|
Polkovnik Babək Mürsəl oğlu Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Yol-xeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyev polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova da “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 milyon manat vəsait ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb
Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı məsələnin müzakirəsi fiaskoya uğradı.
Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, bir aya yaxın idi ki, ermənilər Azərbaycana qarşı beynəlxalq səviyyədə “humanitar böhran”, “blokada”, “aclıq” adı altında haray-həşir salıb kampaniya başlatsalar da, nəticədə bu kampaniya da iflasa uğradı.
“Ermənistan havadarlarının və erməni lobbisinin səyi nəticəsində məsələ BMT Təhülkəsizlik Şurasının iclasında müzakirəyə çıxarılsa da, heç bir yekun sənəd qəbul edilmədi. Sadəcə, dinləmələr oldu və orada bütün iştirakçılar məsələ ilə bağlı mövqeyini səsləndirdi. Fransa xaric çıxış edən digər dövlətlərin təmsilçisi, əslində, Azərbaycanın təkliflərini dəstəkləyərək məsələnin həllinə tərəfdar olduqlarını qeyd etdilər. Azərbaycanın təmsilçisi Yaşar Əliyev isə erməni tərəfinin “humanitar böhran”, “aclıq”la bağlı səsləndirdiyi bütün iddiaları alt-üst edərək növbəti dəfə onların iç üzünü, riyakarlığını, yalanını açıb ortaya qoydu. Bir sözlə, Azərbaycan Prezidentinin hücum diplomatiyası öz bəhrəsini verdi və erməniləri növbəti ağır məğlubiyyətə düçar etdi”, – o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycan bir daha dünyanın ən mötəbər beynəlxalq təşkilatında öz ədalətli mövqeyini qətiyyətli şəkildə müdafiə edərək qarşı tərəfi ifşa etməyi bacardı:
“BMT TŞ-nin dünən keçirilən iclasından bu nəticələrə gəlmək olar:
- Ermənilərin Azərbaycana qarşı növbəti təbliğat kampaniyası darmadağın edildi və bu onlara ağır zərbə oldu.
- Beynəlxalq aləm Azərbaycanın sülh təkliflərini məqbul saydılar.
- Ağdam-Xankəndi yolunun açılması BMT səviyyəsində səsləndirildi və bu yolun açılması ilə bağlı beynəlxalq səviyyədə ustalıqla ictimai rəy formalaşdırıldı. Yəni Qarabağdakı erməni icması öz tələbatını bu yoldan istifadə etməklə təmin etməlidir. Bu yolun eyni zamanda Qarabağdakı erməni icmasının reinteqrasiyasında müstəsna rol oynayacağı qeyd edildi.
- Laçın SBM Ağdam-Xankəndi yolu ilə paralel fəaliyyət göstərməlidir.
Bir sözlə, BMT TŞ iclası ermənilərin gözləntilərini doğrultmadı və onların ümidlərini puça çıxardı. Odur ki, erməni tərəfinin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa alternativi qalmır. Ya onlar bunu xoşluqla qəbul edəcəklər, ya da Azərbaycan güc tətbiq etmədən beynəlxalq hüququn verdiyi imkanlardan beynəlxalq norma və prinsiplərinə uyğun şəkildə buna nail olacaq. Gücədək yetərincə hüquqi cəhətdən təsir mexanizmləri mövcuddur və Azərbaycan bu təsir rıçaqlarından faydalanmaqla erməniləri məğlub duruma salacaq”.
“İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubunda ifadə edib.
İndoneziya Prezidentinə və onun simasında dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı bu bayram günündə Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
“İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yazıb.
Qabon Prezidentini və onun simasında bütün xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən Prezident İlham Əliyev bu əlamətdar gündə Ali Bonqo Ondimbaya ən xoş arzularını çatdırıb, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyib.
“Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında danışıqlar prosesi birbaşa olmalıdır”.
Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko BMT TŞ-nin dünən keçirilən iclası ilə bağlı danışarkən deyib.
O, iclasda Rusiyanın mövqeyinin mahiyyəti ilə əlaqədar bildirib ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşı kimi yanaşılır.
“Regionda heç bir xarici hərbi kontingent olmayacaq - yalnız Rusiya sülhməramlı kontingenti. Ağdam-Xankəndi yolunun (və Zəngəzur dəhlizinin) işə salınması lazımdır, o zaman Laçın yolu işə düşəcək. Moskva Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın alternativi yoxdur”, - o bildirib.
Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri post-münaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.
Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri post-münaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.
Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüquq normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.
BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk.
Müzakirələr, Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yarattığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.
Bundan başqa, bəzi üzv dövlətlər tərəfindən Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının etirafı regionda müəyyən çağırışların aradan qaldırılması istiqamətində perspektivli addımdır.
Azərbaycanın müzakirələrdə qeyd etdiyi kimi, ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik.
Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlı olan və bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün öz töhfəsini vermək istəyən, habelə bu istiqamətdə müvəffəq olan bütün tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir.
Əgər, Laçın postu ilə bağlı BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına uyğun qərar veriləcəksə, deməli, Ermənistanın absurd və məntiqsiz iddiası istənilən halda, geri çevrilməlidir... Yox əgər, Təhlükəsizlik Şurası rəsmi İrəvanın tələbini dəstəkləyərsə, bu, beynəlxalq hüquq normalarının, o cümlədən də, BMT Nizamnaməsinin kobud şəkildə pozulması anlamına gələcək və bu qurumun gələcək taleyi böyük risk altına düşəcək...
BMT-nin gələcək taleyi böyük risk altındadır. Bu nüfuzlu beynəlxalq qurumun müasir dövrün tələblərinə cavab verib-vermədiyi hazırda ciddi şübhə altındadır. Ona görə də, indi bu məsələ müxtəlif beynəlxalq platformalarda geniş şəkildə müzakirə olunmaqdadır. Və BMT-nin öz funksiyalarını, o cümlədən də tarixi-siyasi missiyasını yerinə yetirə bilmədiyi artıq qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, BMT-nin fəaliyyətinin müasir dövrün tələblərinə cavab vermədiyi barədə indiyə qədər bir çox arqumentlər gündəmə gətirilib. Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də ciddi islahatlara ehtiyac olduğunu vurğulayıb. Üstəlik, “Dünya beşdən böyükdür” tezisi də məhz Türkiyə liderinə aiddir.
Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu tezisi məntiqlidir və mövcud situasiyanı tamamilə əks etdirir. Çünki BMT-nin əsas qərarverici qurumu olan Təhlükəsizlik Şurası cəmisi beş dövlətin nəzarəti altındadır. Həmin beş dövlət – ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasında istənilən qərara veto qoymaq hüququna sahibdirlər.
Təbii ki, bu, BMT Təhlükəsizlik Şurasının fəaliyyəti qarşısında dayanan ən böyük ədalətsizlik faktorudur. Çünki həmin beş ölkə öz milli maraqlarına uyğun gəlməyən istənilən qərara veto qoymaqla, BMT Təhlükəsizlik Şurasında ədalətli qərarlara əngəl ola bilirlər. Yəni, BMT də, bu qurumdan ədalət gözləyən dünyanın digər dövlətləri də əslində, müəyyən mənada, veto hüquqlu beş ölkənin - ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransanın milli maraqlarının girovuna çevrilmiş durumdadır.
Bu səbəbdən, BMT-nin Təhlükəsizlik Şurasında istənilən problemin müzakirəsi veto hüququ olan beş ölkə arasında nüfuz savaşına qədər inkişaf edə bilir. Ümumilikdəsə, bu beş ölkə dünyanı öz bildikləri kimi idarə etməyə çalışırlar, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqları haldasa, BMT Təhlükəsizlik Şurasında heç bir sanksiya ilə üzləşmirlər.
Buna ən ciddi örnəklərdən biri kimi, məhz Fransanın müstəmləkəçi siyasətini göstərmək olar. Belə ki, BMT-nin Nizamnaməsi müasir dünyada müstəmləkəçiliyi, xalqların başqa ölkələr tərəfindən istismarını qadağan edir. Halbuki Fransa müasir dünyada öz müstəmləkəçilik ənənələrini davam etdirən ölkələri arasında ön sıralarda yer alır.
Məsələ ondadır ki, rəsmi Paris hələ də Afrika qitəsində yerli xalqların istismarına, ölkələri üzərində isə Fransanın müstəmləkəçiliyinə davam edir. Yəni, Fransanın müasir siyasi sistemi orta əsrlər dövrünün ənənələrindən hələ də uzaqlaşmayıb. Üstəlik, Fransanın Afrikada müxtəlif yerli xalqlara qarşı soyqırımlar törətdiyi inkaredilməz reallıqdır.
Ancaq Fransa bütün bu bəşəri cinayətlərinə qarşılıq olaraq, BMT Təhlükəsizlik Şurasının heç bir sanksiyası ilə üzləşməyib. Çünki bu qurumun qərarları məhz bəşəri cinayətlər törədən Fransanın veto hüququndan birbaşa asılıdır. Eyni zamanda, ABŞ, Rusiya və Çinin də müxtəlif cinayətləri mövcuddur. Deməli, BMT-də islahatlar ilk növbədə məhz Təhlükəsizlik Şurasında bu beş ölkənin veto hüququnun ləğv edilməsi ilə başlamalıdır.
Onu da qeyd edək ki, hətta ABŞ rəsmi dairələri belə, vaxtilə BMT-nin öz dövrünü sona çatdırdığını bəyan edirdilər. Əsas səbəbsə, BMT Təhlükəsizlik Şurasının digər veto hüquqlu üzvlərinin ABŞ-ın İraqa hərbi müdaxiləsinə qarşı çıxmasıyla bağlıydı. Yəni, Ağ Ev ABŞ-ın maraqlarına cavab verən qərarın verilmədiyini səbəb göstərək, BMT-nin ləğv edilməsinin vacibliyini qabardırdı. Və belə bir qurumun dünyanın idarə olunmasında hansı səviyyədə effektiv ola biləcəyi ciddi mübahisə mövzusudur.
Xatırladaq ki, Ermənistanın beynəlxalq himayədarlarına, ilk növbədə müstəmləkəçi Fransaya güvənən rəsmi İrəvan belə, son 30 ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi barədə dörd qətnaməsini yerinə yetirməyib. İndi isə rəsmi İrəvan BMT-yə növbəti dəfə siyasi zərbə endirməyə çalışır. Ermənistanın Laçın postunun ləğv edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət göndərməsi və həmin “sənəd”in müzakirəsinə nail olması belə düşünməyə tamamilə əsas verir.
Məsələ ondadır ki, Azərbaycan öz ərazsində nəzarət-buraxılış məntəqəsi yaradıb. BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına görə, bütün ölkələrin belə bir haqqın mövcuddur. Azərbaycan da bu hüququndan istifadə edib. İndi Ermənistan BMT Təhlükəsizlik Şurasından tələb edir ki, Azərbaycanın Laçın postu qeyri-qanuni elan olunsun və ləğv edilsin. Və beynəlxalq hüquqa zidd məntiqsiz tələb yalnız “erməni siyasi düşüncəsi” tərəfindən icad edilə bilərdi.
Ona görə də, indi BMT Təhlükəsizlik Şurasının bu absurd tələblə bağlı hansı qərarı verəcəyi böyük maraq doğurur. Çünki əgər, BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına uyğun qərar veriləcəksə, deməli, Ermənistanın məntiqsiz iddiası geri çevrilməlidir. Yox əgər, BMT Təhlükəsizlik Şurası rəsmi İrəvanın tələbini dəstəkləyərsə, bu, beynəlxalq hüquq normalarının, o cümlədən də, BMT Nizamnaməsinin kobud şəkildə pozulması anlamına gələcək.
Nəticədə məlum olacaqsa, dünyada beynəlxalq hüquq normaları əhəmiyyətini itirib, BMT Nizamnaməsi isə boş və mənasız söz yığınıdır. Əgər, BMT Nizamnaməsi Ermənistan naminə öz hüquqi qüvvəsini itirərsə, deməli, bu beynəlxalq qurumun fəaliyyəti üçün də elə bir ciddi ehtiyac qalmayacaq. Və bu baxımdan, onsuz da müasir dövrün tələblərinə qətiyyən cavab verməyən BMT-nin dağılma prosesi sürətlənə bilər.
Onu da qeyd edək ki, vaxtilə keçmiş SSRİ-nin dağılmasında məhz erməni separatizmi və terrorizmi həlledici rol oynamışdı. İndisə, Ermənistan öz hüquqa zidd iddiaları ilə BMT-nin gələcək taleyini böyük risk altına salmağa başlayıb. Yəni, əgər, BMT Təhlükəsizlik Şurası Ermənistanın avantürist planlarına “alət” olarsa, onsuz da böhran keçirən bu qurumun yaxın gələcəkdə dağılma ehtimalı real görünür. Azərbaycanın isə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan hansısa qərarı icra etmək kimi məcburiyyəti qətiyyən yoxdur.(Yeni Müsavat)
Qarabağ bölgəsində Ermənistan və separatçıların, eyni zamanda öz maraqları üçün sülhün əldə olunmasına əngəl törədən ölkələrin əvvəlcədən də bildiyimiz teatr və kinosayağı fəaliyyətləri, oyunları artaraq davam edir. Hadisələrin görünən və pərdəarxası tərəfləri var. Ona görə də baş verən prosesləri kiçik və genişmiqyaslı formada dəyərləndirmək mümkündür.
