Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir.

Sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb.

Həmin kadrları təqdim edirik:

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub: "Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.

Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik.

Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.

Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.

Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir".

İlham Əliyev Kayrat Sarıbayı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Fransa səfiri Azərbaycandan geri çağırıldı

Fransa Azərbaycandakı səfirini geri çağırıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa son aylarda Azərbaycanla münasibətlərdə baş verənlərə görə məsləhətləşmələr üçün Azərbaycandakı səfirini geri çağırmaq qərarına gəlib”, - Xarici İşlər Nazirliyi bəyan edib.

Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.

KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Bu barədə Musavat.com-a mötəbər qaynaqlar məlumat veriblər.

Məlumata görə, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edir. 

Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır. 

Təqdim etdiyimiz video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib. 

Eyni zamanda APA yazır ki, Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə tanınan deputat Konstantin Zatulin ermənilərin Qarabağı tərk etməsindən sonra rus sülhməramlılarının Qarabağda qalması üçün elə bir ciddi əsas qalmadığını bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan qoşunların çıxarılması məsələsini qaldırmayıb ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin.

8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏAna Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Azərbaycanın Şimal və Cənub qonşularının aktiv şəkildə hərbi münaqişələrdə yer alması fərqli situasiyalar yaradır. Bölgənin gələcəyi ilə bağlı gözləntilər nədən ibarətdir? Cənubi Qafqazın yenidən qarşıdurma ocağına çəkilməsi ehtimallarını necə dəyərləndirirsiniz?

- Bölgədə artıq kritik vəziyyət yaranıb. Rusiya uzun müddətdir ki, Ukrayna ilə müharibə vəziyyətindədir. Bu müharibənin necə və nə vaxt bitəcəyi ilə bağlı proqnoz vermək çətindir. Belə bir bir durumda İsrail-Həmas qarşıdurmasında cənub qonşumuz İranın da yer alması fərqli mənzərə yaradıb. Tehran əvvəlcədən də bu prosesin içərisində idi. İran özünün proksi qüvvələri olan Həmas, Hizbullahla yanaşı Yəməndən, İraqdan, Suriyadakı hərbi qüvvələri vasitəsi ilə İsrailə qarşı müharibə aparmaqdadır. Buna adekvat olaraq İsrailin atdığı addımlar, Dəməşqdə İran konsulluğunun vurulması proseslərə bir qədər də aydınlıq gətirdi. Beləliklə, İran buna qarşı addım atmalı oldu.

- İranın bu addımının genişmiqyaslı qarşıdurmalar üçün əsas yaradacağı nə dərəcədə real görünür?

- Tehran imitasiya xatirinə bu addımı atdı. Əslində İsrailə hər hansı zərbə endirmək deyil, sadəcə olaraq Dəməşqdəki hadisələrə görə cavab görüntüsü yaratmaq məqsədi var idi. İran bu addımı ilə öz nüfuzuna ciddi ziyan vurdu. İsrail və müttəfiqlərinin Tehrana qarşı qətiyyətini İran bir daha görmüş oldu. Çoxlu sayda göndərilən pilotsuz uçuş aparatları, ballistik raketlər belə hədəfə çatmadı. Bu, əslində İsrail və onun müttəfiqləri üçün test idi. İsrail daha geniş hücumlara məruz qalarsa, müttəfiqlərinin iştirakı ilə bunun qarşısının alınması faktı öz təsdiqini tapdı.

- İsrailin İrana qarşı əks hücumları hansı müstəvidə baş verə bilər?

- Bu bir reallıqdır ki, İsrail və onun müttəfiqlərinin İrana qarşı hücumları ağır nəticələrə səbəb ola bilər. Tehran təbii ki, bunun fərqindədir. Ona görə də, İran açıq şəkildə İsraillə müharibəyə girməkdən qorxur. Bu, İsrailin gücü və müttəfiqlərinin olması ilə bağlı deyil. İran daxilində indiki rejimdən xalqın narazılığının yeni mərhələsinin başlanması üçün əsas yarana bilər. Bu da İran molla rejimin tamamilə çökməsinə, fərqli bir situasiyanın yaranmasına gətirib çıxarar. Beləliklə, İranın parçalanması fonunda burada müstəqil dövlətlərin yaranması mümkün olar. Bunu İranın hərbi-siyasi rəhbərliyi dərk etdiyi üçün İsraillə açıq şəkildə müharibəyə girməyəcək. Amma görünən odur ki, İsrail başlamış olduğu işi başa çatdırmaq niyyətindədir. Tələviv planı yarımçıq qoymaq istəyində deyil. Bu həm də İsrail üçün şansdır ki, nəhayət onu illər boyu təhdid edən İran və onun ətrafındakı qüvvələri tamamilə sıradan çıxartsın.

- Azərbaycanın bu proseslərə yanaşması necədir? Bakı bölgədə sülhün, sabitliyin qorunması üçün daha hansı addımları atmaq niyyətindədir?

- Bu proseslərin təsiri bölgədə gərginliyin yaranmasına xidmət edir. Azərbaycan məhz bu səbəbdən xarici siyasətində doğru bir istiqamət götürüb. Xarici İşlər nazirliyi səviyyəsində verilmiş olan bəyanat İranı və İsraili təmkinli olmağa, regionda dislokasiyanın genişlənməsinə imkan verməyəməyə çağırması Azərbaycanın bölgədə sülhün, təhlükəsizliyin yaranmasında son dərəcədə məsuliyyətli bir dövlət kimi yanaşmasının ifadəsi oldu. Sözsüz ki, cür siyasət davam etdirilməlidir. Neytral mövqe qorunub-saxlanılmalıdır. Başlıca diqqət Ermənistanla münasibətlərin normallaşmasına, onun təxribatlarının qarşısının alınmasına yönəlməlidir. Ermənistanın yaranmış fürsətdən istifadə edərək, Azərbaycana qarşı hər hansı hərbi xarakter daşıyan addımının qarşısı qətiyyətlə alınmalıdır. Xüsusi olaraq hələ də, işğalda qalan 8 kəndin azad edilməsinə diqqət yetirilməlidir.

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

"Dəyişikliklərə əsasən, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.

Daha bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.

Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...Son günlərdə Ermənistan tərəfin Azərbaycanla sərhəddə törətdiyi təxribatların sayı getdikcə artmaqdadır. Xüsusilə aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqının xarici məsələlər üzrə ali komissarı Jozep Borrel arasında keçirilən görüşdən sonra təcavüzkar ölkə sanki nəyəsə ümidlənib.

Deputat Kamran Bayramov “Yeni Müsavat”a ermənilərin fəallaşmasını bu cür izah etdi: “Aprelin 5-də baş tutmuş Brüssel görüşündən sonra Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müntəzəm olaraq atəşə tutması yalnız bir qənaətə işarə edir - rəsmi İrəvan Avropa İttifaqının və ABŞ-ın göstərdiyi diqqətdən və dəstəkdən o qədər ruhlanıb ki, öz cəzasızlığına inanıb. Əslində Ermənistan hakimiyyəti reallıqla əlaqəni itirib və hesab edir ki, Qərbin dəstəyi sayəsində Azərbaycanı təxribata çəkmək üçün kifayət qədər resurslara və imkanlara malikdir. Görünən odur ki, Ermənistanın Vaşinqton və Brüssel cütlüyünün çətiri altına keçməsi, Qərbin Cənubi Qafqazdakı hərbi platsdarmına çevrilməsi şərti sərhəddə erməni silahlı təxribatlarının güclənməsi ilə müşayiət olunacaq”.

Deputat bir sıra sualların yarandığını dedi: “Sual olunur, otuz ilə yaxın müddət ərzində işğalçılıq siyasətini həyata keçirən, beynəlxalq hüquqa və elementar humanitar hüquq qaydalarına məhəl qoymayan, Cənubi Qafqazda sabitliyi pozan Ermənistanı Qərb niyə müdafiə edir? Hazırda isə Azərbaycanın Ermənistana sülh təklif etdiyi və regionda sülhü bərpa etməyə çalışdığı bir şəraitdə Avropa İttifaqı və ABŞ tam əksinə hərəkət edir, Ermənistana açıq dəstək ifadə edir, onun iqtisadi artımını bərpa etmək, "təhlükəsizliyini" və hərbi potensialını gücləndirmək niyyətində olduğunu bildirir. Heç bir şübhə yoxdur ki, belə aktiv dəstək sayəsində İrəvan regionda yeni eskalasiya planlarını həyata keçirəcək. Yəni bu oyunda kollektiv Qərb öz maraqlarını açıq şəkildə ortaya qoyub və ölkələrin müstəqilliyinin, suverenliyinin, beynəlxalq hüquq prinsiplərinin qorunub saxlanmasında qətiyyən maraqlı deyil. Burada digər bir sual da yaranır ki, bəs bu cür vəziyyət Ermənistana nə verəcək? Ermənistanın istər Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı Rusiyadan istədiyi miqyasda və formada hərbi-siyasi dəstək ala bilmədiyi üçün Qərbə üz tutması anlaşılandır.

Amma Azərbaycanı narahat edən məqam Qərbin rəsmi Bakıya qarşı qərəzli və qeyri-obyektiv davranmasıdır. Avropa Şurası Parlament Assambleyasının ölkəmizin nümayəndə heyəti ilə bağlı açıq-aşkar qərəzli və qurulma qərarı, Avropa Parlamentinin qəbul etmiş olduğu mənasız və sıfır dəyərə malik qətnamələri, domino effekti ilə bəzi Avropa dövlətlərinin parlamentlərinin qəbul etdiyi bəyanatlar hələ də yaddaşımızdadır. Amma bu riyakar və qərəzli münasibətə, İrəvandan gələn ritorikalara, şərti sərhəddə baş verən təxribatlara baxmayaraq, Azərbaycan regionda davamlı sülhün bərqərar olunmasında, sülh müqaviləsinin tezliklə razılaşdırılması və bağlanmasında maraqlıdır, israrlıdır və bunun üçün sülh gündəliyini bundan sonra da təşviq və təbliğ edəcək. Bu mənada Azərbaycan düz yoldadır - öz praqmatizmini və təmkinini qoruyub saxlayır, bütün mövcud ziddiyyətlərə baxmayaraq, Avropa İttifaqı və ABŞ ilə münasibətləri davam etdirir, özünün çoxvektorlu siyasətinə uyğun olaraq siyasi və diplomatik səylərini, müdafiə potensialını və iqtisadi artımını gücləndirir, dünyada öz mövqelərini möhkəmləndirir. Bu məqamda isə Ermənistanın ayılmaq və reallığı qəbul etmək vaxtıdır, çünki sülh onun üçün yeganə qurtuluş düsturudur. Təəssüf ki, öz müstəqilliyini və suverenliyini kollektiv Qərbə satmış İrəvan Azərbaycanı məğlub edə biləcək möcüzə silahı əldə edəcəyinə hələ də əmindir. Burada Ermənistana bir məsləhət vermək də yerinə düşər - çəhrayı eynəkləri erməni burnunuzdan çıxarın, boş ambisiyalarınızı cilovlayın, teatr artistliyi olmadan Azərbaycanla vasitəçisiz danışıqları davam etdirin".

“İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

Bunun böyük hissəsinin yeni suvarılacaq əkin sahələri olacağını qeyd edən dövlətimizin başçısı vurğulayıb:
“Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUALHazırki mərhələdə ABŞ ilkin olaraq Ermənistana çətin relyef şəraiti olan yerlərdə istifadə etmək üçün hərbi təcili tibbi yardım maşınları göndərməyi planlaşdırır. Fikrimcə, burada əsas məqsəd siyasi şoudur.

Bu sözləri Axar.az-a ABŞ-ın Ermənistana söz verdiyi hərbi yardım haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi hansısa hərbi texnikaların Ermənistana göndərilməsinin heç nəyi həll etmədiyini, tam inteqrasiya üçün xeyli müddətin tələb olunduğunu vurğulayıb:

“Müqayisə üçün qeyd edim ki, Ukraynaya milyardlarla dollar yardımın ayrılmasına, silah-sursat və hərbi texnikanın göndərilməsinə baxmayaraq, istənilən nəticə əldə edilmir. Çünki Ukrayna ordusu NATO sisteminə tam keçməyib. Ermənistan ordusu isə onillər ərzində tamamilə Rusiya silah-sursatına, hərbi texnikasına və sisteminə inteqrasiya edilib. Yəni ABŞ yaxın gələcəkdə Ermənistana hansısa hərbi texnika göndərsə belə, bunun inteqrasiyası çox çətin olacaq. Bəhs etdiyimiz uyğunlaşmanın tam həyata keçirilməsi üçün minimum 10-15 il vaxt lazımdır. Məsələn, Azərbaycan Ordusunda NATO standartlarına keçid artıq 20 ilə yaxındır ki, başlayıb və proses davam edir. Bunun da bəhrəsini, üstünlüyünü biz 44 günlük müharibə və sonra keçirilən antiterror əməliyyatlarında gördük. Buraya peşəkar kadr hazırlığı, hərbi sahədə əsaslı şəkildə islahatlar, alınan texnika və silah-sursatın mövcud sistemə, güc strukturlarına uyğunlaşdırılması və s. daxildir. ABŞ-ın Ermənistandakı səfirinin dəstək açıqlaması isə yalnız ideoloji və təbliğat, eyni zamanda göstəriş məqsədi daşıyır. Əsas sual doğuran məsələ Vaşinqtonun İrəvandan cüzi sayda hərbi maşın və ya zirehli texnikanın qarşılığında nə tələb edəcəyidir. Cavab isə aydındır, ABŞ Ermənistandan Rusiyaya qarşı ikinci cəbhə açmasını istəyəcək. İndi Paşinyan və komandası bunun nəticələrini oturub diqqətlə fikirləşməli, götür-qoy etməlidir. Ölkəmiz üçün isə burada heç bir təhdid yoxdur, problem Ermənistan və Rusiya arasındadır”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bir neçə gün öncə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini, hərbi müşavirlərin, eyni zamanda zirehli təcili tibbi yardım maşınlarının göndərilməsi üzərində iş aparıldığını deyib.

Xəbər lenti