![]() |
|
Son vaxtlarda bölgədə yaranmış vəziyyətlə bağlı məni narahat edən məsələ Tehranın sərgilədiyi mövqedir.
Bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 44 günlük müharibə zamanı min bir hoqqadan çıxdı. “Azərbaycan sərhədinə qoşun yeritməkdən tutmuş ən müxtəlif addımlara əl atdı. Müharibədən dərhal sonra isə Qafanda konsulluq açdı. Amma bu gün NATO İranla sərhəddə gəlir, Tehran isə susur”, - deputat qeyd edib.
O əlavə edib ki, Qərbin Ermənistana yığdığı silahlar Azərbaycana hücum üçün deyil, İran üçündür. Amma Tehran susur. Susmaq bir yana, axmağın biri ayağa qalxır ki, İsrailin Azərbaycandakı səfriliyini bombalamaq lazımdır. Birincisi, bu, beynəlxalq hüquqa ziddir. İkincisi, İsrailin dünyada 150-dən artıq ölkəsində səfirliyi var, niyə İsrailin ABŞ-dəki, ərəb ölkələrində və digər ölkələrdəki səfirliklərini bombalamır, Azərbaycandakı səfirliyini bombalamaq barədə sərsəm fikirlər səsləndirir.
Onlar bilmir ki, heç oradakı azərbaycanlılar buna imkan verər...
Biz nə qədər çalışıb İranla münasibətləri yaxşılaşdımaq istədikcə qarşı tərəf hər dəfə bundan uzaqlaşmağa çalışır. Artıq ortaya konkret mövqe qoymağın vaxtıdır. İran buna öz mövqeyini bildirməlidir”, - Novruzov qeyd edib.
Azərbaycanla Şimali Kirp Türk Cümhuriyyəti arasında parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılıb.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək qəbul edilib.
Qanun layihəsi barədə məlumat verən beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov deyib ki, gələcəyimiz türk dünyası ilə sıx əlaqədən keçir. “Türk dünyası yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunu nəzərə alaraq, Şimali Kipr Türk Cümhuriyyəti arasında parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılmasına qərar vermişik”, - o qeyd edib.
O bildirib ki, dostluq qrupuna deputat Cavanşir Feyziyev təklif edilib.
Deputatlar müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.
Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də Əliyevə zəng etdi. Brüsseldə Paşinyanla görüşəcək hər iki tərəfin – Blinken və Leyenin öncə Əliyevlə danışması Bakının narahatlığının diqqətə alındığını göstərir. Bu, Fransadan fərqli olaraq, ABŞ və Avropa Birliyinin Ermənistana dəstək məsələsində də Azərbaycanın mövqeyini nəzərə alacağı gözləntisini yaradır, əks təqdirdə, görüş öncəsi Bakıya zəng etmək zərurəti hiss etməzdilər.
Beləliklə, Əliyev rəsmi İrəvanın ümid yeri kimi baxdığı prosesə müdaxilə etməyi bacardı və bu, Ermənistan-AB-ABŞ formatında atılacaq addımlara da yön verə bilər.
Birincisi, AB və ABŞ görüşün məqsədinin “iqtisadi xarakter” daşıdığını açıqlayıb və Ermənistan “iqtisadiyyatının şaxələndirilməsi, bu ölkəyə humanitar yardımların ayrılması”nın müzakirə ediləcəyi bildirilir: AB balansın qorunması naminə humanitar məqsədlər üçün Azərbaycana da yardımlar ayıra, yaxud Bakı bu məsələni qaldıra bilər; 2021-ci ildə AB-nin Ermənistana 2,6 milyard, Azərbaycana 150 milyon avroluq maliyyə paketi ayırması Bakının haqlı tənqidinə səbəb oldu, nəticədə 2022-ci ildə Brüssel Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı; analoji prosesin bu dəfə də baş verməsi, yaxud rəsmi Bakının bu istiqamətdə mövqe qoyması mümkündür;
İkincisi, “iqtisadi gündəm” daşıdığı deyilən Brüsseldə hərbi yardım məsələlərinin də müzakirə ediləcəyi istisna deyil, yaxud bu görüşün Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyi və müdafiəsi” aspektindən bölgədə mənzillənməsi zərurətinə “qapı açacağı” gözlənilir: Blinkenlə Leyenin zəngi və Əliyevin mövqeyi isə AB-ABŞ cütlüyünün bu məsələdə də daha ehtiyatlı davranacağı fikrini ön plana çıxarır; Bakı ilə münasibətləri nəzərə alan AB və ABŞ-ın arxa fonda dayanaraq, Ermənistanın silahlandırılması işini bunu həyata keçirən Fransa üzərindən sürətləndirəcəyi ssenarisi mümkün variantlardan biridir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər” adlı süjetdə Qərb və Rusiya arasında geosiyasi mübarizə burulğanına düşən Ermənistan ətrafında çəmbərin hər keçən gün daha da daralmasından və artıq bu ölkənin mövcud siyasi xəritəsinin dəyişməsindən bəhs edilir.
Bildirilib ki, Moskvadan sürətlə uzaqlaşan Nikol Paşinyan Qərb qüvvələrini bölgəyə gətirməkdə israrlıdır. İndiyə qədər Avropa İttifaqının “mülki missiyası” adı altında 1 500 nəfərlik qüvvə Ermənistana yerləşdirilib. Bu missiyanın tərkibində Avropa İttifaqının üzvü olmayan Kanadanın timsalında NATO qüvvələri də yer alır, o cümlədən, Norveç və ABŞ-nin də missiyaya qoşulması gözləntiləri var. Bununla yanaşı, Fransa Ermənistanın silahlandırılmasını üzərinə götürməklə Rusiyanın bu ölkədəki, həm də bölgədəki mövqelərini əlindən almağa çalışır. Ermənistan-Avropa İttifaqı-ABŞ formatının yaranması ilə prosesin daha da sürətlənəcəyi, Qərbin kollektiv şəkildə Ermənistana və Ermənistan üzərindən bölgəyə daxil olacağı proqnozlaşdırılır. Təbii ki, hadisələrin inkişafı Rusiyanın bölgədən sıxışdırılmasına doğru gedir.
Qeyd olunub ki, Rusiyanın bundan sonra praktiki müstəvidə hərəkətə keçəcəyi gözlənilir və bu, bölgədə mövqelərini möhkəmləndirmək siyasətini yürüdən Qərblə Ermənistan üzərində toqquşmanı qaçılmaz edə bilər. Rusiyanın Ermənistanı cəzalandırmaq üçün atacağı addımlar arasında, siyasi, hərbi və iqtisadi müstəvidə rıçaqların işə salınması var.
Diqqətə çatdırılıb ki, Ermənistanda toqquşma daha qanlı olacaq və böyük ehtimalla bu ölkənin xəritəsinin dəyişməsi ilə nəticələnəcək. Ermənistanın siyasi xəritəsinin dəyişməsi Qərbi Azərbaycanın işğaldan azad olması ilə mümkün ola bilər. Bu perspektiv fonunda İrəvanda gedən müzakirələrdə Ermənistanın ərazisinin 10 min kvadratkilometrə qədər azalacağı, Göyçə və Basarkeçərin Azərbaycana təhvil veriləcəyi haqqında fikirlər irəli sürülür. Erməni ekspertlərin fikrincə, Qazaxın dörd kəndinin qaytarılması prosesin başlanğıcı olacaq.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: