|
ABŞ və Qərb Ermənistanı yeni savaşa hazırlayır, yəqin ki, yaxın vaxtlarda rəsmi İrəvandan Azərbaycana qarşı hərbi təxribatların törədilməsi ilə bağlı təlimat veriləcək... Yalnız bu halda, Qərb üçün Rusiyanın nəzarət zonası hesab olunan Cənubi Qafqazda “atəşkəs və ona nəzarət” bəhanəsi ilə hərbi kontingent yerləşdirmək şansı qazanma ehtimalı yarana bilər...
ABŞ və Qərbin Cənubi Qafqaz siyasəti hazırda kifayət qədər narahatlığa və şübhələrə yol açmaqdadır. Çünki bu siyasətin region dövlətlərinin milli maraqlarını nəzərə almadığı, əksinə, bəzi istiqamətlər üztə hətta ciddi şəkildə təhdid etdiyi açıq-aşkar müşahidə olunur. Yəni, Qərb siyasi dairələri üçün Cənubi Qafqazın gələcək taleyi demək olar ki, ön planda yer alan məsələ deyil. Və bu baxımdan, region ölkələrinin təhlükəli çağırışlara qarşı ortaq strategiya müəyyən etmələri indiki situasiyadan ən optimal çıxış yolu ola bilərdi.
Ancaq indiki mərhələdə Cənubi Qafqaz dövlətlərinin regional perspektivlərə ortaq yanaşma formatı tapması demək olar ki, mümkün deyil. Çünki region dövlətlərindən birisi – konkret olaraq, Ermənistan əslində, geopolitik alət rolunda çıxış etmək rolunu könüllü şəkildə öz üzərinə götürüb. ABŞ və Qərb isə rəsmi İrəvana nəzarət faktorlarının sırasını genişləndirdikcə, Cənubi Qafqaz planlarını Ermənistan üzərindən reallaşdırmağa cəhd göstərir. Və bu istiqamətdə artıq kifayət qədər məsafənin qət edildiyini də iddia etmək mümkündür.
Məsələ ondadır ki, hazırda Qərb tərəfindən Ermənistanın üzərinə “ikinci Ukrayna” modeli yüklənməkdə davam edir. Hər halda, Ermənistan indi dünyada Rusiya əleyhinə ən çox fəaliyyət göstərən dövlət statusu qazanmaq üzrədir. Rəsmi İrəvan ABŞ və Qərbin təlimatlarına uyğun olaraq, Rusiyanı boykot siyasəti yürüdür. Və Ermənistan rəsmiləri Kreml təmsilçilərinin iştirak etdiyi heç bir kollektiv toplantıya qatılmırlar.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Cənubi Qafqaz siyasətində iki istiqamət diqqəti çəkir. Belə ki, Ermənistanın süni şəkildə “sülhpərvər” obrazını yaratmağa çalışırlar. Rəsmi İrəvan hər imkanda Azərbaycanla yekun sülh sazişini imzalamağa hazır olduğunu vurğulayır. Ancaq hətta bu məsələnin ilin sonuna qədər həll edilə biləcəyini ön plana çıxartsa da, rəsmi İrəvan sülh sazişinin mətni üzərində müzakirələri artıq iki aydan çoxdur ki, dayandırıb. Və bu, Ermənistan üzərindən sülh sazişi ilə bağlı beynəlxalq manipulyasiya prosesinin başladıldığını göstərir.
Digər tərəfdən, ABŞ və Avropa mətbuatı üzərindən Azərbaycana qarşı hərbi-siyasi böhtan atılır. İsrarla iddia olunur ki, guya Azərbaycan yaxın vaxtlarda Ermənistanla yeni müharibəyə başlamağa hazırlaşır. Halbuki, rəsmi Bakı bu barədə əsassız iddiaları artıq bir neçə dəfə təkzib edib. Hətta vurğulayıb ki, Azərbaycan Zəngəzur dəhlizinə marağını itirib və İran üzərindən marşritun işə salınmasına üstünlük verir. Və bu baxımdan, hər hansı savaş ehtimalı ümumiyyətlə, mövcud deyil.
