Brüsseldə Ermənistanı Qərbin regional "proxy alət"inə çevirən konfransın nəticələri erməni siyasi elitasını qorxuya salıb, hakim komanda xof içindədir... Rəsmi İrəvan "odla su arasında qalıb", Qərb Ermənistandan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edir, Rusiya isə hərəkətə keçmək üçün məhz bu qərarı gözləyir...

Cənubi Qafqaz uğrunda mübarizə artıq açıq müstəviyə keçirilib. Dünya nəhəngləri "geopolitik səngərlər"in trayektoriyasını dəqiqləşdirməyə başlayıblar. Bu region uğrunda amansız mübarizədə məhz ABŞ və Qərb Rusiya ilə savaşır. Və bu savaşın əsas istifadə aləti isə hələlik ortaqdır.

Məsələ ondadır ki, dünya nəhəngləri "geopolitik səngər"də yalnız Ermənistanı yerləşdiriblər. Ermənistana yeni sahibkar axtaran rəsmi İrəvan çox ucuz qiymətə həmin "səngər"də olmağa razılaşıb. Yəni, hazırda Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin Rusiyaya qarşı regional "proxy alət"idir. Və bundan sonra rəsmi İrəvan istəsə də, istəməsə də, Qərbdən gələn bütün təlimatları yerinə yetirilməli olacaq.

Əslində, bu, ABŞ və Qərbin yeni taktikası deyil. Hər halda, Qərb bu taktikanı Ukrayna üzərindən uğurla reallaşdırmaqda davam edir. Belə ki, ABŞ və Qərb Ukraynada Rusiya ilə müharibə aparır. Ancaq ABŞ və Qərbi bu savaşda məhz Ukrayna təmsil edir. ABŞ və Qərb isə sadəcə, kənardan müşahidə aparır, növbəti addımlarını müəyyən edir, rəsmi Kiyevə silah-sursat və maliyyə ilə yanaşı, təlimatlar verir.

İndi təxminən oxşar ssenari Cənubi Qafqaz üçün də yazılıb. Bu regionda da ABŞ və Qərb Rusiya ilə savaşır. Ancaq bu dəfə "proxy alət" olaraq, Ukraynanın funksiyaları Ermənistana həvalə edilib. Yəni, Ermənistan da eynilə Ukrayna ssenarisi üzrə "geriyə dönüşü olmayan bir səfərə" göndərilib. Üstəlik, ABŞ və Qərbin bu dəfəki "proxy aləti" çox da böyük xərc yaratmayacaq. Və Ermənistan "könüllü intihara" razılaşacaq qədər bəsit düşüncə daşıyıcısıdır.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın hakim siyasi dairələri nə qədər təhlükəli bir geopolitik oyunun alətinə çevrildiklərini də anlamamış deyillər. Hətta ABŞ və Qərb tərəfindən aldadılmış ola biləcəklərini də təxmin edirlər. Əks halda, Ermənistana dörd il ərzində verilməsi vəd edilən cəmisi 350 milyon dollar əvəzində Rusiya ilə sərt qarşıdurmaya razılaşmalarına haqq qazandırmaq üçün absurd arqumentlər axtarmazdılar. Və Ermənistan cəmiyyətinə "böyük uğur" kimi sırınmaqda olan Brüssel ortaq konfransının əslində, "rus ruleti" oynamaqdan başqa bir şey olmadığını anlayanların mövcudluğundan da ciddi narahatdırlar.

Bu səbəbdən də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüssel konfransı barədə Ermənistan cəmiyyətində yanlış təsəvvürlər olduğunu sübut etməyə çalışır. Erməni nazir iddia edir ki, Brüsseldə Ermənistana vəd olunan 350 milyon daha böyük məbləğlərə "qapı açan" önəmli bir prosesin tərkib hissəsidir. Ararat Mirzoyan hətta Ermənistanın bu proses sayəsində yaxın bir neçə ildə ümumi həcmi 2,9 milyard dollara qədər qrantlar ayrılacağını iddia edir. Halbuki, erməni nazir Brüsseldə vəd olunan 350 milyon dolların, eləcə də, onun özünün uydurduğu 2,9 milyard dolların alınmasına qədər Ermənistan adlı dövlətin yoxa çıxma ehtimalını da qeyd etməyi unudur.

Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi rəsmi İrəvana dörd il ərzində 350 milyon dolları məhz Ermənistanın Rusiyanın patronajlığı altında olan qurumlardan, xüsusilə də, KTMT və Avrasiya İqtisadi İttifaqından rəsmən çıxmasının əvəzi olaraq, vəd edib. İndi Qərb Paşinyan hakimiyyətindən bu istiqamətdə ən qısa zamanda prinsipial addımların atılmasını istəyir. Əks halda, Ermənistan həmin məbləği dörd il deyil, 40 il də gözləsə, alması asan olmayacaq. Rusiya da öz növbəsində rəsmi İrəvandan konkret addımlar gözləyir. Paşinyan hakimiyyəti Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından rəsmən çıxdığını rəsmən bəyan etdiyi andan etibarən Kreml dərhal hərəkətə keçəcək. Və Ermənistanın əsas "qara günləri" də məhz ondan sonra başlayacaq.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin daxilində artıq müəyyən mənada, qorxu və xof hökm sürməyə başlayıb. "Hraparak" nəşrinin iddiasına görə, baş nazir Nikol Paşinyanın yaxın ətrafında Brüssel konfransının nəticələri şok effekti yaradıb. Ermənistanın hakim dairələrində ümid bəslədikləri milyardların əvəzinə dörd il üçün 350 milyonun vəd olunmasını fiasko hesab edirlər. Və Qərbdə onların Rusiya əleyhinə intensiv demarşlarına heç bir dəyər verilməməsindən panik duruma düşdüyü bildirilir.

Erməni hakim dairələrində hesab olunur ki, rəsmi İrəvanın böyük təhlükəyə baxmayaraq, Kremli hər imkanda ittiham etməsinə, Rusiya ilə qarşıdurma mühiti yaratmasına Qərbdə elə bir ciddi önəm verilməyib. Ona görə də, indi Ermənistan müqavimət göstərə bilməyəcəyi real təhlükə ilə təkbaşına buraxılmış vəziyyətə düşüb. Hazırda Ermənistan hökumətinin üzvləri baş nazir Nikol Paşinyanın hələlik bəyan edilməsi yolverilməz olan gizli anlaşmalara nail olmuş ola biləcəyi barədə ehtimallarla bir-birinə təskinlik verməyə çalışırlar. Və indi hər kəs böyük səbirsizliklə baş nazir Nikol Paşinyanın onları toplayıb, məyusluğu aradan qaldıracaq məlumatlar verəcəyinə ümid bəsləyir.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyini böyük risk altında buraxıb. Paşinyan hakimiyyəti daxilində bunu anlayanlar hər halda, mövcuddur. Üstəlik, bunu anlayanlar Brüssel konfransının nəticələrindən qorxuya düşüblər, xof içindədirlər. Çünki onlar Rusiyanın patronajlığı altında olan qurumların tərk edilməsinin Ermənistana hansı fəlakətləri vəd etdiyini də təxmin edirlər. Çünki hətta Kreml Ermənistanı birbaşa özü cəzalandırmaq niyyətinə düşməsə belə, real fəlakətdən yayınmaq mümkün olmayacaq.

Çünki KTMT-dan çıxarsa, Ermənistanın hərbi təhlükəsizlik sistemindən kənarda qalması qaçılmaz olacaq. Hər halda, ABŞ və Qərbin indiki situasiyada Ermənistanı öz "təhlükəsizlik çətiri" altına almaq kimi bir niyyəti müşahidə edilmir. Yəni, Ermənistan təklənmiş anklava çevriləcək, yeni savaş başlayarsa, Rusiya qarışmayacaq, Qərbin isə köməyə yetişmək üçün regional hərbi-siyasi təsir mexanizmləri yoxdur.

Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqının tərk olunması Ermənistana dərin sosial-iqtisadi böhran vəd edir. Belə ki, Rusiya ilə güzəştli ticarət dövriyyəsinin, maliyyə transferlərinin qapanması çökmüş Ermənistan iqtisadiyyatını ümumiyyətlə, dəfn edə bilər. Avrasiya İqtisadi İttifaqına aid qarşılıqlı iqtisadi-ticari güzəştlər hazırda Ermənistan üçün yeganə nəfərlikdir. Bütün bunlardan imtina Ermənistanın "könüllü intihar" qərarından başqa bir şey deyil. Və bu baxımdan, rəsmi İrəvan "odla su arasında qalmış" kimi görünür.(Yeni Müsavat)

Cənubi Qafqaza girdilər: Xəritə dəyişir - Ölkələrdən biri bölünəcəkPolitoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran ordusunun yük təyyarələrinin Tehranla İrəvan arasında uçuşlar həyata keçirdiyi bildirilir. Məlumata görə, İranın paytaxtından Ermənistana silah daşınır. Sizcə, İran bu prosesdə tranzit rolunu oynayır, ya silahlandırma işini özü həyata keçirir?

- Bir çox ehtimal ola bilər. Bəli, Ermənistana silahların daşınması mümkündür. Bundan əvvəl də Hindistandan göndərilən silahlar İran üzərindən çatdırılıb. Bütün bunlardan görünən budur ki, region sürətlə silahlanır, xüsusilə də Ermənistan... Bu da bölgəyə təhlükəsiz gələcək vəd eləmir.

- Fəallığını artıran İranın məqsədi nədir, nəyə nail olmaq istəyir?

- Həmişə demişik ki, İranın Azərbaycan siyasəti qərəzlidir. Amma bu yöndəki məqsədlərinə heç vaxt çatmayıb. Sanki İran reallıqları olduğu kim dərk eləmir, ya da dərk eləmək istəmir. İrana təhlükə Azərbaycan yox, Ermənistandan gəlir. Faktiki olaraq, Ermənistan NATO ölkəsinə çevrilir. ABŞ-nin də Ermənistandakı aktivliyi göz önündədir. Amerikalı təlimatçılar Ermənistan Müdafiə Nazirliyində təlimlər keçirlər. Amma İran yenə də Azərbaycan əleyhinə dəst-xətdən əl çəkmir, ya da bunu istəmir.

