![]() |
|
Hindistan Türkiyə və Azərbaycana qarşı məkrli planını həyata keçirmək üçün Yunanıstanla Ermənistanı silahlandırma yolunu seçib.
Ermənistana çoxlu raket, hava hücumundan müdafiə və PUA sistemi satan Hindistanın Yunanıstana isə Türkiyə döyüş gəmilərinə qarşı istifadə olunmaq üçün raket sistemləri verdiyi bəlli olub.
Xarici medianın yazdığına görə, Afinaya verilən sistemlərin NATO-da böhrana səbəb olacaq tipdə olduğu və sözügedən silahların NATO döyüş təyyarələrinə kilidlənə biləcəyi də iddia edilir.
“Financial Times”, “The Economist Times”, “Radio Free Europe” və Ermənistan KİV-i də yazır ki, İrəvana təkcə Hindistan deyil, İran da silah verir. Hindistandan başlayaraq İrandan Ermənistana uzanan dəhlizlə silah satışı ötən ilin aprelində imzalanmış üçtərəfli sazişlə təmin edilir.
Mənbələr Ermənistanın Rusiya ilə münasibətləri pisləşdikdən sonra ənənəvi silah tədarükçüsü kimi Moskva əvəzinə Tehran və Yeni Dehliyə üstünlük verdiyini, Hindistandan Ermənistana göndərilən və Azərbaycana qarşı istifadə edilməsi planlaşdırılan silahlar arasında mobil personalın PUA əleyhinə "Zen" havadan müdafiə sistemlərinin olduğunu qeyd edir.
İrəvanın “Zen” sistemləri üçün Hindistana 41 milyon dollar ödədiyi bildirilir. Bundan əlavə olaraq İrəvan Yeni Dehlidən alınan 214 millimetrlik “Pinaka” yer-yer raket sistemləri üçün 260 milyon dollar ödədiyi bəlli olub. İrəvanın Hindistandan həmçinin 155,5 milyon dollar dəyərində 84 "Advanced Gun Systems" (ATAGS) aldığı da bildirilir.
Hindistandan Ermənistana göndərilən silahlar İranın cənubunda Bəndər Abbas limanı vasitəsilə şimalda İran-Ermənistan sərhədindəki Nurduz sərhəd qapısından keçərək Ermənistana daxil olur. Bir çox silahların təyyarə vasitəsilə də daşındığı barədə məlumatlar var.
Hindistanın Yunanıstana isə mümkün bir münaqişədə Türkiyə döyüş gəmilərinə qarşı istifadə etmək üçün BrahMos (PJ-10) idarə olunan raket sistemləri verdiyi bəlli olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi.
Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi və bu sahədə yaxşı potensialın olduğu bildirildi.
Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunuldu.
Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, zaman-zaman bu məsələ ilə bağlı yerli mediada müxtəlif iddialar səsləndirilsə də, ilk dəfə rəsmi şəkildə seçkilərlə bağlı mövqe sərgiləndi.
“Vaxtımız çox azdır və işimiz çoxdur” deyən MSK sədri dəqiq tarixlə bağlı məlumat verməsə də, mediada seçkilərin gah iyul, gah avqust, gah da sentyabr ayında keçiriləcəyi ilə bağlı məlumatlar yer alır.
Son prezident seçkisində namizəd olan, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev öz təxminlərini “Yeni Müsavat”la bölüşüb: “Proqnoz vermək çətindir. Amma növbədənkənar seçkilər keçiriləcəksə, buna 60 gün vaxt lazımdır. Belə olduğu təqdirdə əgər may ayında qərar veriləcəksə, iyul ayında seçkilər baş tutmalıdır. Çünki bizim qanunvericiliyə görə, noyabr ayının 3-də ölkədə parlament seçkiləri keçirilməlidir. Konstitusiyanın maddələri bunu deyir. Bundan gec seçkilər olmamalıdır”.
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov isə bildirib ki, digər bir yol referendum keçirməklə konstitusiyaya seçki günləri ilə bağlı müəyyən dəyişikliklər etməkdir: “Əslində elə gözləntilər də bu istiqamətdə idi. Biz konstitusiya islahatlarının həyata keçirilməsini və bir sıra məsələlərlə yanaşı çoxmandatlı seçki sisteminin bərpa olunmasını, Milli Məclis üzvlərinin sayının artırılmasını və bundan sonra seçkilərin keçirilməsini məqbul hesab edirik. Eləcə də bələdiyyələrin statusunun artırılması, icra orqanlarının bir sıra səlahiyyətlərinin bələdiyyələrə verilməsi kimi məsələlərin öz həllini tapmasından sonra bələdiyyə seçkilərinin keçirilməsı daha uyğun olardı”.
“YUNESKO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.
“Biz Bakıda YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti, eləcə də işğal zamanı Ermənistan tərəfindən mədəni və dini irsimizin məhv edilməsi barədə məlumat verdim.
Bizim ümumi fikrimiz ondan ibarət idi ki, YUNESKO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”, - o “X” səhifəsində yazıb.
ABŞ və Qərb Gürcüstan hökumətinin “qrant agenturası”nın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərindən narahatdır, çünki bu, baş verərsə, əsas siyasi manipulyasiya və təsir mexanizmi sıradan çıxarılmış olacaq... Ona görə də, Qərb hazırda Gürcüstanı Qərbyönümlü müxalifət düşərgəsi üzərindən daxili xaosa sürükləməyə çalışır və hətta kənar müdaxilənin daha da dərinləşəcəyi təqdirdə, bu Qafqaz ölkəsində “məxməri inqilab” ehtimalı ciddiləşə bilər...
ABŞ və Qərbin daha bir önəmli siyasi manipulyasiya mexanizmi artıq öz əhəmiyyətini itirməyə başlayıb. Halbuki, Qərb siyasi dairələri həmin siyasi manipulyasiya mexanizmindən daha çox postsovet məkanında istifadə etməyə çalışırdılar. Əslində, postsovet məkanına təsir göstərmək baxımından, həmin mesanizm hələ də Qərbin siyasi manipulyasiya arsenalında aktual olaraq, qalmaqdadır. Və bu baxımdan, Qərbin postsovet məkanı uğrunda mübarizəsi hazırda əvvəlkindən daha intensiv xarakter daşıyır.
Əvvəlcə onu qeyd edək ki, vaxtilə ABŞ və Qərbin kobud müdaxilə ucbatından fəlakətə, daxili xaosa düçar olan dövlətlərin sırasında İraq, Suriya və digər Yaxın Şərq ölkələri örnək göstərilirdi. İndisə, daha o qədər uzağa getməyə qətiyyən ehtiyac yoxdur. Çünki ABŞ və Qərbin “fəlakət və xaos maşını” Cənubi Qafqaz regionuna daxil olub, Azərbaycanın da sərhədlərinə yaxınlaşıb. Belə ki, Cənubi Qafqazda Qərbə yaxınlaşmaq niyyətinə düşən iki region dövləti indi məhz ABŞ və Qərbin “fəlakət və xaos labirinti”ndə çabalayır.
Təbii ki, onlardan birincisi, Ermənistan hesab olunur. ABŞ və Qərb Ermənistana müxtəlif vədlər verməklə, şirnikləndirməyi bacarıb. Ancaq rəsmi İrəvana Qərbdən verilən vədlər hələlik yerinə yetirilməsə də, Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması reallığa çevrilib. Rəsmi İrəvan Qərbdən verilən təlimatları icra edərək, Rusiya ilə gərginliyi dərinləşdirir. Ona görə də, hazırda Ermənistan bir neçə nəhəng dövlətin, xüsusilə də, ABŞ-la Rusiyanın qarşıdurma məkanına çevrilib. Və indiki situasiyanın Ermənistanı daha böyük kataklizmlərə sürükləyə biləcəyi isə qətiyyən şübhə doğurmur.
ABŞ və Qərbin vədlərinə aldanan digər regiona ölkəsi kimi isə Gürcüstan diqqəti çəkir. Belə ki, Gürcüstanın Qərb tərəfindən aldadılmasının tarixi Ermənistandan belə, daha irəliyə gedir. Hər halda, vaxtilə ABŞ və Qərb MDB məkanında Rusiyaya qarşı üç dövlətdən ibarət “zərbə paketi” hazırlamışdı. Yəni, Ukrayna, Gürcüstan və Moldovaya geniş vədlər çərçivəsində Rusiya ilə münasibətləri korlamaq həvalə olunmuşdu. Nəticədə, Ukrayna hazırda “savaş və xaos bataqlığı”na çevrilmiş vəziyyətdədir. Və bu ölkənin gələcək taleyi də hazırda müəyyən suallar doğurmağa başlayıb.
ABŞ və Qərbin “qayğısına” tuş gəlib, ciddi problemlərlə üzləşən digər ölkə Moldova hesab oluna bilər. Çünki Moldova da Qərbin təlimatlarına uyduğu üçün daxili separatizmdən əziyyət çəkir. Rəsmi Kişinyov illərlə böyük səbrsizliklə Qərbin vədlərinin yerinə yetiriləcəyini gözləsə də, Moldovaya yalnız siyasi manipulyasiyalardan başqa heç nə qiymırlar. Və bu baxımdan, Moldova da öz müasir tarixinin ən ağır mərhələsinə məhkum buraxılmış kimi görünür.
Nəhayət, ABŞ və Qərbin vədlərinə aldanmış daha bir dövlət olaraq, Gürcüstan da ciddi problemlərə məruz qalmaqdadır. Əslində, Ukrayna, Moldova və Gürcüstana Qərbdən verilən vədlər eyni məzmun daşıyırdı. Belə ki, ABŞ və Qərb bu üç dövlətin Avropa Birliyi və NATO-ya üzv qəbul ediləcəyi ilə bağlı öhdəlik götürmüşdü. Ancaq üzərindən illər keçsə də, bu üç dövlət Avropa Birliyinin yüksək inkişaf modeli və NATO-nun “təhlükəsizlik çətiri” əvəzinə, indi daxili “xaos bataqlığı”na düçar olmuş vəziyyətdəir.
