“Zəngəzur dəhlizi Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə qaçmaqla yeriməkdən qat-qat çox məsafə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır”, - Ərdoğan qeyd edib.

Putinin Xankəndinin girişindəki bilbordunu kim sökəcək?.. - Ermənilər bu məsuliyyəti BİZƏ BURAXIR?..

Rəşadətli Silahlı Qüvvələrimizin xeyli şəhid və qazinin canı-qanı hesabına Azərbaycan Respublikasının 10 noyabr razılaşmasına görə, uzağı, 2025-ci ilədək Rusiyanın “sülhməramlı” adlanan kontingentinin nəzarətində qalmalı olan ərazisində keçirdiyi son antiterror əməliyyatı nəticəsində Yuxarı Qarabağdakı separatçı-terrorçu erməni birləşmələri, demək olar ki, diz çökdürüldükdən, qondarma rejim bayraqları bütün iri məntəqələrdə, o cümlədən Xankəndində sökdürüldükdən sonra bizim vətəndaş kimi yaşamaq istəməyən minlərlə hayk torpaqlarımızı tərk etməkdə davam edir.

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində işğalçı Rusiya lideri V.Putinin 2020-ci ilin noyabrında Xankəndinə daxil olmuş “sülhməramlı”lar tərəfindən quraşdırılmış Putinin bilbordunun (çöl reklam lövhəsi) fonunda bu Azərbaycan(!) şəhərindən çıxan və tıxac yaradan hayk avtomobillərinin görüntüsü paylaşılıb.

“Stepanakert və Laçın dəhlizinə gedən yol, Putinin II Qarabağ müharibəsindən sonra sülhməramlılar tərəfindən quraşdırılmış bilbordu. "Köməyə görə təşəkkürlər! “Bizi xilas etdiniz”, “Atəşi dayandırdınız”..” – deyə fotonu şərh edən ermənilər istehza ilə yazıb.

Yəqin ki, Xankəndindən çıxan və Rusiya diktatorunun o fotosunu görən haykların çoxunun ürəyindən həmin bilbordu atəşə tutmaq, sındırıb yerə atmaq keçir. Lakin şəhərdəki “sülhməramlı”ların qorxusundan bunu edə bilmirlər...

Zəruri və vacib sual:

Bəs biz- Azərbaycan necə? Bizim Putinin şəhərimizin girişindəki – suveren ərazimizdəki bilborduna münasibətimiz necə olmalıdır? Artıq keçmiş Dağlıq Qarabağın digər məntəqələri kimi Xankəndini nəzarətə götürdüyümüzü deyiriksə, “sülhməramlı” olsa da, yad, özü də Ukraynaya amansız, zülmkar təcavüzündən sonra bütün dünyada işğalçı imici daha qabarıq şəkildə zehinlərə hopmuş bir ölkə liderinin nəhəng reklam löhvəsinin şəhərimizin girişində qalmasına razı olacağıqmı?..
Nəzərə alaq ki, "sülhməramlı"lar indiki situasiyada, azı, 2025-ci ilin noyabrınadək, yəni iki ildən çox Yuxarı Qarabağda qalacaq?..

Putinin bilbordunun “sülhməramlı”ların özləri tərəfindən söküləcəyini gözləmək bəlkə də sadəlöhvlük olardı. Çünki onlara milyon versən də, Kremlin, Rusiya liderinin qorxusundan bunu etməzlər...

Bəs biz özümüz, hərbçilərimiz, yaxud Xankəndinin idarəçiliyi boynuna qoyulacaq məmurlarımız söksək? Onda da bu, son 3 ilə yaxın müddətdə 10 noyabr üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq müvəqqəti(!) nəzarət etdikləri ərazilərimizdəki separatçı-terrorçu hayk birləşmələrini tərksilah etmək əvəzinə, onları silah-sursatla təmin edən, onlara təlim keçən, elə indi də Ağdərəyə rəsmən “Mardakert”, Xocavəndə “Martuni” və s. dedikləri kimi həmin Xankəndinə də “Stepanakert” deyən, ancaq bu il sentyabrın 19-da başlatdığımız antiterror əməliyyatında “gözlənilmədən” yanımızda olan və dünən silahlandırdıqları terrorçuları bu gün bizimlə bərabər tərksilah edən “sülhməramlı”ların komandanlığının və onları buraya göndərən Putinin özünün xətrinə dəyməzmi?.. Heç Rusiyanın "5-ci kalon"u dabuna razı olmaz...

Bəs həmin bilbord sökülməsə, nə olar? Putinin – yad bir ölkə liderinin portretinin artıq nəzarətimizə keçmiş Xankəndi şəhərimizin girişində qalması yenicə bərpa etdiyimiz suverenliyimizi(!) kölgə altına almazmı?.. Özü də deyəsən, Putinin oxşar bilbordları bir neçə yerdə - Xankəndinin digər girişlərində də var...

Deyəsən, ən yaxşı yol rusları yaxşıca yedirdib-içirdin başa salıb birtəhər ali baş komandanlarının həmin bilbordunu özlərinə sökdürməkdi?

Ümid edirik ki, tezliklə bu problemin də bir həll yolunu taparıq...

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı, xəstə qazilərimizə cansağlığı diləyirik...

3+3 6 edəcəkmi? - İNCƏLƏMƏ...Yox, mən burada uzaq qohumdan yaxın qonşu yaxşıdır deməyəcəm, çünki bunu təkzib edən onlarla sübut var. Elə özümüzün də otuz illik müstəqillik təcrübəmiz az şey demir bu xüsusda. Məgər bu otuz ildə şimal qonşumuzun - Rusiyanın bölgədə yaratdığı problemləri həll etməklə məşğul deyilikmi?

Elə cənub qonşumuz da bizim səylərimizə rəğmən az problem yaratmayıb bizim üçün. İndi də Cənubdakı otuz-qırx milyonluq azəri türkünün hətta mədəni haqlarını tanımadıqları bir halda, hər seçkidə bu xüsusda vədlər verib sonradan onlara əməl etmədikləri halda guya keçmiş Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları sarıdan narahatlıq keçirirlər...

Amma başqa bir çıxış yolu da yoxdur. Hər bir regionun problemlərini əvvəl-axır həmin regionun ölkələri həll etməlidir, əks təqdirdə, qlobal vasitəçilərin dəstəyi ilə sülh və sabitlik təmin olunanda, bu stabil və sabit olmur, buna beynəlxalq hüquq dilində “məcburetmə” deyilir. Amma bir daha deyirik ki, sülh və əməkdaşlıq region dövlətlərinin özləri tərəfindən bir zərurət kimi anlaşılanda onlar daha möhkəm və davamlı olurlar.

Hazırda keçmiş Dağlıq Qarabağ problemi demək olar ki, tamam həll olunubdur. Amma əldə olunmuş üstünlüklərin digər dövlətlər tərəfindən də tanınması və dəstəklənməsi problemi var. Burada iki müstəvi mövcuddur: qlobal və regional. Biz qlobal vasitəçilərin “səylərini” otuz ildə gördük - bəli, otuz ildə onlar otuz qarış torpaq azad etmədilər. Bunu onların əvəzində Azərbaycan özü etdi. Amma Bakının bu qələbələrinin tanınması və dəstəklənməsi problemi var ki, bunu bir daha qeyd etmək zorundayıq. Düşünürük ki, bunun da zamana ehtiyacı var və müəyyən bir zaman intervalından sonra bu da olacaq. Hələliksə ABŞ, Fransa və digər Qərb dövlətləri, o cümlədən də Avropa İttifaqı Azərbaycanın öz ərazi bütünlüyünü təmin etməklə bağlı səylərinə ziddiyyətli mövqelər sərgiləməklə məşğuldurlar.

