Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Anar Axundov iqtisadiyyat nazirinə yeni müavin təyin olunub.

Anar Axundovun dosyesini təqdim edirik:

Anar Axundov 1975-ci ildə anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib.

Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb. 1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib. 2004-2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub.

2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib. 2014-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub.

Ailəlidir, 2 övladı var.

Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!"Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır". Bu sözləri İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. Qazaxıstan Prezidenti bildirib ki, Qazaxıstan mümkün qədər çox kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Tokayev vurğulayıb ki, əsas məqsəd dost ölkələri bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır.
"İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanla Ermənistan arasında sülhə yeni bir platforma təklif edib. Əslində bu, yeni platforma deyil. Burada ilk odur ki, Asiya ölkələrindən də Cənubi Qafqazdakı problemin həllinə maraq daha da artıb".

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Qarabağ problemi mövcud olduğu gündən həlli istiqamətində daima Avropanın rolu əsas olub.

“Əgər Cənubi Qafqazdakı iqtisadi tərəfdaşlıqlarda Avropa ölkələri kimi Asiya da iştirak edirsə, düşünürəm regionda olan hadisələrdə fəallıqları anlaşılandır. Həmçinin, bu vasitəçilik təklifi də yüksək dəyərləndirilməlidir. Çünki artıq Qərbin təhdidvari bəyanatları və ikilli standartları şablonlaşaraq öz əhəmiyyətini itirir.

Ümumiyyətlə, Avropa dövlətləri hazırda özlərinin bəyan etdikləri dəyərləri gündən-günə dəyərsizləşdirir. Bir haldakı vasitəçiliyini öhdəliyinə götürdüyü münaqişələrdə uzun illərlə heç bir naliyyət əldə edilmir və əksinə daha çox aqressiya nümayişləri görürük. Mən deyərdim ki, Asiya və Avropanın regionumuzdakı qeyri-sabitliyə münasibəti tam fərqlidir. Ümid edirəm ki, Ermənistan Qərbin uzatmağa çalışdığı zəruri sülhü gecikdirməyəcəkdir. Bu da yalnız Cənubi Qafqazdakı ölkələrarası əlaqələrə və bölgədə yaşayan xalqlara zərər verir”-deyə deputat əlavə edib.

Müşfiq Cəfərov vurğulayıb ki, Qərbin və ya müttəfiqlərin deyil, region insanının milli maraqları daha üstün tutularaq ortaq məxrəcə gəlinməlidir.
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş illik müddətdən əvvəl ölkədən çıxarılması prosesinə başlanılıb.

“Report”un məlumatına görə, bu barədə ilkin olaraq, müxtəlif media resursları və sosial şəbəkələrdə yayılan qeyri-rəsmi informasiya daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Kremlin mətbuat katibi Dmitri Peskovun müvafiq açıqlamaları ilə rəsmən təsdiqlənib.

Hazırda sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingenti və onun istifadəsində olan hərbi texnikanın Azərbaycandan çıxarılmasını əks etdirən çoxsaylı videolar yayılmaqdadır.

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib.

O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararası Valyuta Birjası" QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, 2 övladı var.

Rəsmi Paris Azərbaycandakı səfirini geri çağırmaqla, hər hansı ciddi nəticə qazana bilməz, Makron hakimiyyəti əgər, Fransanın regional maraqları barədə düşünürsə, onda fransız diplomatla deyil, məhz Azərbaycanın hakim dairələri ilə məsləhətləşməlidir... Bundan öncə isə rəsmi Paris ilk növbədə ermənipərəst mövqeyindən imtina etməlidir, Azərbaycana qarşı düşmənçilik siyasətinə ciddi düzəlişlər barədə düşünməlidir, əks halda, Fransa Cənubi Qafqaza kənardan baxan küsəyən ölkə kimi qalacaq...

Fransa Cənubi Qafqazda “suyu bulandırmaq” siyasətini israrla davam etdirir. Üstəlik, rəsmi Paris məhz Azərbaycanı hədəf alıb. Fransa artıq bir neçə ildir ki, Azərbaycana qarşı düşmənçilik mövqeyini açıq müstəviyə çıxarıb. Bu Avropa dövləti Ermənistanın əsas beynəlxalq himayədarı missiyasını öz üzərinə götürüb. Və Cənubi Qafqaz siyasətini də məhz Azərbaycana qarşı yönəlmiş qərəzli planlar üzərində qurmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Paris son vaxtlar Azərbaycanla münasibətlərin tamamilə korlanmasına yönəlik absurd addımlar atmağa başlayıb. Hətta Fransanın Azərbaycandakı səfiri Parisə çağırılıb və bunun məsləhətləşmə məqsədi daşıdığı vurğulanıb. Üstəlik rəsmi Paris onu da bildirib ki, fransız səfirin geri çağırılması Azərbaycanın Fransa ilə münasibətlərin korlanmasına səbəb ola biləcək addımları ilə bağlıdır. Və nə qədər qəribə də olsa, rəsmi Paris Azərbaycanın Fransa ilə münasibətlərini korlaya biləcək addımlarını örnək göstərməyə rhtiyac duymayıb.

Əslində, bu o qədər də təəccüblü deyil. Çünki rəsmi Parisin Azərbaycan tərəfindən Fransa ilə münasibətlərə zərbə vura biləcək daxranışlarına örnək tapması asan məsələ deyil. Hər halda, indiyə qədər münasibətlərin korlanmasına yönəlik addımlar rəsmi Bakı tərəfindən deyil, məhz Fransa tərəfindən atılıb. Hətta rəsmi Paris o qədər qərəzli mövqe tutmaqdadır ki, bu, digər Avropa dövlətləri tərəfindən də diqqətə alınmaqdadır. Hər halda, İtaliya Xarici İşlər Nazirliyinin Fransanı Azərbaycana qarşı davranışlarını, eləcə də, Cənubi Qafqazda sülh prosesinin pozulmasına yönəlik addımlarını sərt şəkildə tənqid etməsi rəsmi Parisə bəzi məqamları anlamaqda yardımçı ola bilər.

Bu baxımdan, rəsmi Paris Azərbaycanı nədəsə günahlandırmaq niyyətinə düşməkdən öncə Fransanın davranışlarına düzəliş etməsi olduqca vacibdir. Çünki Fransa son illərdə Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları artıq atıb. Hətta Fransa parlamentində erməni separatçıların və terrorçuların uydurduğu qondarma “artsax”ın tanınması barədə qətnamə belə, qəbul edilib. Və bu, Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərinə qəsd olunması anlamı daşıyır.

Digər tərəfdən, rəsmi Paris BMT Təhlükəsizlik Şirasında Azərbaycana qarşı qətnamələrin qəbul edilməsi istiqamətində israrlı cəhdlər göstərib. Fransa sonradan həmin qətnamələr sayəsində Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasını planlaşdıərdığını da qətiyyən gizlətmirdi. Eyni zamanda, Avropa Birliyində və Avropa Avropa Parlamentində Azərbaycana qarşı aparılan kampaniyanın, qərəzli qətnamələrin qəbul edilməsinin arxasında Fransanın olduğu da heç kimə sirr deyil. Və Fransanın, onun hakim elitasına daxil olan şəxslərin Laçın yolu ətrafında yaratdıqları “blokada şousu” da hələlik unudulmayıb.

Bütün bunlar azmış kimi, rəsmi Paris hazırda Ermənistanı ən müasir hərbi texnika ilə silahlandırmaq missiyasını da öz üzərinə götürüb. Hətta Fransa bunu qətiyyən gizlətməyərək, Ermənistana başqa ölkələrə satmadığı silahları vermək niyyətini də açıq şəkildə bəyan edirb. Yəni, rəsmi Paris açıq-aşkar Cənubi Qafqazda sülh prosesini pozmağa çalışır, Ermənistanı Azərbaycanla yeni savaşa hazırlayır. Və bütün bunların qarşılığı olaraq, rəsmi Bakının Fransanın pozucu fəaliyyətinə etitaz etmək hüququ var.

