad meydança" saymadıqlarını, əslində bu görüşün elə həm də bir növ 3+3 əməkdaşlıq formatı fəlsəfəsinə uyğun gəldiyini nəzərə alsaq, niyə belə dediyim aydın olur”. Qərbdəki güclərə gəldikdə, deputat qeyd etdi ki, görüş əgər Astanada keçirilsəydi, bu, Suriya ilə bağlı Türkiyə-Rusiya-İran üçtərəfli anlaşmasının əldə olunduğu yer kimi onlarda müəyyən qıcıq yarada və açıq şəkildə qarşı çıxmaları üçün bəhanə verə bilərdi: “Amma əgər nəzərə alsaq ki, həmin Qərb məhz Ermənistana dəstək məqsədilə yeri gəldi-gəlmədi Almatı Bəyannaməsindən dəm vururlar, görüşün həmin şəhərdə keçirilməsi və danışıqların sözügedən deklarasiyada nəzərdə tutulan prinsiplər əsasında aparılması yəqin onları da müəyyən dərəcədə rahatlatmış olacaq. Müəyyən dərəcədə ona görə deyirik ki, Qazağın 4 kəndinin geri qaytarılmasından sonra Fransanın davranışları onun ikitərəfli danışıqlar nəticəsində əldə olunmuş bu irəliləyişdən heç də razı qalmadığından xəbər verir. ABŞ bu irəliləyişi dəstəklədiyini bildirsə də, dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngindən gəldiyim nəticə belədir ki, rəsmi Vaşinqton danışıqların məhz öz qanadı altında aparılması niyyətindən əl çəkməyib. Entoni Blinkenin, "Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşmanın ABŞ tərəfindən təqdir edildiyini", “sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərmək” istəklərini dilə gətirməsini diplomatik dildən adi dilə çevirdkdə, məhz bu, üzə çıxır. Cənab İlham Əliyevin aralarındakı telefon danışığı Blinkenə delimitasiya ilə bağlı razılaşmanın “ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu”, tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini deməsi, onun “sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı Azərbaycan Respublikasıdır, ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyi” sözləri də yenə diplomatik dildən adi dilə çevirsək, burada “ABŞ-ın istəyinə bizim heç bir vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verildiyini görürük. Cənab Prezidentin yuxarıda deyilənlərin ardınca dövlətimzin regionda hər hansı ayırıcı xətlərsiz əməkdaşlıq modelinin qurulmasını dəstəklədiyini vurğulaması vasitəçiyə niyə ehtiyacımızın olmadığına tam aydınlıq gətirir". S.Alıyev əlevə etdi ki, bu regionda kimlərin ayırıcı xətlər çəkməyi planlaşdırdıqları Brüsseldə keçirilən 5 aprel görüşündən bəllidir: “Buradan da aydın görünür ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab İlham Əliyevin bizim hər hansı vasitəçiyə ehtiyac duymadığımız, onların arasında alova odun atmaq istəyənlərin yolunun qətiyyətlə kəsiləcəyi haqda dedikləri özlərinə də çatdırılıb. Qazaxıstan görüşünün necə bitəcəyi ilə bağlı proqnozu da mən elə həmin forumda cənab Prezidentin bir fikrinə dayanaraq vermək istəyirəm. O ilk dəfə idi ki, Ermənistan rəhbərliyinin Azərbaycanda regionda sülh istədiyini anladığını diqqətə çatdırırdı. Bunu anlamaq üçün Azərbaycan əlindən gələni edib, Ermənistanı guya ona dəstək verənlərin təzyiqlərindən qorumaq qarışıq, bu gün yenə də əlindən nə gəlir edir ki, Almatı görüşü təşəbbüsü də elə bunun bir elementidir. Ermənistan verilən dəstəyi düzgün qiymətləndirsə, "xeyirxahlar"ının təzyiqlərinə tab gətirməyi bacarsa, biz bu il doğrudan da sülh anlaşması imzalaya bilcəyik və burada sözügedən görüşün rolu heç də az olmayacaq".

