Yol-xeber.az" xəbər verir ki,  Kombinə edilmiş MDL-“Land Rover” yolların əks səda və güzgü kölgə nəzarət metodu ilə ultrasəs diaqnostikasını aparır, mövcud və ya yarana biləcək nöqsanları operativ qaydada aşkarlayır, müvafiq məlumatları qeyd edir və onları sonrakı təhlil üçün vahid məlumat bazasına ötürür.
 Yevlax-Balakən istiqamətində bu defektoskop laboratoriya vasitəsilə 162 km rels təsərrüfatı yoxlanılıb, əldə olunan məlumatlar əsasında görüləcək işlər müəyyən edilib.


Dünya bizim ümumi evimizdir. Məhz elə buna görə də irqindən, yaşayış yerindən, milliyyətindən asılı olmayaraq hər kəs dünyanı qorumalı, onun qayğısına qalmalıdır. Bu gün bəşəriyyətin ən qlobal problemlərindən biri də iqlim dəyişiklikləri və başı bəlalı ekologiyadır. Bütün dünyanı narahat edən ekoloji problemlərdən biri də yaşıl dünyamızın boz çöllərə dönmə qorxusudur. Bu qorxunun aradan qaldırılması uğrunda illər boyu bütün dünya ölkələri mübarizə aparsa da yaşıl dünyamızı itirmə təhlükəsi hələ də qalmaqdadır.
Bu gün dünyada insan ayağının dəydiyi hər yerdə müəyyən dərəcədə ekoloji böhran mövcuddur. Ekoloji böhranın səbəblərinə isə nümunə olaraq günümüzdə çoxalmaqda olan fabrik və zavodlardan havaya buraxılan zəhərli qazları, nəqliyyatı, hərbi əməliyyatlar nəticəsində təbiətə atılan tullantıları, sulara axıdılan zəhərli qarışıqlıqları və s. nümunə göstərmək olar.
Dünyada insana lazım olan bütün təbii nemətlərin sürətlə azaldığı, ölkələrin bitmək bilməyən müharibə ilə alışıb yandığı bir dövrdə insanların yaşıl dünya naminə həmrəy olması bütün bəşəriyyətin gələcəyini xilas edə biləcək ən düzgün seçimdir. Axı dünyamızı yaşadan onun ağciyərləri, bizim qorumalı olduğumuz ağaclardır.
Bütün dünyada olduğu kimi bu problem ölkəmizdə də mövcuddur və başlıca məqsəd yaşıl dünyamıza yenidən qovuşmaqdır. Bu məqsədlə, ölkəmizdə ətraf mühitin təmizlənməsi işləri görülmüş, ağacəkmə aksiyaları həyata keçirilmiş və başlıca mövzu kimi təbiətimizin qorunması hər zaman gündəmdə saxlanılmışdır.
Bu gün COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar qərarın verilməsi Azərbaycana böyük etimadın eləcə də iqlim dəyişmələrinin qarşısının alınması işində Azərbaycana olan böyük güvənin göstəricisidir. Məhz bu səbəbdən prezidentimiz Cənab İlham Əliyev yaşıl dünya naminə həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir.
Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixində verdiyi bu sərəncam, elə məhz media tərəfindən ictimaiyyətə çatdırılmış, insanları yaşıl dünya naminə həmrəy olmağa səsləmişdilər.
Yaşıl dünya naminə həmrəyliyin media tərəfindən işıqlandırılmasının olduqca əhəmiyyətli rolu vardır. Belə ki, qəzetlərdə, jurnallarda, “Yaşıl dünyamız” başlıqlı məqalələrlə insanlar bu qlobal problemin öhtəsindən birlikdə gəlməyə səslənilir, televiziya xəbərlərində və s. əyani göstərilərək insanlarda ağac əkməyə həvəs oyadılır.
Dəyərli qəzetlərimizdən biri olan “Xalq” qəzetində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar verilən bir məqalədə Ulu Öndərimiz Heydər Əliyevin yaşıllığın, ağacların önəmi haqqında söylədikləri fikirlər yenidən sitat kimi gətirilmişdir:
“Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm,kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə özü-özünə xəyanət edir”.
Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirlərinin media tərəfindən yenidən işıqlandırılması, insanlara bir ağacın kəsilməsinin nə qədər ciddi bir problem olduğunu göstərir, ağacın, ağac əkmənin çox böyük əhəmiyyətə malik olduğunu çatdırır.