Səbəblərsə, çox sadədir. Belə ki, ABŞ və Qərb maraqlarının hədəfində olan istənilən dövlətə məmnuniyyətlə vədlər vermək vərdişlərinə sahibdir. Ancaq Qərbdə verilən vədlərin yerinə yetirilməsinə qətiyyən tələsmirlər, hətta bu barədə ümumiyyətlə, düşünmürlər. Qərbdə onu da yaxşı bilirlər ki, Avropa Birliyinə və NATO-ya üzvlük məsələsi iqtisadi və hərbi problemlərlə üzləşən postsovet ölkələri üçün ən şirnikləndirici vəddir. Bununla bəzi postsovet ölkələrini təsir altına salmaq, hətta onları müxtəlif geopolitik sifarişlərin icrasına məcbur etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbə Ukrayna, Moldova, Gürcüstan və Ermənistan ümumiyyətlə, lazım deyil. Bu dövlətlər Qərb üçün müvəqqəti geopolitik alət rolunu oynayır. Ona görə də, bu dövlətlərin heç birisinin Avropa Birliyinə və NATO-ya üzv olmaq şansı mövcud deyil. Ən yaxşı halda, Qərb onlara üzvlüyə namizəd statusu verməklə, geopolitik sifarişlərin hədəflərin genişləndirilməsinə yönəldə bilər. Və son nəticədə ümid verilmiş postsovet dövlətlərini yenidən təkbaşına buraxılma taleyi gəzləyir.
Əgər, belə olmasaydı, ABŞ və Qərb Avropa Birliyi və NATO-ya üzv qəbul edəcəyinə söz verdiyi Ukraynanı sadəcə, “savaş bataqlığı”na çevirməsdi. Moldovada daxili separatizm ölkənin ərazi bütövlüyünü pozanda, siyasi bəyanatlar deyil, konkret dəstək addımları atardı. Yaxud da vaxtilə rus qoşunları paytaxt Tiflisə doğru irəliləyəndə, separatçılar ölkə ərazisini parçalayıb, Rusiyaya birləşdirəndə, Gürcüstanı müdafiə etməyə çalışardı. Və bunların heç birisi baş vermədiyindən verilən vədlərin nə qədər aldadıcı olduğunu anlamaq çətinlik törətmir.
Ancaq nə qədər qəribə də olsa, Gürcüstanda bu sadə reallığı qəbul etmək istəməyənlər hələ də qalmaqdadır. Qərbyönümlü gürcü müxalifəti hələ də ABŞ və Avropa Birliyinin Gürcüstanı xoşbəxt gələcəyə götürəcəyinə inanır. Hətta bu inamın təsiri altında, Gürcüstan hökumətinin ölkənin milli təhlükəsizliyi üçün parlamentə göndərdiyi “xarici təsirlərin şəffaflığı” barədə qanuna etiraz edir. Və bu etiraz dalğası hökumət qüvvələri ilə Qərbyönümlü müxalifətçilər arasında günlərlə davam edən daxili toqquşmalara yol açmaqdadır.
ABŞ və Qərb isə ölkəni qarşıdurmaya sürükləyən müxalifəti dəstəkləyir və Gürcüstan hökumətindən “xarici təsirlərin şəffaflığı” barədə qanunun qəbulundan imtina olunmasını tələb edir. Yəni, Gürcüstanın daxili işlərinə kobud şəkildə müdaxilə olunur. Rəsmi Tiflisin xarici ölkələrin maraqlarını təmsil edən “qrant agenturası”nı qarşı mübarizə cəhdlərinə zərbə vurulur. Çünki Gürcüstanda fəaliyyət göstərən “qrant agenturası” birbaşa ABŞ və Qərbin xüsusi xidmət servislərinin nəzarətindədir. Və Qərbin maraqlarına bağlı xarici sifarişləri icra edir.
Qərbdə Gürcüstan hökumətinin “qrant agenturası”nın fəaliyyətini məhdudlaşdırma cəhdlərindən narahatdırlar. Çünki bu, baş verərsə, Qərbin Gürcüstana təsir mexanizmləri də sıradan çıxarılmış olacaq. Halbuki, ABŞ və Qərb Gürcüstana təzyiq göstərməklə, bu ölkəni hələ uzun nüddət Rusiyaya qarşı geopolitik alət kimi istifadə etmək niyyətindədir. Bu səbəbdən də, ABŞ və Qərb öz “qrant agenturası” üzərindən Gürcüstanı daxili xaosa sürükləməyə çalışır. Və hətta bu prosesin daha da dərinləşəcəyi təqdirdə, “məxməri inqilab”la da yekunlaşa biləcəyi qətiyyən istisna deyil.(musavat.com)