Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq.

Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək.

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq.

İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulan ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə ediləcək.

Siyasi partiya tərəfindən dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq.

Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimə ediləcək.

Siyasi partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin 60 faizindən 80 faizinədək məbləğdə cərimə olunacaq.

Prezident İlham Əliyev Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Yol-xeber.az" xəbər verir ki, Sərəncamla iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 4,9 milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İrəvan Bakıdan “xoxan” düzəltməyə çalışır: - “Təxribatlar şiddətlənə bilər”

Ermənistan silahlı qüvvələri tərəfindən üç gündür ki, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə mövqeləri atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin atəş nöqtələri susdurulur, təxribatların qarşısının alınması istiqamətində tədbirlər görülür.

İndiki məqamda Ermənistanın sərhəd ərazilərdəki hərbi təxribatlarının eskalasiya riskini artırması barədə proqnozlar mövcuddur. Analitiklərin qənaətincə, Ermənistan tərəfi atəşkəsi pozmaqla aparılan sülh danışıqlarını tormozlamaqla məşğuldur.

Baş verən insidentlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Laçın postu ətrafında beynəlxalq gündəm yaratmağa çalışır:

- Bir tərəfdən diplomatik müstəvidə gedişlər edir, hansı ki, məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istəyi də bunlardan biridir. Digər tərəfdən, atəşkəsi pozmaqla beynəlxalq diqqəti bölgəyə cəlb etmək istəyir. Yəni ki, atəşkəsi pozmaqda İrəvanın məqsədləri bunlardır.

- Ermənistan sərhəddə gərginliyi artırmaqla istəyinə nail ola biləcəkmi?

- Burada hərbi və siyasi məqsədlər var. Diqqət etsək, Ermənistanın son günlər Naxçıvanın Sədərək rayonu və Kəlbəcər istiqamətində atəşkəsi pozduğunu görə bilərik. Sədərək istiqamətində atəşkəsin pozulması Kərki kəndi ilə bağlıdır. Bəllidir ki, bu anklavın azad edilməsi Azərbaycanın əsas hədəflərindən biridir. Ermənistan isə ABŞ investisiyasını bu bölgəyə gətirərək, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Belə bir zavodun bu bölgədə inşa edilməsi Kərkinin azad edilməsi perspektivinə qarşı ABŞ investisiyasını qalxan kimi istifadə etmək məqsədi daşıyır. Hazırda Ermənistan ABŞ investisiyasını gətirdiyi bölgə istiqamətində atəşkəsi pozmaqla, gərginlik yaratmaqla beynəlxalq diqqəti bölgəyə çəkməyə çalışır.

Kəlbəcər istiqamətində isə Azərbaycan Ordusu sərhədi de-fakto təmin etsə də, Ermənistanın iddiaları hələ də qalır. İrəvan Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan ərazidə ordumuzun mövqelərindən geri çəkilməsini istəyir və burada daha əlverişli mövqelərə çıxmağı planlaşdırır. İstisna deyil ki, hərbi məqsəd mövqelərin ələ keçirilməsi ola bilər. Lakin birinci planda siyasi məqsədə nail olmaq istəyirlər. Bu da hərbi eskalasiya yaratmaq və Azərbaycanı “təcavüzkar” obrazında göstərməkdir.

Laçın postu ilə bağlı məsələni BMT TŞ-də müzakirəyə çıxarmaq istədikləri vaxt belə bir eskalasiya arqumentləri gücləndirmək baxımından onlara lazımdır. Laçın sərhədinə hərbi texnika toplamaları da bundan qaynaqlanır. Eskalasiyanın bu istiqamətdə ola biləcəyi də gözləniləndir.

- Növbəti sentyabr döyüşləri təkrarlana bilərmi?

- Proseslər göstərir ki, Ermənistan sərhəd boyunca atəşkəsi pozmağa davam edəcək və təxribatlar getdikcə şiddətlənə bilər. Çünki məqsədlərinə nail olmaq üçün eskalasiyanı çıxış yolu kimi görürlər. Bu baxımdan, sərhəddə baş verən və “Sentyabr döyüşləri” olaraq qeyd olunan toqquşmanın ola bilməsi istisna edilməməlidir. Ermənistan “güzgü prinsipi”ni – qoşunların sərhəd xəttindən geri çəkilməsini gündəliyindən çıxarmayıb və zaman-zaman bunu irəli sürür. Lakin son danışıqlar prosesində mövqeləri kifayət qədər zəifləyib. Həm beynəlxalq diqqəti bölgəyə çəkmək, həm də bu məsələni yenidən aktuallaşdırmaq üçün eskalasiyaya gedə bilər. Əsas təxribat hücumlarının 4 istiqamətdə ola biləcəyi ehtimalını irəli sürmək mümkündür:

Sədərək istiqamətində - bu, ABŞ-ın reaksiyasına nail olmaq məqsədi daşıyır;

Kəlbəcər istiqamətində - qeyd etdiyimiz kimi müəyyən mövqeləri tutmaq, danışıqlar masasında əlini gücləndirmək üçün edə bilərlər;

Laçın istiqamətində - Laçın sərhəd-keçid məntəqəsinin açılmasına diqqəti cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyirlər. O cümlədən, Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları əvvəldən var;

Zəngilan istiqamətində - bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır. Eyni zamanda, bu, Zəngəzurdan dəhliz verməyəcəklərini “əzələ nümayişi” ilə göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək məqsədi daşıya bilər.

- Yeni müharibənin olmasında maraqlı qüvvələr kimlərdir?

- Ermənistanın maraqları bəllidir, lakin mövcud vəziyyətdə bölgədə gözü olan bütün tərəflərin yeni eskalasiyada maraqlı ola biləcəyi istisna edilməməlidir. Rusiya Qərb masasında sülh danışıqlarının irəliləməsini qəbul etmir, Xarici İşlər Nazirliyi səviyyəsində buna qarşı olduqlarını da bəyan etdilər. Bu prosesi pozmaq və Moskvanın vasitəçiliyini ön plana çıxarmaq naminə eskalasiyada maraqlı tərəflərdən biridir. Fransa tamamilə kənarda qaldığı sülh danışıqlarının pozulmasında maraqlıdır, həmçinin, yeni esakalasiya ilə Ermənistanın təhlükəsizlik sahəsində Rusiyanın zəifləyən yerini doldurmaq istəyir. İran da Rusiyanın yerinə Ermənistana daxil olmaq istəyir, o cümlədən, Bakı və İrəvanın problemləri həll etməsini istəmir, çünki bu, Tehranı bölgədən bir qədər də uzaqlaşdıracaq. ABŞ eskalasiyada daha az maraqlı tərəf kimi görünür, hərçənd, Rusiyanın vasitəçiliyi intensivləşərsə və Ankara-Moskva ikilisinin rolu artarsa, eskalasiya Vaşinqton üçün də sərfəli ola bilər.

- Adətən hərbi toqquşmanın sülh prosesinə zərbə vurğunu görürük. Lakin belə fikirlər var ki, növbəti döyüş sülhü yaxınlaşdıracaq. Bu fikirlə razısınız?

- Bu fikrin məntiqi tərəfləri var, xüsusilə, Ermənistan hakimiyyətinin erməni ictimai rəyini sülhə inandırması baxımından. Yeni toqquşma yaşanarsa, bu, ermənilərə 44 günlük müharibənin ağrısını yenidən xatırladacaq və normal yaşamağın yeganə yolunun sülh olduğu fikrinə yenidən qayıdacaqlar. 44 günlük müharibədən sonra Ermənistanda keçirilən rəy sorğuları ermənilərin böyük əksəriyyətinin sülhdən yana olduğunu göstərirdi, seçkidə Paşinyana ona görə səs verdilər, lakin son sorğularda bu fikir dəyişir, artıq 70 faizdən çox insan mövcud şərtlərlə sülh sazişinin imzalanmasına qarşıdır. Bu, Paşinyan hakimiyyətinin işini çətinləşdirir, bu baxımdan, yeni eskalasiya erməni cəmiyyətinin rəyini formalaşdırmağa səbəb ola, beləliklə, sülhü yaxınlaşdıra bilər.

Lakin sülh sazişi ilə bağlı problem təkcə Azərbaycan və Ermənistanın razılaşıb-razılaşmamasından asılı deyil. Burada demək olar ki, bütün regional və geosiyasi oyunçuların öz maraqları var və onların konsensusu mümkünsüz görünür. Bu baxımdan, Bakı və İrəvan Qərb masasında razılığa gəlsə, Rusiya buna mane olmağa çalışır, yaxud əksinə. İndi əsas gözlənti ilin sonuna kimi sülh sazişinin imzalanacağına dairdir. Buna ümidlər var, hərçənd, bu məsələdə fikrimcə, tərəflərdən birinin - ya Rusiyanın, ya da Qərbin oyundan çıxması, yaxud təsir imkanlarının azalması həlledici olacaq və belə bir perspektivdə kənarda qalacaq tərəf kimi Rusiya görünür.

dddd

Yol-xeber.az" xəbər verir ki, Avqustun 16-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.

Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçilər daxildir.

Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.

Eyni zamanda, qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.

dddd
dddd
dddd
dddd
dddd
dddd

“Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir”.

“Report”un verdiyi məlumata görə, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir”, - deyə o bildirib.

“Fransanın Xarici İşlər Nazirliyinin öz rəhbəri Katrin Kolonnanın Ermənistanın XİN başçısı Ararat Mirzoyanla 15.08.2023 tarixli telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə, insan haqlarına hörmətsizliyinin, azərbaycanofob siyasətinin növbəti sübutudur”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada yer alır.

Qeyd edilib ki, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, Azərbaycan ərazisinin 20%-ni işğal edib oradakı 900-ə yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır:

“Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələrin oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil.
Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.

Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd siyasətini və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan haqları məsələsi olan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq”.

Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.

Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.

Xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır.
Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu sübut edir.

Qonaqlar, həmçinin, Laçın şəhərində olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı da ətraflı məlumat verilib.

 

 

 

 
Rus sülhməramlılar erməni silahlı terror dəstələrinə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yeni döyüş mövqeləri yaratmaqda dəstək verir, onların səngərlərini silah-sursatla təmin edir... Bu baxımdan, hesab etmək olar ki, Rusiya qarantoru olduğu üçtərəfli anlaşmaların hüquqi qüvvəsini artıq çoxdan şübhə altına salıb...


Cənubi Qafqazda hərbi-siyasi temperatur sürətlə yüksəlməkdə davam edir. Belə ki, hazırda regionda intensiv hərbi məzmunlu hərəkətlilik mövcuddur. Ermənistanın təxribatları regional savaş təhlükəsinə tamamilə real görüntülər verməkdədir. Hətta son vaxtlara qədər sülh prosesinin perspektivləri barədə intensiv müzakirələrin ön planda olduğu Cənubi Qafqaz indi demək olar ki, növbəti savaşın bir addımlığında görünür.

Məsələ ondadır ki, son günlər Azərbaycanın Qarabağ iqtisadi regiondakı qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi aktivliyi müşahidə olunur. Belə ki, erməni terrorçu dəstələri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərində səngərlər qazır, yeni istehlakçılar və döyüş mövqeləri qurmağa cəhd göstərir. 

Belə anlaşılır ki, erməni silahlı terror dəstələrinin təxribatları artıq real hərbi təhlükə törədəcək səviyyəyə yaxınlaşmağa başlayıb. Çünki Azərbaycanın Müdafiə Nazirliyi də separatçı-terrorçuların təxribat cəhdlərinə rəsmi reaksiya vermək məcburiyyətində qalıb. Belə ki, Müdafiə Nazirliyi qeyri-qanuni erməni silahlı dəstələrinin ciddi şəkildə aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirləri həyata keçirməklə, yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunduğunu vurğulayıb.

6f4b4ed77c899cb0ca4a70591b7bad2c.jpg (180 KB)

Eyni zamanda, Azərbaycanın müdafiəsinə cavabdeh olan nazirlik belə qanunsuz və təhrikçi davranışların bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq, qarşı tərəfə sərt şəkildə xəbərdarlıq da edib. Baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəyini bildirib. Və bu, rəsmi Bakının Azərbaycanın Qarabağ bölgəsində erməni separatçı-terrorçuların təxribat hazırlığının arxasında Ermənistanın dayandığını qabartması anlamına gəlir.

Maraqlıdır ki, rəsmi Bakı Azərbaycanın Müdafiə Nazirliyi üzərindən xəbərdarlıq etməklə, kifayətlənməyib. Baş verənlərlə bağlı Azərbaycanın narahatlığını Xarici İşlər Nazirliyi üzərindən beynəlxalq dairələrin də diqqətinə çatdırıb. Belə ki, XİN Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri tərəfindən son vaxtlar hərbi-mühəndislik işlərinin və digər hərbi fəaliyyətlərin intensivləşdirildiyi bəyan edib.

Eyni zamanda, Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunur. Ona görə də, rəsmi Bakı Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bütün qanuni vasitələrlə müdafiə etmək hüququna sahib olduğunu da növbəti dəfə sərt şəkildə xatırlatmağı vacib hesab edib. Və bu xatırlatma Azərbaycanın Ermənistan tərəfindən törədilən heç bir hərbi təxribatı cavabsız buraxmayacağı anlamına gəlir.

Bütün bunlar onu göstərir ki, sülhə və sabitliyə ehtiyacı olan Cənubi Qafqazda indi savaş təhlükəsi böyük sürətlə irəliləyir. Ermənistan öz avantürist davranışları ilə regional sülh prosesini böyük risk altına atmaqdadır. Rəsmi İrəvan sülh prosesindən uzaqlaşdıqca, Cənubi Qafqaz növbəti müharibəyə bir o qədər yaxınlaşır. Və bu təxribatçı davranışların Ermənistanın özünə sarsıdıcı zərbələr vura biləcəyini isə rəsmi İrəvan hamıdan yaxşı bilir.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)
Ona görə də, nə qədər qəribə görünsə də, rəsmi İrəvan savaşa təhrik etdiyi Azərbaycanı hərbi əməliyyatlardan imtina etməyə çağırıb. Bu, o deməkdir ki, Paşinyan hakimiyyəti törətdiyi təxribatların yeni müharibəyə səbəb olacağını tam dəqiqliyi ilə bilir. Eyni zamanda, onu da bilir ki, Ermənistanın Azərbaycan ordusuna müqavimət şansı yoxdur. Bu səbəbdən rəsmi Bakının hərbi əməliyyatlardan imtina etməsini istəyir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistan üçün hərbi təxribatlar törətmək sərbəstliyi qazana biləcəyinə ümid bəsləyir. Yəni, rəsmi İrəvan anlayışında olan "sülh modeli" ondan ibarətdir ki, Ermənistan hansı hərbi təxribatı törətsə də, Azərbaycan buna reaksiya verməməlidir. Halbuki, dünyanın heç bir yerində belə sərsəm "düşüncə"yə əhəmiyyət verməzlər. Və bu baxımdan, Ermənistan hərbi təxribat törədəcəksə, onun ağır cavabı ilə üzləşəcəyini də bilməlidir.

Təbii ki, rəsmi İrəvan növbəti savaş təhlükəsinin bloklanması anlamında hələ də Rusiyaya müəyyən ümidlər bəsləyir. Üstəlik, Rusiyanın bəzi davranışları da Ermənistanın siyasi dairələrində belə ümidlərin möhkəmlənməsinə stimul verir. Xüsusilə də, rus sülhməramlıların fəaliyyəti buna ciddi örnək rolunu oynaya bilər.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)
Məsələ ondadır ki, Kreml hər imkanda üçtərəfli anlaşmaların icra edilməsinin vacibliyini vurğulayır. Ancaq Rusiya həmin sənədlərin hüquqi qüvvəsini çoxdan şübhə altına salıb. Belə ki, üçtərəfli anlaşmaların tələblərinə baxmayaraq, Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazisindən hələ də çıxarılmayıb. Qeyri-qanuni erməni silahlı terror dəstələri isə tərksilah olunmayıb. Halbuki, bu addımların atılması Rusiyanın üzərinə düşən önəmli öhdəliklərin sırasına daxildir.

Bütün bunlar azmış kimi, rus sülhməramlılar erməni silahlı terror dəstələrinə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yeni döyüş mövqeləri yaratmaqda dəstək də verir. Erməni terrorçuların yeni səngərlərə silah-sursat daşımasını təmin edir. Yəni, rus sülhməramlılar faktiki olaraq, erməni separatçı-terrorçuları Azərbaycana qarşı təxribatlar törətməyə hazırlayır. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanın təhlükəsizliyini təhdid edən erməni avantüralarını dəstəkləyir.

Bütün bunları nəzərə alaraq, iddia etmək olar ki, üçtərəfli anlaşmalar artıq öz hüquqi qüvvəsini itirib. Üstəlik, həmin sənədlərin hüquqi qüvvəsi məhz üçtərəfli anlaşmaların qarantoru olan Rusiya tərəfindən sona çatdırılıb. Yəni, Rusiya üçtərəfli anlaşmaları kobud şəkildə pozulması Kremlin həmin sənədlərdən dolayısı ilə imtina etməsi anlamı daşıyır.(musavat.com)

Bir müddətdir ki, ermənilər Qarabağdakı ermənilərin guya ciddi qida çatışmazlığını bəhanə edərək “humanitar böhran” şousu yaratmaqla məşğuldurlar. Amma hər dəfə də özləri özlərinin bu yalanını ifşa ediblər.

Bu dəfə də Xankəndidəki “desant” Ruben Vardanyan Qarabağda yaşayan erməni icmasının hər hansı humanitar problemlə üzləşmədiyini ifşa edib.

“Hraparak”ın yazdığına görə, terrorçu Vardanyanın təşəbbüsü ilə Xankəndidə “xeyriyyəçilik” adı altında pulsuz fəaliyyət göstərən yeməkxanalar fəaliyyət göstərəcək. Həmin yeməkxanalarda hamilə qadınlar, 16 yaşınadək uşaqlar və 65 yaşdan yuxarı insanlar gündə bir dəfə yemək yeyə bilərlər. Vardanyanın ofisi bildirib ki, məqsəd qida ilə bağlı çətinlikləri yüngülləşdirməkdir və “ehtiyaclı soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”.

Nəşr onu da yazır ki, Vardanyanın bu təşəbbüsü Xankəndi sakinləri tərəfindən qətiyyən qəbul edilmir. “Bu yeməyin haradan gəldiyini bilmirəm. Yaxşı olardı ki, o qidalar mağazalara aparılsın, insanlar yaş məhdudiyyəti olmadan, az-az alıb bütün ailə ilə birlikdə yesinlər. Hamı yemək istəyir”, - “hraparak”a açıqlamasında Xankəndi sakini deyib.

“Hraparak”ın həmin yazısında digər faktlar da onu deyir ki, bu şoulardan manipulyasiya hərəkətlərini görmək olar.

Nəşrin yazdığına görə, kəndlərdən Xankəndi sakinlərinə az miqdarda tərəvəz və süd məhsulları gətirilir. Cəmilli kəndindən olan İzaura Balasanyan “hraparak”a açıqlamasında deyib ki, yanacaq verilərsə, insanlar şəhərə süd, süd məhsulu, tərəvəz, meyvə, ət və digər məhsullarını bazara çıxara bilərlər.

Buradan da özlərinə lazım olan ərzağı ala bilər. Lakin yanacaq verilmədiyindən heç də bütün kəndlilər bu imkandan yararlana bilmir.

Bütün bu və digər faktlar onu deyir ki, Xankəndidəki irredentist və terrorçu-quldur dəstəsi əhalini qəsdən təcrid vəziyyətində saxlamaqla süni şəkildə “humanitar böhran” yaradırlar.

O zaman sual olunur: Qarabağdakı erməni icması qida çatışmazlığından əziyyət çəkirsə, bəs Ruben Vardanyan hansı yollarla bu qidanı əldə edir?

Əgər ərzaq çatışmazlığı varsa, niyə kəndlilərin məhsullarının bazara çıxarılmasına süni əngəlliklər yaradılır?! İstəsələr məgər bunu təşkil etməkmi olmaz?!

Olar. Amma məqsəd başqadır. Məqsəd bu cür “şou”larla Qarabağdakı erməni icmasının Azərbaycan inteqrasiyasının qarşısını alıb birgə dinc yaşayışa və sülhün əldə olunmasına mane olmaqdır. Ancaq unutmamalıdırlar ki, bu cür manipulyasiyalarla uzağa getmək mümkün olmayacaq. Bu yalan yenə öz başlarında çatlayacaq.

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri yeni döyüş mövqeləri qururlar.

Bunu təsdiq edən görüntüləri Caliber.Az yayımlayıb.

Videoda qanunsuz erməni silahlı birləşmələrinin hava hücumundan müdafiə (HHM) kompleksi və radioelektron mübarizə (REM) sistemlərini qurduğunu da müşahidə etmək olur.

Xəbər lenti