Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Əziz həmvətənlər!

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka Kraliçası II Marqrete tərəfindən bu ölkədə akkreditə olunmuş səfirlər üçün keçirilən Yeni il qəbulunda iştirak edib.

“Bu barədə azərbaycanlı diplomat “X” hesabında paylaşım edib.

Kristiansborq Sarayında keçirilən qəbul zamanı səfir Zaur Əhmədov Kraliçaya və Vəliəhd Şahzadə Fredrikə Yeni il təbriklərini çatdırıb.

“Mən Ülyahəzrət Kraliçanın Kopenhagendəki Kristiansborq sarayında keçirilən Yeni il qəbulunda iştirak etməkdən, Ülyahəzrət Kraliçaya və Danimarkanın Vəliəhd Şahzadəsinə xoş arzularımı çatdırmaqdan şərəf duyuram”,- o yazıb.

429718

Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Rusiya sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.

Lent.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, məsələnin müzakirəsi Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana aid olduğunu etiraf etmək qərarından sonra intensivləşib.

"Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-dakı üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilib", - diplomat xatırladıb.

O qeyd edib ki, bu sənədi heç kim ləğv etməyib. "Bu, sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025 - ci ilin noyabr ayına qədər və sonra daha da uzadılması ehtimalı ilə yerləşməsini nəzərdə tutur", - Qaluzin deyib.

O, etiraf edib ki, "yer üzündə" vəziyyət Ermənistanın Qarabağla bağlı Avropa İttifağının himayəsi altında keçirilən sammitlərdə təsbit olunmuş qərarından sonra kəskin şəkildə dəyişib.

"İndi sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələlərə yalnız Azərbaycan tərəfi ilə baxılır", - diplomat vurğulayıb.

Rusiya Azərbaycanla sülhməramlıları müzakirə edir... - 2025-ci ilin noyabr ayınadək...Moskva Qarabağdakı sülhməramlılarla bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.

Qaluzin xatırladıb ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.

"Bu sənədi heç kim ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabr ayına qədər qalması nəzərdə tutulur", - o əlavə edib.
Qaluzin qeyd edib ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və sülhməramlılarla bağlı msələlər Azərbaycanla birlikdə nəzərdən keçirilir.

"İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", - nazir müabini vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini iddia edib ki, ABŞ Cənubi Qafqazı Rusiyaya qarşı “ikinci cəbhə” üçün tramplin hesab edir: "Bu, region xalqlarının maraqlarına ziddir".
Kreml Nikolu Azərbaycana hücuma təhrik edib, ancaq… - İLGİNCNikol Paşinyan son müsahibəsində açıq şəkildə anlatdı ki, Moskva Ermənistanı Azərbaycana hücuma təhrik edib və o, Rusiyanın tələbini yerinə yetirməyib.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib.

“Yəni Paşinyan Azərbaycana Moskvaya qarşı istifadə edə biləcəyi alətlər verir, Rusiyanın Bakıya təzyiq etmək imkanlarını zəiflədir. Sonra Paşinyan şikayət edir ki, Bakı Moskvanın tələblərinə əməl etmir. Rusiya bir neçə dəfə eyham vurub ki, Ermənistan öz davranışını dəyişməlidir ki, Moskva Azərbaycanla münasibətlərdə əlində olan vasitələrdən istifadə edə bilsin”, - ekspert qeyd edib.

Onun iddiasına görə, Ermənistan hakimiyyətinin “artsax”ın buraxılması haqqında fərmanı ləğv etmək cəhdlərinə fəal müqavimət göstərməsi Paşinyanın Bakı qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlıdır.

O hesab edir ki, Azərbaycan heç vaxt öz iddialarından əl çəkməyəcək və İrəvana təzyiqlərini dayandırmayacaq:

“Bakı üçün əsas problem Ermənistandan keçən dəhlizidir. O, bu ən vacib məsələni aydın şəkildə həll etməyincə, sənədin imzalanmasını daim gecikdirəcək”.
Parisin “cavab addımı” əhəmiyyətsizdir - HƏQİQƏTƏN DƏ...

