Ermənilərin yeni TƏXRİBAT PLANI.. NƏDİR?Göyçədə (Geqarkunik) erməni hərbçisi ölüb. Ermənistan tərəfi hərbçinin Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü iddia edir. Beləliklə, sərhəddə gözənilən gərginliyə başlayırlar: hədəfin “hücum edən tərəf” kimi Azərbaycana beynəlxalq təzyiqə nail olmaqdır;

BMT TŞ-də nəticə əldə edə bilməsələr də, prosesi davam etdirirlər. İrəvanda da anlayırlar ki, Azərbaycana öz ərazisi olan Qarabağ məsələsinə görə təzyiq edilməyəcək, lakin sərhəd toqquşmaları ilə buna nail ola bilərlər. 44 günlük müharibədən sonra Bakıya qarşı təzyiqlər əsasən sərhəd toqquşmalarında edilib, sentyabr döyüşlərində bu xüsusilə hiss olunurdu. Ermənistan eyni ssenari üzrə hərəkət edir və istisna deyil ki, BMT-yə bu dəfə sərhəddə baş verəcək eskalasiya üzərindən çıxmaq, Qarabağla bağlı iddialarını da bunun fonunda irəli sürmək niyyətindədirlər.

Asif Nərimanlı

Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

Daha sonra Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

 

 

 

 

Bu gün irredentistlərin başçısı Araik Arutyunyan “Təhlükəsizlik Şura”sının genişləndirilmiş iclasını çağırıb.

“hraparak” xəbər verir ki, iclasda qondarma “parlament” qüvvələri, “keçmiş prezidentlər”, digər fəallar, həmçinin fəallıq göstərən "silahlı dəstənin lideri" Karen Matevosyanın iştirakı gözlənilir.

Məlumatda o da deyilir ki, “parlament” qüvvələri və “keçmiş prezidentlər” iclasda iştirakdan imtina ediblər.

"İclas"da Azərbaycanın Ağdam vasitəsilə humanitar yüklərin daşınması tələbini "qismən təmin edilməsi barədə qərar verilməsi gözlənilir".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb.

Bu barədə dövlət başçısının Mətbuat Xidmətindən bildirilib.

Eyni zamanda Ş.Mirziyoyevin səfər proqramı açıqlanıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək.

Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Ş.Mirziyoyevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayətçilər, tibb işçisi və xəstələrin də olduğu ümumilikdə 30-da yaxın şəxs olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Ermənistanın Qarabağdakı quldur rejimdə yeni dəstə peyda olub.

Özünü “milis” adlandıran yeni qeyri-qanuni birləşmə yaradılıb.

Bunu özünü dəstənin komandiri elan edən Karen Matevosyan deyib.

O, videomüraciətində bildirib ki, çərşənbə axşamı quldurbaşı Arayik Arutyunyan “kritik vəziyyəti” müzakirə etmək üçün “ictimai və siyasi xadimlərlə” görüşəcək.

Matevosyan görüşdən sonra konkret qərar qəbul olunmasa, erməniləri Xankəndidəki meydana toplaşmağa çağırıb. O, xuntanı “parlamenti” və “hökumət”i buraxmaqla, “böhran komitəsi” seçməklə hədələyib.

Fransa öz təxribatçı mövqeyinə Çini də cəlb etmək istəyir - ALINACAQMI?Fransanın xarici işlər naziri Ketrin Kolonnayın çinli həmkarı Vanq Yi arasında telefon danışığı zamanı Ukrayna və Nigerdəki vəziyyətlə yanaşı Qarabağı da müzakirə etdiyi xəbəri yayılıb. Nazirlər Qarabağla bağlı nəyi müzakirə edə bilərdilər?

Böyük ehtimalla Fransa xarici işlər naziri “Laçın dəhlizinin açılması” məsələsini qaldırıb. Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı həmlə həyata keçirə bilmədi, indi də keçib başqaları vasitəsilə bizə təzyiq etməyə.

Çini “Laçın yolu” mövzusu çoxmu maraqlandırır? Əlbəttə, Pekin son illərdə Cənubi Qafqazda fəallaşıb, Gürcüstanda böyük yatırımları var, Azərbaycanla dialoqu mövcuddur, Ermənistanla hərbi əməkdaşlığa maraq göstərir.

Bütün hallarda Pekin Qarabağ məsələsindən uzaq durmalıdır, çünki ərazi bütövlüyü məsələsi Çin üçün də həssas mövzudur. Paris Pekini öz tərəfinə çəkməyə çalışsa da, Çin Azərbaycanın daxili məsələsinə qarışmamalıdır.

Elxan Şahinoğlu
Ruben Araikə, Bakı isə onların topasına ultimatum verib - NƏ BAŞ VERİR?Qarabağın hələ ki, əlimiz çatmayan kəsimində separatçı-siçovulların didişməsi əməllicə şiddətlənib. Özlərinə cürbəcür mifik vəzifələr fikirləşib tapan bu siyasi təlxəklər BMT TŞ-nin məlum iclasındakı fiaskodan sonra xeyli pərt durumdadırlar. “Günah keçisi” axtarırlar.

Bədbəxtlər daha anlamırlar ki, günahkar hansısa Aşot, Akop, Armen yox, ümumən zəmanənin, dünyanın nəbzini tuta bilməyən hay adlı toplumun xəstə təfəkkürüdür. Bu təfəkkür yaxşıya dəyişməyincə, ermənilər “göydən yerə” enməyincə zillət və zəlalət labirintindən çıxış da olmayacaq...

Əslində TŞ-dəki 17 avqust iclasından sonra gözlənilən idi. Keçək konkretliyə.

Düşmən mediası yazır ki, Kreml “desantı”, oliqarx-dələduz Ruben Vardanyan özünü “prezident” adlandıran separatçı-başı Araik Arutunyanın üstünə kükrəyib. Faktiki ona ultimatum göndərib (Araikin “istefa”ya gedəcəyi barədə xəbərlər günlər öncə yayılıb). Guya Ara Arutunyan “prezident” kimi öz vədlərini yerinə yetirməyib, “nə yaxşı lider”, nə də “ yaxşı ali baş komandan” ola bilib, “dövləti” (dövləti e!) uçurumun astanasına gətirib.

Possibility of resignations in NK, JAMnews

Ermənistan adlı dövləti qurub qurtardılar, qaldı (s)”arsaq”...

Əlbəttə, Rubendə belə hərzə-mərzə danışmaq cəsarəti əsasən iki səbəblə bağlıdır: 1. Moskvanın sadiq “tulası” olması; 2. Təxminən milyard dollarlıq çirkli pulu, varidatı. Yoxsa ki, icma arasında nüfuzu olmayan, ümumiyyətlə, Qarabağda doğulmayan birisi it yerinə də qoyulmazdı.

Sözsüz, Rusiya çox istərdi ki, Paşinyana yaxın olan Arutunyanı daha sadiq Vardanyanla əvəzləsin. Ardınca da mümkün olarsa, şərait yetişərsə, onu Qarabağdan götürüb Ermənistana, Nikol Paşinyanın yerinə atsın. Amma Moskva ”iki daş” arasında qalıb. Bilir ki, Rubenin qondarma “dövlət nazirliyi”nə dözməyən, Qarabağda qalmasını qəbul eləməyən Bakının daha böyük qəzəbinə tuş gələcək...

Bizim üçün isə fərq eləməz, Qarabağda separatçılar kimə qənim kəsilib: bir-birinə, rusa və ya Paşinyana. “İlanın ağına da lənət, qarasına da”. Onların topası Azərbaycan Ordusunun legitim hədəfidir. Fürsət düşən kimi, ya nöqtəvi zərbələrlə məhv ediləcəklər, ya da qandallanıb Bakıya gətiriləcəklər. Meşəli və Xocalı çaqqalı Vaqif Xaçatryan kimi.

Bun da şəkk-şübhə olmasın ki, Ruben Araikin yerinə keçməsi ilə Bakının səbir kasası dolacaq və lokal hərbi əməliyyat qaçılmaza çevriləcək. Onsuz da bu şərəfsizlərin hərəkət trayektoriyası 24/7 rejimində Azərbaycanın, ordumuzun, xüsusi təyinatlılarımızın, “Bayraktar”ların nəzarətdədir. Hətta ayaq yoluna gedib qayıtmaya bilərlər. Bu günlərdə Araik özü də etiraf eləmişdi ki, evdən bayıra çıxanda, batırdan evə girəndə, fərq eləməz, gecə-gündüz izlənilir.

Odur ki, vardan-mardanyanlar üçün yeganə xilas yolu bir-bir siçan deşiyindən çıxıb, qılınclarını boyunlarından asıb təslim olmaq, Azərbaycan dövlətinin mərhəmətinə sığınmaq, əfv diləməkdir. Sonra bu da gec ola bilər. Deməyin ki, demədiniz!

Siz hələ Qarabağdan quru və ya hava yolu ilə qaçmağa cəhd göstərin, görün qaça bilirsinizmi? “İkinci erməni dövlət”ini başınıza uçurmağa bir şey qalmayıb, tələsin cənab, quldurlar...

Zahid SƏFƏROĞLU - Musavat.com
Qarabağda çevriliş planı: Vardanyan Arutunyanı devirmək istəyir - GƏLİŞMƏÖtən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər. Çox keçmədən bu “populyarlıq” onu Qarabağın “dövlət naziri” vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı.

Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefaya” göndərdi. Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı.

Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O son video müraciətində separatçıların lideri Araik Arutunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutunyanın adını çəkmədən yerli “idarəetməni” yumşaq formada tənqid edirdi, bu dəfə isə o separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı daxildə də ciddi problemləri olduğunu bu sözlərlə izah edib: “Mən 6 ay əvvəl “vəzifəmi” tərk edəndə belə demişdim: Əgər “prezident” düşmənlə mübarizəyə hazırdırsa mən qarışıq hamımız onu dəstəkləməliyik. Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, Siz vədinizi yerinə yetirmədiniz. Siz istefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqlli-fərqli sözlər deyirsiniz. Siz bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri Sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm”.

Ruben Vardanyan faktiki Araik Arutunyana ultimatum elan edib. “İstefa verməsən, biz Səni buna məcbur edəcəyik” demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında “istefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib. Araik Arutunyana “istefa verməmək üçün” Ermənistanın baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib? Paşinyan üçün Qarabağ ermənilərinin kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi var. Bütün hallarda Araik Arutunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq, birincisi Bakı onunla dialoqa getməyəcək, ikincisi yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi
Qırxdilli Paşinyanla HANSI DİLDƏ DANIŞAQ? - DƏMİR YUMRUQ zərurəti...Folklorda etibarsız və hərdəmxəyal insanlara aid bir söz var: “Qırxdilli, qırxaçarlı”.

Hakimiyyətə gəldiyi gündən bəri Nikol Paşinyanın tez-tez fikir dəyişdirməsi, dünən dediyinə bu gün xilaf çıxması onun təkcə hərdəmxəyal olmasının nəticəsi deyil, eyni zamanda etibarsızlığının, sözübütöv olmamasının göstəricisidir.

O və Ermənistanın digər rəhbər şəxsləri beynəlxalq birliyin qarşısında sülh və razılaşmalardan yana olmaları barədə bəyanat verir, erməni xalqı qarşısında milli məsələdə heç bir güzəştə getməyəcəklərini bildirir, Rusiya rəhbərliyinə başqa, ABŞ administrasiyasına tamam başqa söz deyirlər.

İndi belə mötəbər mənbələrdən bir məlumat yayılıb ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında əldə olunmuş razılaşmaya görə avqustun 5-də Ağdam-Xankəndi yolu, ardınca da Xankəndi-Laçın yolu açılmalı imiş. Bundan sonra tezliklə qalıcı sülh sazişinin imzalanması məsələsi gündəmə gələcəkdi.

Amma son anda Paşinyan hökumətinin təzyiqi ilə bu razılaşma pozulub. Paşinyanın verdiyi sözdən geri durmasına hansı xarici siyasi dairələrin və ya daxili qüvvələrin təsir etməsi üzərində dərin düşünməyə ehtiyac yoxdur. Fransa və Rusiyanın sülh sazişinə qarşı olduqları çoxdan hamıya bəllidir.

Bu iki dövlətin hərəsinin bu işdə öz marağı var. Fransa istəyir ki, Ermənistan onun üçün belə əlverişsiz durumda sülh sazişi bağlamağa məcbur olmasın, vaxtı uzatsın, mümkün olsa, Qarabağ cəbhəsində itirilmiş mövqelərinin bir qismini geri qaytarsın.

Rusiya isə, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında hər hansı bir sülh sazişinə qarşıdır. Hazırda Kreml üçün fərq yoxdur ki, münaqişəyə dair sülh sazişində hansı tərəf daha uduşlu olacaq. Rusiyaya lazımdır ki, bölgədə münaqişə davam etsin, heç bitməsin və özü həmişə arbitr kimi, “sülhməramlı” qismində bölgədə qalsın, buradan həm Azərbaycana, həm də Ermənistana nəzarət, təzyiq, təsir etmək üçün yararlansın.

Paşinyanın fikir dəyişməsinə təsir edən daxili qüvvələrə gəlincə, bu, cığallığı peşə etmiş Ermənistan müxalifəti və ictimaiyyətin onlara dəstək verən hissəsidir. Millətçi erməni ziyalıları da o cümlədən.

Ümumiyyətlə, ermənilərdə “ziyalı” və “millətçi” kəlmələri çoxdan sinonimdir. Bu ölkədə millətçi olmayan ziyalı yoxdur. Ermənilər üçün ziyalılığın ilkin şərti heç də savad, erudisiya,xoşməramlılıq deyil, məhz millətçilikdir. Bu ölkədə bir ziyalı kosmopolit düşüncəyə malikdirsə, o, artıq nəinki ziyalı, heç erməni də sayılmır.

Bax, belə bir ortamda Paşinyan fikir dəyişdirməli, dünən dediyini bu gün danmalı olur.

Bu şəxsdə çox qəribə bir intuisiya və özünüqoruma instinkti də var, hansısa bir qərarının hakimiyyətinə zərər gətirəcəyini, onu iflasa aparacağını anındaca bilir, görəndə ki, atdığı addım, qol qoyduğu plan siyasi rəqiblərinin, düşmənlərinin və tərəddüd edən insanların konsolidasiyasına səbəb olacaq, tez geri çəkilir, hamıdan artıq patriot olur.

Hazırda erməni cəmiyyəti elə radikallaşıb, pis mənada maksimalist olub ki, Paşinyan onun iradəsi ilə hesablaşmağı lazım bilir. Bu, artıq 2 il 10 ay öncəki, hətta 2 il öncəki gözüqıpıq olmuş, özünü əzilmiş-döyülmüş hiss edən xalq deyil. Daha Erablur panteonuna kütləvi ziyarətlər, ordakı erməni milli bayrağı ilə bəzədilmiş məzarların çoxluğundan üşənənlər yoxdur. Qəbristanlığa yalnız Qarabağda həlak olan əsgər və zabitlərin ailə üzvləri gedir.

Yerdə qalan əhalinin canından savaş qorxusu ya çıxıb, ya da çıxmaqdadır. Siyasilər və millətçi “ziyalılar” həmin o savaş qorxusunun yerinə ustalıqla qisas hissi, revanş əzmi doldurublar. Ona görə də son aylarda ermənilər müharibədən çox danışmağa başlayıblar. Daha bir tutarlı zərbə alana qədər də elə danışacaqlar.

Başqa sözlə, Paşinyan öz xalqının tərcümanıdır. Erməni xalqı 2020-ci ilin noyabrında məruz qaldığı itkilərə görə tam bir panika içində və kapitulyasiya ovqatındaydı, Paşinyan da dərhal kapitulyasiya aktını imzaladı. Ancaq sonra xalqın fikri haçalandıqca, onun dili də haçalandı, gah elə, gah belə danışmağa başladı. Hazırda isə erməni xalqı yenidən güzəştsiz mövqe tutub, Paşinyan da özünü elə aparır. O, elastik liderdir.

Onun sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıması deklarativ xarakter daşıyır, qırx dilinin biriylə dediyi sözdür, deyib, qurtarıb. O, istənilən vaxt “o vaxt dediyim sözü geri götürürəm, Azərbaycanın ərazi bütövlüyünü tanımıram, Qarabağ mübahisəli ərazidir” deyə bilər. Yəni, o, qəlbən fərqli mövqedədir, radikal ermənilərdən fərqlənməyən ermənidir. Paşinyan hakimiyyətə yeni gəldiyi vaxt politoloq Mübariz Əhmədoğlunun dediyi məşhur fikir hər gün təsdiqlənir: “Paşinyan nə Qərbpərəstdir, nə Rusiyapərəst, o ermənipərəstdir”.

Ermənilərin BMT TŞ-də çıxardıqları hoqqa da sırf vaxt uzatmaq, sülh sazişindən yayınmaq, münaqişəni olduğu yerdə donduraraq, güclənmək fürsəti qazanmaqdan ibarət idi. Onlar bu məqsədlərinə çata bilmədilər, həvəsləri qursaqlarında qaldı. Ancaq Xankəndi ətrafında, Laçın sərhəd-buraxılış məntəqəsi həndəvərində vəziyyət də gərgin olaraq qalır.

Araz Altaylı, Musavat.com

Xəbər lenti