Türk Dövlətləri Təşkilatı (TDT) birliyin qurucu razılaşması olan 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, TDT-nin mətbuat xidməti sosial şəbəkədə qeyd edib:

“Türk Dövlətləri Təşkilatının qurucu razılaşması olan Naxçıvan Bəyannaməsinin 14-cü ildönümü və bu münasibətlə elan edilən 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlığı Günümüz mübarək olsun! Biz birlikdə daha güclüyük!”.

Qeyd edək ki, Naxçıvan Bəyannaməsi 2009-cu il oktyabrın 3-də IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran sənəddir.

Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür.

2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.

Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövrdə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi nəticəsində Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq Sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub. Lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-sı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu (ümumilikdə 8 tank) tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində kənd erməni işğalçılarından azad edilib. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən işğal ediblər.

2 aprel 2016-cı il tarixində Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı düşməndən tam geri alınıb.

2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyat zamanı onların qarşısını alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.

Belə anlaşılır ki, ABŞ-da hakimiyyət dəyişərsə, Ukrayna Ağ Evin dəstəyindən məhrum qalacaq, Bu halda, Avropa Birliyinin də kənara çəkilməyə məcbur olacağı şübhə doğurmur... Bu halda, Ukraynanın bir dövlət kimi xəritədən silinməsi ilə bağlı təhlükə real görüntülər ala, Avropa Birliyi isə Rusiyanın qarşısında ümumiyyətlə, müdafiəsiz qala bilər...
ABŞ və Qərb Ukrayna savaşı ətrafında yaranmış vəziyyətdən qətiyyən məmnun deyil. Əksinə, zaman keçdikcə, Ukrayna savaşı ABŞ və Qərbin çiyinlərində daşınması çətinləşən ağır yükə çevrilir. Çünki bu savaşın ideoloqlarının və strateqlərinin qarşıya qoyulan hədəflərə tam çatdığını iddia etmək mümkün deyil. Və hazırda bəzi Qərb ölkələrində Ukrayna savaşına yönəlik narazılıqların intensiv olaraq, artdığı da müşahidə edilir.

Birinci önəmli məqam ondan ibarətdir ki, Ukrayna ordusunun əks hücum əməliyyatlarının effektivliyi Qərb hərbi dairəsinin gözləntilərindən çox-çox uzaq qalıb. Hər halda, Ukrayna ordusunun Rusiya silahlı qüvvələrini məğlubiyyətə yaxın situasiyaya sala biləcəyinə ümid bəslənilirdi. Və bu, baş versəydi, Kremli Rusiyanın maraqlarına zidd şərtlər altında uzunmüddətli "nə hərb, nə sülh" vəziyyətinə məhkum etmək planlaşdırılırdı.

Ancaq bütün bu gözləntilər reallıqdan uzaqdır. Rusiya ordusu Ukraynanın əks hücum əməliyyatlarına hələlik tab gətirməyi bacarır. Düzdür, Rusiya da olduqca ağır vəziyyətdədir, müharibədə öz xeyrinə dönüş yaratmaq imkanları və resursları qətiyyən ümidverici deyil. Ancaq indiki halda, mövcud situasiya Kremlə ABŞ və Qərb qarşısında əzici şərtləri bloklamaq imkanları verir. Və böyük ehtimalla Rusiya kollektiv Qərbə müqaviməti mümkün qədər uzatmağa çalışacaq.

Məsələ ondadır ki, son vaxtlara qədər Ukrayna savaşı ucbatından ABŞ və Qərbin təzyiqləri qarşısında aciz duruma düşən Rusiya siyasi dairələri yaxın gələcəyə indi daha ümidli baxmağa başlayıblar. Halbuki, bu ümidli baxışlarda Rusiyanın hərbi-siyasi potensialı, savaşda qalib gəlmə şansları qətiyyən rol oynamır. Və Kremlin indiki halda, situasiyanı dəyişmək imkanları demək olar ki, yoxdur.

Maraqlıdır ki, hazırda Kremli gələcəyə ümidləndirən yeganə faktor ABŞ və Qərbdən aldığı mesajlardır. Qərbdə Ukrayna savaşından xilas olmağın yollarının axtarılması indi əsas hədəfə çevrilməyə başlayıb. Hətta bəzi Qərb ölkələri öz milli gəlirlərinin əhəmiyyətli hissəsini məhz Ukrayna savaşına xərcləmək istəmədiklərini qətiyyən gizlətmirlər. Bunu hər imkanda gündəmə gətirirlər, savaşa xərclənən maliyyə vəsaitinin sosial-iqtisadi böhranın dərinləşməsinə qarşı yönəldilməsinin vacibliyini qabardırlar.

Rəsmi məlumatlara görə, Avropa Birliyi son bir il ərzində Ukrayna savaşına 85 milyard avro xərcləyib. Bu nəhəng məbləğ məhz üzv dövlətlərin büdcəsindən yönəldilir. Bəzi Avropa Birliyi ölkələri, xüsusilə də, Fransa, Almaniya və İtaliya bu maliyyə yükünün artıq çəkilməz səviyyəyə çatdığı qənaətinə gəliblər. Və uzun müddət belə davam edə bilməyəcəyinə əmindirlər.

Üstəlik, Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaların əks effektini də daha sərt şəkildə hiss etməyə başlayıblar. Xüsusilə də, enerji resurslarına olan ehtiyacların təmin edilməsi zaman keçdikcə, daha da çətinləşir. Avropa Birliyi Rusiya enerji resurslarına alternativ mənbələrin tapılmasında problemlər yaşayırlar. Və Rusiya ilə düşmənçilik faktoru da Avropa Birliyində müəyyən xofa yol açır.

Təbii ki, Avropada Ukraynanın hərbi məğlubiyyətinin "qoca qitə"yə vəd etdiyi perspektiv təhlükələri də anlayırlar. Bu savaşda qalib gələcəyi təqdirdə, Rusiyanın Avropa ölkələrindən intiqam alacağı qətiyyən şübhə doğurmur. Ona görə də, indi Avropa Birliyini yalnız Ukrayna savaşından xilas olmaq deyil, həm də hərbi xərcləri artırmaqla, "qoca qitə"nin müdafiə potensialının gücləndirilməsi də düşündürür. Və bu baxımdan, Avropa Birliyinin Ukrayna savaşına münasibətdə "geopolitik labirintə" düşdüyü də inkaredilməz reallıqdır.

Avropa Birliyinə daha bir real təhlükə məhz ABŞ-ın qeyri-müəyyən mövqeyindən gözlənilir. Belə ki, Ukrayna savaşı ABŞ-ın siyasi elitasında da ciddi qarşıdurmalara yol açmağa başlayıb. Artıq Bayden adminstrasiyası bu məsələdə özünü əvvəlki kimi rahat hiss etmir. Əksinə, son vaxtlar Ağ Evə qarşı siyasi rəqiblərin təzyiqləri maksimum həddə qədər güclənib. Və Bayden adminstrasiyası artıq bu təzyiqlərə tab gətirməkdə çətinlik çəkir. (Yeni Müsavat)

Məsələ ondadır ki, ABŞ-ın yaxın üç ay üçün müəyyən edilmiş dövlət büdcəsində Ukraynaya hər hansı yardım nəzərdə tutulmayıb. Yəni, yaxın üç ayda Ağ Ev Ukraynaya maliyyə dəstəyi verə bilməyəcək. Böyük ehtimalla növbəti prezident seçkiləri yaxınlaşdıqca, ABŞ Ukrayna savaşı ilə bağlı mövqeyini arxa plana keçirtmək məcburiyyətində qala bilər.

Təbii ki, Ukrayna savaşı ABŞ-da seçkiqabağı siyasi mübarizənin əsas mövzusuna çevrilib. Bayden adminstrasiyasını hakimiyyətdən kənarlaşdırmağı hədəfləyən Respublikaçılar Partiyası Ukraynaya hərbi və maliyyə dəstəyinin tamamilə kəsilməsini tələb edirlər. Onların fikrincə, bu savaş ABŞ-ın maraqlarına ziddir və Ukraynanı maliyyələşdirməyə borclu deyil.

Hətta növbəti seçkilərdə prezident Co Baydenin yenə də əsas rəqibi olacağı gözlənilən Ağ Evin keçmiş sahibi Donald Tramp Ukrayna savaşını ən qısa zamanda ABŞ-ı Ukrayna savaşından xilas edəcəyini iddia edib. Respublikaçılar hakimiyyətə gələcəkləri təqdirdə, Ukraynaya maliyyə dəstəyini dərhal dayandıracaqlarını bəyanlayırlar. Bir qrup respublikaçı konqresmen isə elə indidən Bayden adminstrasiyasına bu barədə rəsmi münasibət ünvanlayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ indiyə qədər Ukraynaya 146 milyard dollardan artıq dəstək verib. İndi ABŞ siyasi elitasında belə nəhəng məbləğin boşuna xərcləndiyini və bunun yolverilməz olduğunu düşünənlər durmadan artmaqdadır. Və bu, Ukrayna, hətta Avropa üçün böyük təhlükə vəd edə biləcək yanaşmadır.

Belə anlaşılır ki, ABŞ-da hakimiyyət dəyişərsə, Ukrayna Ağ Evin dəstəyindən məhrum qala bilər. Yəni, Ağ Evin Ukraynanı Rusiya ilə baş-başa buraxma ehtimalı kifayət qədər inandırıcı görünür. Bu, baş verərsə, Avropa Birliyi də Ukraynaya dəstək verməkdən imtina edə bilər. Bu halda, Ukraynanın bir dövlət kimi xəritədən silinməsi ilə bağlı təhlükə real görüntülər alacaq. Avropa Birliyi isə Rusiyanın qarşısında müdafiəsiz qalacaq.

“Rahatlaşmaq olmaz: Hər kəs ayıq-sayıq olmalıdır!” - ÇAĞIRIŞ

“Xalqımıza qarşı cinayət törədən erməni separatçılarının həbsi sevindiricidir və bu, hər bir azərbaycanlıda qürur hissi doğurur. Lakin rahatlaşmaq olmaz. Hər kəs ayıq-sayıq olmalı, milli maraqlarımızın keşiyində həssaslıqla dayanmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı birliyini qorumalı, bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə dvam etməlidir:

“Biz birliyimizi qorumalı, bundan sonra da dövlət başçısı ətrafında sıx birləşməliyik. Bu, məlum prosesləri uğurla sonlandırmaq, habelə, yeni zəfərlər əldə etməyimiz baxımından olduqca vacibdir. Unutmamalıyıq ki, bütün uğurlarımızın, qələbələrimizin kökündə birliyimiz dayanır. Ona görə də biz bu birliyi qorumalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməli, milli maraqlarımızı qətiyyətlə müdafiə etməliyik. Yalnız bu halda əldə etdiyimiz uğurların davamlılığını təmin edə bilərik”.

İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun baş direktoru ilə görüşüblər - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.

Görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulanıb, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edilib.

Dövlətimizin başçısı ICESCO-nun baş direktorunun 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını yüksək qiymətləndirib.

Salim bin Məhəmməd əl-Maliki ötən həftə Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.

Bu qərarın qəbul edilməsinə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti bunu qardaşlığın və tərəfdaşlığın mühüm nümunəsi kimi dəyərləndirib, bu hadisənin bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirib.

Dövlətimizin başçısı Şuşada böyük bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayaraq, burada digər obyektlərlə yanaşı, məscidlərin də artıq bərpa olunduğunu və bu prosesin davam etdirildiyini məmnunluqla diqqətə çatdırıb. Prezident İlham Əliyev bu cür genişmiqyaslı işlərin işğaldan azad edilmiş digər ərazilərimizdə də icra olunduğunu deyib.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olunub.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.

"Son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”.

Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 30 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.

Fransadan Azərbaycana qarşı daha bir absurd ittiham irəli sürülüb. Bu dəfə diqqət mərkəzinə düşmək istəyən şəxs isə ölkənin keçmiş prezidenti Fransua Olland olub.

O, “daha yüksək səslə” danışmağı və “sürətli hərəkət” etmək barədə fikirlər bildirib.“Humanitar risk, tamamilə ilhaq edilmiş bölgə və təhlükə altında olan ölkə var. Növbəti addım Azərbaycanın Ermənistan tərəfindən ələ keçirilməsi ola bilər: Ərdoğan və Putin Əliyevə kart-blanş veriblər. Etnik təmizləmə aparıldı”, - deyə ağ yalan söyləyib.

Maraqlıdır, BMT müşahidəçiləri niyə etnik təmizləmə faktını aşkar etməyiblər? Yaxud 1 milyondan çox azərbaycanlının öz yurd-yuvasından didərgin salındığı 90-cı illərin əsl etnik təmizləməsinə niyə susurdular?

Erməniləri kim qovub? Azərbaycan öz ərazisində erməni terrorçularının olmasına qarşıdır, əgər Qarabağ erməniləri özləri heç bir təzyiq olmadan Qarabağı tərk etmək qərarına gəliblərsə, onların qarşısını kəsmək quldurluq olardı.

Hətta "Əl-Cəzirə" müxbiri də reportajında bildirir ki, Qırmızı Xaç və beynəlxalq strukturların əməkdaşları erməni əhalisinə qarşı zorakılıq və onların Azərbaycan Silahlı Qüvvələri tərəfindən qovulması faktını təsdiqləmirlər. Maraqlıdır ki, bunu Fransanın AFP xəbər agentliyinə müsahibə verən şahidlər də təsdiqləyir.

Yeri gəlmişkən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçovun azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulmasından danışdığını əks etdirən görüntülər yayılıb. O deyir ki, azərbaycanlıların zorla qovulmasında respublika rəhbərliyi və hüquq-mühafizə orqanları iştirak edib. Özü də emosional şəkildə söyləyir:

“Mən sizin qarşısızda yalan danışmaqla məşğul olmayacağam ki! Axı məndə olan bütün sənədlər bunu sübut edir….”

Samir Mirzə (Miri)

"Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var".

"Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında söyləyib.

“Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik”- deyə dövlət başçısı bildirib.

"Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir".

"Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bildirib.

“Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla - 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu, həqiqətən də Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin süqut etməsi və oradakı Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz silahlı birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması nəticəsində həmin bölgədə dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsini tarixi hadisə kimi alqışlayır.

"Bu barədə icmanın yaydığı açıqlamada bildirilib.

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan bu tarixi nailiyyət münasibətilə bütün Azərbaycan xalqını təbrik edib.

Bildirilib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açıb.

"İnsan hüquqları, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanan Qərbi Azərbaycan İcması iki dövlət arasında sülhün bərqərar olunmasını sidq ürəklə dəstəkləməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı missiyasını əzmlə davam etdirəcəkdir", - Qərbi Azərbaycan İcmasında bildirilib.

İcma ümidvardır ki, Ermənistan cəmiyyəti və hökuməti bu tarixi şansı düzgün dəyərləndirərək, qarşıdurma və təcrid yolunu deyil, sülh, əməkdaşlıq və birgəyaşayış yolunu seçəcəkdir.

İcma bu müstəvidə Ermənistanın mədəni müxtəliflik, reinteqrasiya və birgəyaşayışı rədd edən siyasətinin davam etməsindən ciddi narahatlığını ifadə edir. Məlumdur ki, Ermənistanın hər vəchlə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşı çıxmasının arxasında onun Azərbaycana qarşı ərazi iddiası dayanırdı. Ermənistanın buna qarşı çıxmasının arxasında olan digər mühüm motiv Azərbaycanda uğurlu reinteqrasiya və birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması perspektivlərini gücləndirəcəyini hesab etməsidir. Məhz bu səbəbdən Ermənistan Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Səbəb aydındır - mono-etnik siyasətindən əl çəkməmiş Ermənistan, iki xalqın nümayəndələrinin nə Ermənistanda, nə də Azərbaycanda birgəyaşayışına yol vermək istəyir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu irqçi yanaşmasını sərt şəkildə qınayır.

İcma beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın sülhü seçməsi, mono-etnik cəmiyyət ideologiyasına son verməsi, iki xalq arasında birgəyaşayışı və barışığı dəstəkləməsi, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində, o cümlədən, ermənilərin son həftələr köçdüyü ərazilərdə basdırdığı minaların və digər partlayıcı qurğuların dəqiq xəritəsini təqdim etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır.

Xəbər lenti