Bu sözləri Axar.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General rus sülhməramlıların nəzarəti altında Xocalı hava limanından Qarabağdakı erməni terrorçularına silah daşındığını qeyd edib:
“Əvvəlcə kiçikmiqyaslı dəyərləndirmədən başlayaq. 10 noyabr bəyanatının imzalanmasından artıq 33 ay keçib. Bəyanatın şərtlərinə görə sülhün təminatçısı olan rus sülhməramlılar Qarabağdakı erməni terrorçuları və Ermənistan ordusunun qalıqlarını tamamilə Azərbaycan ərazisindən çıxarmalı, eyni zamanda Laçın yoluna paralel şəkildə Zəngəzur dəhlizi açılmalı idi. Artıq üç ilə yaxın müddət keçməsinə baxmayaraq, nə Ermənistanın, nə də terrorçu qrupların təxribatları səngiyir. Əksinə biz həm sərhəddə, həm də rus sülhməramlıların Qarabağdakı müvəqqəti məsuliyyət bölgəsində topların, HHM sistemlərinin yığıldığını, eyni zamanda yeni döyüş mövqelərinin hazırlandığını, istehkam qurğularının möhkəmləndirildiyini, mina döşəndiyini müşahidə edirik. Öncə Azərbaycanın xoş niyyətindən istifadə edib rus sülhməramlıların gözü qarşısında Laçın yolundan silah, narkotik və faydalı qazıntıları daşıdılar, ancaq sərhəd-buraxılış məntəqəsinin qurulması ilə planları alt-üst oldu. İndi isə Qarabağdakı terrorçulara silahlar rus sülhməramlıların nəzarətindəki Xocalı hava limanı üzərindən daşınır. Yəni bütün bunlar rus sülhməramlıların birbaşa dəstəyi və nəzarəti altında həyata keçirilir. Baş verənlərin hamısı haqqında da nöqtə-vergülünə kimi məlumatları var. Brüssel, Vaşinqton və Moskvadakı danışıqlara rəğmən Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması, hərbi və terrorçu fəaliyyətlərin artması qarşı tərəfin ağıllanmadığını, yenə yumruq istədiyini göstərir”.
Yücel Karauz Rusiyanın Qarabağdakı separatçıları dəstəkləməklə əslində özünə quyu qazdığını bildirib:
“Böyükmiqyaslı dəyərləndirməyə görə isə məsələ budur ki, əgər Rusiya istəsəydi, Türkiyə ilə birlikdə 10 noyabr bəyanatını ən qısa zamanda sülh müqaviləsinə çevirə bilərdi. Rusiya beş il boyunca Qarabağın sülhməramlılar vasitəsilə yalnız öz nəzarətində qalacağını düşünürək yanıldı və bu, davam edir. Bəyanat sülh müqaviləsinə çevrilmədiyi üçün də zamanla prosesə Brüssel, ABŞ, heç vaxt münaqişənin bitməsini istəməyən Fransa, İran kimi dövlətlər inteqrasiya etdi. Yəni əslində Rusiya özünü tələyə saldı və hadisələrin gedişatı daha qarışıq, çoxtərəfli mahiyyət daşımağa başladı. Artıq ölkələr Üçüncü Dünya müharibəsinə doğru sürətlə irəliləyir. İstər Ukrayna müharibəsi, istər digər toqquşma bölgələri, istərsə də Afrikada başlayan gərginlik bunun göstəriciləridir. Cənubi Qafqaz da Qərbin, Rusiyanın, Çinin, Hindistanın və digərlərinin maraqlarının toqquşduğu nöqtədir. Qarşıda gözlənilən müharibə isə yalnız bir bölgədə meydana gələn toqquşma ilə başlamayacaq. Moskva vaxt itirmədən 10 noyabr bəyanatının sülh sazişinə çevrilməsini təmin etmək üçün öhdəliklərini yerinə yetirməlidir. Xocalı hava limanından terrorçulara silah-sursat daşımağın, onları ora-bura aparıb gətirməyin Moskvaya heç bir faydası yoxdur”.
General artıq vəziyyətin öz axarından çıxdığını, antiterror əməliyyatından başqa yol olmadığını vurğulayıb:
“Fikrimcə, Azərbaycan sivil ölkə kimi bütün dünyaya öz torpağında başqasının ordusunu, silahlı qruplarını görmək istəmədiyini elan etməlidir. Ondan sonra Moskva və İrəvana bütün yarımçıq qalan işlərin yerinə yetirilməsi üçün 31 dekabra kimi vaxt verməli, təxribatların, Xocalı havalimanından daşınmaların davam etməsi halında isə Ermənistan və Qarabağdakı terrorçuların hərbi nöqtələri Şanlı Azərbaycan Ordusu tərəfindən yerlə-yeksan olunmalıdır. Bu, beynəlxalq hüquq baxımından da Azəbaycanın haqqıdır. Problemi kökündən həll etmək üçün başqa yol yoxdur. Hazırda xoş niyyət göstərmək, sülhə şans tanımaq, diplomatik yolla həll kimi vasitələrdən istifadə şansı demək olar ki, tükənib və vəziyyət öz məcrasından çıxıb. Növbəti dəmir yumruğun vaxtı çatıb. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti dünyaya öz xəbərdarlığını etməli və hərəkətə keçərək antiterror əməliyyatı ilə bütün legitim hədəfləri məhv edərək Qarabağda terrorçuların, Ermənistan ordusunun qalıqlarının varlığına son qoymalıdır, ondan sonra sülh müqaviləsi imzalanacaq”.
Məlumdur ki, dələduz erməni milyarder, hazırda Azərbaycan ərazisindəki separatçı rejimin “kölgə” rəhbəri Ruben Vardanyan Azərbaycan Prezidenti İlham Əliyevi övladlarına və nəvələrinə qarşı terrorla hədələyib. DİA.AZ xəbər verir ki, bu barədə görüntülər Ruben Vardanyanın geniş müsahibəsindən kəsilərək, “X” sosial şəbəkəsində yayılıb.
Bu, sözsüz ki, həm də Azərbaycanı hədələmək, Azərbaycana meydan oxumaqdır. O da bəllidir ki, Vardanyan Qarabağdakı separatçıların ideoloqu və sponsorudur. Rusiya pasportu daşımağına baxmayaraq, onun beynəlxalq erməni diasporu ilə də ciddi əlaqələri var. Bu baxımdan da Qarabağdakı erməni köpəyi öz hədəsində məhz Fransa işarəsini verir və açıq terror təhdidi ilə çıxış edir.
Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra böyük məyusluq keçirən və heç bir sahədə revanş hərəkəti alınmayan erməni lobbisi indi Vardanyanın dili ilə Azərbaycan rəhbərini, müzəffər Ali Baş Komandanı terrorla hədələyir.
Şübhə yox ki, Azərbaycan ərazisində qeyri-qanuni olaraq məskunlaşmış və artıq qudurma həddinə gələn Vardanyanın bu açıqlamasından sonra Azərbaycan tərəfindən müvafiq addım atılacaq. Bu açıqlama yetərlidir ki, onun barəsində Rusiyaya istinadla hüquqi prosedur başladılsın. Eyni zamanda konkret bir adama - ölkə rəhbərliyinin ailəsini təhdid edən separatçıya qarşı nöqtə atəşli antiterror əməliyyatı həyata keçirilə bilər.
Bəs bu variantlardan hansı biri seçiləcək? Artıq bütün “qırmızı xətləri” keçən bu erməni iti ilə bağlı Rusiya qarşısında tələb qoyulacaqmı? Qarabağdan qaçması əngəllənəcəkmi? Qarabağdan onun ölüsü, yoxsa əli qandallı dirisi çıxacaq?
Siyasi ekspert Əziz Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Vardanyan həmin açıqlaması ilə özünün leqal hədəf olduğunu Azərbaycana bir daha xatırlatmış oldu. Analitikin fikrincə, Ruben terrorçudur və bunu çıxışı ilə də etiraf etmiş oldu: “Bu halda onun qanunvericilik qarşısında bir lüksü yaranır. Bir cinayətkara şamil edilən hüquqlar ona aid edilə bilər ki, bu açıqlaması ilə də təsdiqlədi. Vardanyan hərbi cinayətkar, terrorçu olduğunu isbat edib. Onun yeganə haqq etdiyi münasibət bir "Bayraktar"la yer üzündən silinməsi və izinin-tozunun qalmamasıdır".
“Azərbaycan ali rəhbərliyini uşaqları və nəvələri ilə hədələyən rus iti Vardanyanın Qarabağdan meyiti çıxarılmalıdır”.
Siyasi icmalçı Ramiyə Məmmədova belə deyib.
Xankəndi təlxəklərinin liderlərindən biri olan “rus desantı”, dələduz milyarder Ruben Vardanyanın Prezidenti təhdid etməsinə münasibət bildirən ekspertin fikrincə, onun başının gülləsi əskikdir. Təhlilçi hesab edir ki, onu məhv etmək ordumuz üçün çətin deyil: “Vardanyanı elə vurmaq lazımdır ki, tikəsi də tapılmasın. Necə ki, Amerika Bağdadda Qasim Süleymanini partlatdı, Pakistanda bin Ladeni, o cümlədən Bağdadini vurdu, biz də terrorizmlə mübarizədə ölkə başçısına dil uzadan separatçının dilini kəsə bilərik. Yəni heç kim bizə deyə bilməz ki, terroru maliyyələşdirən banditi niyə vurdunuz. Ümumiyyətlə, Araik də, Ruben də, Samvel də tezliklə rədd olub bölgədən gedəcəklər”.
Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, Vardanyan da Arutyunyan kimi İnterpola axtarışa verilməlidir. Onun fikrincə, qanunvericilikdə dövlətin ali şəxsinin terrorla hədələnməsinə görə adekvat cavab verilməlidir: “Vardanyan legitim hədəfdir. Bugünlərdə Azərbaycan ermənilərin Qarabağdakı döyüş mövqelərinin peyk görüntülərini yaydı. Daha əvvəl Araik etiraf etmişdi ki, kabinetdən çıxıb hara gedirsə, Azərbaycanın xəbəri olur. Yəni bu adamları asanlıqla izləyə, hərəkətlərini təqib edə bilirik. Ona görə Vardanyan köpəyinin vurulması üçün bütün hüquqi əsaslar var. Sadəcə, Azərbaycan təmkinli siyasət yürüdür və biz "yumşaq güc" siyasəti ilə separatçı administrasiyanı darmadağın etməyi hədəfləmişik".
Hüquq müdafiəçisi BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətin müzakirə edilməsindənsə, regionda xunta rejiminin mövcudluğunun iclasa çıxarılmalı olduğunu düşünür: “Təhlükəsizlik Şurasının 5 daimi üzvü görmür ki, bölgədə sabitliyə təhdid mənbəyi bu silahlı quldur dəstələrdir? Regionda sülh və təhlükəsizlik vacibdirsə, Laçın yolunda "blokada" əsas deyil, silahlı 10 min erməni hərbçisi və onlarla birgə addımlayan Vardanyan kimi başıpozuq adamlardır. O baxımdan biz dünyanın yenidən ədalətsiz münasibətini görməkdəyik və tam haqqımız çatır ki, dövlət rəhbərliyini, ölkəni terrorla təhdid edən bu adamı zərərsizləşdirək.
Ümumiyyətlə, Qarabağda əlində silah olan və eləcə də bizə qarşı hədyanlar səsləndirən, ərazi bütövlüyümüzə təhdid xarakterli çağırışlar edən istənilən erməninin məhv edilməsi legitimdir. Biz antiterror əməliyyatı keçirməklə regionda təhlükəsizliyi təmin etmiş oluruq. Məgər enerji resurslarının buradan Qərbə axdığını bilən dünya dövlətlərinə bu lazım deyilmi?"
Onu da deyək ki, avqustun 15-də yayılan məlumata əsasən, Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərinə göndərilmiş rusiyalı milyarder Ruben Vardanyan “xeyriyyə aksiyası”na başlayıb. Bu barədə erməni mediası xəbər yayıb. Bildirilir ki, R.Vardanyanın “Qarabağın təhlükəsizlik və inkişaf cəbhəsi” adlı “ictimai hərəkatı” sosial yeməkxanalar açır. Orada hamilə qadınlar, 16 yaşa qədər olan uşaqlar və 65 yaşdan yuxarı insanlara gündə bir dəfə pulsuz yemək veriləcək. Vardanyanın ofisindən bildirilib ki, “sosial yeməkxana” xeyriyyə proqramı “qida ilə bağlı çətinlikləri” yüngülləşdirmək məqsədi daşıyır və “ehtiyacı olan soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”.
Maraqlıdır ki, bu təşəbbüsə qarşı elə erməni icması özü çıxış edib. Onlar bildiriblər ki, əgər qida çatışmazlığı varsa, Vardanyanın ofisi bu qidanı haradan əldə etdiyini açıqlasın: “Yaxşı olardı ki, o qidalar mağazalara aparılsın və satışa çıxarılsın”.