![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.
Edqars Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.
Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.
Azərbaycan hər zaman obyektiv mövqedən çıxış edib, heç vaxt Qərbin digər region ölkələrinə, xüsusən də şimal dövlətinə qarşı həyata keçirdiyi əsassız sanksiya kampaniyasına qoşulmayıb. Düşündürücü məqamlar var, əziz tamaşaçılar. Ermənistan bütün siyasətini Rusiyanın nəinki maraqlarını, nüfuzunu belə tapdalamaq üzərində qurduğu halda Moskvadan haylar əleyhinə yalnız yumşaq bəyanatlar verilir. Görəsən niyə?
Ölkə.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan "Həftə" verilişində telekanalın rəhbəri və aparıcısı Rövşən Məmmədov söyləyib.
"Azərbaycansa regional maraqları qoruduğu, Qərbin region ölkələrinə, o cümlədən ilk növbədə Rusiyaya hesablanmış oyunlarına alət olmadığı, region ölkələri ilə, həm də Rusiya ilə münasibətləri üstün tutduğu halda, ölkəmiz elə şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa ruporu olan "Komsomolskaya Pravda"nın dili ilə Azərbaycanla bağlı uydurma məlumatlar dövriyyəyə buraxılıb. Elə son günlər bu əks-təbliğat da daha çox Bakı-Qroznı təyyarəsinin vurulması ətrafında gedir. Pilotların danışıqlarını yayaraq izi azdırmağa, diqqəti əsas məsələdən yayındıraraq Azərbaycanı günahkar çıxarmağa cəhdlər göstərilir. Etiraf edək ki, biz Rusiyadan obyektiv davranma, məsələnin hərtərəfli araşdırılmasını gözləyirdik. Yəni baş vermiş hadisədə günahı olan ölkə mütləq şəkildə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Ancaq bu gün əksi baş verir. Görünür, ruslar oyun oynamağa həvəslidirlər", - deyə R.Məmmədov bildirib.
Qeyd edək ki, sözügedən süjet AzTV-nin rəsmi Youtube kanalında "Dünyanın üz döndərdiyi Rusiyanın Azərbaycana “ÇOX SAĞOL”U" başlığı ilə paylaşılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfərə gəlib.
"Dövlət başçısı yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova Şəhidlər Xiyabanını ziyarət edib.
Xiyabana gələnlər arasında "Qaçqınkom" sabiq rəhbəri Əli Həsənov və digər rəsmilər yer alıb.
Milli Məclisin deputatları və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib.
Millət vəkilləri Zahid Oruc, Fazil Mustafa, Fatma Yıldırım, Əli Məsimi və digərləri şəhid məzarları üzərinə güllər qoyublar.
Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov və general-polkovnik, Prezident yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev Şəhidlər Xiyabanını ziyarət ediblər.
Onları bir sıra dövlət rəsmiləri müşayiət edib.
Bundan əlavə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvavov da Şəhidlər Xiyabanını ziyarət edib.
Baş nazirin müavinləri Yaqub Eyyubov, Şahin Mustafayev və Samir Şərifov Şəhidlər Xiyabanını ziyarət edib.
S.Şərifov Baş nazir Əli Əsədova müavin təyin edildikdən sonra ilk dəfə görüntülənib.
Qeyd edək ki, S.Şərifov daha əvvəl maliyyə naziri idi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub:
"20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".