Bu yaxınlarda ABŞ Prezidenti Cozef Bayden iftixarla dedi ki, Ukraynaya dəstək üçün əlli dövlətdən ibarət koalisiya yaratmağa müvəffəq olmuşuq. Öz tərəfimizdən əlavə edək ki, yenə də ABŞ və Avropa ölkələri iki illik müharibə ərzində Kiyevə 60-70 milyard dollarlıq hərbi-texniki yardım göstəriblər. Bütün bunlar nədən ötrü edilir? Ondan ötrü ki, Ukraynanın ərazi bütünlüyü təmin edilsin! Bəli, belə anlaşılır ki, Ukraynaya, Moldovaya və hətta Gürcüstana dəstək vermək, Azərbaycana isə mane olmaq lazımdır! Düzdür, ABŞ Fransadan fərqli olaraq bu xüsusda bir az mülayim siyasət yürüdür, ikibaşlı olsa da, Azərbaycanın da ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Bugünlərdə ABŞ dövlət katibi Bakıya zəngində ziddiyyətli şəkildə olsa da, bir daha bunu ifadə etmişdi...

Amma bizə birmənalı dəstək lazımdır, biz siyasi və geosiyasi tapmacaları çözməklə məşğul olmağı sevmirik. Odur ki, nəzərlər yenə də region dövlətlərinə yönəlib. Əslində qardaş Türkiyənin daim bizim yanımızda olması yetərlidir. Amma Rusiya və İran bizim üçün problem yarada bilmək iqtidarındadır, ona görə də öz səylərimiz üçün, bir daha deyirik ki, onların da dəstəyini almaq yaxşı olardı. Bugünlərdə regional üçlüyün - Ankaranın, Tehranın və Moskvanın xarici işlər nazirlərinin görüşü keçirildi. Düşünürük ki, bu format altılığa doğru genişlənə bilər.

Hələ bir neçə il bundan əvvəl Rusiya politoloqu Aleksandr Duqin maraqlı bir detalı qeyd etmişdi: prosesdə Türkiyə Azərbaycanın, İran Ermənistanın tərəfdarı, Rusiya isə neytral bir tərəf kimi çıxış edə bilər!

Burada bəzi məqamlar ziddiyyətli görünə bilər, məsələn, Rusiyanı neytral, İranı isə Ermənistanın tərəfində olan ölkə kimi qəbul etmək elə də asan məsələ deyildir. Amma gəlin realist olaq: ən azı bu son üç ilin təcrübəsi bunu göstərmirmi?..

Hüseynbala Səlimov
 //musavat.com//

Azərbaycan Qarabağ bölgəsinə tam nəzarətə etməyə başladıqdan çoxşaxəli proseslərə başlayıb. 

Bunlardan biri erməni terrorçuları Qaregin Njde, Monte Melkonyan, Leonid Azqaldyan və digər bədxahlara həsr olunmuş abidələrin sökülməsi işləridir.

Əvvəlcə necə deyərlər, Monte Melkonyanın Xocavənddəki “kəlləsi gedib”.

Bu addımın fotosunu əks etdirən tədbirlər artıq erməni mənbələrində də geniş yayılmaqdadır.

Bundan əlavə, Azərbaycan bayrağı Ağdərənin mərkəzinə sancılıb və artıq müqəddəs üçrəngli atributumuz orada dalğalanmaqdadır.

 

 

Azərbaycan və Türkiyə liderləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Naxçıvanda keçirilən görüş Bakının Qarabağda keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar baxımdan çox mühüm əhəmiyyət kəsb edir.

Görüşün keçirilmə vaxtı, yeri və verilən mesajlar heç də təsadüfi xarakter daşımır.

İki liderin keçirdiyi görüşdən sonra verdikləri birgə bəyanatdan da aydın olur ki, görüşdə Bakı və Ankaranın bölgədə sülh, sabitlik, regional təhlükəsizlik, əməkdaşlıq istiqamətindəki proseslərin inkişaf dinamikasına uyğun olaraq atacaqları addımlar və bu addımların koordinasiya edilməsi əsas müzakirə predmeti olub.

