"COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq".

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib.

"İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq," - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Etibar Rəsul oğlu İsmayılova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Şahin Əyyub oğlu Mirzəyevə

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova

daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 3 əməkdaşına “general” rütbəsi verilib.

Belə ki, polkovnik Şahin Əyyub oğlu Mirzəyev “general-mayor” ali hərbi rütbəsi, daxili xidmət polkovnikləri Aqşin Böyükağa oğlu Kazımov və Asif Eltufat oğlu Məmmədli isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsinə layiq görülüblər.

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 600 min manat ayrılıb.

"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - FOTO

Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

 

 

 
YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

“Report”un xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov toplantının gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib: “Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”.

YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir: “Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək".

Tədbirdə YAP İdarə Heyətinin üzvləri – Tahir Mirkişili, Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən işlərdən bəhs ediblər.

Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Partiyanın Seçki Qərargahının yaradılması barədə də qərar səsvrməyə çıxarılaraq təsdiqlənib.

Bununla da iclas başa çatıb.

***
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

“Report”un xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.

İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:

- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;

- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;

- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;

- Təşkilati məsələlər.

İrəvanın razılşamaları yerinə yetirməməsi sülhə imkan vermədi
Bu addımlar İrəvan üçün ciddi risklərlə nəticələnəcək

İrəvanda bəzi siyasətçilər Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərindən şikayətlənərək 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlərin “effektiv olmamasından” danışırlar.

Bu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatında deyilir.

“Biz bu məsələlərin aydınlaşdırılmasını zəruri hesab edirik.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər toplusu Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan “yol xəritəsi”dir. O, Ermənistan-Azərbaycan normallaşmasının bütün əsas sahələrini əhatə edir. Bu müqavilələr qüvvədə qalır, tərəflərdən heç biri imzasını geri götürməyib”, - Zaxarova qeyd edib.

O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmamasını nəzərə alaraq, bu mühüm sənədlərin inkar edilmə cəhdlərini son dərəcə təhlükəli hesab edir: “Belə bir addımlar ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək. Qərb psevdovasitəçilərinin köməyi ilə bu çağırışları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar. Onların vəzifəsi tamam başqadır. Bizi və digər regional oyunçuları sıxışdırmaq, Balkanlardan, Yaxın Şərqdən və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq”.

Kreml təmsilçisi onu da bəyan edib ki, sülh prosesi məhz İrəvanın razılaşmaları yerinə yetirmədiyindən mümkün olmayıb:

“İrəvanın bir sıra hərəkətlərini qeyd etməyə bilmərik ki, buna görə də üçtərəfli razılaşmaları tam yerinə yetirmək mümkün olmayıb.

Erməni tərəfinin üçtərəfli razılaşmaları pozaraq Qarabağa silah tədarükü üçün Laçın dəhlizindən istifadə etməsi və İrəvanın bu ilin sentyabrında əsasən toqquşmalara səbəb olan erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi də öz mənfi təsirini göstərib”.

Prezidentin müəllimlərin XVI qurultayının iştirakçılarına müraciəti - YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli qurultay iştirakçıları!

Əziz müəllimlər və təhsil işçiləri!

Azərbaycan müəllimlərinin XVI qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.

Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.

Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.

İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".

***
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

"Ölkə.az" xəbər verir ki, müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

“Report”un xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.

İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:

- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;

- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;

- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;

- Təşkilati məsələlər.

Nikolun “qovşağı” ABŞ-ın layihəsidir: Bakıya qarşı… - GƏLİŞMƏSuren Papikyan Cənubi Kiprə səfəri zamanı həm öz həmkarı, həm də parlament sədri ilə görüşərək əməkdaşlıq istiqamətlərini müzakirə edib. Müzakirələrin əsas məqsədlərindən biri təhlükəsizlik sahəsində Yunanıstanın da daxil olduğu əməkdaşlıq platformasını formalaşdırmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kiprin Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Sadiq Akyar Qərbin Ermənistanı Aralıq dənizinə çıxarmaq və İMEC layihəsi ilə Avropaya çəkiləcək dəhlizə qoşmaq istəyindən danışıb:

“Ermənistan və Cənubi Kiprin hərbi gücünü nəzərə alsaq, Papikyanın oraya səfər etməsi ilk baxışda əhəmiyyətsiz hadisə təsiri bağışlayır. Aparılan danışıqlar atılacaq addımların Türkiyə, Şimali Kipr və Azərbaycana qarşı olduğu aydın şəkildə ortadadır. Əsas diqqət çəkən məqam isə Suren Papikyanın öz həmkarı Mixalis Yorqallasa Paşinyanın ortaya atdığı “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) layihəsini təqdim etməsidir. Layihə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlıdır. Əsl problem Zəngəzur dəhlizinə yanaşmadadır. Layihəyə görə, buradan keçən bütün xətlərin nəzarəti Ermənistanda olmalıdır. 10 noyabr tarixli Üçtərəfli bəyanatın 9-cu maddəsində də nəqliyyat üzrə nəzarətin Rusiyanın Sərhəd Xidməti tərəfindən həyata keçiriləcəyi təsbit olunub. Rəsmi İrəvan nəqliyyat əlaqəsinin təmin edilmə xərclərini Ankara və Bakının üzərinə yıxmaq, ancaq yolu öz nəzarətində saxlamaq, gələcək üçün təzyiq vasitəsi əldə etmək istəyir. Ancaq SSRİ dövründə də ordan keçən dəmir yoluna nəzarət Ermənistanda yox, Azərbaycanda idi. Bəs Cənubi Kiprdə Paşinyanın layihəsinin təqdim edilməsində hədəf nədir? Bildiyimiz kimi, ABŞ sentyabr ayında Hindistanda keçirilən G-20 Zirvəsində İMEC layihəsini dünyaya elan etdi. Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Zəngəzur dəhlizi də Orta Dəhlizin mərkəzində yerləşir. Ona görə də burada böyük geosiyasi rəqabət var. Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçirilən son Zirvə Görüşünün yekun sənədində də Orta Dəhlizlə bağlı işlərin sürətləndirilməsi xüsusi vurğulanıb. Görünən odur ki, Papikyanın “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) təqdim etməsi hansısa direktivlər əsasındadır. Diqqətli olmalıyıq. Hadisələrin gedişatı Paşinyanın layihəsinin əslində ABŞ-ın İMEC layihəsinin bir parçası olduğunu göstərir. Məqsəd Türkiyə və Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd şəkildə Ermənistanı Aralıq dənizinə çıxarmaq və Avropaya gedən böyük ticarət dəhlizinə birləşdirməkdir”.

Xəbər lenti