Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.

Prezident Bakıda dekolonizasiya ilə bağlı keçirilən tədbirin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbirin iştirakçılarına müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

“Bəzi Qərb dövlətləri bizim Qarabağ qələbəmizdən sonra regionda yaranmış yeni vəziyyəti başa düşə bilmir”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, “Ermənistanı illərdir təxribat törətməyə təşvik edənlər, bölgədə yaşayan insanların acıları ilə öz mənfəətlərini güdənlər ən böyük ziyanı ermənilərə vurublar”.

“Reallaşması mümkün olmayan xəyalları alovlandıraraq erməniləri istismar, istifadə etdilər və güvənsizliyə məhkum etdilər. Ermənistanın artıq bu reallığı görməsi lazımdır. Yaxşı olardı ki, erməni xalqı və hakimiyyəti təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə əməkdaşlıqda axtarsınlar. Qərb ölkələrinin göndərdiyi heç bir silah daimi sülhün yerini verə bilməz.

Mən buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzaddıqları sülh əlindən tutmağa çağırıram. Biz də Azərbaycanla birlikdə sülh prosesinin uğurla nəticələnməsi üçün lazım olan addımları atmağa hazır olduğumuzu bir daha bildirirəm” – Ərdoğan vurğulayıb.

Paşinyan hakimiyyəti Ermənistanın Rusiyadan qopılması istiqamətində konkret hüquqi addımlar atarsa, bu halda, Kremlin dərhal öz çoxsaylı “boğucu mexanizmlər”ini işə salacağı qətiyyən şübhə doğurmur... Rusiyanın yalnız elə Ermənistandan idxal prosesini və güzəştli enerji resursları nəqlini dayandırması belə, rəsmi İrəvanı Kreml qarşısında diz çökdürə bilər, bu, olduqca güclü “silah”dır...
Rusiya və Ermənistan arasında ziddiyyətlər kəskinləşməkdə davam edir. Rəsmi İrəvan israrla Rusiyadan uzaqlaşmaq istiqamətində addımlar atır. Üstəlik, daha çox provokativ xarakter daşıyan bu addımların məhz ABŞ və Qərbdən aldığı təlimatlardan qaynaqlandığını da gizlətməkdə çətinlik çəkir. Sanki ABŞ və Qərb Ermənistanı “siyasi xizəyə” oturdub və Kremlin vaxtilə süni şəkildə yaratdığı bu qondarma ölkə “sürüşərək”, Rusiyadan uzaqlaşmağa çalışır. Və Ermənistanın Rusiya ilə hərbi müttəfiq olduğunu nəzərə aldıqda, rəsmi İrəvanın bu davranışlarının kifayət qədər təhlükəli məşğuliyyət olduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi İrəvan indiyə qədər Kremlə qarşı açıq demarş xarakteri daşıyan “sərt dönüşlər” edib. Rusiyanın Paşinyan hakimiyyətinin siyasi xəyanətinə konkret addımlarla deyil, məhz sadəcə, bəyanatlarla reaksiya verməsi isə rəsmi İrəvanı müəyyən mənada, arxayınlaşdırmağa başlayıb. Hətta bəzi müşahidələrə əsasən, Paşinyan hakimiyyətinin son vaxtlar daha da cəsarətlədiyini də iddia etmək olar. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə qapalı toplantıda Kremlin sərt reaksiya ehtimalından narahatlığını gizlətməyən siyasi komandasının bəzi üzvlərini “Rusiya indi heç kimi cəzalandıra biləcək imkanda deyil” izahı ilə sakitləşdirməyə çalışması da belə düşünməyə əsas verir.

Paşinyan hakimiyyəti Kremlə qarşı ən ağır demarşı məhz Rusiya prezidenti Vladimir Putin üzərindən etmişdi. Belə ki, rəsmi İrəvan Kreml sahibinə həbs qərarı çıxartmış Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statutunu ratifikasiya etmişdi. Kremlin Rusiyaya müttəfiq Ermənistanın bu davranışının nəticəsiz qalmayacağı barədə xəbərdarlıq mesajlarına belə, əhəmiyyət verməyərək, müəyyən mənada, meydan oxumuşdu. Və bu, Ermənistan ilə Rusiya arasında siyasi münasibətlərin ciddi şəkildə korlana biləcəyinin önəmli əlamətlərindən biriydi.