Təbiətimizi qorumaq, yaşıl dünyamıza sahib çıxmaq bizim borcumuzdur. Çünki bu gün yaratdığımız, qayğısına qalıb çoxaltdığımız yaşıllıqlar gələcək nəsillərimizə miras qoyub getdiyimiz sağlam canlardır.
Dünyanı insansız, insanı dünyasız təsəvvür etmək mümkün deyil.Buna görə də biz bizim olanı qorumalı, dəyərini bilməli, bizə bəxş edilən bu gözəlliyi məhv etməməliyik.
Ümummilli lider Heydər Əliyev “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” demişdir. Bu gün onun layiqli davamçısı olan İlham Əliyev yaşıl dünyamızın əsrarəngiz parçası olan, cənnət məkan, yaşıllıqlar diyarı Qarabağı qara nəfslərdən azad edib, yenidən çiçəkləndirməklə ata vəsiyyətini yerinə yetirdi.
Bu gün Respublikamızın bütün rayon və şəhərlərində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq, ağacəkmə aksiyaları keçirilir və hər gün görülən işlər media tərəfindən insanlara çatdırılır. “Hərəyə bir ağac əkək” şüarları ilə media qurumları insanlarda ağac əkməyə ruh yüksəkliyi yaradır, onları ağac əkməyə sövq edirlər.
Ölkəmizdə yalnız bu il deyil, hər zaman yaşıllığın qeydinə qalınmış, ekologiyamızın çirkləndirilməsinin qarşısı alınmışdır.
Buna misal olaraq Prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsini göstərmək olar.
Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifə düşür. Bu işin öhdəsindən bacarıqla gəlmək üçün isə jurnalistin özünün ekoloji aləmdə baş verən hadisələri bilməsi, yeniliklərlə maraqlanması olduqca vacibdir və əhəmiyyətlidir.
Bu gün yaşıl dünya naminə ölkəmizdə keçirilən aksiyalar, konfranslar, tədbirlər, çıxışlar bir sözlə yaşıllığımız uğrunda görülən bütün işlər məhz elə media tərəfindən uğurla işıqlandırılır.
Bu gün qəzetlərdə, radiolarda, televiziyalarda, sosial medialarda bir sözlə bütün kütləvi informasiya vasitələrində insanları yaşıl dünya naminə həmrəy olmağa səsləniş, yaşıl dünyamızı birgə qorumağa çağırış var.
Əgər bu gün vətəndaşlarımızın hər birinin COP29- dan xəbəri varsa, yaşıllıqlar olmadan dünyamızın gələcəkdə necə görünəcəyini təsəvvür edə bilirlərsə və ağacəkmə aksiyalarının, görülən bütün bu tədbirlərin mahiyyətini tam dərk edə bilirlərsə bu birbaşa dayanmadan çalışan medianın uğurudur.
Media birbaşa cəmiyyətlə sıx bağlı olduğundan, onun ictimaiyyətə təsiri daha güclüdür. Ona görə də bunun nəticəsidir ki, Qarabağda və ümumən bütün Azərbaycanda gedən çiçəkləndirmə, yaşıllıqların çoxaldılması işlərinin media tərəfindən insanlara çatdırılması onlarda ağac əkməyə həvəs, bu xeyirli işə vəsilə olmaqda istək oyatmışdır.
Media işçiləri, jurnalistlər yaşıl dünya naminə həmrəy olmaqla ictimaiyyətə bir nümunə olmağa çalışırlar. Bu istiqamətdə çalışan media nümayəndələrinin ən böyük uğurlarından biri də Heydər Əliyev Fondunun uğurlu layihəsi olan “Hərəyə bir ağac əkək” adlı aksiyada böyük həvəslə iştirak etmələri olmuşdur.
Cəmiyyətin güzgüsü rolunu oynayan jurnalistlər, bu nümunəvi addımları ilə bir daha insanlara ağac əkmənin, sağlam gələcəyin vacibliyini sadəcə yazaraq, çəkərək yox, əyani olaraq, insanlıq adına bu vacib addımı ataraq göstərmiş oldular.
Peşəsindən asılı olmayaraq istər jurnalist, istər həkim, istərsə də müəllim hər bir kəs bəşəriyyətimizin xilası yolunda həmrəy olmalı, yaşıl dünyamızın yaşaması uğrunda mübarizə aparmalıdır.
Bu gün əkilən hər bir ağac, sabah sağlam nəfəs ala biləcək bir candır.
Gəlin gələcək nəsillərə yaşana bilən bir dünya miras qoymaq uğrunda həmrəy olaq.


TƏLƏBƏ: Bayramova Gülbəniz
FAKÜLTƏ: Sosial elmlər
İXTİSAS: Jurnalistika
QRUP: AJ-101
KURS: 1

Bu şəxslərə pulsuz ev veriləcək 

"Müdafiə Nazirliyinin internet səhifəsində "Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb. Bu bölmənin məqsədi elektron qeydiyyatdan keçməklə 20 il qüsursuz hərbi xidmət göstərmiş hərbçilərimizin və eyni zamanda hazırda hərbi xidmətini başa vurmuş vətəndaşlarımızın, eləcə də onların varislərinin mənzillə təminatı ilə bağlıdır.

Bu sözləri Bakı.vs-yə iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər sözügedən internet səhifəsində qeydiyyatdan keçməklə mənzil növbəsinə dayanıb, dövlətdən pulsuz mənzil əldə edə bilərlər: Sayt yaratmaq

"Bu, bir tərəfdən şəffaflığın gücləndirilməsinə, digər tərəfdən növbənin elektron şəkildə sıralanmasına imkan verəcək ki, hərbçilərimiz daha qısa zamanda mənzillə təmin oluna bilsinlər.

Bu məsələdə şəffaflığın gözlənilməsi önəmlidir və müraciət tarixinə uyğun olaraq hərbçilərimizin mənzillə təminatı çox vacibdir. Yeni sistem imkan verəcək ki, məhz həmin vətəndaşlarımız daha qısa zamanda az proseduradan keçməklə mənzilə sahib ola bilsinlər.

Qeyd etmək lazımdır ki, 2024-cü ilin dövlət büdcəsində də hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı vəsait nəzərdə tutulub. Ona görə də hərbçilərimizin mənzil təminatı, onların sosial müdafiəsi bütövlükdə bu gün həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir və dövlət büdcəsindən vəsaitin nəzərdə tutulması və bu istiqamətdə elektronlaşma imkan verəcək ki, hərbçilərimiz daha qısa müddətdə mənzil ilə təmin oluna bilsinlər”.

"Bu maşınları almayın, ölüm gətirir" - Ekspertdən ŞOK AÇIQLAMA - VİDEO

Son illər ölkədə dəb düşmüş biznes növlərindən biri də xarici ölkələrdən, xüsusilə ABŞ-dan, Kanadadan, Yaponiyadan və s. qəzalı, suda batmış, lakin istehsal ili təzə olan maşınları gətirib, təmir edib satmaqdır.

Kiçik dəqiqləşdirmələrdən aydın olur ki, belə maşınların əksəri çox ağır qəzalar keçirib, təhlükəsizlik sistemi sıradan çıxıb. Onları çox ucuz qiymətə auksiondan udurlar və gətirib 5-6 min manata, “sadəcə buferi əzilmiş” maşın adı ilə vətəndaşlara satırlar.

Gömrük Komitəsinin həyətindən çəkilən görüntülər bu məsələni yenidən aktuallaşdırıb.

Kadrlarda Bakıya xarici ölkələrdən yararsız vəziyyətdə gətirilmiş avtomobillər əks olunub. Ölkəyə aşmış, yanmış, tamamilə yararsız vəziyyətdə olan maşınların gətirilməsi narazılıq doğurub.

Qeyd edək ki, Azərbaycana ili köhnə avtomobillərin gətirilməsi qadağan edilsə də, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur.

TV Musavat-ın mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Məktəbli formaları ilə bağlı valideynlərə müraciət

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli formaları ilə bağlı valideynlərə çağırış edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, valideynlər məktəbli formaları ilə bağlı təhsil ocaqları ilə əlaqə saxlamalıdırlar: "Xüsusilə, övladı birinci sinifə gedən valideynlər həm Dövlət Agentliyi, həm də məktəblərlə əlaqə saxlaya bilərlər".

iki-il-erzinde-oglumuzun-sag-olduguna-umidliydik

Məlum olduğu kimi, iki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdə tapılıb.

Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.

Modern.az xəbər verir ki, nəşi tapılan Firdovsi Abdullayevin atası Mais Abdullayev oğlunun cümə axşamı günü Gəncə şəhər Şəhidlər xiyabanında dəfn ediləcəyini bildirib.

