![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukrayna müharibəsinə görə ona qarşı tətbiq etdiyi sanksiyaları pozmaq səylərini hədəfə alıb. Yeni açıqlanan sanksiya siyahısına Türkiyə, Belçika və Çindəki bəzi şirkətlər də daxildir. Siyahısında Azərbaycanın da adı var.
Yeni sanksiyalar Rusiyanın müdafiə sənayesini, habelə kimyəvi və bioloji silah proqramları və Rusiyanın müdafiə sənayesi üçün mühüm materialları təmin edən üçüncü ölkələrin şirkətləri və fiziki şəxslərini hədəf alıb.
ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin elan etdiyi yeni sanksiyalarla ümumilikdə 300-ə yaxın şirkət, fiziki şəxs və qurum hədəfə alınıb.
Onlardan 60-a yaxını Azərbaycan, Çin, Belçika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyada yerləşir. Maliyyə Nazirliyinin açıqlamasında bu ölkələrdəki bəzi şirkətlər “Rusiyanı təcili ehtiyac duyduğu texnologiya və avadanlıqla təmin etməkdə” ittiham olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.
"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.
Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar da icra olunub.
Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.
Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün biz münaqişə potensialının ən yüksək olduğu yerlərdən [delimitasiyaya] başlayırıq ki, vəziyyət nəzarətdə qalsın.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni jurnalist Petros Kazaryana müsahibəsində deyib.
"Bu, uzun bir prosesdir. Biz Almatı bəyannaməsi əsasında sərhədlərin yenidən qurulması paketini formalaşdırırıq. Proses haradasa başlamalıdır, sonra biz “yerdə” əldə etdiyimiz təcrübəni hansısa formatda parlamentin təsdiqinə təqdim edəcəyik, sonra isə bu mandata uyğun olaraq bütün prosesi davam etdirəcəyik", - o deyib.
Paşinyan bildirib ki, delimitasiya prosesi zamanı Ermənistan hökuməti qarşısına təkcə ayrı-ayrı bölmələr üzrə deyil, həm də Azərbaycan ilə arasında bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbul edilməsi vəzifəsini qoyub.
"Növbəti illərdə dövlətimiz həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq. Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qarşısında baş verir", - hökumət başçısı vurğulayıb.
Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddialar səsləndirib.
Məsələni Trend-ə şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Fransa uzun müddətdir Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti özünü müxtəlif müstəvilərdə göstərməkdədir.
O qeyd edib ki, Fransa ölkəmizə istiqamət verməyə, yön göstərmək məqsədlərini ortaya qoyur.
"Bu xüsusda da Azərbaycanın xarici siyasət vektorlarına da korrektələr etmək maraqlarını gizlətmir. Digər tərəfdən Fransa ölkəmizin daxili işlərinə qarışmaqla yanaşı, ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı fəaliyyət həyata keçirir. Fransa həm də öz maraqlarının təminatçısı rolunda çıxış edir və buna çalışır. Ermənistandan öz marginal maraqları üçün istifadə edir.
Bir zamanlar Azərbaycan ərazisində olan separatçılar Fransaya dəvət alır və böyük dəbdəbəylə qarşılanır. Fransanın dövlət televiziyalarında onlara yer verilir, fəaliyyəti işıqlandırlır.
Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ölkəmiz üçün təhlükəsizlik və sabitlik önəmlidir. Ölkəmiz bu istiqamətdə öz fəaliyyətini qurur. Azərbaycana qarşı bu çirkin və əsassız iddialar səsləndirmək yolverilməzdir. Belə yanaşmalar bölgədəki sabitliyi pozur və destruktiv mahiyyət daşıyır", - deyə o qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, bəzi kənar vasitəçilər yalnız öz məqsədlərini güdürlər, onlar yardım deyil, öz siyasi-iqtisadi maraqları naminə regiona müdaxilə etmək, “savaş tonqalına yenidən odun atmaq” istəyirlər... Rəsmi Bakı regional sülhün ən real modelini artıq dəqiqləşdirib, bu, birmənalı şəkildə Cənubi Qafqaza kənar müdaxilə cəhdlərinin bloklanması ilə mümkün ola bilər...
