![]() |
|
Xəbər verdiyimiz kimi, fevralın 26-da Prezident İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı daha sonra Xocalıda aparılan tikinti işləri ilə tanış olub, ardınca sakinlərlə birlikdə eyni avtobusda Xankəndiyə yola düşüb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Ədliyyə naziri təyin edilib.
Yeni nazirin dosyesini təqdim edirik:
F.Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə isə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.
2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.
2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub.
2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021: Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.
2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Nazir vəzifəsinin icrası fevralın 16-da müvəqqəti olaraq Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
2000-2024-cü illərdə Ədliyyə naziri olmuş F. Məmmədov isə ötən həftə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
"Azərbaycanla Ermənistan arasında Almaniyanın vasitəçiliyi müsbət nəticə verə bilər".
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bununla Azərbaycan Fransanın vasitəçiliyinə son qoymuş oldu:
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 28-29-da Berlində görüşəcək. Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri O. Şoltsun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündə xarici işlər nazirlərinin bir araya gəlməsi razılaşdırılmışdı. Nazirlərin Berlində görüşü Almaniyanın vasitəçiliyini önə çıxartdı. Bununla Azərbaycan Almaniyaya etimad etməklə, Fransanın vasitəçiliyinə son qoymuş oldu. Fransanın Ermənistanı silahlandırması, birtərəfli şəkildə E. Makronun Yerevanı dəstəkləməsi ilə paralel vasitəçi ola bilməzdi. Bu, Azərbaycanin diplomatik qələbəsi ilə yanaşı, Almaniyanın da Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməsinə yaşıl işıq yandırdı. Cənubi Qafqazda Azərbaycan Fransa ilə Almaniyanı üz-üzə gətirir".
Politoloqun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan Berlinin vasitəçiliyinə daima etimad edib:
"Hətta keçmiş Minsk qrupunun həmsədri kimi Fransanın yerinə Almaniyanın vasitəçiliyini irəli sürürdü. Almaniyanın vasitəçi kimi ədalətli mövqe ortaya qoyur. Xarici işlər nazirlərinin Berlində görüşündə sülh müqaviləsinin detalları müzakirə ediləcək. Azərbaycan Almaniya ilə əlaqələri inkişaf etdirməklə, Avropa Şurasında nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməsinə nail ola bilər. Azərbaycan Almaniya ilə hərbi-texniki əməkdaşlıq istiqamətinda danışıqlar aparması mümkündür".
Fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.