Prezident sammitdə çıxış edir - Canlı

Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əminə Ərdoğan İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya səmimi qonaqpərvərliyinə görə təşəkkür edib.

Əminə Ərdoğan bu barədə özünün "X" sosial hesabında paylaşıb.

"COP29 sammiti iqlim fəaliyyəti üçün ortaq gələcək qurmaq üçün ümid təklif edir. Bu prosesdə gənclərin ekoloji cəhətdən təmiz səylərini və Azərbaycanın uzaqgörən rəhbərliyini görmək bizi sevindirdi. Səmimi ev sahibliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və dəyərli xanımı Mehriban Əliyevaya təşəkkür etmək istərdik" , - paylaşımda qeyd olunub.

“Onlara pis xəbərim var...” - İlham Əliyev

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

"Sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsi ilə açılış mərasimi olub.

COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə memorandum imzalayıblar

Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.

Bfru barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu, COP29-un regional və transregional səviyyədə mühüm nəticələrindən biri. Layihə həmçinin Qara dəniz enerji kabeli ilə əlaqələndiriləcək. Yeni "yaşıl enerji dəhlizi" yaradılmaqdadır", - H. Hacıyev vurğulayıb.

XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq

Azərbaycan, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarını qeydə alıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.

"Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bundan əlavə, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb", - XİN-dən bildirilib.

Qeyd olunur ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur:

"Azərbaycanın ilkin etirazlarına gəlincə, Məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir. Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik".

“Onlara pis xəbərim var...” - İlham Əliyev

“Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin.

Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə dövlət başçısı bildirib.

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda İƏT-in Baş katibini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 12 Noyabr - Konstitusiya Günü münasibətilə foto paylaşıb.

ÜST-nin baş direktoru Azərbaycanda səfərdədir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaq rəsmi şəxslər tərəfindən qarşılanıb.

Xatırladaq ki, sentyabrda COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparmışdı.

Xəbər lenti