O, iki il ərzində oğlunun sağ olduğuna ümidli olduqlarını deyib: “Ümumiyyətlə onun tapılıb bizə təhvil veriləcəyinə inanırdıq. Allah Prezidentimizin canını sağ eləsin! Qurumlara lazımi tapşırıqlarını verdi, nəticədə, uşağımızı tapıb bizə verdilər”.

M.Abdullayev oğlunun güləşçi olmaq istədiyini bildirib: “Mənim oğlum güləşçi idi. Medalları da var. Goranboyda da, Türkiyədə də güləşib. Daha sonra qaydasız döyüşlə məşğul olmağa başladı. Həmişə də deyirdi ki, istəyirəm güləşçi olum. Hərbi xidmətə gedəndən sonra isə zabit kimi qalmaq istəyirdi”.

Xatırladaq ki, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla hərbçilərimizin 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşdükləri müəyyən edilib. Onlar uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən həlak olublar.

Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.

Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlıq edilib

Avqustun 7-si gündüzdən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 7-8-də bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad,Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Valideynlərə ŞAD XƏBƏR: məktəbli formaları UCUZLAŞDI - VİDEO

Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb.

"Məktəbli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb.

Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq üç müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.

Tikiş evi tərəfindən satılan bütün məhsullara 1 illik zəmanət verilir.



Yol-xeber.az" xəbər verir ki, Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu ilə gündəlik 30 minə yaxın sərnişin daşıyırıq.
Gələn il pensiyalar bu qədər arta bilər

Son dövrlər mediada tez-tez yer alan məsələlərdən biri də 2025-ci ildə pensiyaların nə qədər artacağıdır. Xüsusilə də qiymətlərlə bağlı baş verənlər bu mövzunu daha da aktuallaşdırır. Artıq bununla əlaqədar müxtəlif rəqəmlər də səsləndirilir.

Gələn il pensiyalar nə qədər arta bilər?

“Qafqazinfo”nun məlumatına görə, pensiyaların artırılması dedikdə, əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərdə tutulur. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Pensiyaların indeksləşdirilərək artırılması hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Sadə dildə desək, əvvəlki ildə ölkədə orta aylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. Proses ölkə başçısının bu barədə müvafiq sərəncamı ilə həyata keçirilir.

2024-cü il isə hələ yekunlaşmadığından ortaaylıq əməkhaqqının illik artım göstəricisi məlum deyil. Lakin əvvəlki illərin təcrübəsi onu göstərir ki, işçilərin əməkhaqlarındakı artımlar əsasən ilin əvvəlində olduğundan statistik göstəricilər də bu dövrdə formalaşır. Sonrakı müddət illik nəticəyə ciddi təsir etmir.

Məsələn, 2023-cü ilin yanvar-may aylarında ölkə üzrə orta aylıq əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz, yanvar-dekabr aylarında isə ötən ilin eyni göstəricisinə nisbətən 11,2 faiz artıb. Beləliklə, 2023-cü ilin 5 ayının göstərici ilə 12 ayının göstəricisi arasında cəmi 0,1 faiz bəndi fərq olub.

2024-cü yanvar-may aylarında isə orta aylıq əməkhaqqı artımı 9,4 faiz təşkil edib. Bu baxımdan yanvar-dekabr ayları üzrə artımın da bu göstəriciyə yaxın olacağını demək mümkündür. Nəticə etibarilə gələn il əmək pensiyalarının 9-10 faiz aralığında indeksləşdiriləcəyini təxmin etmək olar.

Beləliklə, cari ildə orta aylıq əməkhaqqı 10 faiz artarsa, hazırda 300 manat pensiya alan şəxsin pensiya məbləği 2025-ci ildə 30 manat artaraq 330 manata yüksələcək. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğləri də eyni qaydada artmış olacaq.

2024-cü ildə inflyasiyanın 2,7 faiz olacağı proqnozlaşdırılır. Bu da gələn il üzrə əmək pensiyalarının artımının inflyasiyanı bir neçə dəfə üstələyəcəyi deməkdir.

Pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması təsir edir. Belə ki, minimum pensiya məbləği əmək pensiyalarının bu göstəricidən az olmamasını nəzərdə tutur.

Pensiyaların minimum məbləği sonuncu dəfə 2023-cü ilin fevralın 1-də artıb və 280 manata çatdırılıb. Minimum məbləğ “Əmək pensiyaları haqqında” Qanuna dəyişiliklik edilməklə artırılır. Lakin yaxın müddətdə minimum pensiya məbləğinin artırılcağı barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti