Toy etmək istəyənlərin nəzərinə! - VİDEO

Məhərrəm ayının bitməsinə az qalmış artıq şadlıq evlərində bütün yerlər bron edilib.

İnzibatçılar növbəti aylar üçün yerlərin çoxunun tutulduğunu deyir.

Onların sözlərinə görə, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək.

Qiymətlərə gəldikdə isə bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-də başa çatıb, səfər ayı başlayıb. Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Maaş və pensiyalar bu tarixdən artacaq - AÇIQLAMA

“Minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanıb, artıq bununla bağlı ictimaiyyətə məlumat verilib. Gözlənilir ki, noyabrın birinədək təkliflər hazırlanıb təqdim olunacaq”.

Baku.ws bildirir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, məhz müzakirələrdən sonra minimum əmək haqqının artırılacağı ilə bağlı qərarın veriləcəyi gözlənilir:

“Minimum əmək haqqın artırılması ilə bağlı təkliflər bu ilin payızında yekunlaşacaq, hazırlanması və təqdim olunması, daha sonra qərarın verilməsi reallaşa bilər.

Pensiyalardakı artımlar indeksasiya ilə həyata keçirilir. İndeksasiya hər ilin əvvəlində baş verib və 2025-ci ilin əvvəlində 2004-cü ildə orta aylıq əmək haqqındakı artıma uyğun olaraq indeksasiya ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Eyni zamanda, əvvəlki illərdə, məsələn, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə pensiyaçılara yardımlar verilmişdir. Bununla bağlı altıncı çağırış Milli Məclisdə də təkliflər təqdim olunmuşdu. Düşünür ki, bu istiqamətdə fiskal yükün qiymətləndirilməsi və hesablanması həyata keçirildikdən sonra məhz uyğun qərarın verilməsi istisna deyil”.

Vüqar Bayramov əlavə edib ki, əsas məsələlərdən biri məhz fiskal qiymətləndirmənin həyata keçirilməsi və tələb olunan maliyyə yükü, büdcə tərəfindən ayrılacaq vəsaitin müəyyənləşdirilməsidir:

“Nəzərə alsaq ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə və milli təhlükəsizliyi üçün ayrılan vəsaitin həcmində artımlar var və bu istiqamətdə prioritetdir.

Amma bütün bunlarla yanaşı, təbii ki, sosial istiqamətdə prioritetlərini qoruyub saxlayıb və son dörd sosial paketə dövlət büdcəsindən əlavə olaraq 7 milyard manat vəsait xərclənib. Bu ondan xəbər verir ki, sosial paketin dərinləşməsi və sosial siyasətin dəstəklənməsi də prioritet olaraq qalmaqdadır

Təbii ki, fiskal gəlirlərimizə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir. Minimum əmək haqqın artırılması ilə bağlı müzakirələrin noyabrın birinə qədər tamamlanacağını nəzərə alsaq, gözlənti ondan ibarətdir ki, bu kontekstdə artımlarla bağlı müzakirələr və təkliflərin təqdim edilməsi bu ilin noyabrın birinə qədər tamamlana bilər. Daha sonra məhz dövlət büdcəsinin gəlirlərinə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir”.

Müşfiqabadda içməli su küçəyə axıdılır - VİDEO

Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən "Qaçqınlar" şəhərciyini su basıb.

Bu barədə sakinlər Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.

Qeyd edilib ki, 8-9 gündür Abşerondan gələn su borusu partlayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət olunsa da, problem həll olunmayıb.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təhcizatından bildirilib ki, Qaradağ Sukanal İdarəsinin həmin xətdə baş verən qəzadan xəbəri var:

"Qəzalı boru altı metr dərinlikdə yerləşdiyi üçün dərin qazıntı işləri aparılacaq. Vəziyyət nəzarətdədir, sabah - avqustun 13-də təmir işlərinə başlanılacaq.

Həmin ərazidə su qrafiklə verildiyindən qəzalı borudan axıntı müəyyən saatlarda olur. Suyun verilməsi tam dayandırılsa, sakinlər susuz qala bilər deyə, axıntını borunu təmir etməklə birdəfəlik aradan qaldırmaq məqsədəuyğundur".

yagis-yagacaq-simsek-caxacaq

Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 755 mm-dən 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

d

Yol-xeber.az" xəbər verir ki,  64 il sonra burada həyata keçirdiyimiz əsaslı yenidənqurma işləri nəticəsində indi vaqon dəstlərinin çeşidlənmə müddəti 2 dəfə azalaraq 10-15 dəqiqə təşkil edir...
DYP bu sürücülərə çağırış etdi

Baş DYP İdarəsi səhhətində problem olan sürücülərə müraciət edib.

Müraciətdə isti hava şəraitinin insanların əmək fəaliyyətinə, əhvali-ruhiyyəsinə təsir göstərdiyi və bu amilin xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq biruzə verdiyi bildirilib:

“Lakin təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da bəzən xoşagəlməz sonluqla nəticələnir.

Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır”.

Bakının 28 May küçəsi təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonunun 28 May küçəsində (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) təmir işləri aparır.

"Yol-xeber.az" agentliyə istinadən xəbər verir ki, qeyd olunan hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.

Daha sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

bu-sexsler-qarabaga-seyahet-zamani-postdan-buraxilmir

Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar.

Xezerxeber.az xəbər verir ki, belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq.

Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov deyir ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən saxlanıldıqda birbaşa tur şirkətini günahlandırırlar. Bu səbəbdən də Qarabağa təşkil olunan turlarda bu xəbərdarlığı qeyd etmək şərt olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir.

Daha ətraflı videomaterialda:

 

 
 
Bu gündən universitetlərə ixtisas seçimi başlayır

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayır.

İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Seçim bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır.

Məlumat üçün qeyd edək ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

Ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupuna gəlincə, Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1410 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4318-nə qəbul dövlət sifarişi əsasında aparılır.

IV ixtisas qrupunda isə Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkün olur. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti