![]() |
|
"Forbes" jurnalı Rusiyanın 125 ən zəngin milyarderinin illik reytinqini təqdim edib.
Zirvədə "Lukoyl”un eks-prezidenti, "Gələcəyimiz” Fondunun ictimai şurasının sədri Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti, jurnalistlərə görə, 28,6 milyard dollara bərabərdir.
"Forbes” reytinqində ikinci yeri kapitalı 27,4 milyard dollar dəyərində qiymətləndirilən "Novatek” idarə heyətinin sədri Leonid Mixelson tutub. Ən zənginlərin ilk üçlüyünü isə Milli İdman Federasiyasının idarə heyətinin sədri Vladimir Lisin qapayıb. Nəşr onun sərvətinin 26,6 milyard dollar olduğunu hesab edir.
Həmçinin, "Telegram”ın yaradıcısı Pavel Durov da 15,5 milyard dollar sərvətlə ən varlıların onluğuna daxil olub.//Oxu.az
Ağ Ev rəsmisinin mövqeyindən belə anlaşılır ki, ABŞ rəsmi Bakının Qarabağ regionu üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etməsinə, erməni separatçı-terrorçuların sığındığı “boz zona”nın ləğvinə qarşıdır... ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını ən çətin məqamlarda təkbaşına buraxmaq vərdişlərinə malikdir, bu baxımdan, Ukraynanın başına gələnlər ən ciddi örnəkdir, Ermənistanı da oxşar aqibətin gözlədiyi qətiyyən şübhə doğumur...
Cənubi Qafqaz uğrunda mübarizə dünya nəhəngləri arasında qarşıdurmanı daha da intensivləşdirib. İndi bu amansız qarşıdurma maksimum həddə qədər gərginləşib. Hər halda, qarşılıqlı ittihamlar son vaxtlar daha da sərtləşməsi və açıq məzmun daşıması ilə diqqət çəkir. ABŞ və Qərb Rusiyanın regional mövqelərini zəiflətmək üçün hər imkandan maksimum səviyyədə istifadə etməyə çalışır. Və Kreml də qarşı tərəfə demək olar ki, eyni məzmunda cavab verir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş Brüssel ortaq konfransı Rusiya tərəfindən olduqca ciddi narahatlıqla qarşılanmaqdadır. Çünki həmin konfransda gündəmə gətirilmiş anlaşmalar yalnız Azərbaycana deyil, həm də birbaşa Rusiyaya qarşı yönəlib. Xüsusilə də, Brüsseldə Rusiyanın Ermənistandan tamamilə çıxarılmasına yönəlik prosesə rəsmən start verilməsi indi Kremli müəyyən mənada, çıxılmaz vəziyyətə salmış kimi görünür. Və bu səbəbdən də Kreml təmsilçiləri Brüssel ortaq konfransının nəticələrinə açıq-aşkar aqressiv reaksiya verirlər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Brüssel ortaq konfransının Kremlin Cənubi Qafqazdakı mövqelərini və maraqlarını hədəfə aldığını bildirib. Onun fikrincə, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda region və regionətrafı dövlətlər arasında nifaq salmaq üçün Ermənistandan alət kimi istifadə edir. Ancaq Mariya Zaxarova rəsmi İrəvanın ABŞ və Avropa Birliyinin vədlərinə inanmasının Ermənistanı böyük fəlakətlərə sürükləyə biləcəyinə də eyham vurub. Və dolayısı ilə Paşinyan hakimiyyətinə vaxtında geri dönüş etməyi də məsləhət görüb.
Məsələ ondadır ki, Kreml təmsilçisi rəsmi İrəvanı ABŞ və Avropa Birliyinin indiyə qədər dəstəklədikləri ölkələrin üzləşdikləri böyük fəlakətlərdən nəticə çıxartmağa çağırıb. Üstəlik, onu da vurğulayıb ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda öz əsas məqsədlərinə çatdıqdan sonra indi alət kimi istifadə etdikləri Ermənistanı təkbaşına köməksiz buraxacaqlar. Və əgər, Paşinyan hakimiyyəti Qərbin qeyri-real vədlərinə uyaraq, bu reallıqları görə bilməzsə, sonra çox gec olacaq.
Göründüyü kimi, Kreml Ermənistana üstüörtülü xəbərdarlıq mesajı verir. Paşinyan hakimiyyətinin olduqca təhlükəli yola girdiyini qabartmağa çalışır. Ən əsasısa Rusiya siyasi dairələri ABŞ və Avropa Birliyinin Ermənistan üçün etibarlı deyil, əksinə çox təhlükəli tərəfdaş olduğuna eyham vururlar. Halbuki, ABŞ və Avropa Birliyinin rəsmi təmsilçiləri də elə Kremlin bu tezislərini Rusiyaya qarşı təkrarlayırlar. Və bu baxımdan, hər iki tərəfin propoqanda ideologiyasının eyni məzmun daşıdığını düşünmək mümkündür.