Göründüyü kimi, Azərbaycan-Fransa münasibətlərinə zərbə vuran bütün addımlar indiyə qədər Bakıdan deyil, məhz Parisdən atılıb. Ona görə də, indi Fransanın Azərbaycandan narazı qalmaq üçün heç bir əsası mövcud deyil. Əgər, rəsmi Paris belə əsasları olsaydı, bunu açıq şəkildə bəyan edərdi. Halbuki, rəsmi Paris bunun əvəzinə Fransanın Ermənistana tam dəstəyini növbəti dəfə ifadə etməyə üstünlük verib. Və bu baxımdan, Azərbaycan-Fransa münasibətlərinin belə böyük sürətlə korlanmaqda davam etməsinə görə birmənalı şəkildə ermənipərəst Makron hakimiyyəti günahkardır.

Nəhayət, rəsmi Paris birdəfəlik anlamalıdır ki, Fransa Azərbaycana qarşı belə qərəzli vasitələrlə təzyiq göstərmək cəhdləri ilə heç nəyə nail ola bilməz. Rəsmi Parisin ermənipərəst mövqeyi Fransanın Cənubi Qafqazdakı maraqları qarşısında əsas əngəl rolunu oynayır. Çünki Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycan dövlətidir. Fransa özünün ermənipərəst mövqeyini, Azərbaycana qarşı düşmənçilik davranışlarını davam etdirdikcə, rəsmi Bakı bu dövlətin Cənubi Qafqazda hansısa hədəflərə çatmasına imkan vermək niyyətində deyil.

Bütün bunlar onu göstərir ki, rəsmi Paris Azərbaycandakı səfirini geri çağırmaqla, hər hansı ciddi nəticə qazana bilməz. Makron hakimiyyəti əgər, Fransanın regional maraqları barədə düşünürsə, onda fransız səfirlə deyil, məhz Azərbaycanın rəsmi dairələri ilə məsləhətləşməlidir. Bundan öncə isə rəsmi Paris ilk növbədə ermənipərəst mövqeyindən imtina etməlidir, Azərbaycana qarşı düşmənçilik siyasətinə ciddi düzəlişlər etməlidir. Əks halda, Fransa Cənubi Qafqaza kənardan baxan küsəyən ölkə kimi qalacaq.(Yeni Müsavat)

Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?Qardaş Gürcüstanın milli futbol komandası Avropa Çempionatının final mərhələsinə keçidi təmin etdi. Çox gərgin oyun oldu. Yunanlar bu fürsəti gürcülərə vermək istəmirdi. Amma gürcülər aldılar.

Bu münasibətlə öz Facebook səhifəmdə gürcüstanlı dostları təbrik etdim. Gürcü dilini bilmədiyim üçün təbriki rus dilində yazdım:

“Поздравляю всех друзей из Грузии.
Грузия - это Европа!”

Bilirəm ki, bir çox gürcülər indi rus dilindən daha çox ingilis dilinə üstünlük verir. Amma mən yenə də rus dilində yazdım.

Gözləmədiyim halda, bu təbrikim 2500-ə yaxın bəyənmə ilə işarələndi. 300-ə yaxın şərhlər yazıldı. Məsələ bunda deyil.

Tanıdıqlarımdan və Facebook dostluğumda olanlardan başqa, bir xeyli gürcü yazdığıma reaksiya verdi. Sözsüz ki, əksəriyyəti təşəkkür edir və bəyənirdi. Amma yazanlar arasında “Gürcüstan nə Avropa, nə də Asiya deyil. Gürcüstan Qafqazdır” yazanlar da vardı. Bu da bir yanaşmadır. Amma məsələ heç bunda da deyil.

Mənim bu təbrikimə reaksiya verənlərin arasında ermənilərin olması isə məni doğurdan da təəccüblədirdi. Ona görə təəccübləndirdi ki, şərh yazan, təbrikimi bəyənən ermənilərin heç biri ilə nə real həyatda, nə də Facebook üzərindən heç bir əlaqəm olmayıb.

Onlarla erməni mənim təbrikimə qoşulduğunu, gürcü dostları təbrik etdiyini yazdı. 100-dən artıq erməni bu təbrikimi bəyənmə ilə işarələdi.

Təsəvvür edirsiniz?

Bir azərbaycanlı gürcü dostları milli komandanın uğuru münasibəti ilə təbrik edir və onlarla erməni bu təbrikə qoşulur və fikrini yazır. Yüzdən artıq erməni bu təbriki bəyəndiyini ehtiva edir.

Bu, mənim çün gözlənilməz idi. Amma buna çox sevindim.

Uzun illərdir ki, Qafqazda baş verən qarşıdurmaları, Azərbaycan-Ermənistan münasibətlərini öyrənmək, sabah üçün nəticələr çıxarmağa çalışıram. Facebook təbrikim bu axtardığım sualların çoxuna cavab verdi.

Yuxarıda gürcü dostlardan bəzisinin yazdığı fikri əbəs xatırlatmamışdım: “Gürcüstan nə Avropa, nə də Asiya deyil. Gürcüstan Qafqazdır”.

Elədir ki, var.

Gürcüstan da Qafqazdır. Ermənistan da Qafqazdır. Azərbaycan da Qafqazdır.

Qafqaz üçün ən ciddi inkişafın yol xəritəsi məhz Qafqaz olmaqdır, həmrəylikdir.

Əminəm ki, bu həmrəylik olsa Qafqaz daha gözəl, daha əmin-aman, daha da inkişaf etmiş olar.

Sonda bir tarixi xatırladacam.

Bir neçə il əvvəl Azərbaycan ərazisində, bu gün Göygöl kimi tanıdığımız şəhərdə almanların məskunlaşması tarixini araşdırırdım. Tarixi faktları öyrənərkən maraqlı bir fakta rast gəldim.

Sən demə, Qafqaza köçən almanlar danışırmış ki, onların dini etiqadına görə, qiyamət günü xilas olmaq üçün dünyanın ən münasib yerlərindən biri məhz Qafqazdır...

Vəssalam.

pressklub.az
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏİran-İsrail qarşıdurması səngimiş kimi görünsə də, qarşılıqlı ittihamlar davam edir. Tərəflər bir-birinə hədələyici mesajlar göndərir, zərbələrin davam edəcəyini söyləyirlər. İsraillə yanaşı, İranın mövqeyini dəstəkləyən ölkələr də var. Əksər Qərb dövlətləri Təl-Əvivin yanında yer aldıqlarını açıqlayıblar. Lakin Rusiya, Çin və ərəb ölkələri Tehranın haqlı olduğunu düşünürlər. Yəni dünya ölkələri proqnozlaşdırılan genişmiqyaslı müharibədə öz sıralarını bəlli edirlər. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəz Əmuyi deyib ki, İran İsrailə hücum zamanı mövcud gücünün az qismindən istifadə edib. Onun sözlərinə görə, hər ssenari üçün İranın planı var: "İndiyə qədər istifadə etmədiyimiz silahdan istifadə etməyə hazırıq". İran Prezidenti İbrahim Rəisi Tehranın maraqlarına zidd olan istənilən hərəkətə dəhşətli cavab veriləcəyi ilə hədələyib. Rəisi bildirib ki, təcavüzkarın cəzalandırılması əməliyyatı uğurla həyata keçirilib: "Biz indi qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım belə, şübhəsiz ki, dəhşətli, genişmiqyaslı və ağrılı cavabla qarşılanacaq". İran prezidenti qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və beynəlxalq qurumlar İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləmək üçün öz minimum hüquqi öhdəliklərini yerinə yetirməyib. Ona görə də İran BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququna uyğun olaraq ölkəyə qarşı “bədxah əməllərin törədildiyi eyni mərkəzlərə” hücum edib. İsrailin xarici işlər naziri İsrael Katz isə 32 ölkəyə məktub yazıb, onları İranın raket proqramına sanksiya qoymağa çağırıb. O, Tehranın həftə sonu İsrailə hücumundan sonra həmin ölkələri İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb. Katz “İrana qarşı siyasi hücuma rəhbərlik etdiyini” vurğulayıb. İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İran bütün Yaxın Şərqi təhdid edən genişmiqyaslı təcavüz kampaniyası aparır. Koalisiya qüvvələrinin İsraili dəstəkləməsindən məmnun olduğunu deyən Netanyahu İrana qarşı birgə mübarizə aparmağın lazım olduğunu bildirib: "Beynəlxalq ictimaiyyət sülhü təhdid edən İran təcavüzünə qarşı mübarizədə bir olmağa davam etməlidir". İsrailin KAN telekanalı da məlumat yayıb ki, İsrail Hərbi Hava Qüvvələrinin İrana yönəlik hücumlar üçün apardığı hazırlıqlar tamamlanıb. Bildirilib ki, İsrail HHQ İrana lokal xarakterli, regional konfliktə gətirməyəcək hücum planlaşdırır. Eyni zamanda Təl-Əviv bu münaqişə fonunda Qəzzadakı proseslərin arxa plana keçməsini istəmir. İsrail rəsmiləri İranın öz torpaqlarından hücum etməklə qırmızı xətti keçdiyi və buna cavab verməyin məcburi olduğunu qeyd edirlər. Bundan əlavə, hücumun konkret hansı formada olacağı söylənməsə də, sui-qəsd əməliyyatları və ya elektron hücum da istisna edilmir. Böyük Britaniyanın Baş naziri Rişi Sunak hər iki ölkəni təmkinli olmağa çağırıb. Baş nazir təhlükəsizlik və sabitliyin Böyük Britaniya üçün önəminə toxunub və Britaniyanın İsrailin yanında olduğunu bildirib. O, məsələni müzakirə etmək üçün qısa müddətdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını da qeyd edib.
Xatırladaq ki, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub. Börns türkiyəli həmkarına zəng edərək ondan İranla İsrail arasında vasitəçi olmasını istəyib. Eyni zamanda Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar. Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatlığını diqqətə çatdırıb. Türkiyənin XİN başçısı Qəzzada böhran başlayandan bəri bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib. Fidan bildirib ki, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələr ən doğru mesajları verməlidir.
Mühüm məqamlardan biri odur ki, İran-İsrail müharibəsi beynəlxalq aləmdəki nizamın ciddi şəkildə pozulmağa meyilli olduğunu göstərdi. Dünya əvvəlki kimi təhlükəsiz deyil. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə nəzərən də oxşar fikirlər səsləndirilir. Moskva-Kiyev hərbi qarşıdurması bir çox məsələlərə təsir göstərir və bu təsirin getdikcə artacağı, arealının genişlənəcəyi şübhəsizdir. Faktiki olaraq, ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı döyüşürlər. Üstəlik, kollektiv Qərbin anti-İran mövqeyi də başqa müstəviyə keçməkdədir. O səbəbdən ekspertlər İsrail-İran qarşıdurmasını daha böyük müharibənin məşqi kimi qiymətləndirirlər. İran Azərbaycanın cənub qonşusudur və orada milyonlarla soydaşımız yaşayır. O baxımdan İranın başı üzərində əsən müharibə küləklərinin ölkəmizə təsiri qaçılmazdır. Əslində, İran-İsrail münaqişəsində Azərbaycanın tutduğu mövqe bəllidir. Azərbaycan tərəflərin münaqişəyə cəlb olunmaması, münasibətlərin normal məcrada davam etdirilməsinin tərəfdarıdır. Çünki İran-İsrail arasındakı gərginlik müharibəyə çevrilərsə, bunun Cənubi Qafqaza və Azərbaycana müsbət təsirləri olmayacaq.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a açıqlamasında deyib ki, İsrail-İran arasındakı qarşıdurma Türkiyə və Azərbaycana da müəyyən anlamda təsir göstərəcək məsələdir. General vurğulayıb ki, Türkiyə və Azərbaycan prosesi təmkinlə izləyir və dövlət ağlı ilə, qardaşlıq hüququ ilə kordinasiyalı şəkildə hərəkət edirlər:
"Həm Türkiyə, həm də Azərbaycan proseslərə yanaşmada, milli maraqlarını, təhlükəsizliklərini və regionun stabilliyini ön planda tuturlar. Bu, ən doğru mövqedir. Çünki milli maraqları gözardı etməklə, regional məsələləri nəzərə almamaqla həyata keçirilən siyasət ilk növbədə özümüzə zərər vurar. İranın hücumlarından sonra İsrail buna sərt cavab verəcəyinin anonsunu verdi. Hər kəs gözlənti içindədir. Ancaq İsrailin ən azından indiki məqamda İrana qarşı böyük miqyasda zərər yetirəcək hansısa əməliyyat icra edəcəyini düşünmürəm. Müəyyən ölçüdə cavab veriləcəyi ehtimalı istisna edilmir, lakin genişmiqyaslı fəaliyyətdən söhbət getmir. Böyük ehtimal İranın Suriyada, Livanda, Yəməndə və digər bölgələrdəki proksi qüvvələrinə qarşı zərbələr endiriləcək. Amma İsrail Qərbin və daxili ictimaiyyətin dəstəyini qazanmışkən İrana qarşı tədbirlər görməyi də unutmayacaq".

Y.Karaüzün fikrincə, bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var:
"Fəqət Türkiyə və Azərbaycan İrana yönəlik hərbi əməliyyatlar üçün hava məkanlarını açmaq niyyətində deyillər. İsrail-İran gərginliyinin müharibəyə çevrilməsi Azərbaycan və Türkiyəyə köç dalğasının yaranmasına səbəb olar. Türkiyə vasitəçilik missiyası çərçivəsində İrana daha təmkinli davranması yönündə çağırışlar edir. Qərb və Tehran hökuməti Türkiyə üzərindən bir-biri ilə təmaslar qururlar, dialoqlarını davam etdirirlər. Türkiyə tərəflər arasında belə önəmli bir mövqeyə sahibdir. Azərbaycan üçün digər risk də odur ki, bölgənin qarışmasından, İranın müharibəyə sürüklənməsindən sui-istifadə edən Ermənistan irimiqyaslı hərbi təxribatlara əl ata bilər. Təbii ki, güclü Azərbaycan ordusu istənilən təxribatın önünü kəsəcək durumdadır. Ancaq hər halda gözlənilən təhdidləri də diqqətdən qaçırmaq olmaz".
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...“Ermənistan Alma-Ata Bəyannaməsini ortalığa atmaqla siyasi manipulyasiya ilə məşğuldur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya açıqlamasında Ermənistanın Azərbaycanla sərhəd ərazilərin delimitasiyası prosesindən yayınmasının səbəblərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Alma-Ata Bəyannaməsinin heç bir hüquqi əsası yoxdur:

“Ermənistan 1991-ci ildə bu bəyannaməyə imza atasa da, öz imzasına hörmət etməyib.

1990-ci illərdə Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycanın 20 % torpaqlarını işğal edib. Ermənistanın işğal siyasəti yetirməklə, qonşularına qarşı ərazi iddiaları etməklə bu bəyannamənin öhdəliklərini, beynəlxalq hüququn normallarını pozub.

Ermənistanı çıxmaq şərti ilə Alma-Ata Bəyannaməsi heç bir postsovet ölkəsinə sərf etmir. Postsovet ölkələri arasında sərhədlərin delimitasiyası və demarkasiyası bu bəyannamə üzərində aparılmayıb. Ermənistan-Gürcüstan sərhəd ərazilərinin delimitasiyasında da bu bəyannamə öz əksini tapmayıb.

Hesab edirəm ki, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası müxtəlif dövrlər tətbiq olunmuş xəritələr üzərində aparıla bilər.

Bildirim ki, Ermənistan 1918-ci ildə əsası qoyulan Ermənistan Demokratik Respublikası, Azərbaycan isə Azərbaycan Demokratik Respublikasının varisi hesab edir. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası həmin dövrün xəritələri üzərində də həyata keçirilə bilər.

Ermənistan tərəfi Alma-Ata Bəyannaməsini ortalığa atmaq siyasi manipulyasiya ilə məşğuldur. Bu da sülhə prosesinə ciddi prolbem yaradır və prosesi ləngidir. Hesab edirəm ki, Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiyası və demarkasiyası rəsmi Bakının təkliflərinə uyğun aparılmalıdır. Bu, beynəlxalq hüuqun normalarına tam cavab verir”.

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib.

“Report”un məlumatına görə, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb.

Qeyd edək ki, İ.Muxtarov Portuqaliya prezidentinə etimadnaməsini təqdim edib.

Xəbər lenti