Fransa-Azərbaycan münasibətləri hazırda özünün ən böhranlı dövrünü yaşayır. Avropanın və Cənubi Qafqazın iki aparıcı dövləti arasında siyasi-diplomatik gərginlik davam edir. Bunun da birbaşa günahkarı məhz Fransadır. Azərbaycanın iki fransız diplomatı "arzuolunmayan şəxs" (“persona-non-grata”) elan etməsindən sonra, Fransanın da “güzgü cavabı” prinsipi ilə iki Azərbaycan diplomatının ölkəni tərk etməsini tələb etməsi rəsmi Parisin Azərbaycana qarşı murdar siyasətinin nəticələrini ört-basdır etmək cəhdidir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi uğurlu əməliyyatlar nəticəsində fransız xəfiyyə-agentura şəbəkəsinin aşkarlanması Makron Fransasının iç üzünü açdı. Bu hadisə Fransanı bütün dünyada rəzil edib. Ona görə də Fransa hökuməti xüsusi tələskənliklə Azərbaycan səfirliyinin iki əməkdaşını “persona non grata” elan etmək qərarına gəlib.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Fransa bu addımı atmaqla özünün zədələnmiş imicini az da olsa düzəltməyə çalışır:
"Lakin əsl həqiqətdə isə Fransanın iki diplomatımızı ölkədən çıxarmaq qərarı onun çarəsizliyini və zəifliyini göstərir. Eyni zamanda ortada saxtakarlıq faktı da var. Fransanın “cavab addımı” əsl saxtakarlıq nümunəsidir. Çünki bu ölkə iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsini casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atdığını bəyan edib. Lakin bu, ağ yalandır. Fransa tərəfinin bizim diplomatlarımızı casusluqda günahlandırmaq üçün heç bir sübutu yoxdur. Çünki fransalı diplomatların qeyri-qanuni surətdə casusluq fəaliyyəti göstərməsindən fərqli olaraq Azərbaycan səfirliyinin əməkdaşları casus kimi yox, əsl peşəkar diplomat fəaliyyəti ilə məşğuldur. Fransalı diplomatların casusluq fəaliyyəti isə artıq beynəlxalq səviyyədə ifşa olunub, sübuta yetirilib. Ona görə də Fransanın “cavab addımı” gözdən pərdə asmağa xidmət edir. Makron hökuməti Azərbaycana qarşı məntiqsiz və məkrli addımları ilə özünü təmizə çıxarmağa çalışır. Lakin Fransa tərəfinin bu addımları onu daha da nüfuzdan salır. Anti-Azərbaycan mövqeyindən çıxış etmək Fransaya ağır zərbə vuracaq".

Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar

Yol-xeber.az" xəbər verir ki,  Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin təntənəli mükafatlandırma mərasimi keçirilib. 

Mərasimdə Laçının yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə bir sıra qurumlar, habelə şirkətlər mükafatlandırılıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də Laçının yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılanlar sırasında olub. 

Mükafatçılara “Laçın qartalı” heykəli təqdim edilib.

Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar
Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar
Laçında quruculuq işlərində xidmətləri olan qurumlar mükafatlandırılıblar
Ermənistan Rusiyanın dediklərini qəbul edəcək - ŞƏRH"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın iqtisadi istəklərini icra etməyə məcburdur. Çünki hələlik Rusiya və Ukrayna arasında müharibə davam edir".
Sherg.az xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Analitik bildirib ki, Paşinyan görür ki, Qərb Ukrayna Prezidenti V.Zelenskiyə təzyiqlər göstərməyə başlayıb: "Qərb Zelenskini Rusiya ilə danışıqlara getməyə vadar etməyə çalışır. Belə olan təqdirdə Ukraynanın dövlət müstəqilliyinin haradan başlayıb, harada bitəcəyi ilə bağlı suallar meydana çıxır. Böyük ehtimal İrəvan hökumətinin başçısı Rusiyaya qarşı bir müddət sürdürdüyü demarşlara son verəcək. Paşinyan yaxşı başa düşür ki, siyasi təhlükəsizliklə bağlı problemlər var. Qərbin Ermənistana qarant olub-olmayacağı da sual altındadır. Ən əsası isə Ermənistan rəhbərliyi iqtisadi məsələlərdə irəliləyiş istəyirsə, burada ona kömək edəcək Qərb yox, məhz sanksiyalara məruz qalmış Rusiya olacaq".

Z.Məmmədov əlavə edib ki, Ermənistanın dövlət büdcəsinin gəlir tempi Rusiya-Ukrayna müharibəsi və Moskvanın sanksiyalarla üzləşməsi fonunda Ermənistanla həyata keçirilən qeyri-leqal ticarətlə bağlıdır:
"Çox güman ki, təkbətək görüşdə Rusiya prezidenti birbaşa, sərt tonda və aşağılayıcı tərzdə Paşinyanın diqqətinə bəzi məsələləri çatdırıb. Nəticə etibarı ilə Ermənistan Rusiyanın dediklərini qəbul edəcək. Bu təkcə Ermənistan-Rusiya münasibətlərinə yox, Cənubi Qafqazda baş verən proseslərə də təsirini göstərəcək. Şübhəsiz, Sankt-Peterburqdakı görüşə fürsət kimi baxan Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi Qərbin yox, Moskvanın vasitəçiliyi ilə aparılsın. Ola bilsin ki, üçtərəfli görüşün keçirilməsi də gündəmə gəlsin".

“Ötən il Cənubi Qafqaz üçün toqquşmalar, siyasi mübahisələr və mürəkkəb geosiyasət mövzuları ili olub”.

Bu barədə “TRT World” telekanalında yayımlanan “Strait Talk” layihəsinin növbəti buraxılışında bildirilib.

Verilişin budəfəki qonaqları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza olub.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib.

“Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”, - H.Hacıyev vurğulayıb.

 

Xəbər lenti