Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir.

Bu barədə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.

Qeyd edilib ki, bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər.

“Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur”, - dövlət başçısı deyib.

“Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik”.

Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirib.

“Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram”, – dövlət başçısı qeyd edib.

Prezident konfrans iştirakçılarına müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında iştirakçılara müraciət ünvanlayıb.

"Dövlət başçısının müraciətini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

Azərbaycanda Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.bu

Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.

Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər.

Belə ki, bu il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

ABŞ Yaxın Şərqdə baş verən hadisələri bəhanə gətirərək, Ukraynaya dəstək prosesini hələlik bütövlükdə Avropa Birliyinin üzərinə yükləməyə çalışır... Ancaq Avropa Birliyi ölkələrinin Rusiya ilə gizli danışıqlar apardığını və "qoca qitə"də Ukraynaya yardımlara müqavimətin gücləndiyini nəzərə aldıqdasa, bu, real görünmür...
Yaxın Şərq regionunda baş verən hadisələr bütün dünyanın əsas gündəminə çevrilib. Bundan hazırda ən çox Ukrayna ziyan çəkməyə başlayıb. Hər halda, indi Ukrayna savaşı beynəlxalq məkanda nisbətən arxa plana keçirilmiş kimi görünür. Və bu, istər-istəməz Ukraynanın gələcək taleyinin necə ola biləcəyi ilə bağlı müxtəlif suallar doğurur.(Yeni Müsavat)

Onu da qeyd etmək lazımdır ki, Ukrayna üçün mövcud təhlükə yalnız Yaxın Şərqdə baş verən hadisələrdən qaynaqlanmır. Belə ki, ABŞ da daxil olmaqla, bəzi Qərb ölkələrində Ukrayna savaşı artıq daşınması çətin olan "ağır yük" hesab edilməyə başlanıb. Və belə vəziyyət rəsmi Kiyevi ciddi şəkildə narahat etməkdədir.

Məsələ ondadır ki, Ukrayna prezidenti Volodimir Zelenski son vaxtlar ABŞ və Qərbin onun ölkəsinə əvvəlki kimi ciddi diqqət ayırmadığını düşündüyünü qətiyyən gizlətmir. Hətta hər imkanda bu mövzuda açıq mətnlə şikayətlənir. Üstəlik, ABŞ və Qərbin hərbi dəstəyinin dayandırılacağı təqdirdə, Ukraynanı gözləyən real təhlükəni ən qabarıq şəkildə təsvir etməyə çalışır. Onun fikrincə, Qərbin dəstəyi olmadan Ukraynanın Rusiya ilə savaşda qalib gəlmək şansı yoxdur. Və bu halda, hətta məğlubiyyət qaçılmaz ola bilər.

Təbii ki, Ukrayna prezidentinin bu narahatlığı qətiyyən səbəbsiz deyil. Çünki son vaxtlar Ukraynaya verilən dəstək vədləri heç də əvvəlki kimi intensiv şəkildə yerinə yetirilmir. Əksinə, bu məsələdə səbəbi izah edilməyən gecikmələr daha çox diqqəti çəkir. Hətta Ukraynaya dəstəkdən imtina halları da ortaya çıxmağa başlayıb. Və bu reallıq indi Qərb mətbuatında da geniş şəkildə müzakirə edilməkdədir.

Maraqlıdır ki, bir müddət öncə "Reuters" diplomatik mənbələrə istinadən Ukraynanı məyus edə biləcək məlumat yaymışdı. Həmin məlumata görə, Avropa Birliyinin Ukraynaya hərbi yardım üçün 20 milyard avro ayırmaq planı ciddi müqavimətlə üzləşib. Avropa Birliyi ölkələri bu plana ciddi şəkildə etiraz etdiklərindən onun Ukraynanın maraqlarını zərbə altında qoya biləcək səviyyədə dəyişdirilmə ehtimalı daha inandırıcı görünür.

Halbuki, hələ iyul ayında Avropa Birliyinin xarici siyasət qurumunun rəhbəri Jozef Borrel yaxın dörd il ərzində Ukraynanın Rusiya ilə savaşının dəstəklənməsi üçün xüsusi fondun yaradılmasını təklif etmişdi. Həmin təklifə görə, hər Ukraynaya 5 milyard avro veriləcəkdi. Ancaq diplomatik mənbələrdən sızan məlumatlara görə, Almaniya başda olmaqla, bəzi Avropa Birliyi ölkələri bu təklifi qəbulolunmaz hesab edirlər. Əsas arqument ondan ibarətdir ki, Avropa Birliyi belə ağır maliyyə yükünün altına girmək imkanında deyil. Eyni zamanda, Avropa Birliyi gələn ilin mart ayına qədər Ukraynaya bir milyon artilleriya mərmisi və raketlərin tədarükü ilə bağlı vədlərindən də geri çəkilib.

Belə anlaşılır ki, Avropa Birliyi tədricən Ukrayna savaşını maliyyələşdirmək prosesində iştirakdan imtina etmək niyyətindədir. Əksər Avropa Birliyi ölkələri öz dövlət büdcələrini və ehtiyat resurslarını Ukrayna üçün sərf etmək istəmirlər. Ona görə də, müxtəlif bəhanələrlə Ukraynanı Rusiya ordusu qarşısında təkbaşına buraxmaq istiqamətində mövqe tutmağa üstünlük verirlər. Və bu, faktiki olaraq, Qərbin ssenariləri ilə Rusiya ilə savaşa sövq edilmiş Ukraynanın taleyin ümidinə buraxılması anlamına gəlir.

Bəzi məlumatlara görə, Avropa Birliyinin bəzi ölkələri Ukraynanın Rusiyaya mümkün məğlubiyyətini "qoca qitə" üçün artıq elə bir ciddi təhlükə hesab etmirlər. Çünki Almaniya başda olmaqla, həmin ölkələrin Rusiya ilə gizli danışıqlar apardıqları barədə ciddi iddialar mövcuddur. Yəni, Avropa ölkələri Ukrayna savaşına milyardlar xərcləmək əvəzinə Rusiya ilə anlaşmağın daha sərfəli olduğu qənaətinə gəlmiş kimi görünürlər. Və bu baxımdan, Ukrayna aldadılaraq, Qərbin xəyanətinə uğramış, qurban verilmiş dövlətə çevrilmək üzrədir.

Halbuki, Ukraynanın Qərbdən məruz qaldığı xəyanətin əhatə dairəsi yalnız Avropa Birliyinin bu ölkəyə dəstəkdən geri çəkilməyə başlaması ilə məhdudlaşmır. Çünki təxminən oxşar proses Ukrayna savaşının əsas ssenari müəllifi olan ABŞ-ın davranışlarında da müşahidə olunur. Hər halda, Ağ Ev də Ukraynaya dəstək "pəncərə"sini qapatmağa başlayıb. ABŞ dövlət büdcəsindən son üç ay ərzində Ukraynaya dəstək üçün bir dollar belə, ayrılmayıb. Üstəlik, hazırda ABŞ siyasi dairələrində Ukrayna savaşının maliyyələşdirilməsi prosesindən tamamilə imtina edilməsi daha yüksək səslə müzakirə edilməkdədir.

ABŞ-da hakimiyyətə iddialı Respublikaçılar Partiyası Bayden adminstrasiyasına Ukrayna problemi üzərindən təzyiqləri daha da artırmaqda davam edir. ABŞ Konqresində mütləq çoxluğu ələ keçirmiş respublikaçılar Ukraynaya dəstək paketlərini bir-birinin ardınca bloklayırlar. Eyni zamanda, respublikaçıların növbəti prezident seçkilərində əsas namizədi Donald Tramp da Ukraynaya dəstəyin tam şəkildə dayandırılmasını tələb edir.

Digər tərəfdən, Donald Tramp Bayden adminstrasiyasını ABŞ büdcəsini Ukrayna-Rusiya savaşına xərcləyərək, bişaltmaqda suçlayır. Onun fikrincə, Bayden adminstrasiyası bu mənasız xərclərlə həm ABŞ-ı zəiflədir, həm də ölkə vətəndaşlarının sosial rifahını aşağı salır. O, seçicilərə elə indidən vəd edir ki, hakimiyyətə gələcək və dərhal Ukraynaya bütün yardımları dayandıracaq. Rusiya ilə birbaşa danışıqlar aparacaq, Ukrayna savaşının sona çatdırılmasına çalışacaq. Və bu halda, imzalanacaq sülh sazişinin Rusiyanın maraqları çərçivəsində, eləcə də Ukraynanın ərazi itkiləri hesabına baş tuta biləcəyini də indidən təxmin etmək qətiyyən çətin deyil.

Göründüyü kimi, ABŞ və Avropa Birliyi tədricən Ukraynaya yardımları məhdudlaşdırır. Ağ Ev Yaxın Şərqdə baş verən hadisələri bəhanə gətirərək, Ukraynaya dəstək prosesini hələlik bütövlükdə Avropa Birliyinin üzərinə yükləyə biləcəyinə ümidlərini qoruyur. Ancaq Avropa Birliyi ölkələrinin Rusiya ilə gizli danışıqlar apardığını və "qoca qitə"də Ukraynaya yardımlara müqavimətin gücləndiyini nəzərə aldıqda, Ağ Evin bu ümidlərinin doğrulma ehtimalı real təsir bağışlamır. Və bu baxımdan, Ukraynanı daha ağır mərhələnin gözlədiyi qətiyyən şübhə doğurmur.

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.

Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 848 nömrəli və 2020-ci il 30 yanvar tarixli 917 nömrəli fərmanları) dəyişikliklər təsdiq edilib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Türkiyənin Marmaris şəhərində keçirilən “Doğu Akdeniz - 2023” beynəlxalq təlimində noyabrın 17-də iştirakçılara brifinq təqdim edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, brifinqdə təlimin məqsədi, keçiriləcəyi ərazi, eləcə də ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı məlumatlar verilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi təlimdə müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetiriləcək.

Qeyd edək ki, beynəlxalq təlim noyabrın 25-dək davam edəcək.

“EU Reporter” saytı Taras Kuzionun Fransanın Cənubi Qafqazdakı qərəzli siyasəti ilə bağlı məqaləsini dərc edib.

“Fransanın Cənubi Qafqaza qərəzli münasibəti problemi yeni bir şey deyil. Paris 1992-ci ildən Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını tapmaq məqsədi ilə ATƏT-in Minsk Qrupuna Moskva və Vaşinqtonla birlikdə həmsədrlik edir. Qrup mövcud olduğu üç onillikdə heç bir uğur əldə edə bilməyib və 2010-cu ildən Fransa və ABŞ-ın da buna marağını itirdiyindən durğunluq mərhələsinə qədəm qoyub.

İkinci Qarabağ müharibəsindən əvvəlki onillikdə Bakı Parisin İrəvana açıq qərəzli münasibətindən getdikcə daha çox məyus oldu. Bunun iki səbəbi var. Birincisi, Fransa və ABŞ-da böyük erməni diasporları yaşayır. İkincisi, Paris Türkiyəni yox, Yunanıstanı, ona görə də Azərbaycanı yox, Ermənistanı dəstəkləyir.

ABŞ da bu durumda ermənilərdən yana idi. Uzun müddət Azərbaycana qarşı hərbi yardımdan imtina etmişdi.

Amerika siyasəti yanlış təəssürat yaratdı ki, guya münaqişədə günahkar Azərbaycandır, faktiki olaraq Ermənistan beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin beşdə birini qanunsuz işğal etmişdi. Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşməsi də erməni diasporunun lobbiçiliyini artırıb.

Fransanın Cənubi Qafqaza balanslaşdırılmış yanaşmasını davam etdirməməsi İkinci Qarabağ müharibəsindən sonra daha çox özünü büruzə verdi. Fransa parlamentinin hər iki palatası Qarabağda erməni separatizminin dəstəklənməsinə səs verdi. Bu, onların əsl simasını üzə çıxardı.

Məqalədə qeyd olunur ki, Fransa bu yaxınlarda Rusiyanın hərbi müttəfiqi və iqtisadi tərəfdaşı olan Ermənistana hava hücumundan müdafiə sistemi satıb. Bu ilin əvvəlində Paris Kiyevə analoji “Thales GM 200” sistemi təqdim etdi. Amma Moskva Ermənistanın hava hücumundan müdafiəsinə nəzarət etdiyi üçün bu texnologiyanın Rusiya hərbçiləri tərəfindən öyrənilməsi və hətta Rusiyaya ötürülməsi ehtimalı yüksəkdir.

Yazıda bildirilir ki, Parisin İrəvanı dəstəkləməsinin təsdiqi Fransanın “Arquus” müdafiə şirkətindən Ermənistana 24 “Bastion” zirehli texnikasının çatdırılması olub. Bu zirehli transportyorların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar ötən ilin oktyabrından davam edir. Amma Ukrayna yaşamaq üçün müharibə aparır, Ermənistan isə təhlükə altında deyil. İrəvanın Bakı tərəfindən hədələndiyi barədə bəyanatların isə heç bir əsası yoxdur.

Ermənistan Rusiyanın rəhbərlik etdiyi KTMT-nin qurucu üzvüdür. İrəvan isə təşkilatın səmərəsizliyi barədə bəyanatlarına baxmayaraq, qurumdan çıxmaq imkanını nəzərdən keçirmir.

Fransanın Ermənistanla təhlükəsizlik əlaqələri NATO və Aİ-nin Ermənistanın uzunmüddətli təhlükəsizlik əlaqələri olan Rusiya və İrana qarşı siyasətlərinə ziddir.

Fransa bir çox digər Aİ üzvləri kimi, Ermənistanın Avropaya inteqrasiyasını alqışlayardı, lakin bu, real dünyaya əsaslanmalıdır, fantaziyadan irəli gələn bir şey deyil. Güclü Ermənistan-Rusiya münasibətləri bir gecədə dəyişdirilə bilməyən üç onillik inteqrasiyanın nəticəsidir.

Məqalə müəllifi hesab edir ki, Paris İrəvana hərbi dəstək verməklə tələsik addım atır. Kreml Britaniyanın Aİ-dən çıxmasını dəstəkləsə də, Putinin Ermənistanın KTMT və Aİİ-dən çıxmasına icazə verəcəyinə dair heç bir sübut yoxdur.

Görünən odur ki, Fransa bir-birinə zidd məqsədlər güdür - Ukraynanın ərazi bütövlüyünü bərpa etmək və erməni separatizmini təşviq etmək. Eyni zamanda, Parisin silah təchizatı dolayısı ilə Moskva və Tehrana Qərb hərbi texnikasına çıxış imkanı verir ki, bu da həm Ukrayna, həm də İsrail təhlükəsizliyinə təhdid yaradır”, - Kuzio yazıb.

mənbə: caliber

Xəbər lenti