Bu gün Brüsseldə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutacaq.

Görüşdə İlham Əliyevlə Nikol Paşinyanın oktyabrın 5-də Qranada şəhərində baş tutacaq görüşünə hazırlıq məsələləri müzakirə olunacaq.

Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündə yekun sülh sazişinin böyük ölçüdə razılaşdırıla biləcəyi ehtimal olunur... Vaxt uzandıqca, Ermənistanın daha ağır zərbələr alması, rəsmi İrəvanı bundan sonra üzləşə biləcəyi itkilərdən yayınmaq üçün mümkün qədər tələsmək məcburiyyətində buraxır...

Cənubi Qafqazda yekun situasuya tədricən öz yerini almağa başlayıb. Bu regionda “erməni faktoru” öz əhəmiyyətini itirməkdədir. “Qarabağ problemi” də artıq demək olar ki, mövcud deyil. Yəni, Cənubi Qafqaz üzərində müxtəlif məkrli planlar, çoxgedişli ssenarilər qurmağa çalışan beynəlxalq güclər “işlək təsir mexaizmləri”ndən məhrum edilib. Və yeni geopolitik situasiya indi onların regional maraqlarına qarşı çevrilib.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazı yenidən qarışdırmağa can atan beynəlxalq siyasi dairələrin son manevrləri artıq boşa çıxmış kimi görünür. Belə ki, bu regionda onların geopolitrik manevrlərinin qarşısında Azərbaycanın hərbi-siyasi gücü dayanır. Yəqin ki, bundan sonra Azərbaycanın geopolitik iradəsi ilə hesablaşmağın vacibliyini qəbul etməli olacaqlar. Və bu, Cənubi Qafqaz üçün yeni inkişaf perspektivlərinin önünü aça biləcək önəmli faktordur.

 

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)Məsələ ondadır ki, Fransa başda olmaqla, Avropa Birliyi son vaxtlara qədər Ermənistanı sülh prosesindən çıxartmağa yönəlik addımlar atmağa çalışırdı. Hətta demək olar ki, buna müəyyən mənada, nail ola bilmişdilər. Hər halda, Ermənistanda Avropa Birliyinin fransız və alman casuslarından ibarət mülki müşahidə missiyasının fəaliyyətə başlamasından sonra rəsmi İrəvan daha aqressiv və radikal davranmağa başlamışdı. Və Paşinyan hakimiyyəti tədricən sülh prosesindən uzaqlaşma kursuna meyllənmişdi.

Rəsmi İrəvan əvvəlcə Azərbaycanı Qarabağda yaşayan erməni azlığına qarşı blokada siyasəti yürütməkdə ittiham edirdi. Buna paralel olaraq da Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə beynəlxalq təminatlar verilməyəcəyi təqdirdə, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasının mümkün olmayacağını bəyanlayırdı. Yəni, beynəlxalq himayədarlarının sifarişini icra edən Ermənistan onların təhlükəsizlik vədlərinə ümid bəsləyərək, regionda yeni savaşa çağırışlar edirdi.

Ardınca rəsmi İrəvan Azərbaycanla sərhəd bölgəsinə hərbi qüvvə toplayaraq, silahlı təxribatlar törətməyə başladı. Əvəzində isə, Azərbaycanın “dəmir yumruğu”na tuş gəldi. Paşinyan hakimiyyəti dərhal anladı ki, Azərbaycanla hərbi toqquşmalar Ermənsitanı fəlakətə apara bilər. Ona görə də, bu dəfə rəsmi Bakının əleyhinə beynəlxalq propoqanda terroruna üstünlük verməyə başladı.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Fransa ilə ortaq şəkildə planlaşdırdığı “humanitar yük” təxribatı Azərbaycana qarşı beynəlxalq təzyiqlərə səbəb yaradılmasına hesablanmışdı. Ancaq rəsmi Bakının çevik davranaraq, “Laçın” postuna alternativ olaraq, Ağdam-Xankəndi yolunun açılmasını gündəmə gətirməsi Erməni-fransız cütlüyünün “blokada” iddialarını da puça çıxartdı. Və Azərbaycan beynəlxalq məkanda da siyasi-diplomatik üstünlüyü ələ keçirtmək şansı qazandı.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)Nəhayət, Fransa və Ermənistan BMT-nin Təhlükəsizlik Şurasında Qarabağın erməni azlığının hüquqları ilə bağlı manipilyasiyalara cəhd göstərdilər. Ancaq rəsmi Bakı yenı çevik davrandı və BMT-nin Təhlükəsizlik Şurasında “Qarabağ müzakirələri”ndən öncə bu problemi likal antiterror tədbirləri ilə birdəfəlik həll etdi. Nəticədə, BMT-nin Təhlükəsizlik Şurasında mövcud olmayan “Qarabağ problemi” müzakirə edildi və Azərbaycanın siyasi-diplomatik qələbəsi ilə yekunlaşdı.

Göründüyü kimi, rəsmi Bakı son bir neçə ay ərzində Azərbaycanın düşmənlərini ardıcıl məğlubiyyətlərə uğratmağı bacarıb. Xüsusilə də rəsmi Bakının Xankəndi və ətraf bölgə üzərində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini bərpa etməsindən sonra bir çox önəmli məsələlər öz həll edilmiş sayılır. Yəni, artıq “Qarabağ problemi” mövcud deyil.

Bu isə o deməkdir ki, indiyə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında olan əsas əngəl aradan qaldırılıb. Bundan sonra “Qarabağ mövzusu”nun sülh danışıqlarında gündəmə gətirilməsi mümkün deyil. Hətta Rusiya belə, Qarabağın gələcək taleyinin həll olunduğunu və yaxın vaxtlarda sülh sazişinin imzalanma ehtimalını qəbul edir. Ermənistanın beynəlxalq himayədarları, xüsusilə də, Fransa və Avropa Birliyi isə oyundankənar vəziyyətə düşüblər. Və heç bir prosesə müdaxilə edə, rəsmi İrəvana dəstək verə bilmirlər.

6608d4d34a50c5b1b69f0791aee06568.jpg (108 KB)

Ona görə də indi Paşinyan hakimiyyəti qorxu içərindədir və yenidən sülh danışıqlarına geri dönmək məcburiyyətində qalıb. Rəsmi Bakı Qarabağda keçirilən lokal antiterror tədbirləri ilə Ermənistanı buna məcbur edə bildi. İndi rəsmi İrəvan davamlı olaraq, sülh sazişindən danışmağa başlayıb. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan rəsmi İrəvanın sülh sazişinin imzalanma perspektivini böyük şans hesab etdiyini vurğulayıb. Və rəsmi İrəvanın buna tam hazır olduğunu bildirib.

Təbii ki, “Qarabağ mövzusu”nun gündəmdən birdəfəlik çıxarılmasından sonra Paşinyan hakimiyyəti üçün də sülh sazişi qarşısında dayanan əsas əngəl aradan qaldırılmış kimi görünür. Ona görə də, indi Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündə sülh sazişinin böyük ölçüdə razılaşdırıla biləcəyi ehtimal olunur. Hətta bəzi mənbələr həmin sənədin 70 faiz hazır olduğunu da bildirirlər.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Ermənistanı qorumaq üçün yekun sülh sazişini imzalamalı olacaq. Bəzi ehtimallara görə, bu sənəd ən uzağı 2023-cü ilin sonuna qədər reallığa çevrilə bilər. Çünki vaxtın uzadılmasının yalnız Ermənistana zərbə vurduğu birmənalı şəkildə təsdiqlənib. Və rəsmi İrəvan bundan sonra üzləşə biləcəyi itkilərdən yayınmaq üçün mümkün qədər tələsməli olacaq.(musavat.com)

Xocalı görüşündə erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı vacib razılaşmalar əldə olunub:

- Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan ermənilərlə birlikdə işçi qrupu yaradılacaq;
- Xankəndi yaxınlığında, yaxud Xocalıda səhra hospitalı qurulacaq: səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilməsi planlaşdırılır;

- Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsi həyata keçiriləcək;
- Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsi planlaşdırılır;
- Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklif edilib: vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması gündəmdədir;

Bütün bunlar Xankəndində qalacaq ermənilərin inteqrasiyası və Ermənistanla bağlarının qalmaması baxımından əhəmiyyətlidir. Çünki ermənilər Ermənistana əsasən tibbi xidmət üçün gedirlər, bundan sonra tibbi xidməti Azərbaycan həyata keçirəcək. Bu, həm də erməni xəstələri Ermənistana daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki nümayəndələyinin İrəvandakı ofisə deyil, yalnız Bakıdakı ofisə bağlı olmasını təmin edəcək amildir. Bir müddət sonra bu nümayəndəliyə ümumiyyətlə ehtiyac qalmayacaq.

Digər tərəfdən, Xankəndinin bütün kommunal xidmətləri Azərbaycanın kommunnal xidmətlərinə bağlanacaq. Artıq elektrik enerjisi həll edilib, növbədə təbii qaz, su, internet, telefon və digər xidmətlərdir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən yaradılan İşçi Qrupu Xankəndiyə gedəcək. Beləliklə, Xankəndidə mərkəzi hakimiyyət addım-addım bərpa olunur.

Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

“Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilib.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

“Rusiya Qarabağ münaqiəşəsinin həllində qalib gəldi. Çünki, o, Cənubi Qafqazda indiki vəziyyətdə ölkəmizə açıq-aşkar dostluq göstərməyən Avropa İttifaqının, ABŞ-nin və digər müxtəlif xarici oyunçuların yaratdığı son dərəcə təhlükəli problem düyününü açdı”.

Bunu rusiyalı jurnalist, politoloq Maksim Şevçenko deyib.

Qarabağın Azərbaycan ərazisi olduğunu xüsusi vurğulayan Şevçenko bildirib ki, problemin öz həllini tapması ilə Ermənistan heç də uduzmayıb:

“Qərb tərəfindən bu manipulyasiya ehtimalının aradan qaldırılması əla nəticədir. Erməni məsələsindən pul qazanan, özlərinə siyasi ad yaradan və regionda geosiyasi manipulyasiyalar aparmağa çalışan lobbi məğlub oldu. Ermənistan isə işğaldan əl çəkməklə qalib gəldi”.

Ətraflı Baku TV-nin süjetində:

Prezident İlham Əliyev: İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək - Canı YayımNaxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Bakı Qarabağa nəzarəti bərpa etdi: yeni təhdid var - NƏ ETMƏLİ?

Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinə Qərbin (ABŞ-Fransa-AB) cavabı çox yaxın gələcəkdə özünü göstərəcək. Onlar Gürcüstanda sabitliyi pozmaq və orada “rəngli inqilab” təşkil edib İrakli Qaribaşvili hökumətinin zorla aradan götürülməsinə cəhd edəcəklər.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Bu, Azərbaycan, Türkiyə və Rusiyanın eyni zamanda geosiyasi və iqtisadi maraqlarına zərbə olmalıdır, baxmayaraq ki, sadalanan ölkələrin hər biri fərqli şəkildə zərər çəkəcək.

Bu baxımdan, yeni təhdidləri qiymətləndirmək və Qərb alyansının planlarına qarşı çıxmaq məqsədilə Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya Təhlükəsizlik Şurası rəhbərlərinin/kəşfiyyat xidmətlərinin katiblərinin qeyri-rəsmi qapalı görüşünün keçirilməsinə təcili ehtiyac var. Belə sammitin keçirilməsi üçün optimal yer Bakıdır”, - o bildirib.

Bundan sonra Qarabağın yükünü POLİSİMİZ ÇƏKƏCƏK... - HƏM DƏ ŞƏRƏFLƏ...Azərbaycan tərəfi suverenliyini bərpa etmək üçün ya hərbi əməliyyatlara start verməli, ya da ermənilərin nazını çəkməli idi. Bunun üzərinə böyük güclərin ərazidəki maraqlarını da nəzərə alsaq, vəziyyətin necə qəliz olduğunu görərik.

Rəsmi Bakı antiterror tədbirləri keçirmək üçün dialoqun tükənməsini, zəminin yetişməsini və vaxtı gözləyirdi. Hətta prosesin startından bir gün əvvəl rəsmi Bakı son xəbərdarlığını və təklifini etdi. Ancaq separatçı rejim geri addım atmadı. Bundan əlavə ABŞ ilə Ermənistan arasında hərbi təlim də, İranın neytral qalmasına səbəb oldu. Beləcə, antiterror üçün hər şey hazır oldu və sentiyabr ayının 19-u saat 13:00-da “vur” komandası verildi.

Qarabağda bütün istiqamətlər üzrə eyni vaxtda tədbirlər başladı. Azərbaycan ordusu bütün vasitələrdən istifadə edərək separatçıların yerləşdiyi bütün hərbi mövqelərə ara vermədən zərbələr endirdi. Azərbaycan tərəfinin hədəfi separatçıların siyasi və hərbi yöndən təslim olması idi. 24 saat tamam olmadan separatçıların həm hərbi, həm də siyasi qanadı ağ bayraq qaldırmağa məcbur edildi.

Azərbaycan ordusu təkcə artileriya zərbələri ilə yox, piyadaların da hərəkəti ilə qarşı tərəfi təslim etdi. Laçın sərhəd-keçid məntəqəsinin açılması onsuzda separatçı rejimin manevr imkanlarını aşağı salmışdı. Bundan əlavə onların hərbi yardım almasının qarşısını almışdı. Azərbaycan ordusu antiterror tədbirlərinə başlayarkən separatçıların Qarabağ daxilində fəaliyyətini məhdudlaşdırmaq üçün əsas yollara nəzarəti ələ keçirməyi hədəflədi. Nəticədə üç istiqamətdən irəliləmə baş tutdu. Beləcə Ağdərə ilə Əskəranın, Əskəranla Xocavəndin, Xankəndi ilə digər istiqamətlərin əlaqəsi kəsildi. Beləcə separatçılar daxildə əlaqəsiz və rabitəsiz qaldı. Artileriya və raketlər separatçıların düşünməyə və hərəkət etməyə vaxt vermirdi.

Qarşı tərəf hiss olunurdu ki, 44 günlük müharibədən dərs çıxarıb və ciddi hazırlıq görmüşdü. Onlar onsuzda çətin olan relyefi daha da çətinləşdirib, mühəndis istehkam işləri görüb, sıx meşələrdə pusqular hazırlamışdı. Günlərlə yağıntının olması isə onsuzda çətin olan vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Azərbaycan ordusu bu çətin vəziyyətdə son dərəcə çətin tapşırığı yerinə yetirirdi. Tapşırığın çətinliyi isə mülki əhali və obyektlərə zərər verilməməsi idi. Separatçılar bir yandan raket artileriya bölmələrini kəndlərin ortasında yerləşdirmişdi, digər yandan isə kənarda olan mövqelərinin yanında mülki maşınlar saxlamışdı. Beləcə onlar çalışırdı ki, dünyaya “Azərbaycan soyqırım törədir” deyə bilsinlər. Məsələ ondadır ki, tədbirlər zamanı nəinki bir mülki şəxs, heç mülki obyekt belə zərər görmədi. Erməni mənbələrində bununla bağlı bir dənə nə foto, nə də video görüntü oldu. Beləcə Azərbaycan daha bir çətin prosesin öhtəsindən gəldi.

Kənardan elə görünə bilər ki, heç separatçılar da Azərbaycanın mülki obyektlərinə zərbələr endirməyib. Bu belə deyil. Ən azı Şuşanın atəşə tutulduğunu və bir mülkinin şəhid olduğunu bilirik. Bundan əlavə isə separatçıların bir neçə raketi Azərbaycanın əvvəlcədən gördüyü tədbirlər nəticəsində havadaca məhv edildi. Rəsmi Bakı antiterror tədbirləri ilə yanaşı təhlükəsizliklə bağlı da bütün tədbirlərini görmüşdü.

Bildiyimiz kimi qələbə üçün təkcə hərbi yox, həm də siyasi yöndən qalib gəlmək şərtdir. Sahədə qalib olub, ancaq siyasi baxımdan məğlub olmaq qələbə sayılmır. Azərbaycan tərəfi həm sahədə qələbəni təmin etdi, həm də siyasi baxımdan istəyinə çatdı. Misal üçün BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla bağlı nəinki hansısa bir qətnamə, heç qınaq da gəlmədi.

Əgər Azərbaycan tərəfi mülki əhaliyə və obyektlərə zərbə endirmiş olsa idi, hesab edirəm ki, bunun ağır nəticələri ola bilərdi.

Cəmiyyətdə Xankəndində, Ağdərədə niyə Azərbaycan bayrağı sancılmır deyilir. Məsələ ondadır ki, Azərbaycan bunu etmək üçün şəhərlərə girməli idi. Şəhərlərə girmək isə mülkiləri də hədəf edə bilərdi. İstər separatçıların, istər Ermənistanın, istərsə də Rusiya, İran və Fransanın gözlədikləri baş tutmadı. Bu qədər maneələrə baxmayaraq Azərbaycan tərəfinin istəklərinin baş tutduğunu deyə bilərik.

Rəsmi Bakı artıq separatçı rejimin təslimçiliyə necə əməl edəcəyini gözləyir. Azərbaycan ordusu çıxdığı mövqelərdən geri çəkilməyib. Yəni, əgər separatçılar yenə və yeni oyun oynamağa cəhd etsələr, təslimçilikdən vaz keçsələr, orduya yenidən “vur” əmri verilə bilər.

Separatçılar arasında nə müqavimət göstərmək istəyən qalıb, nə də silah təhvil verməyən. O gün "the end" yazanda niyə yazdığımı bilirdim. Məsələnin hərbi yönü artıq tarix oldu. Bundan sonra Qarabağda iş ordunun yox, polisin, Daxili Qoşunların üzərinə düşəcək.

Səxavət Məmməd

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.

Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.

2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.

Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Naxçıvan hava limanında qarşılayıb.

Bu gün Naxçıvan şəhərində 2 ölkə liderlərinin görüşü olacaq.

Xəbər lenti