Birincisi, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirinin ən yüksək səviyyədə keçirilməsinin beynəlxalq aləm tərəfindən müsbət qarışılanmasıdır. Ərdoğanın bəyan etdiyi kimi, Azərbaycanın antiterror tədbirləri türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya nümayişidir. Bununla Bakı bir daha sübut etdi ki, ermənilərin və onların havadarlarının dediyi kimi, Azərbaycanın hədəfi heç də ermənilərə qarşı deportasiya siyasətini həyata keçirmək yox, inteqrasiya məqsədi daşıyır. Çünki antiterror tədbiri ən qısa zamanda və mülki insanlara xələl gətirilmədən həyata keçirilib. Mülki insanlara ziyan vurulması ilə bağlı erməni tərəfinin əlində hər hansı bir fakt yoxdur. Növbəti məqam isə ondan ibarətdir ki, antiterror tədbirinin ardınca dərhal yerli erməni əhalisinə humanitar dəstək göstərilib və onlar zəruri ehtiyaclarla təmin olunublar. Bu proses davam etməkdədir. Antiterror tədbirlərindən sonra isə yerli erməni icmasına qarşı isə hər hansı zorakılıq faktları qeydə alınmayıb. Ermənilərdən fərqli olaraq bütün bunlar Azərbaycanın düşməninə necə mərhəmətli və ədalətli yanaşdığını sübut edir. Azərbaycanın yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbiri və humanist addımı beynəlxalq birlik tərəfindən də müsbət qarşılandığından Ərdoğan Azərbaycan liderinə öz minnətdarlığını çatdırıb.

İkincisi, Azərbaycanın suveren hüquqlarının təmin edilməsi istiqamətində Bakı və Ankaranın birgə səyi və bunun dünyaya nümayiş etdirilməsi mesajı idi. İkinci Qarabağ savaşında olduğu kimi, antiterror tədbirlərin uğurla başa çatdırılması və Azərbaycanın öz ərazisində suveren hüquqlarının təmin edilməsi, eyni zamanda bölgədə dayanıqlı sülhün, əməkdaşlığın, inkişafın əldə olunmasında Ankara müstəsna rola malik olub. Antiterror tədbriləri dövründə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində Azərbaycanı nəinki dəstəklədiklədini bəyan etdilər, həmçinin beynəlxalq aləmin də bu məsələni dəstəkləməsi istiqamətində xüsusi aktivlik nümayiş etdirdilər. İstər prezident Rəcəb Tayyib Ərdoğan, istərsə də xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi görüşlərdə Bakının Qarabağdakı antiterror tədbirlərinə əl atmasının zərurəti və Ermənistanla sülh danışıqları istiqamətindəki mövqeyinə aydınlıq gətirilib. Bakının beynəlxalq hüquqa uyğun olaraq ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən həssaslıqla qarşılanması, yanlış qəbul edilməməsi, görüş keçirdikləri tərəfin diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycanın hədəfi öz ərazisində suveren hüquqlarını təmin etməkdir. Belə demək mümkünsə, son hadisələrdə də Ankara və Bakı Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq koordinasiya olunmuş şəkildə hərkət edərək ciddi uğurlara imza atıblar. Bakı və Ankarının bu istiqamətdəki birgə səyləri müsbət sonluqla nəticələnib.

Üçüncüsü, artıq dünya Ankara və Bakının bölgədə dominant güc olduğunu gördü.

Dördüncüsü, Ankara bölgədədir və onsuz hər hansı məsələnin həlli qeyri-mümkündür.

Beşincisi, növbəti mərhələdə bölgədə sülhün, əmin-amanlığın, sıx inteqrasiya olunmuş əməkdaşlığa nail olmasında Bakı və Ankara birgə addım atır.

Altıncısı və ən mühüm məqamlardan biri Naxçıvanın da gələcəkdə logistik bir mərkəzə çevrilməsi planıdır. Bununla bağlı olaraq tərəflər nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirilməsi ilə bağlı iradələrini ortaya qoyub bir sıra sənədlərə imza atdılar.

