![]() |
|
Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.
Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy məlumat yayıb.
Musavat.com ABŞ Konqresinə sanksiya üçün təqdim olunan tam siyahını əldə edib:
Mənbələrin “mütləq tam olmayan” adlandırdığı ABŞ-nin sanksiyalarına təqdim olunan Azərbaycan rəsmilərinin tam siyahısı belədir:
1. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev;
2. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik-leytenant Elgün Əliyev;
3. Briqada komandiri, polkovnik Elşən Sanayevı;
4. Azərbaycan Quru Qoşunlarının sabiq komandanı general-leytenant Ənvər Əfəndiyev;
5. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Ceyhun Həsənov;
6. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev;
7. Müdafiə nazirinin müavini, Quru Qoşunlarının Komandanı general-leytenant Hikmət Mirzəyev;
8. Prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov;
9. Baş Prokurorluq - Orxan Səmədov;
10. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyev;
11. Baş Prokurorluq - Ziya Məsurov;
12. Baş Prokurorluq - Pərviz Mirxəşimov;
13. Baş Prokurorluq - Babaxan Həsənəliyev;
14. Baş Prokurorluq - Həmzə Eldar Əkbər oğlu;
15. Baş Prokurorluq - Ələkbərov Valeh Həsən oğlu;
16. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev;
17. Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Mirzə Xankişiyev;
18. Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi İlham Mahmudov;
19. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov;
20. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov;
21. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev;
22. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov;
23. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev;
24. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynov;
25. Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Əfqan Hacıyev;
26. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynov;
27. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov;
28. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov;
29. Nərimanov Rayon Məhkəməsinin hakimi Kamranov Hafiz;
30. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi Yusif Yusifov;
31. Bakı Apellyasiya Məhkəməsinin hakimi Abbasov Mirzəli Əbdüləli oğlu;
32. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, general-mayor Əbülfət Rzayev;
33. Baş prokurorun birinci müavini Elçin Məmmədov;
34. Müdafiə Nazirliyi - Leytenant Fuad Rəfael oğlu Nəbiyev;
35. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev;
36. Azərbaycan Dövlət Sərhəd Xidməti İlham Mehdiyev;
37. Azərbaycan Dövlət Sərhəd Xidməti Vüsal Sultanov;
38. Azərbaycan Dövlət Sərhəd Xidməti Azad Ələkbərov;
39. Azərbaycan Dövlət Sərhəd Xidməti İsmayıl Əkbərov
40. Azərbaycan Dövlət Sərhəd Xidməti Ramin Bağırov.
Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.
Sayt əlavə edib ki, hakimlərin siyahıda olma səbəbi - erməni müharibə canilərinə və əsirlərə hökm oxumalarıdır.
Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyaları var. Onların əsas məqsədi ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzuları yaratmaqdır.
Son illər regionda, eləcə də Azərbaycanda beyin mərkəzləri həm sayca, həm də fəaliyyət istiqamətləri baxımından artıb.
Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin beş əsas istiqamət üzrə apardıqları fəaliyyətlər “data” əsaslı strateji idarəetmədə önəmli rol oynayır. Bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı “big data” (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki elmi təhlillər, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan “data”ların analizi aiddir.
Ümumiyyətlə, dünyada 6500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlərin bir çoxu effektiv kommunikasiyanın qurulması, təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyənləşdirmək üçün araşdırmalar aparır. Bu beyin mərkəzləri son 30 il ərzində qloballaşma və idarəetmə, beynəlxalq iqtisadiyyat, ətraf mühit problemləri, beynəlxalq sülh və təhlükəsizlik, yoxsulluğun azaldılması, səhiyyə və qlobal sağlamlıq, informasiya və cəmiyyət kimi mühüm sahələrdə bilik və siyasət arasında körpü yaratmağa kömək edən bir sıra qlobal təşəbbüslər irəli sürüblər.
Beyin mərkəzləri beynəlxalq əməkdaşlıq səylərini artırmaqla bütün dünyada vətəndaş cəmiyyətlərini gücləndirir, siyasi qərarların qəbul edilməsi prosesini təkmilləşdirir, regional və beynəlxalq şəbəkələr yaradırlar. Vətəndaş cəmiyyətində iqtisadi siyasəti təhlil edən tədqiqat mərkəzləri önəmli rola malikdir. Beyin mərkəzlərində dünyanın aparıcı alimləri və mütəxəssisləri çalışırlar, həlli vacib məsələlər üzrə siyasi sənədlər hazırlayırlar.