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda üçüncü tərəfin olmaması regionda sülhün tezliklə əldə edilməsinə gətirib çıxaracaq: “Uzun illər keçmiş Minsk Qrupu, müharibədən sonra Vaşinqton, Brüssel və Moskva formatları da uğurlu olmadı. Məhz Qazaxıstanın danışıqlar üçün yer seçilməsi ilk növbədə Azərbaycanın təklifidir. Ermənistan rəhbərliyi də bununla razılaşmalı oldu. Düşünürəm ki, sülh müqaviləsi də bu ölkədə bağlanmalıdır. Çünki Qərb və Rusiya platforması əlverişli deyil, üstəlik hər iki tərəf öz maraqları kontekstdə yanaşır. Qazaxıstanda isə, hər iki tərəf razılaşmağa məcburdur. İkitərəfli danışıqlarda müsbət tendensiya davam edir”. Ekspert qeyd etdi ki, Ermənistanda daxili siyasi prosesləri kilsə qızışdırsa da, Paşinyan Azərbaycanın gündəliyini qəbul edib: “Cənab Prezident İlham Əliyevin təqdim etdiyi gündəlik beynəlxalq hüquqa söykənir və sülhü, təhlükəsizliyi təmin edir. Qazaxıstan bu məsələdə vasitəçi deyil. Rusiya da proseslərdə Qərbin vasitəçi olmadığının fərqində olduğu üçün sülh masasında israr etməyəcək. Həm də Ermənistan hakimiyyəti Rusiyanı qəbul etmir. Moskva da bunu başa düşür. Sülh sazişi Qazaxıstanda imzalanarsa, burada üçüncü tərəf olmayacaq. Azərbaycan bu məsələdə prinsipialdır. Qərb və Rusiya arasında hərbi konfrontrasiya davam edir. Rusiyanın burada iştirakı olmayacaq. Ona görə də iki tərəf bu məsələdən mütləq kənarda qalmalıdır. Düzdür, Ermənistan çox çalışırdı ki, masada qarant ölkə olsun. Amma Azərbaycan buna getmədi”. M.Əsədullazadə hesab edir ki, yaxın perspektivdə ikitərəfli danışıqlar sülh müqaviləsinin bağlanmasına gətirəcək: “Delimitasiya və demarkasiya prosesi aparılır. İkitərəfli etimad formalaşıb. Hazırda aparılan danışıqlar Qərbin vasitəçiliyi ilə aparılmır ki, Rusiya bundan narahat olsun. Rusiya Azərbaycanın mövqeyini bilir və bununla razılaşmaq məcburiyyətindədir”.
Bakı buna nail oldu: indi qalib önündə təkik - GeqamyanAlmatıda keçiriləcək Mirzoyan-Bayramov görüşündə Ermənistan məğlub olduğu dövlətlə tək, vasitəçisiz, çətin vəziyyətdə qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri türkoloq Varujan Geqamyan erməni mediasına açıqlamasında deyib.

Onun fikrincə, görüşdə vasitəçilərin iştirak etməməsi Azərbaycanın danışıqlarda dominantlıq etmək istəyindən xəbər verir:

“Adətən daha zəif və daha həssas tərəfin maraqlarını qorumaq üçün vasitəçi tələb olunur, lakin indiki vəziyyətdə Ermənistan beynəlxalq birliyin dəstəyinə arxalana bilməyəcək və mövcud şəraitdə hərəkətə keçmək məcburiyyətində qalacaq. Türkiyə və Azərbaycan vasitəçilik platformasının mövcudluğunu istisna edən bir formatın yaradılmasına nail oldular ki, nəticədə Ermənistan onu məğlub edən iki ölkə ilə birbaşa təmasda olacaq, indi o, dəstək tapa bilməyəcək. Xüsusilə demarkasiya kontekstində sərhədyanı rayonların sakinlərinin hüquqlarını qoruya biləcək vasitəçi kimi beynəlxalq birliyə arxalanmaq çətindir”.

Onun fikrincə, Qərb də Azərbaycanı dəstəkləyir:

“Ermənistan müdafiə siyasətinə sadiq qalmaq əvəzinə, güzəşt xəttinə üstünlük verdi və bu, son nəticədə onun suverenliyinin əhəmiyyətli dərəcədə zəifləməsinə, ölkənin Türkiyənin təsir zonalarından birinə çevirməsinə səbəb oldu”.

Xəbər lenti