Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.

“Müstəqillik Günü münasibəti ilə qardaş Pakistan xalqına və hökumətinə ən xoş və ən səmimi arzularımızı çatdırırıq. Biz ikitərəfli əlaqələrimizi, eləcə də strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Müstəqillik Gününüz mübarək!”, - paylaşımda qeyd olunub.

ABŞ-də Los-Anceles şəhərinin erməni icmasının nümayəndələri Azərbaycan konsulluğu qarşısında Laçın yolundakı vəziyyətə etiraz olaraq aksiya keçirirlər.

Etirazçılar konsulluğa gedən yolları bağlayıb, ərazidə nəqliyyatın hərəkətini iflic edib, çadırlar qurublar.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Sputnik Azərbaycan-a bildirib ki, aksiya ərazisində vəziyyətə nəzarət edilir: "Hazırda orada gecədir. Amma bizə verilən məlumata əsasən Los-Anceles polisi və diplomatik təhlükəsizlik xidmətinin orada təhlküəsizliyi təmin etdiyi bildirilir".

“Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub”.

Bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev “X” sosial şəbəkəsində paylaşım edib.

“Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Deməli, “Laçın” sərhəd-keçid məntəqəsinin yaradılması, həqiqətən də, Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir”, - deyə, o qeyd edib.

İllər əvvəl "Washington Post"un adı həmin nəşrdə dərc olunan məqalənin həqiqət olmasına inanmağa kifayət edirdi. Jurnalistika sahəsində təhsili olan şəxsdən tutmuş, gündəmdən xəbərdar olmaq üçün mətbuatı izləyən sadə vətəndaşa qədər hər kəsin nəzərində "Washington Post" barədə düşüncələr tam fərqliydi. Bu nəşrin adı bəzi təhsil ocaqlarında nümunə kimi çəkilirdi, orada dərc olunan yazılardan faktlar kimi istifadə olunurdu. Bu nəşrdə çıxan xəbərlərə qarşı inam tam idi, nəşrin nüfuzuna görə kimsə onun yalan məlumatlar dərc edəcəyini ağlından belə keçirmirdi. Ta ki, son zamanlar nəşrdə Azərbaycanla bağlı çıxan yazılara qədər.

Avqust ayının 11-də erməni ruporu, 73 yaşlı amerikalı jurnalist, 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər etmiş Devid İqnatius "Washington Post"da "Cənubi Qafqazda humanitar fəlakət yaşanır" başlıqlı məqalə yazıb. O yazısında bildirib ki, guya Qarabağ erməniləri blokada şəraitində qalıblar, onlar ərzaqla, dərmanla, yanacaqla təmin oluna bilmirlər, acından və xəstəlikdən ölürlər. Hətta, müəllifin iddiasına görə Qarabağ erməniləri Azərbaycan tərəfinin təklif etdiyi yardımın "tələ" olmasından qorxurlar. Ermənipərəst yazar iddia edir ki, guya Qarabağ erməniləri "blokada" şəraitinə görə təcili tibbi yardım maşınlarına tökməyə benzin tapmırlar.

Ermənilərin yalanları, iddiaları, hər şeydən şou yaratmaları, olmayan şeyləri varmış kimi təqdim etmələri, xülyalar ilə yaşadıqları illərdir bizə yad deyil. Məsələmiz də bu deyil, problem onların yalanlarının belə bir qəzetdə, amerikalı jurnalistlər tərəfindən yanlış tərzdə təqdim olunması, həqiqətlərin gizlədilməsi, dəqiq olmayan məlumatların yayılması, bitərəf mövqe nümayiş etdirilməsidir.

Bu qərəzli məqalənin sifariş və ya xahiş əsasında hazırlandığı aydın məsələdir. Yazının "erməni iztirabları"na fokuslanılması, məqalədə Ermənistan rəsmilərinin tezislərində keçən açar sözlərdən istifadə edilməsi də bunu deməyə əsas verir.

Ruben Vardanyanın yaxın dostu, hətta onun fondu tərəfindən mükafatlandırılan İqnatusun belə bir qərəzli yazısını qəzetin öz guşələrində yayımlanmasına göz yumması məşhur jurnalist Bob Vudvardın "Demokratiya qaranlıqda ölür" şüarı ilə təqdim olunan, 47 mükafat alan "Washington Post"un məsuliyyətsizliyini və Azərbaycana qarşı qərəzli münasibətini, bu media qurumunun sifariş yerinə yetirməsini, kimlərinsə əlində alətə çevrilməsini göstərir.

Dünyada Ukrayna, Afrikadakı hadisələr kimi aktual mövzular olduğu halda "Washington Post" kimi bir qəzetin son 6 gündə Azərbaycana 3 məqalə həsr etməsi onun fəaliyyətinə və bundan sonra dərc olunacaq məqalələrinə qarşı şübhə doğurur. Ermənilərin tezislərinə uyğun hazırlanan məqalələri qəzetlərində rahat şəkildə dərc etmələri onlar üçün pulun dürüstlükdən, ədalətdən daha vacib olduğunu ortaya qoyur.(milli.az)

Azərbaycan əleyhinə çıxışları ilə tanınan rusiyalı Vladimir Solovyovun Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı yerli "Kommersant" qəzetində məqaləsi dərc olunub.

Onun sözlərinə görə, sülhlə və Qarabağdakı vəziyyətlə bağlı danışıqlarda fasilə yaranıb və buna qədər xeyli qalmaqallar, mübahisələr olub.

"İrəvan və tanınmamış “dqr” hakimiyyəti Azərbaycanı təkcə blokadada deyil, həm də soyqırımında ittiham edir. Bakı güzəştə getməyə hazırlaşmır və metodik şəkildə təkrar edir ki, məsələ ölkə daxilində həll olunmalıdır və Qarabağ ermənilərinin iki yolu var - Azərbaycan vətəndaşı olmaq və ya getmək", - Solovyov bildirib.

Bu məqamda yada salaq ki, tanınmış rusiyalı siyasi-hərbi ekspert İqor Korotçenko Qarabağ ermənilərinin addımlarını tənqid edən bəyanatla çıxış edib: "“Azərbaycan təklif edir ki, Ağdam-Xankəndi yolu ilə bütün lazımi tədarüklər aparılsın. Separatçı liderlər bu təklifdən imtina etdilər. Üstəlik, bu yolu beton bloklarla bağladılar. Bu özünü blokada salmaq və soyqırımıdır? Yoxsa necə?"

Solovyov daha sonra qeyd edib ki, gərgin Azərbaycan-Ermənistan sülh danışıqlarında sonuncu təmas iyulun axırında Moskvada baş tutub və diplomatik sakitlik fonunda Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanatların və ittihamların çoxluğu xüsusilə nəzərə çarpır:

"Bakı blokada ilə bağlı ittihamları rədd edir və bildirir ki, Laçındakı qurulan sərhəd-keçid məntəqəsi qanun çərçivəsində fəaliyyət göstərir. Ermənistan da daxil olmaqla, bütün Qarabağın Azərbaycana mənsub olması ilə bağlı heç kim mübahisə etmir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu il dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü İrəvan tərəfindən tanınması ilə bağlı bəyanatlar verib və bundan belə nəticə çıxarıb: Ermənistan tərəfi bütün Dağlıq Qarabağı, o cümlədən onun hələ Bakının nəzarətində olmayan hissəsini Azərbaycan ərazisi kimi tanıyır.

Rusiya eyni mövqedən çıxış edir. Moskvada vəziyyət çox mürəkkəb kimi qiymətləndirilir və onlar hesab edirlər ki, Bakı güzəştə getmək niyyətində deyil".

Maraqlıdır ki, Solovyov məqaləsində adəti üzrə Azərbaycan əleyhinə fikirlərə yol verməyib. Hətta demək olar ki, Bakı ilə Moskvanın mövqeyinin üst-üstə düşdüyünü, dolayısı ilə Qarabağın Azərbaycanın tərkibində olduğunu ifadə edib. Amma nə qədər obyektivlik nümayiş etdirməyə çalışsa da, "Dağlıq" sözünü işlətmədən və "dqr" qeydini etmədən keçinə bilməyib. Üstəlik, söhbət Solovyovdan gedirsə, onun vəziyyətə uyğun olaraq fikirlərinin sərt formada dəyişdiyi məlumdur. Amma diplomatik fasilə ərəfəsində "Bakı güzəştə getmək niyyətində deyil" qeyd etməsi və əlavə fikir bildirməməsi, ən azından hazırda ağlının başında olduğunu deməyə əsas verir.

"Bakı ilə Moskvanın mövqeyinin üst-üstə düşür" tərzində çıxışı başqa nədən və hansı niyyətdən xəbər verir, onu zaman göstərəcək. Çünki rəsmi Moskvanın Nikol Paşinyanı qəbul etməməsi hamıya məlumdur. Ermənistan baş nazirinin bəyanatlarına diqqət çəkməyinin ardınca Azərbaycan və Rusiya da eyni fikri bölüşür qeyd etməsi, daha sonra vəziyyətin mürəkkəb olduğunu bildirməsi hansı məntiqə sığır? Əgər tərəflər eyni mövqeyi bölüşürsə, hansı mürəkkəblikdən danışmaq olar?

Xatırlatmaq yerinə düşər ki, Ermənistanın “Joxovurd” qəzeti "Moskvanın İrəvanda Paşinyanı hakimiyyətdən məhrum etməyə çalışacağından" yazıb. Nəşr sentyabrda keçiriləcək İrəvan merinin seçkilərində iki əsas namizədin açıq-aşkar Rusiya oriyentasiyası olduğunu qeyd edib.

"Bu səbəbdən Moskva Paşinyanı İrəvanda hakimiyyətdən məhrum etməyə çalışacaq ki, bu da “artsaxın tələb etdiyi müəyyən prosesləri asanlaşdıracaq”, - qəzet bildirib.

Samir Mirzə (Miri)

Moskva Yerevanda Paşinyanı hakimiyyətdən məhrum etməyə çalışacaq.

Sentyabrda Ermənistanda İrəvan merinin seçkiləri keçiriləcək.

Ermənistanın “Joxovurd” qəzeti yazır ki, iki əsas namizədin açıq-aşkar Rusiya oriyentasiyası var və “Nikol Paşinyanın hakimiyyət ümidi həmişə olduğu kimi, Qərbdir”.

Nəşrin fikrincə, bu səbəbdən Moskva Paşinyanı İrəvanda hakimiyyətdən məhrum etməyə çalışacaq ki, bu da “Artsaxın tələb etdiyi müəyyən prosesləri asanlaşdıracaq”.

Azərbaycan Ermənistanı növbəti dəfə ağır məğlubiyyətə uğratdı, rəsmi İrəvan geri çəkildi, Bakıya məlumat verdi... Rəsmi Bakı İrəvanın müraciətini geri çevirdi, beynəlxalq hüquqa bağlı şərtləri ön plana çıxartdı, Azərbaycanın mövqeyi dəyişməzdir...

Ermənistan daxili xaosa doğru sürüklənir. Paşinyan hakimiyyətinin son vaxtlar buraxdığı kobud səhvlər rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Üstəlik, rəsmi İrəvanın kobud səhvlərindən indi Kreml və Rusiyaya bağlı erməni radikal-revanşistlər də istifadə etməyə çalışırlar. Yəni, Paşinyan hakimiyyəti faktiki olaraq, "çarpaz atəş" altında qalıb. Və rəsmi İrəvanın belə vəziyyətdə daxili siyasət məkanında sərt addımlar atmaq məcburiyyəti artıq şübhə doğurmur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Azərbaycana qarşı "humanitar yük" təxribatına başlayarkən, bu avantüranın son nəticəsini dəqiq hesablamağı bacarmayıb. Əslində, belə yalnız avantüra və manipulyasiyalara bağlı təxribatlar ənənəvi "erməni zehniyyəti"nə tamamilə uyğun davranışlardır. Halbuki, erməni siyasi düşüncəsi belə avantüraların dövrünün uzaq keçmişdə qalması ilə hələ də barışa bilmir. Və bu səbəbdən də, erməni toplumu ardıcıl olaraq, öz sərsəm xəyallarının bumerang zərbələrinə məruz qalır.

Paşinyan hakimiyyəti indi nə edəcəyini demək olar ki, bilmir. Çünki rəsmi Bakıdan icazəsiz göndərilmiş "humanitar yük" Azərbaycanla sərhəddə yığılıb, qalıb. Onun Laçın postundan keçirilməsinin mümkün olmayacağı qətiyyən şübhə doğurmur. Rəsmi Bakı çevik və prinsipial manevrlə Paşinyan hakimiyyətinin təxribatını Ermənistanın əleyhinə çevirməyi bacarıb.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)Məsələ ondadır ki, rəsmi Bakı "humanitar yük"ün beynəlxalq hüquq normaları çərçivəsində prosedurların icrası ilə Ağdam-Xankəndi yolundan daşınmasını təklif edib. Yəni, rəsmi Bakı Laçın yolundan nəzarətsiz istifadə planı quran Paşinyan hakimiyyətinə "bunu unudun" mesajı verib. Laçın yolunu yenidən hərbi məqsədlərlə istifadə olunan "dəhlizə" çevirmək mümkün olmayacaq. Və indi rəsmi İrəvan Laçın yolunu həmişəlik unudub, Azərbaycanın birbaşa marağında olan Ağdam-Xabkəndi marşrutunu qəbul etmək məcburiyyətində qalıb.

Əks halda, Paşinyan hakimiyyəti "humanitar yük" yenidən İrəvana qartarmalı olacaq. Çünki rəsmi Bakı öz prinsipial və qətiyyətli mövqeyi ilə Paşinyan hakimiyyətinə başqa çıxış yolu buraxmayıb. Böyük strateji məğlubiyyətlə "geri dönüş" Paşinyan hakimiyyətinə ağır daxili siyasi hücum vəd edir. Halbuki, Ermənistan cəmiyyətində sosial dayaqlarını sürətlə itirməkdə olan Paşinyan hakimiyyəti üçün indiki situasiyada belə hücumlara tab gətirmək qətiyyən asan olmayacaq.

Deməli, rəsmi İrəvan üçün tək bir variant qalmış kimi görünür. Yəni, "humanitar yük"ün İrəvana qaytarılması məcburiyyətindən yayınmaq üçün rəsmi İrəvan mütləq Azərbaycanın təklifini qəbul etməlidir. Düzdür, bu halda da Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində sərt ittihamlar ilə üzləşəcəyi qətiyyən şübhə doğurmur.

Ancaq bu, Paşinyan hakimiyyətinin seçə biləcəyi iki uğursuz variant arasında daha məqbul olanıdır. Çünki bu variant rəsmi İrəvana ittihamları "humanitar yük"lərin ünvana çatdırılması barədə arqumentlərlə cavab vermək şansı da verir. Halbuki, ümumi anlamda hər iki variantda yeganə qalib statusu məhz Azərbaycan tərəfinə məxsus olacaq.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)Məsələ ondadır ki, rəsmi Bakı öz siyasi iradəsini Ermənistana qəbul etdirəcək. "Laçın dəhlizi" xəyalı birdəfəlik sona çatacaq. Rəsmi Bakının planlaşdırdığı kimi, bütün yüklər Laçın yolu ilə deyil, məhz ciddi yoxlama və nəzarət şərtilə Ağdam-Xankəndi marşrutuyla daşınacaq. Və bununla da Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası qarşısında olan daha bir əngəl aradan qaldırılacaq.

Göründüyü kimi, Ermənistanın təxribatları iflasa uğraması üzrədir. Rəsmi İrəvan bundan sonra Azərbaycanın geopolitik iradəsi qarşısında acizdir. Rəsmi Bakı şərtləri müəyyən edir, Ermənistan isə onların icrasına məhkum durumdadır. Və bunun real əlamətləri də artıq açıq-aşkar müşahidə olunmağa başlayıb.

Maraqlıdır ki, Ermənistan mətbuatında rəsmi İrəvanın Azərbaycana müraciət etdiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, Paşinyan hakimiyyəti rəsmi Bakıdan "humanitar yük"ün Azərbaycan ərazisinə keçirilməsi üçün icazə istəyib. Üstəlik, "humanitar yük"lər barədə rəsmi Bakıya detallı məlumatlar da verildiyi bildirilir. Və bu, Ermənistanın rəsmi Bakının siyasi iradəsi qarşısında təslim olmaq üzrə olduğunu iddia etməyə əsas verir.

Ancaq rəsmi Bakının Paşinyan hakimiyyətinin icazə müraciətinə müsbət cavab verəcəyi qətiyyən inandırıcı deyil. Düzdür, bu icazə müraciəti rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı suveren hüquqlarını növbəti dəfə etiraf etməsi anlamı daşıyır. Yəni, rəsmi İrəvan etiraf edir ki, Laçın yolu da, Qarabağ regionun da Azərbaycan ərazisidir. Və bu regionla bağlı nə Ermənistan, nə də Rusiya rəsmi Bakının icazəsi olmadan hər hansı addım ata bilməz.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)Məsələnin ən önəmli tərəfi də məhz bu məqamda gizlənir. Belə ki, rəsmi İrəvan belə məzmunlu müraciət ilə Azərbaycandan icazə almaq şansına sahib deyil. Çünki Paşinyan hakimiyyəti "humanitar yük"ün rus sülhməramlıların müşayiəti ilə məhz Laçın yolu üzərindən daşınması üçün rəsmi Bakıdan icazə istəyib. Halbuki, bunun mümkün olmayacağını rəsmi Bakı Ermənistanın icazə müraciətindən xeyli əvvəl bildirib.

Məsələ ondadır ki, rəsmi Bakı "humanitar yük"lərin Laçın yolu ilə deyil, məhz Ağdam-Xankəndi marşrutuyla daşınması barədə prinsipial mövqeyini dəyişmək niyyətində deyil. Belə ki, "humanitar yük"lər əvvəlcə Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən yoxlanılmalıdır. Yalnız bundan sonra isə Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni azlığına çatdırıla bilər. Üstəlik, bu prosesdə rus sülhməramlıların iştirakına da artıq qətiyyən ehtiyac yoxdur. Və prosesi Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələri təmin etmək imkanındadır.

Göründüyü kimi, rəsmi İrəvan hansı avantüraya əl atsa da, Ermənistanın "humanitar təxribat"ının baş tutması mümkün deyil. Şərtləri məhz rəsmi Bakı müəyyən edir. Ermənistan isə yalnız Azərbaycanın müəyyən etdiyi qaydalara riayət etmək məcburiyyətindədir. Çünki beynəlxalq hüquq normaları məhz bu reallığı dəstəkləyir.(musavat.com)

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Qərbi azərbaycanlıların vətəndaşlıqlarının bərpası üçün ümid yaranır” adlı süjetdə Azərbaycan və Ermənistan rəsmiləri arasında görüşlərin Qərbi azərbaycanlıların zorla ləğv edilən vətəndaşlıqlarının bərpası üçün ümid yaratdığı. Ermənistan ictimaiyyəti, KİV və siyasi dairələrində Qərbi azərbaycanlıların repatriasiyası məsələsini dilə gətirməyə başladıqları vurğulanır.

Bildirilir ki, Bakı ilə İrəvan arasındakı danışıqlara Qərbi azərbaycanlılar nikbin yanaşdıqları halda, Azərbaycanın Xankəndi şəhərindəki separatçıların tör-töküntüləri yaranmış vəziyyət fonunda narahatlıq keçirirlər: “Onlar qondarma iddialarını müdafiə etməklə törətdikləri cinayətlərdən yayınmağa səy göstərirlər. Çünki Azərbaycanla Ermənistan arasında sülhün imzalanması tərəflər arasında problemli məsələlərin həlli deməkdir”.

Süjetdə bu il iyulun 25-də Brüssel sammitindən on gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli formatda görüşə, həmin gün Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında utanmazcasına “sovet Ermənistanını tərk etmiş azərbaycanlılar” ifadəsini işlətməsinə diqqət çəkib.
Paşinyan və onun kimi düşünənlərin diqqətinə çatdırılır ki, Qərbi Azərbaycan da daxil olmaqla bütövlükdə indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır: “1988-ci ildə və ondan sonra ermənilərlə sovet əsgərləri onları evlərindən qovub. Yəni 250 min Qərbi azərbaycanlı Ermənistan vətəndaşlığından zor və güc tətbiqi ilə məhrum edilib. Ermənilərin isə Azərbaycan Respublikası ərazisinə gəldikləri gün, ay və il bütün tarix kitablarında açıq-aydın yazılıb. İndiki və gələcək Ermənistan hakimiyyəti Azərbaycana minnətdar olmalıdır ki, rəsmi Bakı Qarabağdakı ermənilərə vətəndaşlıq verməkdən imtina etmir. Onlara Azərbaycan Konstitusiyası çərçivəsində bu hüququ tanımağa söz verir”.

Süjetdə Ermənstanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ölkəsində yaranacaq anklavlarda “85-100 azərbaycanlının məskunlaşması ciddi problemdir” fikrinə də münasibət bildirilir.

Sonda qayıdış məsələsinin İrəvanda artıq etiraf olunduğu, azərbaycanlıların pozulmuş vətəndaşlıq hüquqlarının bərpasının həm də Ermənistanın bir dövlət kimi gələcəyinə təminat sayılacağı vurğulanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı yüksək səviyyədə təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunmuş qazanxanalar sayəsində şəxsi heyət daimi isti su ilə, eləcə də camaşırxanalarda quraşdırılan paltaryuyan və quruducu maşınlar vasitəsilə istənilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edilir.

Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissələrin yeməkxanalarında hər bir şərait yaradılıb. Hərbi hissələrə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir.

Müdafiə Nazirliyi rəhbərliyinin qış dövrünə hazırlıqla bağlı müvafiq tapşırıqlarına əsasən xüsusilə hərbi hissələrin sərt iqlim və kəskin relyefli ərazilərdə yerləşmə məntəqələrində bütün növ təminat vasitələri, o cümlədən ərzaq, əşya, döyüş sursatı və yanacaq-sürtkü materialları üzrə ehtiyat yaradılır.

Hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və aparılması üçün zəruri olan təminat məsələləri daima diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulanıb, dövlət başçıları arasında təmasların əlaqələrimizin genişlənməsinə verdiyi töhfə bildirilib, ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti barədə danışılıb.
Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin regional inkişaf üçün əhəmiyyəti vurğulanıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Xəbər lenti