image_20230927183150.jpg

Yol-xeber.az" xəbər verir ki,  Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Daxili İşlər Nazirliyi tərəfindən Anım Gününün üçüncü ildönümünə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər. 
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Mərasimdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində, o cümlədən 2023-cü ilin 19 – 20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 nəfərin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə əməkdaşın isə orden və medallarla təltif olunduğunu qeyd edib. 
Diqqətə çatdırılıb ki, ölkə başısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımız və polis əməkdaşları bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəmirlər. 
Tədbirin davamında çıxış edənlər istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən Müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini bildiriblər. 
Çıxışçılar bu gün işğaldan azad olunan ərazilərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla qeyd ediblər. 
Tədbirin sonunda Samir Qulamovun qəhrəmanlıq salnaməmizi özündə əks etdirən "Bir nəfəs qədər" pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş etdirilib. 

STVN7253

STVN7294

STVN7321
Prezident və birinci xanım Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Dövlət başçısı və birinci xanım parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoyublar.

Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü üçün canlarını fəda edən şəhidləri 27 Sentyabr - Anım Günü səbəbilə vətənlərinə tərəddüdsüz bir sədaqətlə xidmət edən bütün şəhid və qazilərə ən dərin ehtiramımızı və qəlbdən şükranlarımızı bildiririk”.

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

“Report”un xəbərinə görə, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

Ermənistanda dövlət çevrilişi ehtimalına qarşılıq ABŞ və Qərb ehtiyat variant hazırlayıb, baş nazir Nikol Paşinyanın hakimiyyəti Qərbə bağlı digər şəxsə ötürməsi təmin ediləcək... Onun özü isə ailə üzvləri ilə birlikdə Avropa ölkələrindən birinə aparılaraq, təhlükəsizliyinə təminat veriləcək, Qərb kəşfiyyatının Rusiyanı qabaqlamaq üçün yeni erməni lideri məhz həlledici məqamda siyasi səhnəyə çıxaracağı barədə də ciddi iddialar mövcuddur...

Ermənistanın gələcək taleyini müəyyən edən önəmli prosesə artıq start verilib. Ancaq bu proses birtərəfli deyil, çoxistiqamətli xarakter daşıyır. Paşinyan hakimiyyətinin son illərdə üstünlük verdiyi "xaos diplomatiyası" artıq öz nəticələrini verməyə başlayıb. Və indi Ermənistan bir neçə istiqamətdən çarpaz zərbə altına düşmüş kimi görünür.

Rəsmi İrəvanın son vaxtlar Rusiyaya açıq "siyasi hücum" kampaniyası Kremli əməlli başlı qıcıqlandırıb. Rusiya Xarici İşlər Nazirliyi Paşinyan hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. Və gətirdiyi arqumentlərlə əslində, dolayısı ilə Ermənistan cəmiyyətini bütün problemlərin həlli naminə ölkədə siyasi dəyişikliklərə çağırıb.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiya və Ermənistan arasındakı münasibətləri ciddi şəkildə korlayıb. Hətta iki ölkə arasında əlaqələrin qopma nöqtəsinə gəldiyi də açıq-aşkar müşahidə olunur. Çünki Paşinyan hakimiyyəti Ermənistanın bütün uğursuzluqlarında və məğlubiyyətlərində Rusiyanı günahlandırlr. Rusiyanı Ermənistanın müstəqilliyinə ciddi təhlükə törətməkdə suçlayır.

Son vaxtlar Kreml də baş nazir Nikol Paşinyanın bu ittihamlarını cavabsız buraxmır, müxtəlif variantlarda sərt reaksiya verməyə başlayıb. Eyni zamanda, Kremldə anlayırlar ki, Paşinyan hakimiyyəti devrilməsə, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması qaçılmaz olacaq. Ona görə də, Kreml Azərbaycanın hərbi-siyasi qələbələrindən Paşinyan hakimiyyətini devirmək üçün istifadə etməyə çalışır.

Azərbaycan ordusunun son lokal antiterror tədbirlərinin nəticələri də hazırda Ermənistanda daxili gərginliyi artırmaq, siyasi xaos yaratmaq üçün Kremlə əlavə imkanlar açıb. İndi Kreml Rusiyaya bağlı revanşist erməni müxalifətini Ermənistanda hakimiyyət çevrilişi üçün səfərbər etməyə çalışır. Kremldə əmindirlər ki, Ermənistana nəzarəti yenidən bərpa etmək üçün Paşinyan hakimiyyətinin devrilməsi yeganə çıxış yoludur.

Əgər, buna nail olunmazsa, onda Rusiyanın Ermənistanı işğal etməkdən başqa variantı qalmayacaq. Kremlin planları arasında Ermənistan dövlətçiliyinin ümumiyyətlə, ləğv edilməsi və onun ərazisinin Rusiyanın quberniyasına çevrilməsi də daxildir. Hər halda, Kremlə yaxın siyasi dairələrin son təhdid mesajlarından belə məlum olur ki, Paşinyan hakimiyyətinin devrilməsi baş tutmasa, Rusiya bu addımı atmaq məcburiyyətində qala bilər.

Hazırda baş verənlər isə onu göstərir ki, Rusiyaya bağlı siyasi qüvvələrin Ermənistandakı sosial dayaqları Paşinyan hakimiyyətini devirmək üçün yetərli deyil. Yəni, Paşinyan hakimiyyəti ölkədaxili kütləvi etiraz dalğasına qarşı duruş gətirə biləcəyini sezdirir. Eyni zamanda, ABŞ və Qərb də Paşinyan hakimiyyətini qorumaq üçün bütün imkanlardan istifadə edir.

Bəzi məlumatlara görə, ortaq hərbi təlimlər bəhanəsi ilə Ermənistana gətirilmiş ABŞ hərbçiləri də əslində, Paşinyan hakimiyyətini devirmək cəhdlərinə qarşı mövcud hökumətin müqavimət resurslarının artırılması istiqamətində fəaliyyət göstərirlər. Paşinyan hakimiyyətinin qorunması prosesində Avropa Birliyinin Ermənistandakı fransız və alman casuslarından ibarət mülki müşahidə missiyasının da iştirak etdiyi bildirilir. Yəni, ABŞ və Qərb Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün Ermənistanda faktiki olaraq, Rusiya ilə hibrid savaş aparır.

Belə situasiyada Rusiyaya bağlı revanşist-radikal erməni siyasi dairələrin Ermənistanda dövlət çevrilişi etməsi o qədər də asan olmayacaq. Böyük ehtimalla baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumağa və bir müddət sonra isə mövqelərini daha da möhkəmləndirməyə nail ola bilər. Və bu, Ermənistanda ölkədaxili siyasi mübarizənin daha təhlükəli istiqamətlər alma ehtimalını artırır.

Bu baxımdan, erməni revanşist-radikalların terror variantına əl ata biləcəkləri də qətiyyən istisna deyil. Çünki erməni siyasi-ideoloji düşüncəsi terrorizm üzərində qurulub. Ona görə də, baş nazir Nikol Paşinyana qarşı terror və ya sui-qəsd törədilərsə, bu, qətiyyən gözlənilməz olmayacaq. Hər halda, Ermənistanda baş nazir Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanmasında iştirak edən bir neçə radikal qruplaşma üzvünün həbs edildiyi də bildirilir.

Ümumiyyətlə, hazırda Ermənistan özünün ən qeyri-müəyyən dövrünə qədəm qoyub. Bu ölkədə baş verənlərin necə nəticələnəcəyi yaxın aylarda tədricən aydınlaşdırmağa başlayacaq. Hələlik isə Ermənistanda Rusiyanın Ukraynada olduğu kimi, ABŞ və Qərblə hibrid savaşa başladığı qətiyyən şübhə doğurmur. Və bu savaş Ermənistan üçün böyük təhlükə vəd edir.

Məsələ ondadır ki, bəzi məlumatlara görə, Ermənistan hazırda böyük dövlətlərin xüsusi xidmət servisləri üçün savaş məkanına çevrilib. Rusiya kəşfiyyatı öz nəzarətində olan siyasi qruplaşmaları hərəkətə gətirib. Bunun qarşılığında ABŞ, Fransa və bəzi Avropa Birliyi ölkələrinə aid kəşfiyyat qurumları da Ermənistanda fəaliyyətlərini genişləndiriblər. Əsas hədəf Paşinyan hakimiyyətini qorumaqdan ibarətdir.

Əgər, buna nail olunmazsa, ehtiyat variantın işə salınacağı barədə ehtimallar mövcuddur. Həmin varianta görə, baş nazir Nikol Paşinyanın hakimiyyəti Qərbə bağlı digər şəxsə ötürməsi təmin ediləcək. Onun özü isə ailə üzvləri ilə birlikdə Qərb ölkələrindən birinə aparılacaq və təhlükəsizliyinə təminat veriləcək. Və Qərb kəşfiyyatının baş nazir Nikol Paşinyanı əvəzləyəcək şəxs artıq indidən müəyyən etdiyi barədə də ciddi iddialar mövcuddur.