Cənubi Qafqaz regionuna kənar müdaxilələr hələ də pozucu faktor kimi öz aktuallığını qoruyub, saxlamaqdadır. Belə ki, ABŞ, Avropa Birliyi, Fransa və digər bəzi Qərb ölkələri regional maraqlarını təmin etmək naminə Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artırılmasına cəhd göstərirlər. Qərb siyasi dairələrinin son vaxtlar Ermənistana açıq şəkildə hərbi-siyasi dəstək vermək üçün müxtəlif variantları sınaqdan çıxartması da bunu təsdiqləyir. Və bu baxımdan, Cənubi Qafqazda sülhə, sabitliyə qarşı əsas təhlükə də məhz həmin kənar müdaxilə hesab oluna bilər.
Onu da qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunan Macarıstan Qərb siyasi dairələrinin Cənubi Qafqaza kobud müdaxiləsinin qarşısının alınması istiqamətində önəmli addım atması ilə diqqəti çəkib. Avropa Birliyinə də üzv olan Macarıstan Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün maliyyə vəsaiti ayrılması cəhdini bloklayıb. Avropa Birliyi ilə anlaşmaya əsasən Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində maliyyə vəsaiti ayrılması barədə layihə müzakirəyə çıxarılıb. Macarıstan isə bu layihəni veto edib, bu məsələnin həlli üçün Azərbaycana da eyni məbləğdə maliyyə dəstəyinin verilməsi tələbini irəli sürüb. Və bu, Azərbaycan-Macarıstan tərəfdaşlığının yüksək səviyyədə olduğunu göstərir.
Təbii ki, Macarıstan atdığı bu önəmli addımla Cənubi Qafqazda sülhə və sabitliyə böyük töhfə vermiş oldu. Macarıstanın bu davranışı əslində, ABŞ, Avropa Birliyi və Fransa üçün olduqca önəmli örnək rolunu da oynaya bilər. Çünki ABŞ və Avropa Birliyi Cənubi Qafqazda sülhü və sabitliyi dəstəklədiyini davamlı olaraq, təkrarlamaq vərdişlərinə malikdir. Halbuki, Brüssel təxribatı da daxil olmaqla, ABŞ və Avropa Birliyinin atdığı addımlar regionda yeni savaş təhlükəsinin artmasına yol açmaqdadır. Və bu baxımdan, həm ABŞ, həm də Avropa Birliyinin rəsmi dairələrinin sülh çağırışları qətiyyən səmimi xarakter daşımır.
Məsələ ondadır ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında sülh prosesini birbaşa və daim nəzarətdə saxlamağa çalışır. Ancaq məhz dövlət katibi Entoni Blinkenin ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş ortaq Brüssel konfransının əsas təşəbbüskarı olması Ağ Evin açıqlamasının səmimiliyini şübhə altına alır. Çünki əgər, ABŞ dövlət katibi Cənubi Qafqazda sülhü və sabitliyi əsas prioritet kimi qəbul etsəydi, onda, Brüssel konfransına Azərbaycanın da qatılmasını təmin edərdi. Və Ağ Ev Ermənistanı açıq şəkildə dəstəkləməklə, rəsmi Bakını ABŞ-dan narazı salmazdı.
Bütün bunlar onu göstərir ki, ABŞ, Avropa Birliyi və Fransa kimi kənar güclərin Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə etməməsi Azərbaycan və Ermənistan arasında problemlərin həllinə münbit şərait yarada biləcək yeganə modeldir. Çünki vaxtilə ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədrləri olsalar da, Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa ehtiyac duymamışdılar. Ona görə də, rəsmi Bakı məhz Azərbaycan ordusunu hərəkətə gətirərək, ölkənin ərazi bütövlüyünü təmin etmək məcburiyyətində qalmışdı. Yəni, əslində, rəsmi Bakı Cənubi Qafqazda indi mövcud olan sülhü və sabitliyi məhz hərbi yolla təmin edib. Və bunun kənar müdaxilələrlə pozulmasına da qətiyyən imkan vermək niyyətində deyil.
İndi isə regionda sülhün və sabitliyin qalıcı olması üçün həlledici addımlar atılır. Belə ki, rəsmi Bakı israrla Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının məhz kənar vasitəçilər olmadan aparılmasına üstünlük verir. İki ölkə arasında əldə olunan son anlaşma isə rəsmi Bakının vasitəçilərdən imtina qərarının tamamilə effektiv olduğunu təsdiqləyir. Belə ki, kənar vasitəçilər olmadan, ikitərəfli danışıqlar sayəsində Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesində böyük irəliləyişlərə nail ola biliblər. Və Azərbaycanın Ermənistan tərəfindən işğal eidlmiş daha dörd kəndi artıq geri qaytarılır.
Rəsmi İrəvan bu anlaşmanı Cənubi Qafqazda sülhə aparan önəmli nailiyyət kimi qəbul edir. Baş nazir Nikol Paşinyan hətta Azərbaycanla delimitasiya anlaşmasına qarşı çıxan radikal-revanşist erməni müxalifətini müharibə tərəfdarı olmaqda suçlayır. Onun fikrincə, Ermənistanda delimitasiyaya qarşı çıxanlar yeni savaşın baş verməsinə cəhd göstərirlər: Erməni baş nazir əmindir ki, kütləvi etiraz aksiyaları keçirənlərin əsas məqsədi məhz Ermənistanın suverenliyinə və mövcudluq şanslarına birbaşa qəsd etməkdən ibarətdir.
Nə qədər gözlənilməz olsa da, Ermənistan parlamentinin müxalif vitse-spikeri Ruben Rubinyan da baş nazir Nikol Paşinyanın mövqeyini dəstələyən açıqlama ilə diqqəti çəkib. Belə ki, erməni vitse-spiker bildirib ki, delimitasiya prosesi Ermənistanın təhlükəsizliyi üçün həlledici faktordur: “Mən delimitasiyadan sonra savaşın olmayacağına tam təminat verə bilmərəm. Ancaq əminəm ki, əgər, delimitasiya olmazsa, yeni savaş mütləq baş verəcək”.
Ancaq rəsmi Bakı yeni savaş istəmir, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin uğurla nəticələnməsinə çalışır. Ona görə də, sülh və delimitasiya proseslərinə kənar güclərin müdaxilə etməsinə imkan vermək niyyətində deyil. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistana kənar vasitəçi qətiyyən lazım deyil: “İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılıb. Buna hər hansı vasitəçi olmadan nail olunub”.
Azərbaycan lideri bildirib ki, bəzi kənar vasitəçilər yalnız öz məqsədlərini güdürlər, onlar yardım deyil, öz siyasi-iqtisadi maraqları naminə regiona müdaxilə etmək, “savaş tonqalına yenidən odun atmaq” istəyirlər. Ancaq Prezident İlham Əliyev Cənubi Qafqazda belə cəhdlərə qətiyyən imkan verilməyəcəyini də xüsusi olaraq, vurğulayıb. Və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə Cənubi Qafqazda davamlı sülhə nail olunacağını qabardıb.
Göründüyü kimi, Azərbaycan lideri Cənubi Qafqaz üzərində məkrli planlar quran kənar güclərə açıq və sərt mesajlar verib. Prezident İlham Əliyev regional sülhün real modelini artıq dəqiqləşdirib. Bu, birmənalı şəkildə Cənubi Qafqaza kənar müdaxilə cəhdlərinin bloklanması sayəsində reallaşa bilər. Və Azərbaycan liderinin son mesajları regionda yeni savaş planları quranlara sərt xəbərdarlıq xarakteri daşıyır.(Yeni Müsavat)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.
"Nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.
ABŞ və Avropa İttifaqı (Aİ) getdikcə Mərkəzi Asiya ölkələrinin ehtiyatları, ilk növbədə uran və digər xammallar uğrunda mübarizəyə cəlb olunur.
Məsələn, Avropa Birliyi, xüsusən Özbəkistanda artıq bu istiqamətdə irəliləməyə başlayıb. Aprelin 5-də Özbəkistan və Aİ arasında kritik xammal sahəsində davamlı dəyər zəncirlərinin inkişafına dair anlaşma memorandumu imzalanıb. Gözlənilir ki, bu saziş Özbəkistanda dağ-mədən sənayesinin inkişafına təsir göstərəcək, həmçinin Avropa İttifaqına mis və molibden kimi minerallar əldə etməyə imkan verəcək.
