![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.
Rusiyanın İstanbul müqaviləsi üzərindən reallaşdırmağa çalışdığı manevrlər gözlənilən nəticələrdən uzaqdır. Belə ki, Kreml "taxıl dəhlizi"ndən çıxmaq qərarı ilə Rusiya əleyhinə beynəlxalq koalisiyanı şantaj etmək niyyəti güdürdü. Və ərzaq böhranı təhlükəsi qarşısında qalan Qərb ölkələrinin Rusiyanın şərtlərinə daha həssas yanaşmağa məcbur olacağına ümid bəsləyirdi.
Onu da qeyd etmək lazımdır ki, Kreml bu məsələ ilə bağlı hədəfləri ABŞ və Qərb üçün qəbuledilməz məzmun daşıyır. Çünki rəsmi Moskva maksimalist davranmaq şansının yarandığına inanmağa başlamışdı. Və Rusiyanın "taxıl dəhlizi"nə geri dönməyin qarşılığında məhz Rusiyaya qarşı beynəlxalq sanksiyaların yumşaldılmasını tələb edirdi.
Ancaq hazırda bu məsələ ətrafında yaranmaqda olan vəziyyət Rusiyanın maraqlarına uyğun məzmun daşımır. Əksinə, Rusiya daha ciddi problemlər ilə üzləşmək təhlükəsini ciddiyə almaq məcburiyyətində qalıb. Xüsusilə də, Kreml Rusiya ilə normal münasibətləri qorumağa çalışan iki önəmli dünya nəhənginin - Türkiyə və Çinin mövqeyinin dəyişə biləcəyini artıq anlamağa başlayıb.
Məsələ ondadır ki, rəsmi Pekin Ukrayna savaşına münasibətdə neytrallığını qoruyub, saxlayır. Rusiya ilə tərəfdaşlıq münasibətlərinə baxmayaraq, Çin Ukraynanın ərazi bütövlüyünə də hörmətlə yanaşır. Kreml rəsmi Pekinlə iqtisadi-ticari əməkdaşlığı genişləndirməklə, Qərb bazarlarında itirdiyi gəlirlərin bir qismini məhz Çinin hesabına geri qaytarmağa çalışır. Və bu istiqamətdə də kifayət qədər önəmli irəliləyişə nail olmuşdu.
Ancaq rəsmi Pekin Ukrayna savaşının əleyhinə olduğunu da qətiyyən gizlətmir. Əksinə, Kremlin bu savaşı mümkün qədər tez bir zamanda sona çatdırılmasının vacibliyini qabartdır. Çünki Ukrayna savaşı Çin iqtisadiyyatına, xüsusilə də, xarici ticarət dövriyyəsinə sarsıdıcı zərbələr vurmaqdadır. Bu səbəbdən də, Kreml indiyə qədər Çinin Rusiyaya birbaşa və açıq dəstəyinə nail olmayıb.
İndi isə rəsmi Pekin Kremlin "taxıl dəhlizi" ilə bağlı son qərarından artıq qıcıqlandlğını biruzə verməyə başlayıb. Çünki Çin Ukrayna taxılının ən böyük idxalçıları sırasında ilk sırada yer alır. Kremlin qərarı Çinin Ukraynadan taxıl idxalını ciddi təhlükə qarşısında qoyub. Və bu səbəbdən də, rəsmi Pekin Ukrayna savaşı ilə bağlı Səudiyyə Ərəbistanında keçirilən sülh danışıqları prosesinə qatılmaq qərarı ilə Kremlə xəbərdarlıq mesajı verməyə çalışır.
Təbii ki, Çinin Rusiyanın maraqlarını şübhə altına alan belə radikal qərar verməsi Kremli ciddi şəkildə narahat etməyə bilməz. Hər halda, Ukraynanın irəli sürdüyü beynəlxalq sülh tezislərini birbaşa dəstəkləyən Çin Rusiya üçün əlavə problem anlamı daşıyır. Kremlə rəsmi Pekinin heç olmasa, ənənəvi neytral dövlət mövqeyini qoruması daha sərfəlidir.
Ona görə də, Kremlin son günlər "taxıl dəhlizi" ilə bağlı qərarına yenidən baxmağa hazırlaşdığı müşahidə olunur. Belə ki, Rusiya siyasi dairələri "taxıl dəhlizi"nə geri dönməyin mümkünlüyü ilə bağlı mesajlar verməklə, diqqəti çəkirlər. Bunun qarşılığında Kremlin irəli sürdüyü tələb-şərtlərdə əvvəlki konkretlik də artıq arxa plana keçirilməyə başlayıb. Yəni, buna qədər sanksiyaların yumşaldılmasını tələb edən Kreml indi ümumi şəkildə Rusiyanın maraqlarının təmin olunmasından danışmaqla kifayətlənir. Və bu, Kremlin ən xırda güzəştə belə, razı olduğunu biruzə verir.
Maraqlıdır ki, vəziyyətin belə sürətlə dəyişməsi "taxıl dəhlizi"nin əsas qarantoru olan Türkiyənin də maraqlarına tamamilə uyğundur. Belə ki, Kreml son vaxtlara qədər rəsmi Ankaradan məsafə saxlamağa çalışırdı. Rusiya Türkiyənin NATO sammitində reallaşdırdığı manevrlərdən ciddi şəkildə narazı qalmışdı. Və rəsmi Ankaranın Rusiyanın deyil, məhz Türkiyənin maraqlarına uyğun qərarlar verdiyini nəzərə almaq istəmirdi.
NATO sammitindən sonra Kreml Türkiyə ilə münasibətlərinə yenidən baxacağına eyham vurmuşdu. Bundan sonra Türkiyənin bir NATO ölkəsi olduğunu mütləq nəzərə alacağını vurğulamışdı. Dolayısı ilə rəsmi Ankaraya əvvəlki kimi, güvənmədiyini qabartmağa çalışmışdı. Və bu, Türkiyə-Rusiya münasibətlərində müəyyən çatların yarana biləcəyini düşünməyə əsas verirdi.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin dost hesab etdiyi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ünsiyyətdən də yayınırdı. Kreml sahibinin ehtimal olunan Türkiyə səfərindən isə ümumiyyətlə, imtina edildiyi bildirilirdi. Belə vəziyyət isə daha çox Türkiyə-Rusiya münasibətlərindən daim narahatlıq ifadə edən ABŞ və Qərbi məmnun etməkdəydi.
Ancaq Kreml bu mövqeyini uzun müddət qoruya bilmədi. Çünki rəsmi Pekindən son Türkiyə ilə də münasibətlərin soyuması Rusiya üçün ağır nəticələrə yol aça bilərdi. Kremlin indiki situasiyada rəsmi Ankara ilə strateji tərəfdaşlıqdan imtina etmək şansının olmadığı artıq tamamilə dəqiqləşib. Və Kreml tədricən rəsmi Ankara ilə təmasların bərpasını təmin etməkdədir.
Məsələ ondadır ki, Türkiyə və Rusiya prezidentləri artıq telefon diplomatiyasına geri dönüblər. Son danışıqlarda prezident Rəcəb Tayyib Ərdoğan Kreml sahibi Vladimir Putini Rusiyanın "taxıl dəhlizi"nə geri dönməsinə demək olar ki, razı salmağa nail olub. Əvəzindəsə, Türkiyə lideri həmin dəhlizlə Rusiya kənd təsərrüfatı məhsullarının ixracına təminat vəd edib. Yəni, Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı Kremlin tələbləri arxa plana keçirilib.
Digər tərəfdən, prezident Vladimir Putin Türkiyə lideri ilə birbaşa görüş barədə razılaşma da əldə edib. Ancaq həmin görüşün vaxtı və yeri hələ müzakirə ediləcək. Kremldən verilən açıqlamaya görə, tezliklə baş tutacaq görüş üçün ya V.Putin Türkiyəyə, ya da R.T.Ərdoğan Rusiyaya səfər edəcək. Və bu baxımdan, hesab etmək olar ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya üzərində öz təsir gücünü tədricən bərpa etməyə başlayıb.
Belə anlaşılır ki, rəsmi Ankara növbəti dəfə "taxıl dəhlizi"ni bərpa etməklə, dünyanın ərzaq böhranından xilaskarı olmaq şansına sahibdir. İndi prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın tamamilə aqressivləşməsinin qarşısını almaq imkanında olan əsas dünya lideri kimi diqqəti çəkir. Xüsusilə də, Kremlin rəsmi Ankaraya möhtac duruma düşməsi Türkiyənin həm Ukrayna savaşının inkişaf istiqamətlərini müəyyən edən ölkə, həm də dünyanın siyasi məkanında avanqard dövlət mövqelərini möhkəmləndirir.(musavat.com)
Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinə (DYP) rəis təyin edilib.
Yol-xeber.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xətai DYP-yə rəis vəzifəsinə polis kapitanı Əvəz Məmmədzadə təyinat alıb.
Nazirlər Kabineti “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
"Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Əvəzində Nazirlər Kabinetinin “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi 16 noyabr 2012-ci il tarixli qərarı ləğv olunub.
Yenilənmiş qayda “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq hazırlanıb, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” qanuna və Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.
Bu Qaydada istifadə olunan anlayışlar Mülki Məcəllədə, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” qanunlarda, eləcə də digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə olan kiçik “oliqarx qruplar” bəzi təsərrüfat növlərinə sahibdir. Hətta “büdcə”yə nəzarət edənlər də var. Bəzən bu qruplar arasında toqquşmalar baş verir. Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən sonra separatçı qrupların əlində olan resurs imkanları getdikcə qıtlaşdı və daxildə mübarizə artdı.
Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Araik Arutyunyanın reinteqrasiya tərəfdarı olması ilə bağlı erməni mətbuatında dərc olunan xəbərlərə münasibət bildirərkən deyib.
“Müharibə dövründə Arutyunyanı silahlı dəstəsinin böyük hissəsini Ağdarə-Ağdam istiqamətində saxlamasına görə çox qınadılar. Yazdılar ki, o, həmin istiqamətdə özünə aid olan böyük təsərrüfatını qorumaq üçün belə addım atıb. Yaxud yazırdılar ki, Araik Aprel döyüşlərində və 44 günlük müharibə ərzində Azərbaycanla görüşməyə çalışıb ki, hansısa formada öz sərvətini qoruyub saxlaya bilsin. Bunların yalan, yaxud doğru olması mübahisə mövzusudur. Ancaq istənilən halda separatçılar daxilində resurslar uğrunda mübarizə gedir. Hətta Vitali Balasanyanın həbsini də bununla bağlamaq olar. Separatçı dəstə görür ki, Azərbaycan Qərbin və Rusiyanın təzyiqlərinə baxmayaraq, Laçın dəhlizini nəzarətdə saxlayır. Bu da daxildən parçalanmaları qaçılmaz edəcək. Odur ki, “oliqarx qrup”un üzvləri çalışacaq ki, Azərbaycanla anlaşma əldə etsin”, - politoloq bildirib
“Hraparak” qəzetinin ictimai fikrə təsirinin olduğunu deyən politoloq bildirib ki, Arutyunyanı reinteqrasiya meylindən çəkindərmək üçün bu cür məlumatların sızdırılması da mümkündür:
“Ola bilsin ki, bu, yumşalmanın siqnalıdır, yaxud hansısa qrup Arutyunyanın belə bir güzəştə gedəcəyini öncədən bilib, məsələni bu şəkildə ictimailəşdirməklə prosesə mane olmağa çalışır. Bu qəzet əvvəllər Paşinyanın Azərbaycanla sülh prosesində istifadə elədiyi sözləri, Azərbaycanın ərazi bütövlüyünü tanımasını və s. gündəmə gətirərək, onun üzərində təzyiq yaratmağa çalışırdı. Bu səbəbdən Ermənistanın baş naziri yazılı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməyib. Baxmayaraq ki, sözdə bunu dəfələrlə ifadə edib. Ola bilsin Arutyunyana da bu cür təzyiq göstərmək və ictimai qınağa məruz qoymaqla geri çəkilməyə məcbur etmək istəyirlər”.
İkinci Qarabağ savaşı zamanı Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ ərazisindən Ermənistana köçmüş bir qrup erməni fəal dünən İrəvanda – hökumət binası qarşısında etiraz aksiyası keçirib.
Moderator.az xəbər verir ki, bu haqda “Kavkazski uzel” nəşri məlumat yayıb.
Etiraz aksiyasına qatılan hayklar Ermənistan hökumətinin Qarabağdakı haykların vəziyyəti ilə bağlı hərəkətlərinə aydınlıq gətirilməsi üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb ediblər. Lakin onların istəyi rədd edilib. Hökumətdən onlara Nikol Paşinyanla görüş olmayacağını, məktublarına isə yeddi gün ərzində cavab alacaqları bildirilib.
Bu haqda jurnalistlərə “Dizaka(Hadruta-S.L.) qayıdış” ictimai təşkilatının sədri Marqarita Karamyan danışıb.
İranın ardınca Rusiya da Qafan şəhərində baş konsulluq açmağa hazırlaşır.
erməni Teleqram kanalları xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd olunur ki, Rusiya diplomatları sentyabrda baş konsulluğun açılması məsələsi ilə əlaqədar Qafana gələcəklər.
“İndi diplomatik nümayəndəliyin tam formatlı açılışına fəal hazırlıq gedir. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər, onlar əməliyyat məsələləri ilə yerindəcə məşğul olacaqlar" deyə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.//Bakupost.az
Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir.
“Azərişıq” Ağdam-Xankəndi yolundakı polis postuna işıq çəkib.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Ağdam-Xankəndi avtomobil yolunda qurulan yeni polis postu "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.
Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanıb”.
“Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi.
“28 il ərzində Ermənistan danışıqlardan imtina etdi, bütün sülh təkliflərini rədd etdi, hətta “Qarabağ Ermənistandır” iddiası ilə çıxış etdi və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələdi”, - XİN sözçüsü əlavə edib.