Belə anlaşılır ki, ABŞ və Qərb Ermənistanı Rusiyaya güzəştə getmək niyyətində deyil. Əksinə, bu ölkəni Rusiyanın təsir dairəsindən tamamilə qoparmaq üçün müəyyən ssenarilərin işə salınmasına hazırlaşır. ABŞ prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana məktub yazması və humanitar dəstək vəd etməsi də prosesin qəlizləşməkdə olduğunu göstərir. Və belə vəziyyətdə Rusiyanın necə davranacağı Ermənistanın gələcək taleyində həlledici rol oynaya bilər. (Yeni Müsavat)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi tviter, feysbuk, instaqram hesablarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.


Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

Paylaşımda "27 Sentyabr - Anım Günü" sözləri yazılıb.

 

 

 
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 3 il ötür

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.

Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.

Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Bundan başqa, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Eyni zamanda, bu ilin aprelin 23-də ərazi bütövlüyümüz tam bərpa edilib. Belə ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. Sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanla sülh, yoxsa vətəndaş MÜHARİBƏSİ? - Paşinyan SEÇİM QARŞISINDA

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatından sonra Ermənistanda sözü həqiqi mənasında vəziyyət həddən artıq kəskinləşib. Ermənistan müxalifəti baş nazir Paşinyanı bu xəyanətdə ittiham edərək, onun istefasını tələb edir. Lakin hələlik Paşinyan öz mövqelərini qoruyub saxlamaqdadır.

Buna baxmayaraq, Ermənistanda cevriliş cəhdlərinin olması ehtimalı hər zaman olduğu kimi yenə də qalmaqdadır.

Hazırda yaranmış vəziyyət Ermənistanda çevriliş ssenarisinin yenidən gündəmə gələ biləcəyini istisna etmir. Düşmən ölkədə çevriliş ssenarisi hər gün daha da real görünür.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistanda çevriliş ssenarisi yalnız Paşinyan hakimiyyəti daxilində satqınlıq olacağı təqdirdə mümkündür:

“Ermənistanda ümumiyyətlə vəziyyət qeyri-stabildir. Paşinyan iqtidara gələndən bəri müxalifət hakimiyyəti ələ keçirməkdən dəm vurur. Bu müstəvidə də onlar bir neçə dəfə müddətsiz etiraz aksiyaları da keçiriblər. Erməni müxalifəti ilk öncə 44 günlük müharibədəki məğlubiyyətlərindən sonra çalışdı ki, Paşinyanı devirsinlər. Paşinyan parlament seçkilərində qələbə çaldı. Paşinyan başa düşür ki, Ermənistan qisas siyasətilə heç hara gedə bilməyəcək.

Ermənistanın çıxış yolu qonşularla münasibətləri normallaşdırmaq və barışıqdan keçir. Bunu etməsələr Ermənistan xilas tapa bilməyəcək və onun müqəddəratı daha dumanlı olacaq. Vaxtilə, 1997-ci ildə Levon Ter-Petrosyan həmin layihəni həyata keçirmək istədi, amma onu çevrilişlə devirdilər. İndi Ermənistanda ölüm-dirim mübarizəsi gedir.

Radikal müxalifət Paşinyanı Qarabağın arxasında durmamaqda ittiham edir. Odur ki, bu ölkədə vəziyyət kəskinləşib.

Bu müstəvidə Paşinyan güman ki, çevrilişdən yan keçərək, öz hakimiyyətini saxlamağa nail olacaq. Paşinyan hakimiyyəti daxilində satqınlıq olmasa, müxalifətin çevriliş cəhdi də alınan deyil. Onun sonu olaraq da, Paşinyan həm Türkiyə, həm də Azərbaycanla barışıq yoluna çıxacaq”.

"Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda Xocalı qətliamının əvəzini ödəyir və ödəyəcək: "Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyondan artıq azərbaycanlı sözün əsl mənasında qovulub. Hara? Azərbaycana. İndi on ildən sonra Azərbaycan bu qətliamın cavabını tələb edir”.

Ərdoğan bildirib ki, ABŞ, Rusiya, Fransa və “Minsk qrupunun həmsədrləri” adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı: “Nəhayət, Azərbaycan öz göbəyini kəsdi, işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri”.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub: “İllər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmaq üçün daxil olmayıb. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Yəni Azərbaycan qələbələrin müjdəsi ilə öz torpağına daxil olub. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”.

Xəbər lenti