Azərbaycan Prezidenti Zəngilan kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.

Bu barədə AZƏRTAC xəbər verir.

Prezident “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Bu barədə "Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Prezidentin çıxışı gündəm oldu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub.

Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncamda qeyd olunur ki, 2023-cü ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur.

Akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçmiş, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmişdir. Geniş erudisiyalı alim mənbəşünaslıq və orta əsrlər dövrü üzrə professional hazırlığa malik mütəxəssislərdən ibarət elmi məktəb formalaşdırıb. Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapıb. İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparıb, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilib.

Yaxın vaxtlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq.

“Artıq bununla bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara start verib.

Layihə çərçivəsində 12 ədəd çoxmənzilli yaşayış binası tikiləcək.

"Yalanın əvəzi həmişə acı olur. Köçəryan, Saakyan, Arutyunyan, Vardanyan və bütün bu cinayətkarlar 35 il yalan danışdılar. Televiziyaları ilə Azərbaycanı ələ saldı və gənclərə yalandan xəbərlər veriblər ki, guya biz Qarabağ erməniləri soyuqqanlıyıq, bizdən yaxşısı yoxdur".

Bunu Erməni bloger Roman Baqdasaryan deyib.

Onun sözlərinə görə, sözügedən şəxslər 35 ildir gənclərin psixikasını şikəst ediblər: "Bir çox oğlanı narkomana çevirdilər. Araik insanlara onları çərçivəyə salıb həbsxanaya atmağı öyrədirdi. Bütün bu mafiya 35 ildir ki, cinayətə cəlb olunanların sayını artırır və bu zaman Əliyev təhsilə milyonlar xərcləyir, hərbçiləri planetin ən yaxşı institutlarına oxumağa göndərirdi. Tələbələrini öyrətmək üçün milyonlar xərcləyib. Azərbaycan təhsilə, Qarabağ klanı isə şouya və yalan təbliğata pul yatırıb".

Prezident “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin xalqa müraciətləri zamanı etdiyi çıxışlar yenidən gündəmə gəlib.

Ötən gün qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın saxlanılaraq Bakıya gətirilməsi və barəsində ibtidai istintaq başladılması, bu gün qondarma rejimin özünü buraxdığını elan etməsi və rejimin keçmiş “xarici işlər naziri” David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olması fonunda Azərbaycan Prezidentinin sözləri yenidən viral olub.

Dövlət başçısının çıxışlarından ayrı-ayrı hissələr video şəklində hazırlanıb.

Videoda deyilir:

“Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir, bizim sözümüz imzamız qədər dəyərlidir”.

“Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham eləmişik və onları biz məsuliyyətə cəlb edirik və edəcəyik”.

“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Daha ətraflı videoda:

İlham Əliyev Cəbrayıla səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Xəbər lenti