- error
-
- JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
![]() |
|
Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdəki çıxışı zamanı bildirib.
O qeyd edib ki, tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək:
“Bütün maraqlı tərəfləri bu konfransda iştirak etməyə dəvət edirik. Birlikdə, az meşə örtüyünə malik ölkələrin problemlərini həll etməyə, qlobal dayanıqlığa töhfə verən innovativ həlləri təşviq etməyə və tərəfdaşlıqları gücləndirməyə çalışacağıq. Konfrans ən yaxşı təcrübələrin bölüşülməsi və daha yaşıl gələcək üçün əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq".
Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında kadr dəyişiklikləri aparılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorunun müdiri Kənan Axundov vəzifəsindən azad edilib. O, Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.
Kənan Axundov
Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri Kəmalə Mustafa qızı Əzimova vəzifəsindən azad edilib. O da Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.
Kəmalə Əzimova
Milli Məclis sədri müavininin köməkçisi Emin Vaqif oğlu Abdullayev da vəzifəsindən azad edilib.
Emin Abdullayev
Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə Şahin Xanbaba oğlu Quliyev təyin edilib. O, bundan əvvəl Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Şahin Quliyev
Həmin şöbənin müdir müavini vəzifəsinə Nadir Rafiq oğlu Sultanov təyin edilib.
Nadir Sultanov
Nadir Sultanov bu vəzifəsindən əvvəl İqtisadi qanunvercilik şöbəsinin Mülki hüquq qanunvercilik qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.
Növbəti ildə əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, pensiyaların indeksiyalaşdırılması, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrində “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, növbəti ildə cənab Prezidentin göstərişi ilə geniş sosial islahatların həyata keçirilməsi nəzərdə tutulub. “Bununla əlaqədar olaraq xüsusi paket layihəsi hazırlanır. Bu islahat paketi 3 milyon insanı əhatə edəcək. İslahatlar paketi büdcə qəbul olunduqdan sonra hazırlanaraq təqdim olunacaq”, - nazir qeyd edib.
“Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları"nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qaydaya əsasən, tanınmamış, kiçikölçülü, kiçiksürətli alçaqdan uçan hədəfin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi radiolokasiya vasitələri ilə (adi gözlə müşahidə edilməsi haqqında məlumat alındıqda) aşkar edildikdə hava hücumundan müdafiə komanda məntəqəsinin müvafiq əməliyyat növbətçisinin qərarı ilə həmin hədəfin ehtimal olunan marşrutu üzrə hava hücumundan müdafiənin növbətçi qüvvə və döyüş texnikası 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilir.
Yeni qaydaya əsasən, havaya bir-birinin ardınca lazımi miqdarda növbətçi qırıcı təyyarələr, qırıcı bombardmançı təyyarələr, vertolyotlar, habelə Dövlət Sərhəd Xidməti, hərbi-dəniz qüvvələri, mülki aviasiya şirkəti tərəfindən ayrılmış təyyarələr və vertolyotlar havaya qaldırılır, yerüstü müşahidə postlarının sayı artırılır.
Dəyişikliyə görə, könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti bu işlərə cəlb edilməyəcək.
Qərarla, həmçinin Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydalarında da dəyişiklik edilib.
Belə ki, mülki müdafiə təbliğatında könüllü hərbi-vətənpərvərlik texniki-idman cəmiyyətlərinin nəzdində yaradılan mətbuat və informasiya qurumu yer almayacaq. Bu işlərdə sadəcə media subyektlərinin, digər dövlət və ictimai təşkilatların imkanlarından səmərəli istifadə olunmalıdır. Həmçinin, Fövqəladə Hallar Nazirliyi nəzdində yaradılan mətbuat və informasiya qurumu bu sahədə xüsusi rol oynamalıdır.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş noyabrın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qlobal İqlim Fəaliyyəti üzrə Mərakeş Tərəfdaşlığının Nəqliyyat üzrə əlaqələndirici qrupunun təşkilatçılığı ilə “Nəqliyyat üçün ambisiyalar: Ədalətli və bərabər 1,5°C gələcəyə doğru irəli” mövzusunda tədbir keçirilib.
Yol-xeber.az" xəbər verir ki, Tədbirin əsas müzakirə mövzuları COP29 çərçivəsində tərəfdaş ölkələr tərəfindən dekarbonizasiya üzrə yol xəritəsinin hazırlanmasına və şəhər mobilliyi sistemlərinin inkişafına həsr olunub.
Panel müzakirələrində iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Tural Abbaslı bildirib ki, Azərbaycan Dəmir Yolları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində hədəflərə çatmaq üçün karbon emissiyalarının azaldılması, dəmir yollarının elektrikləşdirilməsi və istehsalatda alternativ enerji mənbələrinə keçid kimi nailiyyətlər əldə edib. Belə ki, 2023-cü ildən etibarən ADY enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa müvəffəq olub. Ötən il sərnişinlərin 100%-nin, yüklərin isə 80%-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
ADY sədrinin müşaviri qeyd edib ki, Azərbaycan dəmir yollarında əməliyyatların səmərəliliyi və dekarbonizasiya istiqamətində atılan ilk addımlardan biri əməliyyatların rəqəmsallaşdırılması olub. Bunun nəticəsində yanacaq sərfiyyatı azaldılıb, kağızsız əməliyyatlar daha geniş tətbiq olunur. Eyni zamanda, Azərbaycanda şəhər mobilliyinin təmin olunması üçün nəqliyyat qurumları arasında səmərəli koordinasiya təşkil olunur, həmçinin elektrik qatarları ilə sərnişindaşımalara dövlət subsidiyalarının ayrılması mərhələli şəkildə öz həllini tapır.
T.Abbaslı əlavə edib ki, innovativ həllər nəticəsində əməliyyatlarda aşağı emissiyalara nail olmaq üçün atılan addımlardan biri ADY-də Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması olub.
Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri COP29 çərçivəsində nəqliyyatda 1,5°C hədəfinə çatmaq məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinin vacibliyini vurğulayıb, iqlim maliyyələşməsi üçün dövlət və özəl sektora çağırışlar ediblər.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kərim Vəliyevin “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistana səfəri zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, həmçinin strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb:
Məlumata görə, tərəflər münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd edib və maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" fakültəsinin məzunudur.
Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone və senator Ed Markiyə sərt cavab verib.
Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Konqresmen Frenk Pallone və senator Ed Marki Bakıya səfərlərindən sonra ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər.
(I)
1. Senator Ed Marki ilə onun xahişi ilə görüşdüm.
2. Ona xatırlatdım ki, Ermənistanın Azərbaycan xalqına qarşı Xocalı soyqırımından sonra ABŞ Konqresi ədalətsiz olaraq 907-ci Düzəlişi qəbul edib.
3. Qeyd etdim ki, Ermənistanın 30 illik hərbi işğalı və bir milyondan çox azərbaycanlının etnik təmizlənməsi dövründə nə o, nə də həmkarları ədaləti xatırlamayıblar. Əksinə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dəstəkləməyə davam ediblər.
4. Vurğuladım ki, Ukraynada separatizmi dəstəkləyən (və qara siyahıya salınan) və çirkli pulların yuyulması ilə məşğul olan qanunsuz silah alverçisi və oliqarx Ruben Vardanyan da daxil olmaqla, separatçı hərbi cinayətkarların cinayətlərinin araşdırılması məntiqi nəticəyə çatdırılacaq və onlar ədalət qarşısında cavab verəcəklər.
5. Bildirdim ki, erməniəsilli sakinlər vətəndaşlıq üçün yalnız fərdi qaydada müraciət edə bilərlər və onların qayıdışı vətəndaşlıq verildiyi təqdirdə ölkəmizin qanunları çərçivəsində nəzərdən keçiriləcək. Lakin bu, yalnız qarşılıqlı və Ermənistandan qovulmuş yerli azərbaycanlı əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel ola bilər.
6. ABŞ-dəki erməni lobbisi siyasi cəhətdən toksik mühit yaratmağa davam edir. Onlar problemin bir hissəsidir. Onlara vəsait toplamaq üçün səbəb lazımdır.
7. Nümayəndələr Palatası və Senatın üzvlərinə erməni lobbisinin alətinə çevrilməkdən çəkinməyi tövsiyə etdim. Biz regionda Ermənistanla sülhə doğru addım-addım irəliləyirik. Lakin bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yerdəki reallığı qəbul etməkdən imtina edir və bizi keçmişə sürükləməyə çalışırlar.
(II)
Palloneyə gəlincə, görünür o, hotel pəncərəsindən yaxınlıqdakı Qənimətlər Parkına – Ermənistanın işğalçı ordusunun məhv edilmiş texnikasının nümayiş olunduğu yerə və Prezident İlham Əliyevin noyabrın 8-də açılışını etdiyi Zəfər Parkına baxarkən psixoloji və əqli stres keçirib. Bəlkə də bu onun illər boyu Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliklərə görə ilahi cəzadır. Prezident İlham Əliyev digər Konqres üzvlərindən fərqli olaraq Pallone ilə görüşmədi. Pallone belə bir audiensiyaya layiq deyil.
Mən də görüşdə iştirak etmək şərəfinə nail oldum. Görüş çox konstruktiv ruhda keçdi. Pallonenin erməni lobbisinə məruzə etdiyi məsələlərin heç biri görüşdə qaldırılmadı. Pallone yenə və yenə də yalan danışır. Onun Azərbaycanda şou düzəltmək cəhdi uğursuz oldu. Vətəndaşlar, o cümlədən məcburi köçkünlər, şəhid ailələri və vətəndaş cəmiyyəti nümayəndələri dinc toplaşmaq hüquqlarından istifadə edərək dinc etiraz aksiyası keçirdilər. Jurnalistlər ondan erməni lobbisindən nə qədər pul aldığını soruşdular. Bu, Pallonenin təşvişinə səbəb oldu. Real hekayənin sonu budur.
“İnsanlar heç vaxt ovdan, müharibədən və ya seçkidən əvvəlki qədər çox yalan danışmırlar”, – o qeyd edib.
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhəri və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri erməni işğalçılar tərəfindən dağıdılıb və ya yerlə bir edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib.
Haqq savaşımızın 44-cü günündə, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bəyanatın bir bəndi Ağdamın noyabrın 20-dək işğalçılardan azad olunması ilə bağlı idi.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
İlham Əliyev Ağdamın mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldıb.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.