Maraqlıdır ki, ABŞ rəsmi dairələri bu dəfə Kremlin üzərinə əkstəbliğat hücumunu məhz Rusiya sülhməramlıları üzərindən reallaşdırmağa çalışıblar. Belə ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Vedant Patel Azərbaycanın Qarabağ iqtisadi rayonundan Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasına münasibət bildirib. Eyni zamanda, V.Patel ABŞ-ın Ermənistanla Azərbaycan arasında möhkəm və dayanıqlı sülhə nail olmaq cəhdlərini qətiyyətlə dəstəklədiyini və bu prosesə yardım etməyə həmişə hazır olduğunu da vurğulayıb.
Ancaq nə qədər qəribə də olsa, ABŞ Dövlət Departamentinin təmsilçisi öz açıqlamasında kifayət qədər ciddi ziddiyyətli fikirlərə də yol verib. Hər halda, onun “Biz Rusiya sülhməramlılarının fəaliyyətində Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə töhfə verdiklərini göstərən heç nə görmədik” deməsinin ardınca dilə gətirdiyi fikirlər yumşaq desək, qərəzli və ziddiyyətlidir: “Ötən ilin payızında Qarabağda baş verən hadisələr də bunu göstərir. Bu, Rusiyanın etibarlı müttəfiq və tərəfdaş olmadığına daha bir nümunədir”.
Göründüyü kimi, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi öz səlahiyyətlərinə aid olmayan məsələlərə şərh gətirməyə çalışır. Onun mövqeyindən belə anlaşılır ki, ABŞ rəsmi Bakının Qarabağ regionu üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etməsinə, erməni separatçı-terrorçuların nəzarətində olan “boz zona”nın ləğvinə qarşıdır. Hər halda, V.Patel bu amıqlaması ilə əslində, Rusiyanı Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsini əngəlləyə bilmədiyinə görə qınayır. Və heç şübhəsiz ki, ABŞ rəsmisi bu açıqlaması ilə öz səlahiyyət həddini kobud şəkildə aşır.
Belə kobud səhvlərə yol verməmək üçün ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi yəqin ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmalıdır. Ancaq əgər, bu, ona çox əziyyətli gələrsə, onda, elə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatını oxusa da yetərli ola bilər. Halbuki, Ağ Ev rəsmisinin deyəsən, belə bir niyyəti ümumiyyətlə, yoxdur. Yəqin ki, V.Pateli ABŞ-ın Ermənistan üçün Rusiyadan daha etibarlı tərəfdaş olduğunun “arqumentləşdirilməsi” düşündürür.
ABŞ-ın Rusiyadan daha etibarlı müttəfiq və tərəfdaş olmasına gəldikdəsə, bu, hazırda olduqca mübahisəli məsələdir. Çünki ABŞ indiyə qədər öz müttəfiqlərini və tərəfdaşlarını ən çətin məqamlarda təkbaşına buraxmaq istiqamətində dəyişməz vərdişlərə malikdir və “zəngin təcrübə” toplayıb. Heç uzağa getmədən, elə yalnız ABŞ və Avropa Birliyinin ucbatından Ukraynanın üzləşdiyi dağıdıcı fəlakətləri nümunə gəstərmək tamamilə yetərlidir. Və bu baxımdan, ABŞ-ın Ermənistanla da oxşar variantda davranacağını elə indidən anlamaq o qədər də çətin deyil.(Yeni Müsavat)
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “İran aktiv müharibə dövrünə qədəm qoyur və “Ermənistanı qorumaq”dan vaz keçir” adlı analitik süjet hazırlanıb.
Verilişdə XXI əsrin 24 illik hərbi-siyasi keçmişinə nəzər salınır, dünyanın faktiki müharibələr dövrünü yaşadığı ön plana çəkilir.
Bildirilir ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi, bu günlərdə İranın İsrailə zərbə endirməsi Yaxın Şərqdə yeni gərginliyə yol açdı: “Baş verənlər mümkün İran-İsrail müharibəsinin təkcə Yaxın Şərqi yox, bütövlükdə dünyanı silkələcəyini deməyə əsas verir. XXI əsrin müharibələrində yeganə qalib ölkənin Azərbaycan olduğu isə hələ də dəyişməyən faktdır. Cəmi 44 gün davam edən müharibədə torpaqlarımız azad edildi, daha sonra ərazilərimizdəki separatizm toxumları təmizləndi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən bir ölkə kimi, XXI əsrin qalib ölkəsinə çevrildi. Bu, hər birimizin qürurla dilə gətirə biləcəyimiz reallıqdır”.
Qeyd olunur ki, sürətlə dəyişən dünyanın siyasi gələcəyi yenidən qurulur və aydındır ki, baş verənlər yerləşdiyimiz regiona - Cənubi Qafqaza da təsir edəcək: “Qlobal siyasətdə baş verənlər və siyasi xəritələrin dəyişməsi perspektivi ilə Azərbaycanın Qərbi Azərbaycan hədəfi arasında paralellik mövcuddur. Çünki geosiyasi mübarizə meydanına çevrilən Cənubi Qafqazın gələcək xəritəsində Qərbi Azərbaycan reallığı qaçılmazdır”.
Diqqətə çatdırılır ki, bu kontekstdə İran və İsrail arasında baş verə biləcək müharibə Ermənistan üçün kabus yaradacaq: “Böyük müharibə indi başlamasa belə, artıq İran aktiv müharibə dövrünə qədəm qoyur və Tehran üçün “Ermənistanı qorumaq” bir nömrəli məsələ olmaqdan çıxır. Bu vəziyyətdə Ermənistan bölgədə tamamilə müdafiəsiz vəziyyətə düşür. Ermənistan kifayət qədər ədalətli olan bu gündəliyi icra etməyəcəyi təqdirdə, bölgədə vəziyyət dəyişə və sülh gündəmi arxa plana keçə bilər. Rəsmi İrəvanın həyata keçirdiyi siyasət bu istiqamətdədir və belə görünür ki, Paşinyan hakimiyyəti qeyri-konstuktiv mövqe sərgiləməklə sülh danışıqlarının “imitasiyası” ilə məşğuldur. Bu vəziyyət təbii ki, bütün ssenariləri, o cümlədən, hadisələrin hərbi müstəviyə keçidini də aktuallaşdırır. Bölgədəki şərtlər göstərir ki, hər keçən gün Ermənistanın ətrafındakı çəmbər daralmaqdadır və Azərbaycanın irəli sürdüyü gündəliyi qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistanı arxalandığı Qərb də xilas etməyəcək”.
Sonda vurğulanır ki, proseslər və proqnozlar Ermənistan üçün iki ssenarinin baş verəcəyi gözləntisini ön plana çıxarır: “Bu ölkə ya dünya xəritəsindən silinəcək, ya da ərazisi kiçiləcək. Hər iki ssenarinin Qərbi Azərbaycan reallığı üzərindən baş verəcəyi qaçılmaz gələcəkdir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
Son günlərə qədər Azərbaycan cəmiyyətini düşündürən əsas suallardan biri Qarabağdakı Rusiya sülhməramlı kontingentin bölgədəki mövcudluğunun gələcəyi ilə bağlı idi. Xatırladaq ki, Rusiya hərbçiləri 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra həmin il noyabrın 10-da imzalanmış məlum üçtərəfli bəyanata uyğun olaraq, regionda atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı qismində Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Vurğulanan sənədə əsasən, Rusiya sülhməramlılarının bölgədə mövcudluğu beş il müddətinə - 2025-ci ilin sonlarına qədər nəzərdə tutulurdu. Kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikalar daxil idi. Missiyanın regiondakı fəaliyyət müddətinin uzadılması 2025-ci ildə müzakirə oluna bilərdi.
Bununla belə, son günlərdə cərəyan edən proseslər Rusiya sülhməramlı kontingentinin öz missiyasını vaxtından əvvəl başa vuracağına qəti əminlik yaratdı. Rusiya hərbçilərinin müəyyən edilmiş məsuliyyət zonalarını tərk etmələrinə dair məlumatların yayılmasından sonra Kreml sözçüsü Dmitri Peskov aprelin 17-də bildirdi ki, sülhməramlı kontingentin Azərbaycanın Qarabağ regionundan çıxarılması prosesi başlayıb.
Dünən Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məsələ barədə danışaraq qeyd etdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi səviyyəsində qərar qəbul edilib. H.Hacıyevin sözlərinə görə, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Əslində, sülhməramlıların Qarabağdan çıxarılması məsələsi gözlənilən idi. Birincisi, ona görə ki, artıq Qarabağla bağlı hansısa sual və ya yeni eskalasiyaya zəmin yaradan təhdid yoxdur. Azərbaycan 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirləri nəticəsində terrorçuları bölgədən birdəfəlik təmizlədi. Beləliklə, Qarabağ bölgəsində Azərbaycanın suverenliyi tam bərpa olundu.
