Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü münasibətilə bəyanat yayıb.

Bəyanatda deyilir:

“8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44 günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü qeyd olunur.

Müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal faktı ilə barışmayacağını daim bəyan edib.

Ermənistanın uzun illər ərzində status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar aparması, bu destruktiv fəaliyyətə beynəlxalq vasitəçilərin göz yumması və adekvat tədbirlər görməməsi nəticəsində Ermənistanın təcavüzkar siyasətini, “yeni ərazilər uğrunda yeni müharibələr” konsepsiyasını irəli sürərək hərbi-siyasi təxribatlarını intensivləşdirməsi 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən idi.

Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu.

44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.

8 noyabr 2020-ci il tarixində Azərbaycan tarixinin və mədəniyyətinin incisi Şuşa şəhərinin işğaldan azad olunmasından sonra 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq isə Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarması ilə ərazi bütövlüyümüz təmin edildi.

Müharibənin və münaqişənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalaraq iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər görməyə başladı.

Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi.

Azərbaycanın bütün səviyyələrdə və platformalarda xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələri cari ilin sentyabr ayında təxribatlarını artırdı və bir gündə 6 nəfər azərbaycanlı mülki şəxslər və polislərin ölümü ilə nəticələnən mina partlayışı törətdi. Buna cavab olaraq, Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il tarixlərində 24 saat ərzində anti-terror tədbirləri həyata keçirdi.

Hazırda, erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur.

Bu münbit şəraitin fonunda, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq, Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır.

Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir.

8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik!”.

Zəfər Günümüz mübarək olsun!

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Azərbaycanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılsın.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçular üçün artım əmsalı tətbiq edilsin.

3. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalı hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında hər müvafiq büdcə ili üzrə razılaşdırılmış say və tərkibə uyğun olaraq, yalnız xidməti vəzifələrin icrası zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

4.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmanın 6-cı hissəsinə uyğun olaraq, vəzifələrin siyahısını və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

5.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğini bu Fərmanın 4.2-ci bəndini və hərbi qulluqçuların yerinə yetirdikləri tapşırıqların xüsusiyyətlərini nəzərə almaqla iki ay müddətində müəyyən etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir.

Sabah-noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək.

Artıq Zəfər paradına hazırlıq işləri başa çatmaq üzrədir.

Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq.

Həmçinin düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək.

Qeyd edək ki, 1991-ci il dekabrın 28-də Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini separatçılardan azad edib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Hazırda Ermənistana qarşı hərbi müdaxilə ehtimalı daha çox Rusiya ilə korlanmış münasibətlər kontekstində olduqca aktual görünür... Bu baxımdan, Ukraynada Rusiya ilə hərbi toqquşmaya həvəs göstərməyən ABŞ və Qərb isə buna Ermənistan ərazisində ümumiyyətlə, risk etməz...
Ermənistan geopolitik mövcudluğunu itirmək üzrədir. Hər halda, son vaxtlar rəsmi İrəvan regional məkanda Ermənistanı geopolitik faktor statusunda təqdim etməkdə açıq-aşkar çətinlik çəkir. Üstəlik, zaman keçdikcə, Paşinyan hakimiyyəti daha çox bu taleyüklü problemin təsiri altına düşür. Və bu, Ermənistanın dövlət suverenliyi baxımından, olduqca təhlükəli prosesdir.

Məsələ ondadır ki, Ermənistanın düşdüyü indiki situasiya birmənalı şəkildə Paşinyan hakimiyyətinin xarici siyasət kursundakı ciddi qüsurlardan qaynaqlanır. Belə ki, rəsmi İrəvan müstəqil xarici siyasət yürütməyə həvəsli deyil. Ona görə də, hazırda Ermənistanın xarici siyasət prioritetləri də demək olar ki, mövcud deyil. Rəsmi İrəvan sadəcə, yeni xarici himayədar tapmaq hədəfinə indeksləşməklə, beynəlxalq məkanda fəaliyyət qurmağa çalışır. Və belə taktika isə Paşinyan hakimiyyətini hədəfə yaxınlaşdırmaq əvəzinə daha da uzaqlaşdırır.

Rəsmi İrəvanın qarşısına çıxan əsas problemsə, ondan ibraətdir ki, Ermənistanın hələlik bir beynəlxalq himayədarı mövcuddur. Yəni, Ermənistan hələ də Rusiyanın rəsmən hərbi müttəfiqi və regional forpostudur. Bu baxımdan, Rusiya hələlik Ermənistanın mövcud beynəlxalq himayədarı sayılır. İndiki şərtlər daxilində rəsmi İrəvan bu reallığı dəyişmək şansına sahib deyil.

Halbuki, Paşinyan hakimiyyəti Ermənistanın mövcud beynəlxalq himayədarından – Rusiyadan ciddi şəkildə narazıdır. Rəsmi İrəvan Kremli hərbi müttəfiqlik anlaşmasını yerinə yetirməməkdə və Ermənistana Azərbaycanla müharibədə dəstək verməməkdə suçlayır. Belə qənaətə gəlinib ki, əgər, Rusiya Ermənistanı Azərbaycandan müdafiə etməyi bacarmırsa və yaxud bunu etmək istəmirsə, onda belə hərbi müttəfiqə ehtiyac yoxdur. Və rəsmi İrəvan Rusiyanın əvəzinə yeni beynəlxalq himayədar tapmaq qərarına gəlib.

Ancaq Paşinyan hakimiyyətinin bu hədəfə çatması olduqca çətindir. Çünki rəsmi İrəvan Ermənistanın yeni beynəlxalq himayədarı statusunda ABŞ başda olmaqla, Qərb ölkələrini görmək istəyir. Ermənistanın vəziyyətini qəlizləşdirən əsas məqam da məhz bununla birbaşa bağlıdır. Hər halda, ABŞ və Qərb Rusiya ilə hərbi müttəfiqlik anlaşmaları və Kremlin patronajlığı altındakı KTMT-nın rəsmi üzvü olan Ermənistanı himayə edə bilməz. Və indiki situasiyada rəsmi İrəvana yalnız Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq məsləhət görülür.

Təbii ki, Paşinyan hakimiyyəti də ABŞ və Qərbin bu məsləhətinə bağlı sifariş və təlimatları yerinə yetirməyə çalışır. Halbuki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə inteqrasiya faktorları o qədər güclüdür ki, rəsmi İrəvanın Qərbə yaxınlaşmaq cəhdləri daha çox yeni təhlükəli çağırışların meydana çıxamsından başqa heç nəyə yaramır. Rəsmi İrəvan hətta Ermənistandakı Rusiya bazalarının 2044-cü ilə qədər ölkə ərazisindən birtərəfli qaydada çıxartmaq hüququna malik deyil.

Deməli, belə vəziyyətdə Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmaq şansına sahib deyil. Bu isə o deməkdir ki, rəsmi İrəvanın Qərbə yaxınlaşmaq niyyətləri də erməni toplumunun vərdişli olduğu “xəyallar”dan uzağa gedə bilməz. Yəni, indiki halda, rəsmi İrəvan sadəcə, ABŞ və Qərbin sifarişi ilə Ermənistanın Rusiya ilə münasibətlərini korlamaqla məşğuldur. Əvəzindəsə, ABŞ və Qərb tərəfindən Ermənistana hər hansı təhlükəsizlik təminatı verilmir.

Məsələnin ən təhlükəli tərəfi də məhz budur. Çünki rəsmi İrəvan mövcud hərbi müttəfiqdən imtina edib, yenisini tapmağa isə hələ də nail ola bilməyib. Belə vəziyyətdə Ermənistan tamamilə təklənmiş duruma düşmüş kimi görünür. Hər halda, istənilən hərbi münaqişə vəziyyətində Ermənistanın okeanın o tayından və yaxud da Avropa ölkələrindən yardım ala biləcəyi qətiyyən real deyil. Buna hətta Ermənistan cəmiyyəti belə, inanmır. Və hətta ABŞ və Qərb istəsə belə, Ermənistana hərbi dəstək verə bilməz.

Təbii ki, bunun kifayət qədər ciddi səbəbləri də mövcuddur. Birincisi, ABŞ və Qərbin Cənubi Qafqazda Ermənistana hərbi dəstəyi təmin edəcək mexanizmləri mövcud deyil. Üstəlik, ABŞ və Qərb regional oyunçu olmadığından, Ermənistanın köməyinə yetişə bilməz. Digər tərəfdən, ABŞ və Qərb Ermənistan ucbatından Cənubi Qafqazda hər hansı hərbi münaqişəyə bulaşmağa həvəs göstərməz. Çünki Ermənistan bu regionda ABŞ və Qərb üçün üzünmüddətli perspektivdə faydalı ola biləcək geopolitik, geoiqtisadi və geostrateji faktor deyil.

Nəhayət, onu da nəzərə almaq lazımdır ki, Ermənistan hazırda Rusiyaya aid təsir zonasıdır. Yəni, Kreml Rusiyanın təsir zonasında ABŞ və Qərbin hərbi iştirakına seyirçi qalmaz, dərhal müxtəlif mexanizmlər üzərindən müdaxilə edər. Üstəlik, hazırda Ermənistana qarşı hərbi müdaxilə ehtimalı daha çox Rusiya ilə korlanmış münasibətlər kontekstində aktual görünür. Bu baxımdan, Ukraynada Rusiya ilə hərbi toqquşmaya həvəs göstərməyən ABŞ və Qərb bunu Ermənistan ərazisində ümumiyyətlə, etməz.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya siyasi dairələrində Ermənistanın düşmən ölkələr sırasına qatılmaqda olduğu xüsusilə vurğulanmağa başlayıb. Hətta belə davam edərsə, Rusiyanın Ermənistana qarşı hərbi müdaxilə məcburiyyətində qala biləcəyinə də dolayısı eyhamlar vurulur. Bu haldasa, Ermənistanın geopolitik xəritədən silinəcəyi, Rusiyanın quberniyasına çevriləcəyi vurğulanır. Və bu, Paşinyan hakimiyyətinin məntiqsiz xarici siyasət kursunun doğurduğu olduqca təhlükəli “nəticə”dir.(Yeni Müsavat)

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanun 2023-cü il sentyabrın 1-dən tətbiq edilir.

Kart-blanş bitdi: Hədəf odur! - NƏ BAŞ VERİR?Ermənistan Milli Təhlükəsizlik Xidməti iki gün öncə dövlət qurumlarına və ayrı-ayrı şəxslərə qarşı silsilə terror aktları hazırlayan cinayətkar qrupun ifşa olunduğunu açıqlayıb.

Məlumatda deyilir: “Qrup partlayışlar törətməyi, dövlət əhəmiyyətli binaları ələ keçirməyi və hökumət orqanlarının fəaliyyətinə mane olmaq üçün mülki şəxsi öldürməyi planlaşdırıb”.

Həbs edilən beş nəfərin üzərində silah, sursat, Ermənistan və Rusiya operatorlarına aid hələ istifadə olunmamış telefon kartları və şifrələnmiş sənədlər tapılıb.

Hazırlanan terror əməliyyatı “Şimal yarpaq tökümü” adlandırılıb və geniş əhali kütləsinin cəlb edilməsi nəzərdə tutulurmuş. Bundan əlavə, “Milli Qurtuluş üsyanı” adlı teleqram kanalı yaradılmalıymış. Məlumatda bildirilir ki, cinayətkar qruplaşma üzvlərinin ailələrinin Gürcüstana aparılması da planlaşdırılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti terror aktının kimə qarşı planlaşdırıldığını açıqlamır. Lakin “hökumət binalarının zəbt edilməsi, mülki şəxsin qətlə yetirilməsi və dövlət qurumlarının fəaliyyətinə maneə törədilməsinin” ölkənin birinci şəxsinin öldürülməsi və dövlət çevrilişi həyata keçirilməsi planı olduğunu təxmin etmək çətin deyil.

Beləliklə, Nikol Paşinyan növbəti dəfə Ermənistanda mövcud hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısını ala bilib. MTX-nın məlumatında terror hücumuna cəhddə xarici qüvvələrin iştirakına da işarə edilir, lakin həmin ölkənin adı açıqlanmır.

Maraqlıdır, Ermənistan MTX-sı niyə belə ehtiyatla davranır? Əgər söhbət Rusiyadan gedirsə, o zaman niyə birbaşa ad çəkilmir? Axı, Paşinyan özü və komandasının üzvləri son bir ildə Moskvanı Ermənistana qarşı bütün günahlarda ittiham edərək, diplomatik davranış qaydalarına elə də riayət etmirlər? Hazırkı ehtiyatlılığın səbəbi nə ola bilər? Və bu məlumat həqiqətə oxşayırmı? Kremlin Paşinyanın aradan götürülməsi və İrəvanda hakimiyyətin dəyişməsində ciddi marağının olduğunu göstərən nişanələr varmı?

DİA.AZ xəbər verir ki, politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumat dövlət çevrilişinə hazırlıq getdiyini aydın göstərir.

“İki ay əvvəl Ermənistan baş nazirinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Mən hesab edirəm ki, bu, Qərb kəşfiyyatının əvvəlcədən təqdim etdiyi məlumatlar əsasında baş verib. Hədəfin Paşinyan olduğuna şübhə yoxdur. Onun fiziki məhvinə şərait yaratmaq “Şimal yarpaq tökümü” əməliyyatından daha asan olardı.

Aydındır ki, Paşinyan hakimiyyəti Rusiyanı qane etmir və son aylar isə onu tamamilə qıcıqlandırır. Rusiya Ermənistanda həmişə asanlıqla hakimiyyət dəyişikliyinə nail olub. Rublyovkada Yeltsinlə bir söhbətdən sonra ölkənin birinci prezident Levon Ter-Petrosyanın istefası. 1999-cu il 27 oktyabrda parlamentin spikeri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın rostovlu qatillər tərəfindən gülləlnməsi. 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 8 nəfərin öldürülməsi. Bu hadisələrin hamısının birbaşa Rusiyaya aidiyyatı olub”, – ekspert deyir.

Onun fikrincə, son əməliyyatın adının “Şimal yarpaq tökümü” olması və həbs edilənlərin mənzillərində Rusiya Federasiyasına məxsus çoxsaylı telefon kartlarının aşkarlanması planlaşdırılan çevrilişin sifarişçisinin ünvanının Rusiya olduğunu açıq deməyə imkan verir.

“Rusiyanın adının çəkilməməsi o deməkdir ki, iki ölkə arasında gərginlik pik həddə çatıb və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir. Paşinyan Avropa Parlamentində çıxışı zamanı Rusiyanın adını çəkmədən bəyan etdi ki, “təhlükəsizlik üzrə ən yaxın müttəfiqimiz dövlət çevrilişinə hazırlaşır”. Hər iki tərəf açıq danışmasa da, həqiqət hər iki ölkəyə bəllidir.

Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu, sadə qruplaşma tərəfindən planlaşdırılan əməliyyat deyil, peşəkarlıqla hazırlanmış standart çevriliş planıdır və adətən belə planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilir.

Demək olar ki, Roma Statutunun qəbulundan sonra Moskvanın Paşinyan hakimiyyətinə dözümlülük göstərməsi başa çatıb. Bu, üç ildir yumşaq gücdən istifadə edərək dövlət çevrilişi edə bilməyən Rusiyanın sonuncu əməliyyat olmayacaq və Moskvanın çevriliş cəhdləri davam edəcək”, – deyə İ.İsmayıl yekunlaşdırıb.
Azərbaycan Prezidentinin Xorvatiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü başlayıb.

"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti