Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.

Allah orucunuzu qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!".

SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı - Molla rejimi BAŞINI İTİRİB...
İranın SEPAH silahlı qüvvələrinə bağlı Telegram kanalı (rus dilində yayınlanır) Təl -Əvivə 20 raket, "İsrailin Bakıdakı yuvalarına" isə 5 raket atmağa çağırış edib.

Musavat.com xəbər verir ki, bu kanal Azərbaycana özünün radikal münasibəti ilə fərqlənir.

Kanal yazır: "Təl-Əvivə 20 raketin və İsrailin Bakıdakı yuvalarına 5 raketin buraxılması İran İslam Respublikasının bölgədə sağ qalması və müqavimət cəbhəsinin davamlı olması və dəstəyi üçün lazımdır".

Göründüyü kimi, İran silahlı qüvvələrinin ən böyük qoşunu - ali dini liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıq -aydın şəkildə ölkəmizin paytaxtını bombalamağa çağırır. Bütün bunların səbəbi isə Ermənistanın işğalına son verərərək, Qarabağın (müsəlman torpaqlarının) azad olunması, "xaçlı klubun" Güney Qafqazdakı ordusunu (artsax) bitirməmiz, düşmənin üzərində möhtəşəm zəfər qazanmamızdır. Bütün erməni təəssübkeşləri kimi, İran da bu gəlişmədən rahatsızdır və ...qaşınır.

SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı - Molla rejimi BAŞINI İTİRİB...
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək - GƏLİŞMƏErmənistanın silahlı qüvvələrinin Ordumuzun mövqelərini müxtəlif ərazilərdə son 3 gün ərzində 4 dəfə atəşə tutması onun sağlam məntiqdə olmadığını və Fransanın bölgəmizdə yenidən münaqişə yaratmaq aləti kimi ermənilərdən istifadə etdiyini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

“Ordumuzun törədilən təxribatlara cavab verməsi artıq zərurətə çevrilib. Azərbaycan əsgər və zabitlərinin həyatına, ərazi bütövlüyünə qarşı preventiv tədbirlər görmək hüququnu özündə saxlayır. Ermənistan bu təxribatlardan əl çəkməlidir. Çünki Ordumuz hərəkətə keçsə, bunu nə Paşinyan, nə Makron, nə də başqa havadarları dayandıra biləcək. Rəsmi İrəvan bu gün törətdiyi çoxsaylı təxribatlara, sərhəddə qoşun topladığına və Ordumuza qarşı inşa etdiyi istehkam qurğularına görə qısa müddətdə dərin peşmançılıq hissi keçirəcək”, - hərbi ekspert vurğulayıb.

Qeyd edək ki, Ermənistan qüvvələri aprelin 5-dən başlayaraq, Ordumuzun mövqelərini atəşə tutur.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasımnın Prezidenti İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

"Report" xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Əvvəllər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan və dünya müsəlmanlarını təbrik edib.

İdarədən daxil olan məlumatda bildirilir:

"Savab ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu mübarək bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur".

A.Paşazadə təbrikində qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı Miladi təqvimlə aprelin 10-na təsadüf edir:

"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib".

Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb.

Sərəncamla qərara alınır:

apellyasiya instansiyası məhkəmələri üzrə:

- Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin;

- Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

- Səxavət Şahhüseyn oğlu Bəylərli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

- Əli Kərim oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

- Mirzə Nəsib oğlu Tağızadə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

- Məhəmmədəli Əsəd oğlu Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

- Ayaz Akif oğlu Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

ağır cinayətlər məhkəmələri üzrə:

- Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

- Rüstəm Lətif oğlu Kərimli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;

kommersiya məhkəmələri üzrə:

- İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;

hərbi məhkəmələr üzrə:

- Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilsin;

- Zeynal Qurban oğlu Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edilsin;

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

- Mehrab Fərmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Zülfüqar Əziz oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Gülnar Xanlar qızı Səfərəliyeva Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilsin;

- Hüseyn Nadir oğlu Zülfüqarov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

- Anar Vəzir oğlu Tanrıverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Lətifə Məhyəddin qızı Məmmədova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

- Məhəmməd Ənvər oğlu Bağırov Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Rəfayil Əfraddin oğlu Əliyev Biləsuvar Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Kənan Hafiz oğlu Vəliyev Gəncə Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Rəşad Mustafa oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Günel Bəkir qızı Əkbərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Zaur Rafiq oğlu Pirverdiyev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Abbas Baba oğlu Əliyev Qəbələ Rayon Məhkəməsinin sədri təyin edilsin;

- İxtiyar Əliyar oğlu Abuşov Saatlı Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Zaur Mirzağa oğlu Allahyarov Şəmkir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Rəşad Azad oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yardımlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Ədil İsa oğlu Məmmədov Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tehran Bakının əsəblərini TARIMA ÇƏKİR... - AKTUAL

"İranın telegram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb". Bunu öz açıqlamazında son günlər isiləşən Ermənistan-İran münasibətlərini şərh edərkən politoloq Elxan Şahinoğlu qeyd edib.

"Rəsmi İrəvan bu xəbərləri nə təsdiq, nə də təkzib edir" deyə fikrini davam etdirən siyasi ekspert əlavə edib: "Görünür, Tehran və İrəvan bu xəbərlər vasitəsilə Azərbaycana təzyiq etdiklərini düşünürlər. Tehranın başqa bir təzyiq aləti İranın ali dini liderinin hərbi müşaviri Yəhya Səfəvinin “dünyanın müxtəlif yerlərdəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil” açıqlamasıdır. Əvvəlcə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini nişan göstərdi, ardınca bu açıqlamanın rəsmi təsdiqi gəldi".

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı BQXK-nın Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni ölkənin İctimai televiziyasına açıqlayıb.

Onun sözlərinə görə, ofis Bərdəyə köçürülüb.

Amatuni, həmçinin vurğulayıb ki, Bərdədəki ofis Bakıdakı ofislə bərabər uzun illər fəaliyyət göstərib.

“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib.”

Bu barədə Observer Online yazır.

06.04.2024-cü ildə yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.

Həmçinin məlum olur ki, hər 2 şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli Bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.

A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.

04 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin uzantılarının ifşasından sonra “Societe Generale” Bankının 07 dekabr 2023-cü il tarixdə Afrikanın 16 ölkəsində nümayəndəliklərinin fəaliyyətini dayandırması xüsusilə diqqət çəkən məqamdır. Az zərərə düşmək üçün Bank özünün Konqo, Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını əldən verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa çalışır.

Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale” Bankının 2017-ci ildən Təhlükəsizlik üzrə Direktoru – əvvəl isə Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, “ehtiyatda” olan general Antoine Creux-un tutduğu vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib.

“Societe Generale” həmin bankdır ki, gələcək milyarder Corc Soros hələ 1988-ci ildə bankın konfidensial məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnə bilib varlanmış, 2002-ci ildə buna görə məhkum edilmiş, iri həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilmişdi.

Mövzunu diqqətdə saxlayırıq”.

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib.

Bu barədə "X"də paylaşım edilib.

Xəbər lenti