Bu barədə rusdilli "Бакинский Бурила" kanalının təhlilində qeyd edib.
"Son illər Avropa dövlətlərinin, xüsusən də Fransa və Almaniya nümayəndələrinin Mərkəzi Asiya ölkələrinə, ilk növbədə Özbəkistana səfərləri daha tez-tez baş verir - məsələn, Makronun oraya səfərini xatırlamaq yerinə düşər. Almaniyanın iqtisadi maraqları isə Özbəkistanda fəaliyyət göstərən iri şirkətlərin sayını artırmaq və yeni investisiya layihələrini genişləndirməkdən ibarətdir. Olaf Şolts və Şavkat Mirziyoyev arasında keçirilən son görüş nəticəsində 9 milyard dollar dəyərində ticarət, investisiya və texnologiya sazişi imzalanıb.
Mərkəzi Asiya ölkələri bu Böyük Oyunun obyektinə deyil, subyektinə çevrilib. Bəlkə də tarixlərində ilk dəfədir və bu, onlara inkişaf üçün unikal imkanlar verir.
Hər bir ölkənin nə qədər çox resursu varsa, onların hamı üçün dəyəri bir o qədər yüksəkdir - xüsusən də Rusiyanın bu regionda təsirini itirməsi və Qərblə Çin arasında resurslar uğrunda qlobal rəqabət fonunda", - deyə məqalədə bildirilir.
Qeyd edilir ki, Qərbin Özbəkistana diqqətini artırmasının səbəblərindən biri də onun zəngin mis yataqlarıdır: "Eyni zamanda, Aİ-nin iqlim məqsədlərinə nail olmaq səyləri təhlükə altında olduğundan, rəsmi Brüssel alternativ variantlar axtarmağa çalışır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen parlamentdəki çıxışlarının birində deyib: "Tezliklə litium və nadir torpaqlar neft və qazdan daha vacib olacaq. 2030-cu ilə qədər nadir torpaqlara olan tələbatımız 5 dəfə artacaq. Biz yenidən asılı olmaqdan qaçmalıyıq. Necə ki bunu bunu neft və qazla etdik”.
Beləliklə, Avropa, şübhəsiz ki, bu resursların yeni və etibarlı təchizatçıları axtarışındadır. Və təbii ki, bunu Mərkəzi Asiya ölkələrində də başa düşürlər. Regionda mühüm format, yeni əlaqə formalaşır və o, bilavasitə Azərbaycanla bağlıdır. Resurslar əladır, amma onları Asiyadan Avropaya necə çatdırmaq olar?"
Təhlildə bildirilir ki, cəmi üç yol var: Xəzərdən şimala - Rusiyadan, Xəzərdən cənuba - İrandan və Xəzər dənizindən - yəni Azərbaycan ərazisindən.
"Rusiya Federasiyası və İrandan keçən tranzit marşrutlarında hansı böyük risklərin - gömrük, siyasi, iqtisadi və s.-nin olduğunu izah etmək lazımdırmı? Deməli, Azərbaycanın Orta Asiya üçün, hətta daha çox Qərb üçün, hətta Fransa üçün təmsil etdiyi rol, əhəmiyyət vacibdir.
Bunlar isə Azərbaycan üçün imkanlardır. Bakının onlardan maksimum yararlanacağı şübhəsizdir", - deyə məqalədə qeyd olunub.
Dörd kənddən sonra Vardenis (Basarkeçər), daha sonra Sünik (Zəngəzur) veriləcək. Vardenisdən 10 kəndin, Sünikdən isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan bildirib.
Onun iddiasına görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsində artıq işlər başlayıb:
“Azərbaycanın Naxçıvana çıxışının təmin edəcək bu dəhlizdə yolların asfaltlandığı deyilir. Hakimiyyət bunu gizlədir, lakin sosial şəbəkələrdə yolların təmir edildiyi görüntüləri yayılır. Bu o deməkdir ki, kəndlərin verilməsindən sonra dəhlizin verilməsi də gündəmdədir”.
Xaçikyan qeyd edib ki, baş verənlər Ermənistanın yekun kapitulyasiya aktını imzalaması ilə nəticələnəcək.