Sual yaranır ki, İranın hərbi-siyasi dairələri real vəziyyəti obyektiv təhlil edə bilirlərmi? İran kanallarına baxanda adam məəttəl qalır, Ermənistanda baş verənlər onları maraqlandırmır. Ya da bu təhlükəni özləri üçün görmürlər? Əslində, Azərbaycanda İranla bağlı təhlükəli proses getmir. İran Azərbaycana aid olmayan məsələlərdə belə bizə qarşı səs-küy yaratmağa çalışır. Nə istəyirlər, məqsədləri nədir? Bunu demək çətindir. Əgər hadisələri bilərəkdən gərginləşdirmək istəyirlərsə, bunun İran üçün heç bir faydası olmayacaq, indiyədək də olmayıb.

- Ermənistanın silahlandırılmasında həvəslə rol alan, Qərbin bölgədə yerləşməsinə etiraz etməyən İranın bu yanaşmasını necə izah etmək olar? Tehran bilmədiyimiz bir işbirliyi içindədirmi, ya Ermənistanda yaranmağa başlayan xaotik vəziyyət hansısa məqsədlərinə çatmaq üçün onun da marağındadır?

- Belə bir mənzərə yaranıb: sanki müxtəlif qüvvələr Ermənistanı öz aralarında parçalayırlar. Zatən balaca ölkədir, amma bölürlər, bu da “livanlaşma prosesi” termini ilə gündəmə gəlir. Livanda müxtəlif qruplar arasında bölünüb. Təxminən belə bir şey Ermənistanda da baş verir. Məsələ budur ki, prosesdə ziddiyyətli oyunçular yer alırlar. Belə bir fərziyyə də var ki, İranla Qərb danışılmış oyun oynayır, yəni Ermənistanı bölməklə bağlı razılaşıbar. Buna inanmaq düşünmək sadəlövhlük olardı. Hər halda indi real olaraq Ermənistanda nə Qərb, nə də İranın qoşunları var.

İranın öz məqsədləri var. İran düşünə bilər ki, onsuz da Ermənistan parçalanmaya doğru gedir, Rusiya Ermənistandan əl çəkməyəcək, Qərbin də öz maraqları mövcuddur, belədirsə, onun niyə maraqları olmasın?! İran da istəyir ki, parçalanma real müstəviyə keçəndə müəyyən ərazilərdə öz maraqlarını təmin eləsin. Yaxud prosesdə yer alsın. Yəqin ki, İranın mövcud yanaşması buna hesablanıb.

- Söhbət fiziki parçalanmadan gedirmi?

- Fiziki yox. Əlbəttə, şərti olaraq bir ölkə kimi qalacaq. Amma daxildə parçalanma ola bilər. Belə nümunələr var. Məsələn, Livan indi vahid ölkədirmi? Yox! Suriya vahid ölkədirmi? Yox! Bu, İraq, Liviya və Yəmənə də aiddir. Onlar vahid yox, parçalanmış ölkələrdir. Bəli, fiziki olaraq ölkə kimi qalırlar, amma müxtəlif qruplar tərəfindən bölüşdürülüblər. Yəqin ki, belə bir ssenari Ermənistan üçün də ola bilər. Məsələn, İran istəyir ki, bu durumda Zəngəzur dəhlizi və ya Ermənistanla sərhədində öz nüfuzunu təmin eləsin.

Parçalanmanın hansı formada olacağını zaman göstərəcək. Qərbin də hansı bölgə və ya bütövlükdə Ermənistanı nəzarətə alıb-almayacağını görmək gələcəyin işidir. Amma bütün cəhdlər Ermənistanın parçalanacağından xəbər verir. Parçlanma ən müxtəlif formalarda baş verə bilər. Prosesin özü Ermənistanı bölünməyə aparır. Çünki vahid yanaşma yoxdur. İran, Qərb və Rusiya – Ermənistanı hərəsi bir tərəfə çəkir. Onlar heç vaxt bir-birləri ilə ortaq məxrəcə gəlməzlər. Bəlkə də nəzarətə götürəcəkləri hissələri özlərində saxlamaqla Ermənistanda şərti balansı təmin edə bilərlər.

- Ermənistanın parçalanması Azərbaycana nə vəd edir?

- Parçalanmış ölkələrin bir problemi var ki, onların rəhbərlikləri olmur. Rəhbərlər şərti olur. Onlar amorf vəziyyətdə olan ölkələrdir. Belə bir vəziyyətdə olan ölkə ilə danışıqlar aparmaq və razılaşmaq çox çətin olur. Çünki bilmirsən ki, hansı güc onlara necə təsir göstərəcək. Ermənistanda indinin özündə bunu görürük.

Gürcüstanla bağlı duruma da baxın. İndi Gürcüstan hökuməti Qərbdə tənqid atəşinə tutulur ki, Rusiya ilə komplementar siyasət aparır, ona qarşı çıxmır, hərdən Qərbə qarşı sərt çıxışlar edir, daxili siyasi səhnəni öz nəzarətinə almaq istəyir. Amma görünən odur ki, Gürcüstanda pis-yaxşı hakimiyyət var. İndi onlarla hansısa razılaşma olsa, bu, bu və digər formada həyata keçiriləcək. Çünki kənar güclər hakimiyyətə o qədər də müdaxilə edə bilmirlər, müəyyən mənada öz özlərinin ağası kimi görünürlər. Amma bu, Ermənistanda belə olmayacaq.