ABŞ və Qərbin bu şübhəli davranışlarının əsas səbəbləri isə nəhayət ki, aydınlaşmağa başlayıb. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə öz siyasi komandası ilə keçirtdiyi qapalı toplantısından məxfi məlumatlar erməni mediasına ötürülüb. Məlum olub ki, erməni baş nazir hökumət üzvlərinə Rusiyadan uzaqlaşmağın vacibliyini izah etməyə çalışıb. O, bildirib ki, Rusiyadan uzaqlaşmanın törədə biləcəyi təhlükələrdən narahat olmağa ehtiyac yoxdur. Çünki ABŞ və Qərb Ermənistana təhlükəsizlik təmanatı verib və bu vədlərin nədən ibarət olduğu tezliklə hər kəsə aydın olacaq.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın dedikləri artıq tədricən özünü doğrultmağa başlayıb. Belə ki, Fransa Ermənistana hərbi texnika daşıyır. ABŞ isə Ermənistanın maliyyə-iqtisadi problemlərinin həllinə dəstək verməyə hazır olduğu bildirilir. Eyni zamanda, Ağ Evin Ermənistan ordusunun hərbi texnika və silah-sursat, eləcə də digər hərbi ləvazimatlarla təmin edilməsini öz üzərinə götürdüyü iddia olunur. Və bu, ABŞ-ın Cənubi Qafqaz siyasətinin təhlükəli məzmun daşıdığını növbəti dəfə təsdiqləyir. Və eyni proses Avropa Birliyi tərəfindən də davam etdirilir.
Məsələ ondadır ki, Avropa Birliyi Ermənistanın hərbi ehtiyaclarının ödənilməsi üçün Avropa Sülh Fondundan maliyyə vəsaiti ayırmaq qərarına gəlib. Digər tərəfdən, Avropa Birliyi Ermənistana açıq siyasi dəstək verməklə yanaşı, Azərbaycana qarşı təhdidvari bəyanatlar da yayır. Bu qurumun Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulacağı təqdirdə, Azərbaycanla münasibətlərdə ciddi nəticələrin olacağını bəyan etməsi açıq, ancaq əsassız xəbərdarlıq kimi də yozula bilər.
Halbuki, rəsmi Bakı “Azərbaycanla heç kim təhdid ritorikasında danışa bilməz” açıqlaması ilə sərt reaksiya verib. Rəsmi Bakı Azərbaycana qarşı atılacaq istənilən qərəzli addıma dərhal cavab veriləcəyini vurğulamaqla, Avropa Birliyinə xəbərdarlıq etməkdə də qətiyyən gecikməyib. Və ona görə də, indi Qərb daha çox narahat olmalıdır, rəsmi Bakının heç kimdən çəkinmədiyini anlamalıdır.
Göründüyü kimi, ABŞ, Fransa və Avropa Birliyi bir tərəfdən Ermənistanı silahlandırmaq qərarına gəlib. Digər tərəfdənsə, Azərbaycana qarşı təzyiq göstərilməsinə cəhd edilir. Rəsmi Bakının sərt mövqeyi isə indiki situasiyada Qərbin maraqları qarşısında ən ciddi əngəl hesab oluna bilər. Və bu baxımdan, atılacaq növbəti addımlar da istər-istəməz narahatlıq doğurmağa başlayıb.
Belə anlaşılır ki, Cənubi Qafqazda sülh prosesinin uğuru hazırda ABŞ və Qərb tərəfindən ən son istəniləcək hədəfdir. Çünki ABŞ və Qərbə Cənubi Qafqazda hərbi kontingent yerləşdirmək üçün tutarlı bəhanə lazımdır. Həmin bəhanəni isə sülh masasında tapmaq mümkün deyil. Əksinə, Azərbaycana qarşı atılan böhtanlar onu göstərir ki, ABŞ və Avropa Birliyinə indi Cənubi Qafqazda silahlı toqquşmaların törədilməsi daha sərfəlidir. Yalnız bu halda, Rusiyanın nəzarət zonası hesab olunan bu regionda “atəşkəs və ona nəzarət” bəhanəsi ilə hərbi kontingent yerləşdirmək şansı qazanma ehtimalı yarana bilər.
Ona görə də, hazırda ABŞ və Avropa Birliyi öz maraqlarını təmin etmək məqsədilə, Brüsseldəki sülh masasını Ermənistana köçürərək, “savaş masası”na çeviriblər. İndi Qərb Ermənistanı yeni savaşa hazırlayır. Yəqin ki, yaxın vaxtlarda rəsmi İrəvana Azərbaycana qarşı hərbi təxribatların törədilməsi ilə bağlı təlimat veriləcək. Və bundan Qərbin maraqlarında geopolitik alət rolunu oynayan Ermənistanın sarsıdıcı nəticələrlə üzləşəcəyi isə qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)
B-dən belə açıqlamaların verilməsi gözləniləndir. Onlar işğal dövründə də öz qərəzli mövqelərini gizlətmirdilər, proseslərə türklərin, müsəlmanların pis, barbar, xristianların isə yaxşı olduqları düşüncəsi ilə yanaşırlar. Bu da orada ifrat sağ düşüncənin gücləndiyini göstərir.
Bu sözləri Axar.az-a dünən AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında ölkəmiz əleyhinə səsləndirdiyi ittihamlar haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Alimin sözlərinə görə, Ermənistan bütün beynəlxalq anlaşmaları heçə saydığı üçün Azərbaycan da beynəlxalq hüquqa görə bu ölkənin bütün ərazisinə haqq iddia etmə hüququna sahibdir:
“O ki qaldı Azərbaycan-Ermənistan məsələsinə, yenə də eyni düşüncə və mövqe özünü büruzə verir. Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra dünyanın ən önəmli təşkilatı BMT-nin iki dəfə bölgəyə göndərdiyi missiyanın gəlib heç bir zorakılık faktı tapmamasına baxmayaraq, AP-nin hazırlanan hesabatı tapdalayaraq əleyhimizə qətnamə qəbul etməsi də eyni zeyniyyətin təzahürüdür. Açıq şəkildə bildirmək lazımdır ki, beynəlxalq hüquqa görə Ermənistan torpaqlarımızı işğal etdiyi zaman bütün razılaşmaların üzərindən xətt çəkib. Əgər Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasına razı olmasa, sülh müqaviləsi imzalamasa, Azərbaycanın istənilən qədər irəliləmək və əraziləri nəzarətə götürmək haqqı var. Çünki bütün razılaşmaları pozan biz yox, onlardır. Avropa Birliyi də bunu çox yaxşı bilir. Sülh müqaviləsinin imzalanmayacağı təqdirdə nələrin baş verə biləcəyini dərk edirlər, ona görə də Borrell və başqa rəsmilər belə açıqlamalar verir. AB-dən 30 ilə yaxın davam edən işğal dövründə niyə bu formada kəskin mövqe sərgiləmədiyinin hesabını soruşmaq lazımdır. Borrellin son təhrikedici açıqlaması münasibətlərə ciddi şəkildə zərbə vurur, eyni zamanda beynəlxalq hüququn təməl fəlsəfəsini birbaşa pozur”.
Professor bölgədə Azərbaycan və Türkiyənin maraqlarını görməzdən gəlməyin mümkün olmadığını vurğulayıb:
“Fikrimcə, Azərbaycan XİN yalnız açıqlama ilə kifayətlənməməli, etiraz notası da verməlidir. Fransanın Ermənistanı silahlandırılması da eyni məqsədə xidmət edir. AB rəsmi İrəvanın KTMT və Avrasiya İqtisadi Birliyinə üzvlüyünü gözardı edərək onun üzərindən Cənubi Qafqaza daxil olmağa çalışır. Ermənistan ölkədə AB missiyasının heyətinin sayını artırmaqda tam sərbəstdir. Çünki İrəvan-Moskva-Brüssel üçbucağında meydana gələ biləcək hadisələrin məsuliyyətini də son nəticədə özləri daşımalı olacaq. Ancaq AB və onun üzvləri həm də birdəfəlik anlamalıdır ki, diktə yolu ilə, Türkiyə və Azərbaycanın təhlükəsizlik maraqlarını, ölkəmizin suverenliyini heçə saymaqla bölgəyə daxil olmaq, hansısa oyun qurmaq mümkün deyil. Mövzu müstəqillik, suverenlik və ərazi bütövlüyüdürsə, burada güzəşt, kompromis və geri addım olmur. Heç kim bizdən belə bir şey gözləməsin”.
Qarabağdakı keçmiş separatçı rejimin 44 günlük müharibənin başlamasından bir neçə saat əvvəl – 2020-ci il sentyabrın 26-da qondarma “Stepanakert şəhəri günü”nü qeyd etməsi görüntüləri üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, videoda separatçıların keçmiş lideri, Gəncənin bombalanması əmrini verən, hazırda isə Bakıda təcridxanada cəzasını gözləyən Araik Arutyunyan da var.
Mərasimi isə orkestr müşayiət edir…
Yəqin, Azərbaycanın tarixi torpaqlarında soyqırım törədib oyuncaq “dövlət” quranlar və bu videoda yer alanlar ağıllarına belə gətirməzdilər ki, kadrlar çəkildikdən bir neçə saat sonra Azərbaycan Ordusu ildırımsürətli əks-hücum əməliyyatına başlayıb, ərazilərini işğaldan azad edəcək.
Onu da düşünmürdülər ki, cəmi 3 il sonra Xankəndidə, Xocalıda və digər ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanacaq.
Terrorçu-separatçı rejimin İkinci Qarabağ müharibəsindən 1 gün əvvəl keçirdiyi qondarma “Stepanakert şəhəri günü”nün görüntülərini təqdim edirik:
Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak ediblər.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Milli Məclisə yeni avtomobillər alınıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin işlər müdiri Firudin Hacıyev deyib.
İşlər müdiri bildirib ki, Milli Məclisin deputatları, parlamentin Aparatı və İşlər İdarəsinin əməkdaşları mütəmadi olaraq kompüterlərlə təmin edilir:
“Xarici qonaqların Milli Məclisdə qarşılanması, Milli Məclisin deputatlarının xaricə səfərləri üçün ezamiyyə xərcləri artıb. Milli Məclisin avtoparkının yenilənməsi üçün 2023-cü ildə avtomobillər, Milli Məclisin plenar iclasının texniki təminatı üçün 2006-cı və 2009-cu illərdə quraşdırılmış elektron səsvermə sistemi üçün avadanlıqlar alınıb”.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.
Sənədi Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Fazil Mustafa təqdim edib.
Müzakirələr zamanı çıxış edən Musa Qasımlı, Hikmət Babaoğlu bu sənədi tarixi əhəmiyyət kəsb edən saziş hesab ediblər. Çıxış edən deputatlar bunu “fikirdə, dildə, işdə əməldə bir olmağın”, “bir millət iki dövlət” olmasının bazriz nümunəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, sənəd 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.
"Azərbaycanın Fələstində məktəb inşa etməsi məsələsi də gündəlikdədir".
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda əksini tapıb.
"Keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış müsbət addım idi", - məktubda bildirilib.
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasaya təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış müsbət addım idi. Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir.
Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir.
İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin "ROKETSAN" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
"ROKETSAN" şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bu gün Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Fəxri xiyabanı ziyarət edib.
Report xəbər verir ki, türkiyəli nazir ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb.
Xatırladaq ki, Mehmet Özhaseki Bakıda Türk Dünyası ll Meteorologiya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.