Həmin antiterror əməliyyatlarına qədər Qarabağdakı separatçı rejimin bölgədəki sabitlik üçün müəyyən təhdid yaratması mümkün idi. İndi isə belə bir təhlükə yoxdur. Bu isə o deməkdir ki, artıq bölgədə sabitliyin təmin olunması üçün üçüncü qüvvənin iştirakına, o cümlədən, Rusiya sülhməramlı kontingentinə ehtiyac qalmayıb.
Digər tərəfdən, düşünmək olar ki, Rusiyanın bu qərarı həm də Ukraynada davam edən müharibə ilə bağlıdır. Belə ki, missiyaya daxil olan hərbçilərin gələcəkdə Ukrayna cəbhəsinə göndəriləcəyi istisna deyil. Bundan başqa, Ermənistanla Rusiya arasında davam edən gərginliyin də bu qərara təsir etməsi mümkündür.
Qeyd olunan çərçivədə ən vacib məsələ isə odur ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, rəsmi Bakının növbəti diplomatik uğurudur. Bəzən bu məsələ xüsusi qabardılmasa belə, rəsmi Bakı sülhməramlıların fəaliyyətini daim diqqət mərkəzində saxlayıb.
Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılması Moskva ilə Bakı arasında münasibətlərdə də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki dediyimiz kimi, Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərindəki missiyası ikitərəfli münasibətlərdə müəyyən suallar, tərəddüdlər yaradırdı. İndi isə bu tərəddüdlərin artıq aradan qalxdığını söyləmək olar.
Ümumiyyətlə, Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması bölgədə yeni reallıqlar yaradır. Təsadüfi deyil ki, bu məsələ dünəndən bəri beynəlxalq səviyyədə də geniş müzakirə mövzusuna çevrilib.
Məsələn, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel aprelin 17-də keçirdiyi brifinqdə dedi ki, Vaşinqton Rusiya hərbçilərinin Cənubi Qafqazda sabitliyə töhfə verən fəaliyyətini görməyib.
“Bu baxımdan, ötən ilin payızında Qarabağda baş verən hadisələr mühüm göstərici olaraq, Rusiyanın etibarlı müttəfiq və tərəfdaş olmadığının növbəti bariz nümunəsidir”, - o bildirib.
Doğrudur, ötən müddət ərzində sülhməramlıların fəaliyyətinə yönəlik tənqidlər də az olmayıb. Onların fəaliyyətinin mükəmməlliyi iddia edilməsə də, fakt ondan ibarətdir ki, sülhməramlılar regional sabitliyin bir elementi olublar.
Məlumdur ki, bu gün Rusiyanı tənqid edən ABŞ okeanın o tayından dəfələrlə Cənubi Qafqaza müdaxilə etməyə cəhd göstərib. Vaşinqton bu gün də həmin iddialardan əl çəkməyib. Ağ Ev Ermənistandan istifadə edərək bölgədəki təsir imkanlarını artırmağa çalışır. Bu mənada Rusiya sülhməramlı kontingentinin indiyə qədər Qarabağda həyata keçirdiyi fəaliyyət, əslində, həm də ABŞ üçün çəkindirici xarakter daşıyıb. Çünki rəsmi Vaşinqton yaxşı başa düşürdü ki, regiona hər hansı müdaxilə Moskvanın kəskin etirazına səbəb ola bilər. Fikrimizcə, sülhməramlı kontingent Qarabağda olmasa idi, Qərb dövlətləri, o cümlədən, ABŞ və Fransa regionda “suları daha çox bulandırardı”.
İkincisi, məgər ABŞ özü regionda sülhün bərqərar edilməsinin vacibliyi haqda bəyanatlarında səmimidirmi? Əgər səmimidirsə, niyə bu yöndə heç bir əməli addım atmır?
V.Patel çıxışı zamanı onu da qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülh istiqamətindəki səylərini dəstəkləyir. Əslində bu, aşkar riyakarlıq nümunəsidir. Birincisi, ABŞ münasibətlərin normallaşmasından məmnun olana qətiyyən bənzəmir. Əks halda, Ermənistan üzərində “kökə və qamçı” siyasətini tətbiq etməz, bu dövlət vasitəsilə öz ambisiyalarını həyata keçirməyə çalışmazdı. İkincisi, bu prosesdə kənardan “əl çalmaq” kifayət deyil. Deyilənləri əməldə təsdiqləmək də lazımdır.
Beləliklə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Cənubi Qafqazın gələcəyi üçün yeni imkanlar vəd edir və bununla bölgədə qalıcı sabitliyin təmin olunma imkanları artır. Ermənistan da bu imkanlardan yararlanmalı, yol yaxınkən geri dönməli, uzadılan sülh əlini tutmalıdır.
“Report” İnformasiya Agentliyi