- Cənubi Qafqazın gələcək geosiyasi arxitekturası necə şəkillənəcək? Bir tərəfdə Azərbaycan-Türkiyə-Rusiya üçbucağı, digər yanda yeni formalaşan ABŞ-Avropa Birliyi-Ermənistan formatı: belə olacaq? Qərbin yerləşməsinə regional dövlətlərin təpkisi necə olacaq, özünə yer etməsinə imkan veriləcəkmi?

- Artıq onların yeri var. Məsələn, Gürcüstanda, elə artıq Ermənistanın özündə. Artıq bölgədə oyunçu kimi çıxış edirlər, hər halda Gürcüstan Avropa Birliyi üzvlüyünə namizəddir. Həmçinin Gürcüstan NATO üzvlüyünə can atır. Bütün bunlar deməyə əsas verir ki, artıq ABŞ, Avropa Birliyi və NATO Gürcüstanın timsalında Cənubi Qafqazda təmsil olunur. Sadəcə indi coğrafiyanı genişləndirib Ermənistanda da təmsil olunmaq istəyirlər. Artıq Ermənistanda özlərinə yer ediblər. Məsələn, Avropa Birliyinin müşahidə missiyası, ABŞ hərbçiləri və təlimatçıları...

Yavaş-yavaş Ermənistanda öz varlıqlarını artırırlar. Bu da ondan xəbər verir ki, parçalnma başlayıb.

Türkiyəyə gəlincə, son dönəmdə bu ölkənin daxilində ziddiyyətli proseslər baş verir. Lap uzaq gələcək barədə nəsə demək çətindir. Hər halda son bələdiyyə seçkiləri göstərir ki, Türkiyənin daxili siyasi dinamikası sürətlə dəyişir, yaxud dəyişmək üzrədir. Bu tendensiyanın yaxın gələcəkdə hansı hal alacağını yalnız fərz edə bilərik.

Belə bir durumda sanki bölgə ilə bağlı qərar qəbul edən mərkəzlərin sayı azalır. Nə mənada? Hansısa dəst-xətti müəyyən edən regional iştirakçılar hansısa təhlükələr və ya çağırışlarla üzləşirlər.

Azərbaycan bəzi obyektiv səbəblərə görə daha müstəqil, öz maraqlarına uyğun siyasət aparır.

Rusiya ilə bağlı məsələ bəllidir. Ola bilər ki, onlarla razılaşaq, ya yox, hər halda qərar qəbul edən güc Rusiyada yerləşir, ondan kənarda yerləşmir. Bu Azərbaycan, Türkiyə və İranda da belədir. Ermənistan, hətta Gürcüstanda belə deyil. Düzdür, Gürcüstan öz sözünü deyir, amma kənardan təsirlər var. Yeri gəlmişkən, payızda Gürcüstanda keçiriləcək seçkiləri də gözləmək lazımdır ki, bu proses nə gətirəcək.

Bütün bunlar göstərir ki, yaxın gələcəkdə Cənubi Qafqazda siyasət çox dəyişkən olacaq. Hansı proseslərin baş verəcəyini kimsə birmənalı şəkildə deyə bilməz. Amma regional güclər kənar müdaxilələrin minimuna endirilməsi istiqamətində siyasət aparsa, o zaman hadisələr proqnozlaşdırıla bilən xarakter ala bilər. Amma belə olmasa, xarici müdaxilələr artsa, bundan yaxşı bir şey gözləmək olmaz. Təcrübə göstərir ki, hansısa regiona xarici müdaxilə olursa, bu, ora yaxşı heç nə gətirmir.

- Siyasi gərginlik fonunda Ermənistanın şərti sərhəddə canlı qüvvə və texnika yığması da diqqətdən yayınmır, ermənilərin könüllü silahlı birləşmələri də sərhədə axışırlar. Belə olan halda, bölgədəki mövcud gərginlik Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalarla müşayiət oluna bilərmi?

- Böyük müharibə gözləmirəm, amma lokal sərhəd toqquşmaları istisna deyil. Lokal toqquşmalar da xarici oyunçuların aparacaqları siyasətdən asılı olacaq. Ermənistanın özü müstəqil ölkə deyil, sadəcə öz ağasını dəyişir. İndi Ermənistanın yeni ağaları və ya ona təsir göstərən qüvvələr hansı mövqedə dayansalar, İrəvanın siyasəti o istiqamətdə inkişaf edəcək. Hazırkı məqamda Rusiyanın Ermənistana təsir imkanları çox cüzidir, belə olan halda, ümid Qərbin rasional addımlarına qalır.
Paşinyanın Brüssel görüşü üçün İlham Əliyevin “xeyir-dua”sı alınıbmı? – Telefon diplomatiyasının gizlinləri“Blinken və Ursula fon der Leyen İlham Əliyevlə yaxşı və konstruktiv danışıqlar apardılar və dedilər ki, biz bu gün təsvir olunan yolla gedirik”.

