AzTv Azərbaycanın Xankəndi şəhərinin küçələrindən ilk dəfə görəcəyiniz kadrlar yayımlayıb.

Epizodların birində Xankəndi Şəhər Xəstəxanası önündə Azərbaycan və Türkiyə bayraqlarının yan-yana asıldığı əks olunub.

 Həmin görüntüləri təqdim edirik:

İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Ermənistan Baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib.

“Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - Ermənistan XİN-dən bildirilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ali rütbə verib. Dövlət başçısının sərəncamı ilə Mirsaleh Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib.

1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.

2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.

2009-cu ilin fevral ayından Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Penitensiar Xidmətin rəisi vəzifəsində Ceyhun Həsənovu əvəzləyib.

Mirsaleh Seyidov 2018-ci ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı, 20 noyabr 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

“Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

[img=left]https://olke.az/file/articles/2023/11/21/1700557776_mirsaleh.jpg[/img]

Prezident İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

Abasova Könül Əlisəfər qızı

Abbasov Nazim İsa oğlu

Abışov Vüqar İdris oğlu

Ağayev Rüfət Salman oğlu

Eyvazov Xəyal Astan oğlu

Həsənli Rəşad İsmayıl oğlu

Həsənov Zaur Rauf oğlu

Hüseynov Rəşad Tofiq oğlu

Qəhrəmanov Vüqar İmambala oğlu

Mehralıyev Azər Umudvar oğlu

Sabitova Aynur Zakir qızı.

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri də həll etmək tapşırılıb.

Xatırladaq ki, bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub.

İcra Hakimiyyətində əməliyyat - Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq faktı təsdiq ediblər.

İctimaiyyətə əlavə məlumat veriləcək.

"Fransa separatçı meyilləri və separatçıları dəstəkləyərək bizim regionda - Cənubi Qafqazda da gərginlik yaratmağa çalışıb".

"Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"Fransa Ermənistandakı revanşist qüvvələri ruhlandıraraq regionda yeni müharibə şəraiti yaratmağa cəhd göstərib",- dövlət başçısının müraciətdə bildirilib.

“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.

Bu sözlər Prezident İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlət başçısı qeyd edib ki, Fransa Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır: “Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir”.

Xəbər lenti