Gərginlik fərqli xarakter alır: Qarşıdurma Ermənistana keçir - Ekspert danışır

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanla Azərbaycan arasında gərginliyin yenidən artdığını görürürük. Xüsusən də sərhəd istiqamətlərində Azərbaycana qarşı təxribatlarda artım var. Baş verənləri hansı kontekstdə şərh etmək olar?

- Həmişə olduğu kimi - danışıqlar prosesi intensivləşəndə bu cür mənzərənin şahidi oluruq. Belə durumlarda həmişə ermənilər tərəfindən xüsusən də sərhəddə süni gərginlik yaradılır. Əvvəllər cəbhə xəttində olurdu, indi də sərhəddə. Gərginlik həmişə danışıqlar prosesinə müəyyən əngəllər yaradır, prosesi ləngidir. Eyni zamanda, Ermənistan özünün süni şəkildə yaratdığı gərginliyə görə Azərbaycanı günahlandırır. Əsas diqqəti də bu gərginliyə yönəldir, nəinki real məsələlərə. Məsələn, bununla sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanmasından diqqəti yayındırmağa çalışır.

Niyə əngəlləmək istədiyi də aydındır, çünki bütün proses Ermənistanın xeyrinə deyil. Ermənistan bu proseslərdə məcburən iştirak edir. Sərhədlərin delimitasiyası anklavların Azərbaycana qaytarılması ilə nəticələnəcək ki, Ermənistan bunu istəmir. Sülh müqaviləsinin imzalanması Qarabağa olan iddialara nöqtə qoyacaq. Zəngəzur dəhlizinin açılması da Ermənistanı narahat edir. Çünki dəhlizə nəzarət Ermənistanda olmayacaq. Yeri gəlişkən, bu məsələ Rusiya və Ermənistan arasında fikir ayrılıqları var. Çünki Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə Rusiya nəzarət edəcək. Çünki Ermənistanın dəmir yolları şəbəkəsi Rusiyaya məxsusdur. Digər yandan, Ermənistan sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Yəni bütün bunlar onun xeyrinə olmadığına görə prosesi süni gərginliklə ləngitməyə və öz maraqlarını təmin etməyə çalışırlar.

- Cərəyan edən hadisələrin açıq qarşıdurmaya çevrilməsi ehtimalı nə qədərdir? Məsələn, Ermənistan ordusunun sərhədboyu ərazilərdə “bir nömrəli hazırlıq vəziyyəti”nə gətirilməsi və avropalı müşahidəçilərin bölgədən çıxarılması haqda məlumatlar dolaşır.

- Heç nə istisna deyil. Amma bu, Ermənistanın təxribatının miqyasından asılıdır. Əgər təxribatın miqyası genişlənsə, onda cavab da adekvat olacaq. İndi Ermənistan ara-sıra atəş açır, genişmiqyaslı əməliyyat keçirmir. Çünki qorxurlar ki, Azərbaycan da eyni cavabı verməklə öz mövqelərini daha da gücləndirə bilər. Ona görə də bunu etmirlər. Amma təəssüf ki, kiçikçaplı təxribatlar baş verir, bu da prosesi ləngidir.

- Son gəlişmələr fonunda fəallıq göstərənlərdən biri də Fransadır. Bu günlərdə Fransadan Ermənistana silah-sursatın göndərilməsi haqda xəbərlər gəlir, bu baxımdan müdafiə naziri Suren Papikyanın Parisə səfəri də diqqət çəkir. Fransanın bölgə ilə bağlı hansı hesabı var?

- Fransa hakimiyyətinin başında bəsit və bəsirətçi insanlar dayanıb. Bu adamlar regiondakı dinamikanı, öz ölkələrinin regiondakı nüfuzunu və rolunu dərk etmirlər. Ümumiyyətlə, onlar Fransanın müasir dünya və qlobal xarici siyasətdəki rolunu dərk edə bilmirlər. Məsələn, Afrika və Yaxın Şərqdəki məğlubiyyətlər ondan xəbər verir ki, Makron və ətrafındakı siyasi dairələr Fransanın xarici siyasətini normal şəkildə idarə edə bilmirlər, amma öz ambisiyalarını ortaya qoyurlar.

Fransa düşünür ki, Ermənistanın əliylə burada hansısa məqsədini həyata keçirə və nüfuzunu saxlaya, digər ölkələrə təsir göstərə, Rusiyanı sıxışdırıb yerinə keçə bilər. Bunu ancaq uzaqgörməyən bir adam və ya siyasi qrup edə bilər. Məqsəd də bəllidir: Ermənistanı rıçaq və alət kimi əldə saxlamaq, bununla regiona təsir göstərmək. Cənubi Qafqazda Türkiyə-Azərbaycan təsirini zəiflətmək, kommunikasiyaların açılması prosesinə təsir göstərmək, digər aktorları sıxışdırmaq istəyirlər. Onların ambisiyaları bunlardan ibarətdir.

Ermənistan burada yenə də alət kimi çıxış edir. Ermənistan müstəmləkəyə çevrilib. Müharibədən qabaq Rusiyanın müstəmləkəsi idi. İndi isə özünü Fransanın müstəmləkəsinə çevirmək istəyir. Əlbəttə, Fransa bundan yararlanmağa çalışır. Vaxtilə Fransanın Afrikada müstəmləkələri vardı, Cənubi Qafqazda isə Ermənistana bu donu biçir. Ermənistan aparıcı ölkə ola, hansısa siyasi mövqeləri diktə edə bilməz, çünki resursları azdır. Ermənistan sadəcə digər ölkələrdən nəyisə istəyir, umur. Ona görə də burada heç vaxt Ermənistanla bərabərhüquqlu münasibətlər alına bilməz. Qabaqlar Rusiyadan umurdu, indi Fransadan.

İstər Rusiya, istərsə də Fransa Ermənistanla bərabərhüquqlu tərəf kimi davranmır. Çünki uman tərəf həmişə zəif olur. Həmişə umulan tərəf öz mövqelərini diktə edir. Fransa da Ermənistana öz mövqelərini diktə edir və ondan bir təsir rıçağı kimi istifadə etməyə çalışır. Bir sözlə, bölgədə vəziyyət mürəkkəb olaraq qalır. Çünki Rusiya da Ermənistandakı maraqlarından geri çəkilməyib. Belə olanda maraqlar toqquşur və gərginlik yaranır.

- Bəs baş verənlərdə Zəngəzur dəhlizi məsələsinin payı nə qədərdir? Son günlərdə Azərbaycan, Türkiyə və Rusiyadan bununla bağlı aktiv mesajlar verilir. Ermənilər isə dəhlizin açılması prosesində həlledici mərhələdən danışırlar.

- Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi məsələsini kimlərlə müzakirə edir? Ermənistan və Rusiya ilə. Azərbaycan öz yerində, amma Rusiya da bu məsələnin reallaşmasında həlledici tərəflərdən biridir. Düşünürəm ki, bu, Rusiyanın da marağındadır. Dediyim kimi, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyanın əlindədir. Rusiyanın da bu projedə ciddi maraqları var. Yükdaşımaları da Rusiyanın “Cənubi Qafqaz” Dəmir Yolu İdarəsi həyata keçirəcək. Buna görə də onun hərəkət parkı artır, 2024-cü ilə qədər bir proqram var. Bura Ermənistana yeni qatarların gətirilməsi və sair daxildir. Türkiyə və Azərbaycan üzərindən yükdaşımalar bu idarə tərəfindən reallaşdırılacaq.

Rusiya yeni yollar lazımdır, çünki Qərblə bütün yollar bağlanıb. Zəngəzur dəhlizi də onlar üçün ən mühüm kommunikasiyalardan biridir. Çünki bu yolla Türkiyə və Yaxın Şərqə birbaşa çıxış yaranır. Rusiya çalışır ki, Zəngəzur dəhlizi tezliklə açılsın. Aleksey Overçuk və Rusiyanın nəqliyyat sahəsi üzrə digər rəsmilərinin regionlarla tez-tez səfərləri bundan xəbər verir.

- Bəs niyə bu səfərlər artır, amma real durum dəyişmir?

- Bu da ondan irəli gəlir, indi Rusiyanın Ermənistana təsir imkanları o qədər də deyil. Bəli, deyirlər ki, Rusiyanın Ermənistana böyük təsir imkanları var. Belə təsir imkanları olsaydı, Paşinyanı hakimiyyətdən uzaqlaşdırardılar, öz adamlarını gətirərdilər. Bunu edə bilmirlər. Yəni Rusiyanın imkanlarını da olduğundan çox qələmə vermək düzgün deyil. Rusiyanın imkanları dardır, müəyyən təsir və təzyiqlər edir, amma bunlar kifayət etmir. Ermənistan da Rusiya ilə alver aparır. Məsələn, Ermənistan istəyir ki, Zəngəzur dəhlizinə nəzarəti özündə saxlasın, bunda da ortaq məxrəcə gələ bilmirlər. Ona görə də məsələnin həlli uzanır, Zəngəzur dəhlizinin reallaşmasına maneə yaradır.

Əlbəttə, gec-tez bu layihə reallaşacaq. Bunu Azərbaycan və Türkiyə prezidentləri dəfələrlə deyiblər. Texniki məsələlər var. Məsələn, bunun üçün Ermənistana 220-250 milyon dollar lazımdır ki, öz hissəsini tiksin. Buna kim sponsorluq edəcək: Ermənistanın özümü, Rusiyamı, yoxsa başqa bir donor tapacaqlar? Bunu bilmək olmur. Texniki məsələlərdən biri budur, digəri də nəzarət məsələsi ilə bağlıdır. Yəqin ki, qarşıdakı aylarda bununla əlaqədar bir prinsipial mövqe görə bilərik, hər halda buna ümid var.

- Demək olar, indi əsas gündəm mövzusu kommunikasiyaların açılması ilə əlaqəlidir. Bu xətlərin sülh müqaviləsi imzalanmadan açılması sülhyaratma prosesinə necə təsir göstərəcək?

- Bunlar paralel məsələlərdir. Kommunikasiyaların açılması üçün təhlükəsizlik zəmanəti olmalıdır. Əslində, sülh müqaviləsi bu zəmanəti verir. Amma məsələ budur ki, indi Zəngəzur dəhlizi ilə bağlı (Ermənistan tərəfindən) heç bir iş aparılmır. Bu iş – infrastrukturun qurulması ən azı bir-iki il çəkəcək. Bu müddətdə sülh müqaviləsi də imzalana bilər. Ona görə də bunların paralel şəkildə aparılacağını düşünürəm. Sülh müqaviləsi imzalandıqdan sonra infrastruktur da hazır olacaq, Zəngəzur dəhlizi yeni geosiyasi və siyasi-hüquqi reallıqda fəaliyyət göstərəcək.

- Ermənistanın bir-birinə zidd qüvvələri Zəngəzurda yerləşdirdiyini görürürük. Bir tərəfdə Avropa Birliyi və Fransa, digər yanda İran, o biri tərəfdə isə Qafanda konsulluq açmağa hazırlaşan Rusiya var. Nə baş verir?

- Onların hər biri ilə siyasi alver aparırlar. Kim Ermənistana daha yaxşı şərtləri vəd edəcəksə, o tərəflə də daha sıx münasibətlər quracaq, mesaj bundan ibarətdir. Ona görə də bunların hamısı regiona gətirirlər. Məsələn, Avropanın müşahidə missiyası sərhədin mühafizəsi ilə bağlı daha effektli şəkildə məşğul olacaqsa, onda bu missiya ilə iş görəcəklər. Yaxud Zəngəzur dəhlizi ilə bağlı hansısa problem yaransa və bu durumda Ermənistanın mövqeyini daha yaxşı müdafiə edən tərəf İran olsa, onda bu məsələdə İranla daha sıx əməkdaşlıq olacaq. Digər oyunçulara da belə mesajlar veriləcək. Məsələn, Avropanın müşahidə missiyasının KTMT missiyası ilə əvəzlənməsi məsələsi var. Bu da bir alver məsələsidir. İrəvan KTMT-yə mesaj verir ki, siz bizim mövqeyimizi yaxşı müdafiə etmədiyiniz üçün Avropa missiyasını bura gətirdik, sizdən istədiyimizi alsaq, onda sizlə iş görəcəyik. Durum təxminən belədir.

Ermənistan bəlkə də bunu dərk etmir: əgər sən müxtəlif – bir-birinə zidd qüvvələri öz ərazinə gətirirsənsə, sənin özün heç nəyə çevrilirsən və proseslərə nəzarəti əldən çıxarırsan. Digər yandan, sən həmin qüvvələrin toqquşduğu meydana çevrilirsən, son nəticədə daxili siyasi stabillik pozulur. Əlbəttə, bunlar onların problemidir, nəticəsini də özləri çıxarmalıdır.

“Təmas xəttinin hər iki tərəfində Rusiya hərbi müşahidəçilərinin yerləşdirilməsi imkanları nəzərdən keçirilsə də, Azərbaycan belə qərarlardan yayınıb”.

Bunu baş nazir Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının iclasında deyib.

“Oktyabrın 9-da xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar Moskvada başlayıb və 10-na keçən gecə başa çatıb. Bundan sonra tərəflərin razılığa gəldiyi açıqlanan bəyanat qəbul edildi:

10 oktyabr saat 12:00-dan humanitar atəşkəs;
Atəşkəs parametrləri daha sonra dəqiqləşdiriləcək;
Tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə fundamental prinsiplərə əsaslanan nizamlanma, sülh yolu ilə nizamlanmaya tezliklə nail olmaq üçün substantiv danışıqlara başlayır;

Tərəflər danışıqlar formatının dəyişməzliyini müəyyənləşdirirlər.

Bu, bizim üçün məqbul idi və mən Müdafiə Nazirliyinə və Baş Qərargaha atəşkəs rejiminin saxlanması barədə göstəriş verdim. Lakin kiçik fasilələrdən sonra Azərbaycan hücumlarını artırdı, hücumlar artıq keçmiş “dqr” ərazisinə çevrildi, Stepanakertə (Xankəndi), Martakertə (Ağdərə) raket zərbələri endirdi, Hadruta hücum etdi. Təbii ki, qoşunlara bunu dayandırmaq üçün hər şeyi etmək əmri verildi. Amma eyni zamanda Moskva razılaşmalarına uyğun olaraq atəşkəsin yaradılması və saxlanması üçün diplomatik səylər göstərildi”.

Gələn həftə Ermənistan-Azərbaycan danışıqları planlaşdırılır.

Bunu AŞPA-nın yay sessiyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Deputat görüşlə bağlı açıqlama verəsə də, onun yeri və formatını açıqlamayıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında danışıqlar davam edir. Danışıqların növbəti raundu gələn həftə baş tutacaq. Ermənistandan olan həmkarımın ritorikasını görürsünüzmü? Onlar keçmişlə bağlı xəyal qururlar, gələcəyi düşünə bilmirlər”, - deyən Səməd Seyidov erməni deputatların qaldırdıqları məsələlərin reallığa uyğun olmadığını vurğulayıb.

O, Qarabağın blokadada olması faktını tamamilə inkar edir.

“Heç bir blokada yoxdur, qondarma soyqırımı tamamilə gündəmdən çıxıb, Laçın dəhlizinin bağlanması tamamilə yanlış fikirdir. Təəssüflər olsun ki, biz bu təxribatların Azərbaycan tərəfindən yox, Ermənistan tərəfindən törədildiyini görürük”, - Səmədov qeyd edib.

Seyidov sonda Ermənistan tərəfini “oturub gələcəklə bağlı Bakı ilə birbaşa dialoqa başlamağa” çağırıb.

İyulun 1-də Azərbaycanda pandemiya rejimi ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi bitir. Bir sıra sahələrdə yumşaldılma olsa da, əhalini ən çox narahat edən əsas məsələ quru sərhədlərinin bağlı olmasıdır.

Bəs iyulun birindən sonra hələ də karantin rejimi uzadıla bilərmi və ən əsası da sərhədlər açıla bilərmi?

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Əli Məsimli bildirib ki, COVID-19 pandemiyası səbəbli Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq ölkənin quru sərhədləri 2020-ci ilin martından bəri qapalıdır.

“Hava yolları vasitəsilə Azərbaycana gediş-gəliş olsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən COVID-19 pandemiyasına rəsmən son verilib. Azərbaycanda isə xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb. Azərbaycanda quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. Bu məsələnin əsas məqamı daha çox təhlükəsizlik amili ilə əsaslandırılır”, - deputat qeyd edib.

Onun sözlərinə görə, insanlar düşünür ki, pandemiya təhlükəsi ortadan qalxıbsa, artıq sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur və buna lüzum yoxdur: “Yəqin ki, hökumətin aidiyyəti qurumları bu yöndə araşdırma aparıb iyulun 1-nə kimi açıqlama vercəklər. Fikrimcə, sərhədləri ən azından, uzun fasilələr qoymamaqla mərhələli şəkildə bir-bir açmaq lazımdır. Çünki sərhədin bağlı qalmasına ciddi səbəb görünmür, amma iqtisadiyyatımız, turizm və əhali bundan ziyan çəkir”, - deputat qeyd edib.

Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri”, Rusiyadan Xankəndiyə göndərilmiş və hazırda da burada qalmağa davam edən Ruben Vardanyanı Avropa Birliyi və bütün Qərb üçün təhlükə adlandırıb.

Axar.az xəbər verir ki, məqalədə ABŞ-ın bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

“Bu siyahı təcili tamamlanmalı və Ruben Vardanyan da ora daxil edilməlidir”, - məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, Putinin “yaxın adamı” sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur:

“Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Qarabağdakı silahlıları (qanunsuz silahlı dəstələri – red.) bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin istehsalı “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir.

Onlardan təxribatlar - məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, - “Eureporter” qeyd edib.

"Ermənilər Azərbaycana xüsusilə xarici ölkədən qonaq gələn ərəfələrdə təxribat törədir" - Görünəni budur...

2020-ci il müharibədən sonra “ üç tərəfli” bəyannamə imzalandı. Bəyannaməyə görə, müəyyən danşşıqlardan sonra sülh müqaviləsi imzalanmalı idi. Aradan 3 ilin keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsini imzalamaq mümkün olmayıb. Bu müddət ərzində Ermənistan tərəfi dəfələrlə təxribata yol verib, atəşkəsi pozub. Dünən yenə də düşmənlərimiz təxribat törətdi. Bu dəfə isə Laçın sərhəd məntəqəsini atəşə tutdular. Bir əsgərimiz yaralandı. Görünən odur ki, yağı düşmən nəinki sülh müqaviləsi imzalamağı düşünmür, əksinə müharibə istəyir…
“Dünən Azərbaycan xalqı “Milli Qurtuluş” gününü qeyd edən zaman erməni təxribatçı- pozucu qüvvələri Laçın sərhəd keçid məntəqəsində hərbi xidməti keçən əsgərimiz Elşən Rüstəmovu yaralayıblar. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində onu yaralayan snayperlər zərərsizləşdiriliblər. İki nəfər snayper zərərsizləşdirilib. Eyni zamanda bu gün ayın 16-sında gecə saatlarında Ermənistan tərəfindən Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsindən Gədəbəyin Qalakənd yaşayış məntəqəsi atəşə tutulub. Bu gün Naxçıvan istiqamətinə Ermənistanın Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsindən təxribat törədilib, Sədərək rayonunun Heydərabad kəndi atəşə tutulub. Azərbaycan ordusu da cavab tədbirləri görür”

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. O, qeyd edib ki, burada ermənilər metallurgiya zavodu tikmək istəyirlər. Bu isə Azərbaycanın ekologiyasına zərər verəcək bir haldır. Politoloqun sözlərinə görə, Azərbaycanın müvafiq orqanları məsələ ilə bağlı ABŞ-a, BMT-yə müvafiq çağırışlar, müraciətlər ediblər.

Elşad Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra ermənilər daima təxribat törədiblər. Bu təxribatlar da əsasən daha çox Azərbaycana xarici qonaqlar gələn zaman olur.

“İsrail prezidenti Azərbaycana səfər edən zaman ermənilər sərhəddə təxribat törədərək, atəşkəsi pozdular. Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı da ermənilər sərhədlərimizdə təxribat törədərək, Azərbaycan tərəfi atəşə tutdular və dünən də Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri zamanı da yenidən ermənilər təxribat törətdilər və bizim hərbi qulluqçumuzu yaraladılar. Təbii ki, bunların heç biri cavabsız qalmır, biz bunların hamısının cavabını da layiqincə veririk”-deyən politoloqun fikrincə, baş verənlər onu təsdiqləyir ki, ermənilər Beynəlxalq tədbirlərdə - Brüsseldə, Vaşinqtonda Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiklərini bildirirlər, ancaq sonra isə gəlib sərhədlərdə təxribatlar törədirlər, atəşkəsi pozurlar. Bunların məqsədi xarici qüvvələrin, xüsusilə də İranın və Fransanın təsiri ilə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına əngəl yaratmaqdır.

Elşad Həsənov vurğulayır ki, hər bir müharibə münaqişə sülh ilə bitir və bunun ikinci alternativi yoxdur.

“Artıq biz müharibədəyik, qələbə qazanmışıq, zəfər çalmışıq və Erməniləri sülhə məcbur edirik. Xatırladım ki, Azərbaycanın irəli sürüldüyü 5 prinsip əsasındada bu sülh müqaviləsi bağlanacaq. Çünki bizim irəli sürdüyümüz prinsiplər BMT-nin nizamnaməsinə və beynəlxalq hüquqa uyğun prinsiplərdir. Bundan da Ermənistan kənara çıxa bilmir.

Ermənistanda olan təxribatçı qüvvələr, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istəməyən qüvvələr artıq başa düşəcəklər ki, onların başqa yolu yoxudr. Ermənistan Cənubi Qafqazda yenidən münaqişə törədərsə, bu dəfə Ermənistan bir dövlət kimi varlığını şübhə altına alacaq”-deyən politoloq hesab edir ki, Ermənistanın müəyyən siyasi qüvvələri bunu artıq dərk edir və ona görə də sülh müqaviləsi bağlamağa çalışırlar.

İlham Əliyev OPEC-in baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib.

Haysam Əl-Qays ilk növbədə Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi. Baş katib vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunuldu, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edildi.

Söhbət zamanı bu gün “fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edildi, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirildi. Dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğu qeyd olundu.

Görüşdə dünyada yaşıl enerji sahəsində əldə edilən irəlliləyişlərlə bərabər, ənənəvi yanacağın oynadığı vacib rol vurğulandı. Ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması baxımından yeni texnologiyaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığı bildirildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

10:00

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, iyunun 19-da saat 00:45-dən 02:20-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri guya sərhədin şərq Zod və cənub-qərb Arazdəyən istiqamətlərində yerləşən erməni mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Düşmən tərəfi bununla yetinməyib və separatçılar da paralel olaraq oxşar məlumat yayıb.

Erməni separatçıları da iddia edirlər ki, Azərbaycan Silahlı Qüvvələri ötən gün guya Xocavənd və Ağdərə istiqamətlərində onların mövqelərinə bir neçə dəfə atəş açıb.

Görünür, düşmən uydurma xəbərlərindən əl çəkmək niyyətində deyil.

Dəfələrlə Ermənistan tərəfinin yaydığı oxşar xəbərlərin yalan olduğu məlum olub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi də təkzib bəyanatı verib.

Ermənistanın təxribat hücumu nəticəsində Laçın postunun bağlanmasından sonra Qarabağdakı separatçı rejim yenidən “fəlakət ssenari”sinin tətbiqinə başlayıb.

Separatçılar “qənaət rejiminə” keçdiklərini elan ediblər.

Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan mağazalarda yeni rejimin tətbiq edildiyini bildirib. Belə ki, bir alıcı bir maldan çox sayda ala bilməyəcək.

“Bunu təşvişə səbəb olmaq üçün demirəm. Lakin balanslı yanaşmaq, istehlakda ehtiyatlı davranmalıyıq. Bundan sonra fərdi avtomobillərin yanacaqla təmin edilməsi prosesi dayandırılır, xidməti avtomobillərin yanacaqdan istifadəsi də ya dayandırılacaq, ya da minimuma endiriləcək”, - o deyib.

Bununla yanaşı, separatçılar “Azərbaycan yeni hərbi əməliyyata hazırlaşır” iddialarını da irəli sürürlər.

Hər iki iddia “fəlakət ssenarisi”nin yenidən tətbiqinə başlanmasından xəbər verir. Separatçıların bu ssenaridə iki hədəfi var:

- birincisi, Qarabağdakı erməni əhalisini qorxutmaq, Azərbaycana reinteqrasiyanın qarşısını almaq və onları nəzarətdə saxlamaqdır;

- ikincisi, beynəlxalq ictimaiyyətə Qarabağda “humanitar böhran” olduğunu göstərmək, bununla Laçın postunun ləğv edilməsi üçün Bakıya təzyiqə nail olmaqdır;

Artıq bu, məlum və klassik ssenaridir. Hələ Şuşa-Xankəndi yolunda aksiya başlayanda separatçılar eyni ssenarini tətbiq etməyə başladılar. Onlar ərzağı gizlədir, erməni əhalisinə talon tətbiq edir və bununla “humanitar fəlakət” səhnəcikləri düzəldirdilər. Lakin bu ssenarilər nəticə vermədi, çünki beynəlxalq ictimaiyyət də artıq “erməni yalanını” qəbul etmir, digər tərəfdən, Bakının mövqeyi qəbul olunur.

Rəsmi Bakı erməni əhalisinin bütün təhlükəsizliyini təmin edə biləcəyini elan edib, separatçılar da ya təslim olub amnistiya imkanından yararlana bilər, ya da zərərsizləşdiriləcək. Separatçıların hazırda tətbiq etdiyi “fəlakət ssenarisi”nin də beynəlxalq müstəvidə nəticə verməyəcəyi bəllidir. Bu vəziyyətdə Bakı erməni əhalisinə qarşı “fəlakət ssenarisi”nin qarşısını almaq üçün proseslərə müdaxilə edə bilər.//Publika.az

Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinə kadr təyinatı olub.

APA xəbər verir ki, rayon polis şöbəsinə yeni rəis müavin təyin edilib.

Azərbaycan Respublikası daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis mayoru Kənan Məmmədov Kəngərli Rayon Polis Şöbəsi rəisinin yeni müavini kimi işə başlayıb.

Xəbər lenti