Ovqat.com-un məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

ABŞ rəsmisinin sözlərindən belə çıxıb ki, Azərbaycan prezidenti Brüssel görüşü barədə təfsilatları öyrəndikdən sonra özünün bəzi konstruktiv təkliflərini irəli sürərək Paşinyanla aparılan danışıqlara bir növ xeyir dua verib:

“Əliyev bunu (Blinken və Leyenin açıqladığı təfsilatları) başa düşdü, bizim bunu necə edə biləcəyimizə dair onun bəzi qeydləri və təklifləri olub. Amma o, həm də deyib ki, hər bir ölkənin Avropa və ABŞ ilə münasibəti o ölkənin daxili işidir”.

Ədalətli və davamlı sülhə nail olmaq üçün Ermənistanla Azərbaycanın səylərini dəstəklədiklərini və bu ruhda işləməyi davam etdirəcəyini bildirən O`Brayen bunun region üçün ən optimal yol olduğunu vurğulayıb.

Dövlət Departamentinin rəsmisi açıqlamasında Rusiya ilə Ermənistan arasında davam edən əlaqələrə də toxunub və erməni xalqının seçiminə hörmətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb: “Biz görürük ki, Rusiya Ermənistanda və Cənubi Qafqazda tarixi, uzunmüddətli rol oynayır. Ümid edirik ki, biz Ermənistan xalqına demokratik islahatlar və iqtisadi tərəqqi yolunu seçərkən onlara dəstək ola bilərik. Biz bilirik ki, İrəvan və Moskva arasında dialoq davam edir, lakin hesab edirik ki, Ermənistan xalqının seçiminə dəstək və hörmət etmək vacibdir”.

Regionda Rusiya tərəfindən dəstəklənən dezinformasiya səylərindən danışan O`Brayen “mediada bu cür manipulyasiyaların gözlənilən” olduğunu bildirib:

“Bu sammitlə bağlı ittihamların səsləndirildiyini gördünüz. Bu sammit Ermənistan xalqını seçdiyi siyasi yolda dəstəkləmək və bunu Ermənistan hökumətinin arzulayacağı və Azərbaycan hökumətinin qəbul etməyə hazır olacağı regional və dinc iqtisadi inteqrasiyanı təşviq edəcək şəkildə həyata keçirmək üçün çox aydın bir yoldur”, - diplomat qeyd edib.

O həmçinin bildirib ki, Paşinyanla Qərb rəsmiləri arasında Brüsseldə keçirilən görüşün məqsədi Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi, siyasi islahatlar və humanitar yardımın bölüşdürülməsi məsələlərinə diqqəti yönəltmək olub.

O`Brayenin sözlərinə görə, Blinken, Ursula fon der Leyen və Borrell Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini vurğulayıblar.

“Biz həmçinin 2018-ci ilin Məxməri İnqilabından sonra Ermənistanda baş verən demokratik transformasiyalara heyranlığımızı qeyd etdik. Biz Ermənistan xalqının demokratik istəklərini əks etdirəcək qlobal iqtisadiyyat və siyasi sistemin qurulması istiqamətində mühüm islahatların və səylərin şahidi olduq. Məqsədimiz bunu davam etdirməkdir.

Biz onu da bilirik ki, bu görüş Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması istiqamətində davam edən səylər kontekstində baş tutub”, - ABŞ rəsmisi bildirib.

O`Brayen vurğulayıb ki, tərəqqi və siyasi islahatlar insanların iradəsinə cavab verməli və bütün dünyada müxtəlifliyi və tərəfdaşlığı təşviq edəcək inklüziv idarəetmə üçün şərait yaratmalıdır.