Yeddincisi, Naxçıvanın təhlükəsizliyi ilə bağlı daha etibarlı şəkildə hərbi sahədə əməkdaşlıq.

Son olaraq bu görüş sülh və əməkdaşlıq, münasibətlərin normallaşması istiqamətində yeni fürsətlər açır ki, Ermənistan tərəfi də bu fürsətdən faydalanmalıdır. O baxımdan Türkiyə prezidenti Ərdoğanın verdiyi “son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir” mesajını İrəvan düzgün qiymətləndirib buna adekvat cavab verməlidir. Əgər erməni tərəfi buna adekvat reaksiya verərsə, uduzmayacaqlar. Qazanacaqlar.

Dünənki partlayışdan sonra zərərçəkənlərə yardım göstərmək üçün Ermənistandan hava yolu ilə Xankəndiyə həkim briqadasının göndərilməsi barədə məlumat təsdiqlənib.

Bu barədə Caliber.Az-ın mənbələri məlumat veriblər.

Qeyd olunub ki, bu addım Azərbaycanla razılaşdırılaraq həyata keçirilib. Bakı hesab edir ki, hazırda ilk növbədə insanlara təcili yardım göstərmək lazımdır.

Bu, Azərbaycanın humanist mövqe tutduğunun, 30 illik inciklik, qan və işğala görə dinc əhalidən “qisas almağa” çalışmadığının daha bir sübutudur.

Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların bir qismini aparan ilk helikopter artıq Qarakilsədə eniş edib. Yaralılar oradan İrəvanın tibb mərkəzlərinə aparılacaqlar.

Qarabağın erməniəsilli sakini Bayram Aragelov Azərbaycan polisinə təşəkkür edib.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, ərazidə xidmət aparan polislər erməniəsilli sakin B.Aragelovun avtomobili ilə yolun kənarında dayandığını görüblər. Şuşa polisi ona su və benzin veriblər.

Daha sonra erməniəsilli sakin hərəkətinə davam edib.

O, ərazidə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycan polisinə təşəkkür edib: “Çox sağ olun! Birinci Qarabağ müharibəsində də iştirak etməmişəm. Mən mexanikəm. Eh, bu işləri belə edənin, necə deyim… Sizə çox minnətdaram, çox”.

“Biz yerdəki humanitar ehtiyacların ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə, həmçinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib.

“Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün əlavə tibbi heyətlə gücləndirilib.

Xüsusilə də yanıq müalicəsi üçün dərmanlar və digər tibbi heyət göndərilib. Əlavə olaraq qida yardımı çatdırılıb. Bu, bu gün də, həmçinin qarşıdakı günlərdə də davam etdiriləcək.

Tibbi yardıma ehtiyacı olan şəxsləri yerindəcə kömək göstərmək üçün Ermənistandan Qarabağa həkim briqadası gətirən helikopterin girişi təmin edilib. 

Hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması məqsədilə BQXK-nın əraziyə müstəsna giriş imkanının təmin edilməsi üzərində iş aparılır”,  - deyə Hikmət Hacıyev qeyd edib.

Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndinə yola salınıb.

4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çagdıracaq.

Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.

Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xanləndinə yola salınıb.

 

 

 

 

Dünən Xankəndidə benzin çəninin partlamasından sonra Azərbaycan zərərçəkənlərə kömək etmək üçün dərhal əməli addımlar atıb.

Saatlı, Sabirabad və Ağdam xəstəxanaları yaralıların kütləvi qəbulu üçün operativ şəkildə hazır vəziyyətə gətirilib, Bakıdan təcili olaraq onların müalicəsi üçün briqadalar göndərilib.

“Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın mərkəzi orqanlarının köməyindən imtina etdilər. Buna baxmayaraq, Azərbaycan tərəfi dünən lazımi dərmanları sürətlə göndərib və bizdə olan məlumata görə, bu gün də bu iş davam etdiriləcək”, - “Caliber” mənbəsinə istinadən yazıb.

Xəbər lenti