Maraqlıdır ki, sonrakı mərhələdə Paşinyan hakimiyyəti Rusiya əleyhinə addımlarını eyni intensivliklə davam etdirməyə üstünlük verdi. Rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumları baykot etməyə başladı. Kreml təmsilçilərinin qatıldığı dövlətlərarası toplantılarda iştirakdan nümayişkaranə şəkildə imtina etdi. Buna misal olaraq, MDB və KTMT-nın son zirvə toplantılarını göstərmək olar. Və buna əlavə olaraq, Paşinyan hakimiyyətinin təmsilçiləri beynəlxalq görüşlərdə Rusiyaya qarşı sərt ittihamlar irəli sürmələri ilə də diqqəti çəkirlər.

Ancaq rəsmi İrəvanın açıq Rusiya düşmənçiliyi yalnız bunlarla məhdudlaşmır. Belə ki, Ermənistan Avropa Birliyi ilə yeni sənəd imzalayıb. Həmin sənədə görə, Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyasının gələcək statusu müəyyən olunacaq. Eyni zamanda, yeni müqavilə ilə avropalı müşahidəçilərin sayının artırılması da təmin olundu. Halbuki, Kreml hesab edir ki, müttəfiq Ermənistandakı avropalı müşahidəçilər Rusiyaya qarşı fəaliyyət göstərən hərbi kəşfiyyatçılardır. Və vaxtilə KTMT müşahidəçilərin analoji milki hədəflərlə Ermənistana yerləşdirilməsinə razılaşmayan rəsmi İrəvana Kreml tərəfindən bu barədə sərt xəbərdarlıq edilib.

Digər tərəfdən, KTMT-nın son toplantısına qatılmaqdan vaxt bəhanəsi ilə yayınan baş nazir Nikol Paşinyan bu hərbi-siyasi alyansa müraciət edərək, Ermənistana dəstək layihəsinin müzakirədən çıxarılmasını da xahiş edib. Erməni baş nazir bununla Kremlə mesaj verib ki, Ermənistanın Rusiya və KTMT-nın dəstəyinə ehtiyacı yoxdur. Və indi rəsmi İrəvan Qərbin himayəsini daha üstün tutur, dolayısı ilə Ermənistanın qapılarının Rusiyanın üzünə bağlandığını qabardır.

Belə anlaşılır ki, rəsmi İrəvan Rusiya ilə müttəfiqlik münasibətlərini tamamilə kəsmək niyyətindədir. Ancaq baş nazir Nikol Paşinyan “Ermənistan KTMT-nı deyil, məhz KTMT Ermənistanı tərk edir” tezisini gündəmə gətirsə də, rəsmi İrəvanın tamamilə rahat olduğu da müəyyən şübhələr doğurmaqdadır. Hər halda, rəsmi İrəvan Kremli ittiham etsə də, Rusiya ilə hərbi müttəfiqliyin sonlandırılması, Ermənistanın KTMT-dan çıxaması istiqamətində konkret rəsmi addımın atılmasına da tələsmir. Və böyük ehtimalla Paşinyan hakimiyyəti hər hansı belə bir addımın dərhal Rusiyanı hərəkətə gətirəcəyini də deyəsən, anlamamış deyil.

Əslində, bu, real vəziyyəti tamamilə izah edir. Belə ki, hazırda Kreml Ermənistanın davranışlarından elə də narahat görünmür. Hətta Paşinyan hakimiyyətinin atdığı addımlara münasibətdə maksimum səviyyədə səbrli yanaşmağa çalışır. Böyük ehtimalla Kremlin bu mövqeyi daha çox iki önəmli məqamdan qaynaqlanır. Birincisi, Rusiya hazırda əsas diqqətini məhz Ukrayna savaşında hərbi məğlubiyyətdən yayınmağın yollarının tapılmasına yönəldib.

Yəni, ABŞ və Qərblə bütün istiqmətlər üzrə qarşıdurma vəziyyətində olan Kremlin hazırda Ermənistanı özünə ciddi problemə çevirməyə həvəsli deyil. Yəqin ki, Ukrayna savaşından sonra Kreml Rusiyanın ən çətin dövründə xəyanət edən Ermənistanla bağlı yekun və prinsipial qərarını verəcək. Və Kremlin Ermənistan barədə həlledici qərarının daha da tezləşməsini indi yalnız rəsmi İrəvan stimullaşdıra bilər.

Məsələ ondadır ki, əgər, rəsmi İrəvan Rusiya ilə hərbi müttəfiqliyin pozulduğunu və Ermənistanın KTMT-dan çıxdığını rəsmən elan edərsə, bu halda, situasiya ciddi şəkildə dəyişə bilər. Belə ki, Kremlin səbrli davranmasının ikinci səbəbi Ermıənustanda Rusiyanın iki hərbi bazasının olmasıyla birbaşa bağlıdır. Digər tərəfdən, Rusiya şirkətləri Ermənistan iqtisadiyyatına demək olar ki, tam şəkildə nəzarət edirlər. Üstəlik, Ermənistanın xarici ixracatının təxminən 55 faizi məhz Rusiyanın payına düşür. Və bu kimi önəmli faktorlar Rusiyanın Ermənistanla bağlı səbrli davranmasına imkan verir.

Ancaq rəsmi İrəvan Ermənistanın Rusiyadan qopılması istiqamətində konkret hüquqi addımlar atarsa, bu halda, Kremlin dərhal öz çoxsaylı boğucu mexanizmlərini işə salacağı qətiyyən şübhə doğurmur. Məsələn, yalnız Ermənistandan idxal prosesinin və güzəştli enerji resursları nəqlinin dayandırılması belə, rəsmi İrəvanı Kreml qarşısında diz çökdürə bilər. Və bu baxımdan, Rusiyanın Ermənistanda dərin sosial-iqtisadi böhran yaratmaq imkanları Kremlin əlində kifayət qədər güclü “silah”dır.

Bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyəti də bu reallığı bilir və konkret addımlar atmaqdan çəkinir. Rusiya əleyhinə kampaniya isə əslində, Ermənistanın deyil, məhz Paşinyan hakimiyyətinin siyasi maraqlarından qaynaqlanır. Və əsas hədəf Rusiyaya qarşı demarşlarla Qərbin dəstəyini qazanaraq, hakimiyyətinin uzunmüddətli olmasını təmin etməkdən ibarətdir.(Yeni Müsavat)

Müasir Ağdamın mərkəzi hissəsi keçmiş Ağdam şəhəri və ətrafındakı 8 kənddən ibarət olacaq - AÇIQLAMA

Müasir Ağdamın mərkəzi hissəsi 2026-cı ildə formalaşdırılacaq. Müasir Ağdam keçmiş Ağdam şəhəri və ətrafındakı səkkiz kənddən ibarət olacaq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı eksklüziv açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

O bildirib ki, Ağdamda 5 yaşayış məhəlləsi tikiləcək, “Zəfər” və açıq hava altında “İşğal” muzeyləri fəaliyyət göstərəcək: “İşğal” muzeyi məscidin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya ediləcək və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən söhbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər”.
Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. Bu gün - noyabrın 20-də şəhər erməni işğalçılarından azad edilib. Prezident İlham Əliyev imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.

İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyası ilə bağlı saziş imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, sənəd Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu ilə bağlıdır.

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan və İraq prezidentlərinin geniş tərkibdə görüşü başlayıb

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü başlayıb.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Qərbin öz yanaşmalarında nə qədər prinsipial olduğundan danışsa da, əməlləri riyakarlığını ortaya qoyur.

Avropalı siyasətçilər Rusiyanın enerji resurslarından imtina etmək üçün bir-biri ilə yarışa durduğunu nümayiş etsələr də, eyni Avropa ölkələri sakitcə Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) almaqda davam edirlər.

Qaz çəkilməsə də, əhəmiyyətli endirimlə əldə edilir. Üstəlik, rəsmi məlumatlara görə, bu il Aİ ölkələri Rusiyadan 6,1 milyard avro dəyərində LNG alıb.

Avropalı siyasətçilərin bu milyardların nəyə və hara gedəcəyini bilməməsinə kimsə inanacaqmı? 

Əlbəttə ki, əsasən Ukraynadakı döyüşlərə. Avropada da bunu çox yaxşı bilirlər.

Avropa ukraynalılara görə çox-çox narahat olduqlarını bəyan etsə də, əslində, Avropa dolayısı ilə Ukrayna və ukraynalılara qarşı hərbi əməliyyatları maliyyələşdirməyə davam edir.

Deyəcəklər ki, bu, sadəcə, biznesdir, amma bu, ikiüzlülükdür və başqa bir şey deyil.

420826



Raşid Beqlaryanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.

Əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişdir. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirmişdir ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılmışdır.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat vermişdir.

Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti