Anklavlarla bağlı məsələ həllini tapdı, artıq Qazaxda... - Mühüm gəlişməAzərbaycan Prezidenti İlham Əliyev tərəfindən anklavlarla və bitişik bölgələlə bağlı məsələ həllini tapdı.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalı şəkildə tam aydın diqqətə çatdırıldı:

"Xüsusilə də Prezident İlham Əliyev bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, anklavların isə müzakirə olunacağını söylədi. Burda da Prezidentin əsas arqumenti o budur ki, anklavlar həm də onların təhlükəsizlik baxımından müəyyən yolun çəkilməsi və mühafizə olunması problemini də gündəmə gətirir. Bunu təmin etmək hər iki tərəf üçün ciddi problemlərdə yarada bilir. Böyük qoruma mexanizmlərinin müəyyən olunması da problemləri ortaya çıxarır. Anklavlar məsələsində bu cür mövqe danışıqların mövzusu üçün də müəyyən yer saxlamış oldu. Digər məsələlərdə yenə də mövqe aydın oldu ki, bir başa Azərbaycanla Ermənistan arasında danışıqların olması daha zəruridir. Yol məsələsində də Prezidentin fikirləri tam aydın göstərildi ki, heç bir halda Azərbaycan əlavə yolun açılması üzərində düşünmək niyətində deyil. Zəngəzur dəhlizinin alternativi yoxdur. Belə mövqe Ermənistan tərəfindən qəbul olunarsa, sülhün yaxında olduğunu söyləmək olar. Hələ ki, buna isti yanaşma yoxdur. Amma pozitiv açıqlamalar var. Bütövlükdə köklü şəkildə bu problemin həlli istiqamətində yanaşma müşahidə olunmur. Bu da hələ ki, ümidləri bir az sonraya ertələmək üçün əsas verir".
Sülh danışıqları: Vasitəçisiz sülh mümkündür? - ŞƏRH"Azərbaycan Vətən müharibəsində qələbə qazanmaq və ərazi bütövlüyünü tam təmin etməklə münaqişəyə son qoydu".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, münaqişə bitdikdən sonra bölgədə yeni siyasi politranın formalaşması başladı:

"Təbii ki, bu da Ermənistanın sülh müqaviləsini imzalamasından keçən bir məsələdir. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması, eləcə də sülh müqaviləsinin imzalanması üçün Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə görüşlər keçirildi. Cənab Prezident İlham Əliyev bütün görüşlərdə iştirak etdi.

Bizi uğura aparan əsas məqam o idi ki, bütün görüşlərdə masada Azərbaycanın təklif etdiyi sülh gündəlikləri müzakirə olunurdu. Üstəlik, dövlət başçımız hər səfərdən uğurla qayıdırdı. Ermənistanın Baş naziri Nikol Paşinyan isə ölkəsinə qayıdanda çox böyük qınaqlara tuş gəlirdi və onun səriştəsizliyi qeyd olunurdu".

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan öz təklif etdiyi prinsiplərin üzərində duraraq bölgəyə daimi və dayanıqlı sülhün gəlməsi üçün real addımlar atırdı:

"Həmin sülh gündəliyi yalnız Azərbaycanın mənafeyi üçün yox, Ermənistanın və bölgənin də mənafeyinə uyğun idi. Sonradan Fransanın proseslərə qoşulmaq cəhdləri, qeyri-konstruktiv addımları və şərin yanında yer alması görüşlərin dayandırılmasına səbəb oldu.

Azərbaycan Prezidenti doğru addım ataraq Fransanın olduğu yerdə Türkiyənin də olacağını və yaxud da bu görüşlərin keçirilməyəcəyini qeyd etdi. Ondan sonra isə həmin formatdakı görüşlər dayandırıldı. Əslində dövlət başçımız görüşlərdə vasitəçilərin də maraqlarının olduğunu söylədi".

Deputat qeyd edib ki, ən düzgün və doğru seçim Azərbaycanla Ermənistan arasında müzakirələrin vasitəçisiz aparılmasıdır:

"Rəsmi Bakı və İrəvanın təkliflərini verməsi qismən də olsa iki ölkə arasında artıq müzakirələrin başlamasına işarə oldu. Hətta tərəflər bu yaxınlarda nümunə ortaya qoydu və dünyanı heyrətə gətirdi.

Heç bir vasitəçi olmadan hər iki ölkənin administrasiyası çox uğurlu bir layihə icra etdi. Beləliklə, xoş məram nümayiş etdirərək, tərəflər arasındakı görüşlərin gedişinə pozitiv not qatıldı".

Vüqar İskəndərov vurğulayıb ki, artıq Ermənistan cəmiyyətində də reallığı dərk edən insanlar var:

"Ümumiyyətlə, iki ölkə arasındakı müzakirələrin vasitəçisiz aparılması daha məqsədəuyğundur. Biz də bu məsələni zaman-zaman qeyd edirik. Əsasən də cənab Prezident İlham Əliyev dəfələrlə söyləyib ki, ən düzgün qərar iki ölkənin birbaşa danışıqlar aparmasıdır.

Erməni cəmiyyətində də bunu yavaş-yavaş anlamağa başlayır. Təbii ki, oradada prosesləri düzgün qiymətləndirən insanlar var. Onlar da artıq başa düşürlər ki, tərəflər bunu çox normal şəkildə müzakirə edə bilərlər. Əlbəttə, bunun üçün fürsətlər var və onun qaçırılması Ermənistan üçün arzuolunan deyil".

O qeyd dib ki, hazırda dalana dirənmiş və kommunikasiyalardan kənarda qalmış bir ölkəyə sülh müqaviləsinin imzalanması, sərhədlərin açılması hava-su kimi lazımdır:

"Azərbaycanın böyüklüyü ondan ibarətdir ki, sülh müqaviləsi imzalamaqla və Zəngəzur dəhlizinin açılması ilə yalnız öz milli maraqlarını deyil, Ermənistan və bütün bölgə üçün çox vacib fürsətlərin yaranması şərait yaradır. Ona görə də Ermənistan zaman itirmədən sülh müqaviləsinin imzalanması üçün vacib addımlar atmalıdır".

Ruben Vardanyan üzdə xeyriyyəçi obrazı yaratsa da, 90-cı illərdə qara pullarla varlanan, xüsusən çirkab pulların yuyulmasında mahir olan fırıldaqçı imiş.

Bu barədə "AzTV”nin "Həftə” ictimai-siyasi proqramında məlumat verilib.

Ətraflı süjetdə:

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə tapşırıq verilib.

Bu, Nazirlər Kabineti “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4249 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Prezident hərbi hospital kompleksinin açılışında - FOTO(YENİLƏNİB)

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək.

İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.

Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb.

Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb.

Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb.

Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb.

Sonda xatirə şəkli çəkdirildi.

***
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

 
Prezident hərbi hospital kompleksinin açılışında

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın yeddisində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkisində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib.

Partiyanın bununla bağlı açıqlamasında qeyd olunub:

“İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider - İlham Əliyev olacaq”.

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib.

Həmin siyahı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq.

Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Xarici İşlər Naziri Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan və Azərbaycana səfərindən sonra hazırlanmış hesabata münasibət bildirib.

Nazirlik Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatını/müşahidələrini Azərbaycan tərəfindən qeydə alındığını bildirib.

Komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığını və əməkdaşlığının göstəricisidir.

Bütövlükdə, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.

Hesabatda xüsusən terrorla mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı bir sıra konkret addımlar göstərilir. Burada, yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbaycanın müsbət niyyəti və yanaşması vurğulanır.

Komissarın hesabatında münaqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirləri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin edilməsi məqsədilə aparılan minatəmizləmə və yenidənqurma işləri öz əksini tapıb.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalarla çirklənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma prosesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə, komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır. Bu kontekstdə, Ermənistanın indiyədək təqdim etdiyi minalanmış ərazilər üzrə xəritələrin dəqiqlik dərəcəsinin (cəmi 25%) hesabatda göstərilməsi xüsusilə qeyd olunmalıdır. Əslində, Ermənistan regionda təcavüzkar siyasətini həyata keçirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədilə Azərbaycanın suveren ərazilərində qəsdən kütləvi şəkildə minaların yerləşdirilməsi ilə məşğul olub.

Buna baxmayaraq, təəssüf ki, sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik.

Hesabatda reallıqdan tamamilə uzaq olan və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmayan Laçın yolunun qondarma “blokadası”na istinadların yer alması təəssüf doğurur. Müşahidələr Laçın-Xankəndi yolunda mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin yaradılmasına səbəb olan faktları göstərməyib. Azərbaycan tərəfi, Ermənistanın son üç il ərzində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmələrin saxlanılması və dövriyyəsi, minaların qanunsuz ötürülməsi daxil olmaqla Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün geniş və sistematik şəkildə sui-istifadə olunması ilə bağlı dəfələrlə əsaslandırılmış sübutlar təqdim edib. Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib.

Sözügedən qanunsuz hərəkətlərə və Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfindən sərhəd buraxılış məntəqəsinin yaradılmasına gəlincə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Laçın yoluna tam nəzarət etmək üçün öz suveren hüququndan istifadə edib və bu, Ermənistanın iddialarının yekdilliklə rədd olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarında öz əksini tapıb. Bundan əlavə, komissar Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısının alınması istiqamətində Ermənistandan tələb olunan müvəqqəti tədbirin göstərilməsi faktını nəzərdən qaçırır.

Azərbaycan tərəfi təəssüf edir ki, komissarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi. Bu, uzun sürən münaqişə nəticəsində ölkə daxilində və ya sərhəd aşmasından asılı olmayaraq köçkün düşmüş bütün şəxslərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd edildiyi nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir.

Nəhayət, xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət etmişdir. Səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını Azərbaycan vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir. Bununla əlaqədar, Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır.

Xəbər lenti