“Ermənistan Rusiyanın 2022-ci ildə Ukraynaya əsassız müdaxiləsindən sonra bu ölkəyə gələnlərə və Dağlıq Qarabağdan didərgin düşmüş 100 min insana dəstək olmaq kimi böyük məsuliyyəti öz üzərinə götürüb”, - deyən Amerika rəsmisi Vaşintonun İrəvanda aparılan islahatlara dəstək verəcəyini bildirib.
Qərbin Ermənistana vədləri: Təhlükəli oyunlar... - İNCƏLƏMƏABŞ dövlət katibi Antoni Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayendən də Prezident İlham Əliyevə zəng etdi. Hər iki telefon söhbəti Brüsseldə keçirilən Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşlə bağlı idi. Tərəflər Azərbaycanı əmin etməyə çalışdı ki, bu görüş “iqtisadi xarakter” daşıyır və Bakıya qarşı yönəlməyib. “İzahat”, yaxud “hesabat” xarakteri daşıyan bu telefon zənglərində diqqətçəkən məqamlar var. Azərbaycanın beynəlxalq səviyyədə nüfuzudur. Ermənistanı dəstəkləməyə hazırlaşan ABŞ və AB bunun Azərbaycanla münasibətlərə xələl gətirməsindən çəkinir. Çünki Vaşinqton və Brüsseldə anlayırlar ki, Bakıya qarşı addımın mənfi nəticələri olacaq. Blinken və Lyayenin Prezident İlham Əliyevlə məsləhətləşmək zərurəti ilə üzləşməsi Ermənistanın “marionetka”, Azərbaycanın regionun həlledici gücü olduğunun əyani nümunəsidir. Azərbaycanın razı olmayacağı hansısa planın Cənubi Qafqazda effektivliyi sual altındadır. Bakını qarşılarına alaraq, hərəkət etmək ABŞ və AB üçün bu bölgədə Fransanın taleyi ilə üzləşmək deməkdir. Bununla həmin güclər regiondakı proseslərdən kənarlaşdırıla bilərlər. Cənubi Qafqazda Azərbaycana qarşı istənilən xoşagəlməz addım Avropanın enerji təhlükəsizliyinə risklər yarada bilər. Telefon zəngləri Azərbaycan liderinin Brüsseldə “erməni formatı” olaraq hazırlanan və Ermənistanın böyük ümidlər bəslədiyi planlara müdaxilə etməyə, Bakının mövqeyini ortaya qoymağa nail olduğunu da göstərir. Görüş iddia edildiyi kimi “iqtisadi xarakter” daşısa da, bunun Qərb qüvvələrinin Ermənistanda geniş tərkibdə yerləşməsi və bölgənin geosiyasi mübarizə poliqonuna çevrilməsinin əsasını qoyacağı aydın görünür. Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də Brüsseldəki üçtərəfli görüşə dair bəyanat yayıb. Qardaş ölkənin XİN-i birmənalı şəkildə bildirib ki, həmin görüşün keçirilməsi regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bəyanatda bildirilib ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməyəcək, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və ötən il Qarabağda keçirilən antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Açıqlamada Türkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. Xatırladaq ki, Rusiya Federasiyası da üçtərəfli görüşlə bağlı bir neçə dəfə narahatlığını dilə gətirmişdi.
Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Brüsseldə üçtərəfli görüşün keçirilməsi başqa niyyətləri ortaya qoyur. Deputatın sözlərinə görə, həm ABŞ-nin ən yüksəksəviyyəli nümayəndəsinin, həm də Avropa Komissiyasının rəhbərinin Ermənistan Baş naziri ilə görüşməsi göstərir ki, qurulan təmaslar kollektiv Qərbin geosiyasi mübarizəsi ilə əlaqədardır:

"Yəni Ermənistan bir alət rolunda Rusiyaya qarşı mübarizədə istifadə olunacaq. Sözsüz ki, belə bir formatda görüş həm də Ermənistanın zəifliyinin göstəricisidir. Ermənistan aşkar bir alət rolunda çıxış etməkdədir. Görüşün subyektləri və obyektləri var. Subyektləri ABŞ və Avropa İttifaqıdır. Obyekt isə Ermənistandır. Ermənistan üzərindən kollektiv Qərb öz niyyətlərini həyata keçirmək istəyir. Görüşün tarixi bəlli olduğu zaman açıq mətnlə özləri etiraf etdilər ki, görüş çərçivəsində Ermənistana təhlükəsizlik təminatları veriləcək. Ermənistana niyə, kimin qarşısında təhlükəsizlik təminatı verilir? Qərb Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhəsini açmaq istəyir. Sonradan Azərbaycanın sərt etirazları fonunda fərqli cavablar verməyə başladılar, fikri yayındırmağa çalışdılar. Blinkenin və Fon der Lyayenin Azərbaycan Prezidenti ilə telefon əlaqəsi də onların özlərinə bəraət qazandırması kimi dəyərləndirilməlidir. İddia edirdilər ki, guya, Brüssel görüşü Ermənistana iqtisadi dəstəklə bağlıdır və s. Əgər söhbət Ermənistanın iqtisadiyyatına dəstəkdən gedirsə, niyə belə bir format seçilir? Başqa formatlarda iqtisadi mahiyyətli təmaslar qurula bilərdi. Deməli, məqsəd Cənubi Qafqaz regionu üçün çox ciddi təhlükələr yaratmaqdan ibarətdir. Çünki Cənubi Qafqazda Rusiyaya qarşı bir plasdarm formalaşdırmaq istəyirlər".
Parlament üzvü vurğulayıb ki, məsələnin Azərbaycanla bağlı tərəfi odur ki, Qərb Ermənistana vədlər verir. İrəvan isə Qərbin qarşısında istəklər ortaya qoyur: "Vəd və istəklər onunla bağlıdır ki, Ermənistana dəstək məhz Azərbaycana qarşı həyata keçiriləcək. Bizim üçün narahatedici məqam budur. Təbii ki, biz narahat olmuruq ki, Ermənistan hansısa mövqeyini geri qaytara bilər. Bu, mümkün olmayan məsələdir. Azərbaycan o dərəcədə güclü mövqelərə sahibdir ki, heç bir halda bu mövqelərdən geri çəkilməyəcək. Ermənistanın Azərbaycana qarşı çıxacaq gücü yoxdur. Sadəcə olaraq regiona gərginlik elementləri yarana bilər. Ermənistan tamamilə Qərbdən idarə olunur. Sadəcə olaraq Nikol Paşinyan və onun komandası Ermənistanı idarə edən menecerlərdir. Menecerliyi də Qərbdən gələn təlimatlar əsasında həyata keçirməkdədirlər. Fransa açıq şəkildə Ermənistanı silahlandırır. Hindistanda hazırlanan silahlar Ermənistana ötürülür. BMT-nin keçmiş baş katibi Rasmussenin Aİ-Ermənistan əlaqələrinə dair açıqladığı hesabatdan görünür ki, Ermənistan tam geosiyasi mübarizə cəbhəsinə cəlb olunacaq. Amma reallıq odur ki, Qərb müəyyən vədlərlə Ermənistanı çox təhlükəli oyunlara çəkəcək. Qərbin geosiyasi eksperimentlərinin tətbiq edildiyi bölgələrə necə baha başa gəldiyini görmüşük. Ukraynada vəziyyət göz önündədir. Ermənistanda da belə bir vəziyyət yaratmaq istəyirlər".