Xatırladaq ki, Azərbaycanda 2022-ci il sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Beyin Mərkəzlərinin I Forumu keçirilib. Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onun dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın, əməkdaşlığın qurulmasının təmin olunması idi. Forum çərçivəsində aparılan müzakirələr və verilən təkliflərin təhlili növbəti addımlar üçün istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaratdı.
Beyin mərkəzlərinin cəmiyyətdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların, konfransların təşkili ölkəmizdə ənənə halını alıb. Belə ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlətimizin başçısı bu təklifi müsbət qiymətləndirmişdi.
Bir il sonra – 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı.
Ötən il dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum təşkil olundu. Forumda Prezident İlham Əliyev də iştirak etdi. Forumdan bir gün əvvəl - dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda panel müzakirə keçirilmişdi. Forum iştirakçıları işğaldan azad edilmiş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kəndindəki inkişafın şahidi oldular. Bu Forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini müzakirə etməyə imkan verdi.
Beyin mərkəzləri öz missiyalarını yerinə yetirmək üçün, ilk növbədə, doğru auditoriyanın müəyyən edilməsinə çalışırlar. Yəni, hər bir beyin mərkəzi öz missiya və məqsədlərini aydın müəyyən edə bilsə onun uğur qazanma ehtimalı da yüksək olar. Beyin mərkəzi fəaliyyəti zamanı hansı auditoriyaya təsir etmək istədiyini dəqiq müəyyənləşdirməlidir. Bu gün Bakıda 30 ölkəni təmsil edən 100-dək nüfuzlu ekspertin iştirakı ilə keçiriləcək yüksəksəviyyəli beynəlxalq konfransda da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və Azərbaycanın yaşıl enerji siyasəti müzakirə olunacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edən budəfəki konfrans işini Ermənistanın 30 illik işğalından azad olunmuş Laçında davam etdirəcək və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verəcək.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. İqtisadi və eyni zamanda, “yaşıl” inkişafa fokuslanan beyin mərkəzləri və akademik institutların nümayəndələri universallığa dəstək verməlidirlər. Onların bilikləri “qlobal ictimai məhsul” hesab edilir. Ona görə də beyin mərkəzlərinin və digər bilik institutlarının konfransda iştirak edən nümayəndələri milli, regional və qlobal səviyyələrdə problemlərin həll yollarını paylaşmalıdırlar.
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür.
2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.
Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.
Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya bir günlük işgüzar səfəri Rusiya mediasında yer alan aktual xəbərlərdən birinə çevrilib.
Belə bir yazı "kommersant"da dərc edilən "Bakı vaxtı ilə Moskva" (Бакинское время Москвы) başlıqlı məqalə dərc edib.
Nəşr yazır ki, Rusiya prezidentinin iştirakı ilə Amur vilayətində əsas bayram tədbirləri yalnız iyulun 8-də keçirilsə də, Vladimir Putin və İlham Əliyev bu hadisəni nəzərəçarpacaq dərəcədə vaxtından əvvəl qeyd etməyi zəruri hesab ediblər. Çünki Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi vaxtilə avtomobil yolunun tikintisi ilə bağlı məsələlərə şəxsən nəzarət edib.
Məqalənin müəllifi Sergey Strokan deyir ki, Rusiya və Azərbaycanda yeni siyasi tsikllər başlayandan sonra iki lider arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurəti Cənubi Qafqazda vəziyyətin dəyişməsi diktə edir.
Onun fikrincə, bu vəziyyət qeyri-sabit görünür və bölgə uğrunda rəqabət aparan oyunçular, xüsusən də Rusiya və Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir neçə alternativ ssenarilər yaranır.
Nəşr qeyd edir ki, burada birinci mühüm hadisə Əliyevin səfərindən bir müddət əvvəl Moskva və Bakıda Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması barədə qərarın elan edilməsi prosesidir.
İkinci mühüm hadisə isə Putinlə Əliyevin Moskvada keçiriləcək danışıqlar ərəfəsində, daha dəqiqliklə ifadə etsək, ötən cümə günü Ermənistanın şimal-şərqində Bakının nəzarətinə keçəcək dörd kəndin ərazisində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə olunan razılaşmanın yaratdığı beynəlxalq rezonansdır, əsasən də BMT, ABŞ, Aİ, Türkiyə rəhbərliyinin reaksiyasıdır.
Beləliklə, son günlər baş verənlər Moskva- Bakı-İrəvan üçbucağında yeni fikir ayrılığına səbəb ola bilər.
Ağ Evin Brüsseli Rusiya maliyyə aktivlərinin müsadirəsinə məcbur etməsi Avropa Birliyi üçün bumerang effekti verə bilər... Çünki bu halda, dünya ölkələri Avropa Birliyi məkanını etibarsız hesab edəcəklər və öz maliyyə aktivlərini oradan çıxartmağa çalışacaqlar...
Dünyada savaş dövrünün yaxın vaxtlarda sona çatacağı artıq qətiyyən inandırıcı görünmür. Belə ki, bəşəriyyət hər dəfə sülhə yaxınlşma şansı qazanarkən, savaşın sponsorları dərhal hərəkətə keçirlər. Sülh prosesini pozurlar, müharibənin yenidən intensiv xarakter almasını təmin edirlər. Və nəticədə yenidən minlərlə insan itkilərinə, maliyyə-iqtisadi böhrana səbəb olurlar.
Onu da qeyd etmək lazımdır ki, hazırda dünyanın əsas problemləri sırasında Ukrayna savaşı ön planda yer alır. Çünki bu savaş poliqonunda kollektiv Qərb Rusiyaya qarşı müharibə aparır. Ukrayna savaşında bu qədər çox dövlətin birbaşa və ya dolayısı ilə iştirak etməsi dünyanın gələcək taleyi üçün real təhlükə yaradır. Və bu savaşın mümkün qədər tez bir zamanda dayandırılması qlobal təhlükəsizlik baxımından, böyük önəm daşıyır.
Əslində, son vaxtlar Ukrayna savaşının da tezliklə yekunlaşma ehtimalı artmışdı. Kreml rəsmi Kiyevlə sülh danışıqlarına başlamaqdan imtina etmədiyini rəsmən bəyan etmişdi. Eyni zamanda, rəsmi Kiyev də sülh danışıqlarına qarşı olmadığını vurğulamışdı. Və bu, Ukrayna savaşında yeni situasiya yaranmasına münbit şərait yarada bilərdi.
Təbii ki, Kremldən və Kiyevdən verilən sülh mesajları aysberqin yalnız görünən tərəfi idi. Çünki Rusiya və Ukrayna siyasi dairələri arasında sülh danışıqları artıq başlanmışdı və intensiv xarakter daşıyırdı. Sadəcə, bu danışıqlar mümkün qədər səssiz-səmirsiz aparılırdı. Və dünyanın yenidən sülhə, sabitliyə yaxınlaşa biləcəyinə də ümidlər yaranmışdı.
Maraqlıdır ki, həmişə olduğu kimi, bu dəfə də Rusiya və Ukrayna arasındakı sülh prosesinə məhz Türkiyə vasitəçilik edirdi. Bəzi məlumatlara görə, həm Kreml, həm də rəsmi Kiyev Türkiyənin İstanbul şəhərinə göndərdikləri daimi təmsilçilər üzərindən gələcək sülh sazişinin detallarını razılaşdırmağa çalışırdılar. Və rəsmi Ankara bu prosesin mümkün qədər məxfi saxlanılmasına üstünlük verirdi.
Ancaq təəssüf ki, bütün dünyanın gələcək taleyi üçün böyük önəm daşıyan bu proses demək olar ki, yarımçıq qaldı. Qərbdə bəziləri dövrəyə girdilər, Rusiya və Ukrayna arasındakı sülh prosesini pozmağa nail oldular. Böyük ehtimalla bunu edərkən, elə də ciddi çətinlik çəkmədilər. Çünki ABŞ və Qərb Ukraynanın Zelenski hakimiyyətinə həlledici təsir mexanizmlərinə sahibdir. Və rəsmi Kiyev Ağ Evdən, eləcə də, bəzi digər Qərb paytaxtlarından gələn mesajlara dərhal müsbət reaksiya verir.
Məsələ ondadır ki, bir neçə həftə öncə Ukrayna prezidenti Volodimir Zelenski Türkiyənin Rusiya ilə sülh danışıqlarında təkbaşına vasitəçi ola bilməyəcəyini bəyan etmişdi. Halbuki həmin ərəfədə Ukrayna və Rusiya arasında İstanbulda məxfi sülh prosesinin mövcudluğu barədə məlumatlar yox idi. Əslində, məhz Ukrayna prezidenti həmin açıqlama ilə İstanbul sülh prosesini dünya gündəminə çıxartmış oldu. Və bundan sonra yalnız Qərb xüsusi xidmət servisləri deyil, hər kəs İstanbulda sülh masasının qurulmasından xəbərdar oldu.
Eyni zamanda, prezident Volodimir Zelenskinin Ukraynanın təhlükəsizliyinə təminatçı olacaq dövlətlərin sırasında Türkiyədən başqa ölkələrin olmasının vacibliyini də vurğulaması bir qədər gözlənilməz xarakter daşıyırdı. Çünki ondan bu barədə heç nə soruşmamışdılar. Ukrayna özü mövzunu bu məsələnin üzərinə gətirərək, Türkiyənin Rusiya ilə yaxın münasibətlərinin olduğuna eyham vurmuşdu.
Halbuki, rəsmi Ankara məhz həm Ukrayna, həm də Rusiya ilə olan pozitiv əlaqələri sayəsində bu iki dövlət arasında səhnə arxası sülh prosesini başlamağa nail olmuşdu. Prezident Volodimir Zelenski hər halda, Türkiyənin Ukraynaya aid "Azov" batalyonun əsirlikdə olan döyüşçülərini Rusiyadan alıb, rəsmi Kiyevə təhvil verməyi bacardığını da nəzərə almalıydı. Və bu, rəsmi Ankaranın hər iki tərəflə yüksək siyasi dialoq potensialını göstərirdi.
Ancaq prezident Volodimir Zelenski istəsə belə, bu önəmli reallığa uyğun davrana bilməzdi. Çünki Ağ Evdə nə Türkiyənin vasitəçiliyində, nə də Ukrayna savaşının sona çatdırılmasında maraqlı deyildilər. Ən əsası isə ABŞ-ın rəsmi dairələri bu barədə mesajı rəsmi Kiyevin diqqətinə çatdırmışdı. Ona görə də, rəsmi Kiyev Ağ Evdən gələn mesaja uyğun davranmaq məcburiyyətində idi. Və Türkiyənin Rusiya ilə yaxın münasibətləri isə bu məsələdə yalnız bəhanə rolunu oynayırdı.
Bütün bunlara baxmayaraq, rəsmi Kiyev hazırda sülh prosesindən imtina etməklə, ABŞ-dan səbrsizliklə gözlədiyi hərbi dəstək paketini aldığına görə müəyyən mənada, məmnun qala da bilər. Çünki Ağ Ev ötən ilin yay aylarından etibarən Ukraynaya hərbi yardım etmirdi. İndi ABŞ Konqresində nəhayət ki, Ukraynaya hərbi dəstək üçün 61 milyard dollar həcmində maliyyə vəsaitinin ayrılması barədə sənəd təsdiqlənib. Və Ukrayna ordusu yenidən ABŞ hərbi texnikası almaq şansı qazanıb.
Təbii ki, bu, Ukrayna savaş poliqonunda situasiyanı ciddi şəkildə dəyişə biləcək addımdır. Çünki Avropa Birliyinin Ukraynaya hərbi yardımları savaş meydanında böhranlı situasiyanı dəyişə biləcək səviyyədə deyildi. Hətta bu səbəbdən də, NATO baş katibi Yens Stoltenberq "Ukraynaya yardımlar xeyriyyəçilik deyil, gələcək təhlükəsizliyimizə investisiyadır" deməklə, Avropa ölkələrini dəstəyi artırmağa çağırmaq məcburiyyətində qalmışdı. Və bunun ardınca isə ABŞ-ın ən nüfuzlu xüsusi xidmət servisi olan CİA-nin şefi Uilyam Börns Ukraynanın bu ilin sonuna qədər məğlub olacağını vurğulamışdı.
Maraqlıdır ki, CİA şefi Ukraynanın daha uzun müddət Rusiya ilə savaşa tab gətirməsi üçün məhz ABŞ-ın hərbi dəstəyinin həlledici olduğunu da qabartmışdı. Belə anlaşılır ki, həm NATO baş katibi, həm də CİA şefinin xəbərdarlıq mesajları artıq müəyyən nəticələr verməyə başlayıb. Hər halda, Ağ Ev ABŞ Konqresinin müqavimətini qıraraq, Ukraynaya 61 milyard dollarlıq dəstək paketini təsdiqlədə bilib. Və bu, o deməkdir ki, Ağ Ev Ukrayna savaşının daha bir neçə il uzadılmasında qərarlıdır.
Eyni zamanda, Ağ Ev daha bir önəmli taktiki addım atmağa nail olub. Belə ki, ABŞ Konqresində Rusiyanın maliyyə aktivlərinin müsadirə olunması barədə sənəd də təsdiqlənib. ABŞ banklarında Rusiyanın 5 milyard dollarlıq maliyyə vəsaiti mövcuddur. Ağ Ev çox yaxşı anlayır ki, bu məbləğin müsadirə edilməsi Rusiyaya elə bir ciddi zərbə olmayacaq. Ona görə də, bu addımın Avropa Birliyinə örnək məqsədi ilə atıldığını da düşünmək mümkündür. Və böyük ehtimalla tezliklə Ağ Ev Avropa Birliyinin də analoji addımı atması üçün Brüsselə təzyiq göstərməyə başlayacaq.
Məsələ ondadır ki, Avropa Birliyi məkanında Rusiyanın maliyyə aktivlərinin ümumi həcmi 250 milyard dollara yaxındır. Belə bir nəhəng maliyyə vəsaitinin müsadirə olunması Rusiyaya müəyyən problemlər yarada bilər. Böyük ehtimalla Avropa Birliyi ABŞ-ın təzyiqləri qarşısında belə bir təhlükəli addımın atılmasına məcbur qalacaq. Və nəticədə bundan ən böyük faydanı məhz ABŞ götürmüş olacaq.
Səbəblər isə çox sadədir. Əgər, Avropa Birliyi Rusiyanın 250 milyard dollarlıq maliyyə vəsaitini müsadirə edərsə, Kreml dərhal buna reaksiya verəcək. Çünki Rusiya ərazisində də Avropa Birliyinin maliyyə-iqtisadi alətləri mövcuddur. Kreml də Avropa Birliyi ölkələrinin maliyyə mexanizmlərini ləğv edərək, qarşı tərəfə ağır zərbə vuracaq. Digər tərəfdən, Rusiya maliyyə aktivlərinin müsadirə olunması Avropa Birliyi üçün ümumiyyətlə, bumerang effekti də verə bilər. Çünki bu halda, Avropa Birliyi məkanı digər dünya ölkələrinin nəzərində etibarsız məzmun daşıyacaq. Və dünya ölkələri gələcək təhlükələri nəzərə alaraq, Avropa Birliyi məkanına maliyyə aktivlərini yerləşdirməkdən çəkinəcəklər.
Eyni zamanda, buna paralel olaraq, daha bir önəmli prosesə də start verilə bilər. Belə ki, bəzi dünya ölkələri öz maliyyə aktivlərinin gələcək taleyindən narahat olaraq, onları tədricən Avropa Birliyi məkanından çıxartmağa da başlayacaqlar. Nəticədə bütün bu maliyyə aktivləri birbaşa ABŞ-a doğru axmağa başlayacaq. Yəni, belə anlaşılır ki, Ağ Ev bir tərəfdən ABŞ-ı daha da varlandırmaq, digər tərəfdən isə Rusiya ilə yanaşı Avropa Birliyini də sıradan çıxartmaq niyyətində görünür. Və bu baxımdan, ABŞ-ın Avropa Birliyini iqtisadi intihara məcbur buraxmaq istədiyi artıq qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)