Komandoların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.

Müdafiə Nazirliyi bununla bağlı videogörüntü yayıb.

“ABŞ və NATO-nun Cənubi Qafqaz üzrə fəaliyyəti ciddi təhlükə riskləri yaradır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, iyun ayında Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə məsləhətləşmələrin yeni raundu keçiriləcək.

Əliyev İrəvanın “ümid yerinə” müdaxilə etdi - GƏLİŞMƏBlinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də Əliyevə zəng etdi. Brüsseldə Paşinyanla görüşəcək hər iki tərəfin – Blinken və Leyenin öncə Əliyevlə danışması Bakının narahatlığının diqqətə alındığını göstərir. Bu, Fransadan fərqli olaraq, ABŞ və Avropa Birliyinin Ermənistana dəstək məsələsində də Azərbaycanın mövqeyini nəzərə alacağı gözləntisini yaradır, əks təqdirdə, görüş öncəsi Bakıya zəng etmək zərurəti hiss etməzdilər.

Beləliklə, Əliyev rəsmi İrəvanın ümid yeri kimi baxdığı prosesə müdaxilə etməyi bacardı və bu, Ermənistan-AB-ABŞ formatında atılacaq addımlara da yön verə bilər.

Birincisi, AB və ABŞ görüşün məqsədinin “iqtisadi xarakter” daşıdığını açıqlayıb və Ermənistan “iqtisadiyyatının şaxələndirilməsi, bu ölkəyə humanitar yardımların ayrılması”nın müzakirə ediləcəyi bildirilir: AB balansın qorunması naminə humanitar məqsədlər üçün Azərbaycana da yardımlar ayıra, yaxud Bakı bu məsələni qaldıra bilər; 2021-ci ildə AB-nin Ermənistana 2,6 milyard, Azərbaycana 150 milyon avroluq maliyyə paketi ayırması Bakının haqlı tənqidinə səbəb oldu, nəticədə 2022-ci ildə Brüssel Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı; analoji prosesin bu dəfə də baş verməsi, yaxud rəsmi Bakının bu istiqamətdə mövqe qoyması mümkündür;

İkincisi, “iqtisadi gündəm” daşıdığı deyilən Brüsseldə hərbi yardım məsələlərinin də müzakirə ediləcəyi istisna deyil, yaxud bu görüşün Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyi və müdafiəsi” aspektindən bölgədə mənzillənməsi zərurətinə “qapı açacağı” gözlənilir: Blinkenlə Leyenin zəngi və Əliyevin mövqeyi isə AB-ABŞ cütlüyünün bu məsələdə də daha ehtiyatlı davranacağı fikrini ön plana çıxarır; Bakı ilə münasibətləri nəzərə alan AB və ABŞ-ın arxa fonda dayanaraq, Ermənistanın silahlandırılması işini bunu həyata keçirən Fransa üzərindən sürətləndirəcəyi ssenarisi mümkün variantlardan biridir.

Müəllif: Asif Nərimanlı
"İranlı deputatın çağırışı hüquqi cəza ilə qarşılıq tapmalıdır" - ÇAĞIRIŞİran parlamentinin üzvü Cəlal Rəşidi Azərbaycanı “vurmağa” çağırıb. “Sionistlərin İran torpağına hərbi hücumuna qarşı qəti və bənzər cavab verməkdə səbr göstərmək və ya gecikmək İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Təklifim odur ki, sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaqdır”-deyə Rəşidi vurğulayıb.
Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamaında bildirib ki, bu gün yaxın Şərqdə cərəyan edən dəhşətli müharibə müxtəlif ssenarilər üzrə inkişaf edir və proksi qüvvələrin fəallığı hiss olunur. Eyni zamanda İranın Suriyadakı səfirliyinin vurulması müharibədə yeni bir mərhələni yaratmış oldu.

Politoloqun fikrincə, İran parlamentinin deputatının çağırışını heç cür anlamaq mümkün deyil.

“Bu gün İran və Azərbaycan arasında olan münasibətlərdə gərginliyin yaradılmasının səbəbkarı da İrandır və Tehrandakı Azərbaycan səfirliyinə edilən qanlı terror hücumunun araşdırılması ilə bağlı suallar hələ də qalmaqdadır. Digər tərəfdən terrorçuya ağır cəzanın elan edilməsi hələ də münasibətlərdə yaxınlaşmanı formalaşdırmayıb. Və bununla yanaşı, Azərbaycanın Tehrandaki səfirliyi hələ də öz işini bərpa etməyib.

Münasibətləri normallaşdırmaq üçün müəyyən addımlar atılsa da, konkret nəticə mövcud deyil və belə olan halda Bakıdakı İsrail səfirliyinə zərbə endirməklə bağlı çağırış çox təhlükəlidir. Bununla bağlı mənə elə gəlir ki, İranın qanunvericilik orqanı tərəfindən həmin deputata qarşı xüsusi tənbeh tədbiri həyata keçirilməlidir.

Biz öz ərazimizdən heç vaxt İrana qarşı istifadə etməmişik. Heç vaxt Qərbi Azərbaycana təzyiqlərinə rəğmən İranı hədəfə almamışıq və mehriban qonşuluq siyasətinə sadiq olmuşuq. Bu fonda Azərbaycanı hədəfə almaq məntiqdən kənardır. Və eləcə də heç bir reallığı özündə əks etdirmir”-deyən politoloq bildirib ki, əgər İranla İsrail arasında problemlər, ixtilaflar və ziddiyətlər varsa, bu problemləri öz aralarında və ya Azərbaycan ərazisindən kənarda həll etməlidirlər. Azərbaycan ərazisi heç vaxt hansısa dövlətlərin müharibə meydanına çevrilə bilməz.

“Biz buna icazə verməyəcəyik”-deyə İlyas Hüseynov bildirib.
İranı kimlər qarışdırmaq istəyir? - Güney Azərbaycan passiv fazada...Tezliklə İranın daxilində ciddi toqquşmaların baş verməsinə şahidi ola bilərik.

Bu gün gecədən etibarən İranın Sistan və Bəlucistan bölgəsində eyni vaxtda iki hücum baş verib.

Silahlı hücumçular İranın iki təhlükəsizlik obyektinə, o cümlədən Çahbaharda iki polis məntəqələrinə basqın ediblər.

Eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rask şəhərindəki qərargahına da hücum edilib.

Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəmətinin sözlərinə görə, Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə yüksəlib, 10-dan çox polis əməkdaşı isə yaralanıb. Hücumun məsuliyyətini isə “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

Maraqlıdır, İranın daxilində baş verən son hücum hansı mərkəz tərəfindən koordinasiya olunub? Belə hesab etmək olarmı, müəyyən qüvvələr həm daxili, həm də xarici hücumlar yolu ilə İranı diz çökdürməyə çalışırlar?

Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, “Ceyş əl-Ədl” tərəfindən törədilən hücumlar münaqişəli prosesləri İranın daxilinə transformasiya etmək məqsədi daşıyır:

“Belə ki, Sistan və Bəlucistan əyaləti təhlükəsizlik cəhətdən İranın ən həssas bölgəsi hesab olunur. Son zamanlar bu bölgədə silahlı toqquşmalar artıb. “Ceyş əl-Ədl” silahlı birləşməsi həmin əyalətdə İran hərbçiləri, sərhədçiləri və polis işçilərinə qarşı hücumlar təşkil edir.

Bundan əvvəl İranın ən həssas əyaləti Kürdistan əyaləti olub. İraqın şimal ərazisində PKK-çılar, Kürdüstan Demokrat Partiyasına və onlara bağlı olan silahlı birləşmələr İran ərazisinə keçib İranlı hərbçilər ilə silahlı toqquşmaya girirdilər.

Tehran bu barədə dəfələrlə həm rəsmi Bağdada, həm də İraqın şimalında Kürdüstan Muxtariyyətinə xəbərdarlıq edib. İran hakimiyyətinin hər iki tərəfə son xəbərdarlığı bu olub ki, əgər İraq ərazisindən kürd silahlı birləşmələri İranın ərazisinə müdaxilə edərsə və onun təhlükəsizliyinə problem yaradarsa, Tehran İraqın şimal ərazilərinə raket zərbələri endirəcək.

Bundan sonra həm Bağdad, həm də Kürdüstan Muxtariyyəti kürd silahlı birləşmələrini ölkənin iç ərazilərinə çəkilməyə məcbur etdi. Hazırda İranın Kürdüstan əyalətində vəziyyət sabitdir. Heç bir hücum müşahidə olunmur. İndi isə Sistan və Bəlucistan əyalətdin “Ceyş əl-Ədl”-in hücumları başlayıb”.

Politoloqun sözlərinə görə, Sistan və Bəlucistan əyalətində təşkil olunan hücumlar İran hakimiyyətinin zəifləməsinə yönəlib.

“Bu hücumun əsas səbəbi Tehranın həmin əyalətdə bəluclara qarşı yürütdüyü siyasətindən irəli gəlir.

İranda bəluclar hakim təriqətdən deyillər. Bəluclar təkcə siyasi, iqtisadi və sosial məsələlərdə yox, həmçinin məzhəb məsələsində də təzyiqlərlə üzləşirlər. Bəlucistan ölkənin ən kasıb əyalətidir.

Bu bölgədə əhalinin sosial rifahı çox aşağıdır. Bu isə İran hakimiyyətinə qarşı mübarizənin formalaşmasına təkan verir”.
xankendi-polis-sobesinde-yeni-teyinat

Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub.

Xəbər lenti