DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.

İdarədən verilən məlumata görə, müraciətdə deyilir:

"Bir çox hallarda avtomobil sahibləri avtoyuma və ya təmir məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını işçilərə etibar edir, lakin əmlakın sonrakı aqibətindən xəbərsiz olurlar.

Bəzən belə yanaşmalar məntəqədə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan şəxslərə nəqliyyat vasitələrindən qanunsuz istifadə fürsəti verir ki, bu da sonda insanların həlak olması, yaralanması, yaxud maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin, oğurluqların, əmlakdan sui-istifadə hallarının baş verməsinə real zəmin yaradır.

Bununla yanaşı, xidmət göstərməli olduqları avtomobildən istifadə etməklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər məsuliyyətə cəlb edilərkən hüquqazidd əməlin törədilməsində alət və ya bilavasitə obyekt olmuş nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul edilir ki, bu da əmlak sahibi üçün əlavə problemlər deməkdir.

Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin.

Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

Bu barədə nazirlikdən məlumat verilib.

Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.

Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.

Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.

PULLU HƏRBİ XİDMƏT: Niyə olmaz?.. - İNCƏLƏMƏ

Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ (pullu) modelin yaradılmasını təklif edib. Hazırda müddətli həqiqi hərbi xidmət 1 il 6 ay, ali təhsilli vətəndaşlar üçün 1 il müddət təşkil edir. Onun təklifi belədir ki, bundan sonra kim pul ödəyəcəksə, 2 və ya 6 ay müddətində hərbi xidmət keçməlidir. Ödənişli və qısamüddətli hərbi xidmətin dövlət büdcəsinə böyük gəlirlər gətirəcəyini bildirən E.Allahverdiyevin belə bir təkliflə çıxış etməsi təəccüblü deyil, çünki adam biznesmendir, menecer təfəkkürlüdür, həm də ölkənin məşhur “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. O, əslində pul müqabilində hərbi mükələfiyyətdən yayınmağı təklif edir. E.Allahverdiyev hesab edir ki, hazırkı hərbi xidmət müddəti gənclərin təhsil karyerasına, insan kapitalının formalaşdırılmasına mane olur və qarşıda Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi var, həm də bu amilə görə alternativ hərbi xidmət modelinə keçid daha məqsədəuyğundur.
Şübhəsiz ki, E.Allahverdiyevin təklifi öz təşəbbüsü deyil. Bu təklif ideoloji və dövlətçilik prinsipləri ilə daban-dabana ziddir.
BİRİNCİSİ, bu təklif qəbul edilərsə, yeni korrupsiya kanalı açılmış olacaq. Nəticədə büdcə qazanacaq, xalq isə borclanacaq. İlk baxışndan belə anlaşılır ki, ödənişli hərbi xidmət üçün tələb edilən məbləği yalnız varlı ailələr ödəyə biləcək. Bu, şəksizdir. Amma kasıb ailələr də bir neçə il öncədən pul yığmağa, banklardan yüksək faizli kreditlər götürməyə, ayrı-ayrı şəxslərdən faizlə pul almağa məcbur olacaq. Dövlət büdcəsi qazanacaq deyə, xalqı borcalandırmağı doğru addım hesab etmirəm. Çünki dövlətin əsas funskiyalarından biri xalqı qorumaq və onun həyat şəraitini yaxşılaşdırmaqdır.
İKİNCİSİ, E.Allahverdiyevin təklifi gələcəkdə Azərbaycan odusunu ikinci plana keçirmək məqsədi güdür. Sanki belə anlaşılır ki, Ermənistanla sülh müqaviləsi imzalanandan sonra ölkədə məcburi hərbi xidmətə və orduya ehtiyac qalmayacaq. Amma unudur ki, Ermənistanla müharibə bundan sonra da davam edəcək, sülh müqaviləsi bağlansa da, iki ölkə arasındakı problem 20,30,50 il sonra yenidən alovlanacaq. Bu, bizim taleyimizdir. Biz qonşu ölkələrlə gələcəkdə nə gözləyir, onu da bil(m)irik. Güclü ordu və güclü iqtisadiyyat prinsipini heç bir halda arxa plana keçirmək olmaz. Digər tərəfdən, Azərbaycanın gələcək hədəfləri, yerləşdiyi coğrafi mövqe, 3 nəhəng imperiya ilə qonşu olması, Qərblə Şərq arasında əhəmiyyətli körpü rolunu oynaması Ordumuzun böyüməsini, məcburi hərbi xidmətin saxlanılmasını zəruri edir. Hərbi xidmətlə bağlı dövlətin vətəndaşlar üzərində məcburi addımlarının olması mütləqdir. Heç bir halda, bu məsələyə pul, ödəniş amilini yeritmək olmaz.
ÜÇÜNCÜSÜ, hazırki hərbi xidmətin gənclərin təhsil karyerasına və insan kapitalının formalaşmasına mane olduğunu bildirən E.Abdullayevin düşüncəsindən belə anlaşılır ki, hərbçilərin insan kapitalına heç bir aidiyyatı yoxdur və insan kapitalı deyəndə yalnız xaricdə təhsil alan gənclər nəzərdə tutulur. O, anlamaqda çətinlik çəkir ki, əslində Azərbaycanın ən böyük insan kapitalı məhz hərbçilərdir. II Qarabağ müharibəsi bunu isbatlamış oldu.
DÖRDÜNCÜSÜ, deputat bu təkliflə bağlı Türkiyə modelini önə çəkir. Əvvəla, Türkiyə “Kəbə evi” deyil, orada bütün sahələr üzrə yaradılan təcrübənin Azərbaycanda kor-koranə tətbiqi yolverilməzdir. Digər tərəfdən, Türkiyə modelinin tətbiqi Azərbaycanda ordusunda müxtəlif istiqamətlərdə reallaşdırılıb. Məsələn, komanda briqadaların yaradılması.
BEŞİNCİSİ, 1 il 6 ay və 1 illik hərbi xidmət heç bir əsgəri peşəkarA çevirmir. Bu müddət hərbi sahə ilə tanışlıqdır. İndi pul müqabilində bu müddətin daha da azaldılması hərbi sahə ilə tanışlıq imknalarını da minimuma endirəcək.
Ən əsası, Azərbaycan qalib dövlətdir, II Qarabağ müharibəsindən sonra yaranan əminlik və arxayınlıq bu dövlətin bundan sonra mülkiləşdirilməsinə imkan verməməlidir. Dövlət, əksər strukturlar hərbiləşdirilməlidir. Xaricdə təhsilin əsas fazasını hərbi təhsil faktoru təşkil etməlidir. Dövlətə menecerlər də lazımdır, amma gənclərin Qərb ölkələrində kütləvi şəkildə menecment təhsili alması ölkəni fəlakətə sürükləyir.
Heç bir halda şübhə etmirəm ki, bu təklifin irəli sürülməsi təkcə daxili faktorla bağlı deyil, bu məsələdə xarici faktor da var və dirəniş hiss olunur. Uzun illərdir alternativ hərbi xidmət modeli müzakirə olunsa da, əhəmiyyət yükü də az idi. Bundan sonra bu təklifin aktiv fazaya daxil olması təhlükəlidir. Alternativ hərbi modelin tətbiqi cəzbedici görünsə də, taktiki yanaşmadır.
Ümumiyyətlə, ölkədə həll olunmalı minlərlə problem var, yaxşı olar ki, bu problemlərin həlli ilə məşğul olsunlar. Məsələn, narkotik maddələrin dövriyyəsi pik həddə çatıb, Penitensiar Xidmətdə məhbusların hüquqları kobud şəkildə pozulur, orada hər ay milyonlarla yeyinti həyata keçirilir, məhbusların bərbad yaşam şəraiti hələ də kosmetik üsullarla ört-basdır edilir, regionlarda işsizlik hökm sürür,məhkəmələr pulsuz qərar çıxarmır, kriminal durumun səviyyəsi günbəgün artır, hər gün ölkədə 60 ailə boşanır və s.
Çox təəssüf ki, gənc kadrların əksəriyyətinin başı pul qazanmaq istiqamətində işləyir, onların heç biri ideoloji yanaşma sərgiləyə bilmirlər. Özlərinə, şirkətlərinə və büdcəyə pul qazandırmaq üçün hər cür təklifi səsləndirməyə hazırdırlar. Varlı ailənin övladları başqa nə cür düşünə bilərlər ki...
Ourduda islahatların aparılmasının tərəfdarıyam. Daha peşəkar ordu formalaşdırmaq lazımdır, kəmiyyət yox, keyfiyyət önə çəilməlidir. Amma pul qazanmaq naminə də kəmiyyəti aşağı salmaq olmaz. Bu, əlavə problemlər yaradacaq.

Samir Feyruzov

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “Ölkə.az”a verilən məlumata görə, Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

“Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur.

Hazırki artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.

Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır”, - məlumatda qeyd edilib.

İşğaldan azad olunan Ağdərə rayonundan yeni görüntülər paylaşılıb.

Sözügedən kadrlar AZTV-nin efirində yayımlanıb.

Görüntülərdə Ağdam-Ağdərə-Kəlbəcər avtomobil yolunu, yaşayış evlərini görmək mümkündür.

Həmin görüntüləri təqdim edirik:

Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”

“Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan Prezidenti İlham Əiyev Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqu qəbul etmişdir. PAİ Baş katibinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına öz təbriklərini çatdırması Qərbin son vaxtlar yaşanan məlum gərginliklərə rəğmən, ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini düzgün qiymətləndirdiyini deməyə əsas verir. Azərbaycan isə, hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Bu vacib məqam Prezident İlham Əliyevin qəbul zamanı etdiyi çıxışında bir daha aydın şəkildə öz əksini tapıb”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, ölkəmiz məhz sülh və inkişaf tərəfdarı olduğundan 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edib və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. “Təəssüflər olsun ki, Ermənistan bu təklifə adekvat cavab vermədi. Son dövrlərdə cərəyan edən hadisələr isə belə deməyə əsas verir ki, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqe tutmasının əsas səbəblərindən biri də məhz bəzi Avropa ölkələrinin bilavasitə təsiri və təhriki olub. Xüsusilə Fransanın bu məsələlərə müdaxiləsi iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşmasına qətiyyən xidmət etmir. Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar isə bu ölkənin Cənubi Qafqaz regionunda aparıcı mövqelərə sahib olmaq siyasətinin reallaşdırılması məqsədini güdür. Lakin bu regionda Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd heç bir siyasət həyata keçirilə bilməz. Möhtərəm cənab Prezidentimiz bunu bütün beynəlxalq platformalardan dəfələrlə bəyan edib və dövlət başçımızın dediyi bütün sözlər də hər dəfə atılan real əməli addımlarla, görülən effektiv tədbirlərlə öz təsdiqini tapıb.”

K.Qafarov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflərin atmalı olduğu addımların Prezident İlham Əliyev tərəfindən qeyd olunması, ölkəmizin münasibətlərin normallaşmasında maraqlı olduğunu bir daha təsdiq edir: “Hər zaman olduğu kimi, dövlət başçımızın bu çıxışında da obyektiv açıqlamalar və konstruktiv təkliflər yer almışdır. Azərbaycan ilə Ermənistan sərhəddində artıq uzun müddətdir ki, sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Sadəcə bunun üçün bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyev öz çıxışında belə bir məqamı da vurğuladı ki, iki ölkə arasında dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən dəyişikliklər edilməlidir. Çünki bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Bu baxımdan Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib” .

Son günlər buraxılış ili köhnə olan maşınların utilizasiyası gündəmdədir. Lakin bəzi kateqoriyalı avtomobillər var ki, onların utilizasiyaya verilib-verilməyəcəyi bir çoxları tərəfindən naməlumdur.

Əsasən buraxılış ili olduqca köhnə olan və xüsusi avtomobil həvəsakarları tərəfindən restavrasiyası üçün yüksək xərclərin qoyulduğu retro maşınların aqibətinin necə olacağı olduqca maraqlıdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənov Yenisabah.az-a danışıb. Ekspert retro maşınlarla bağlı utilizasiyanın təqdim olunmadığını deyib.

“Retro avtomobillər ehtiyat maşınlar sayılır və onlara utilizasiya təqdim olunmur. Bu tip maşınların gömrük rüsumları da fərqlidir. Gömrük kalkulyatorunda yük maşınları, xüsusi mexanizmə malik avtomobillər və bu tip avtomobillər də ulitizasiyaya təqdim edilmir.

Əgər könüllü formada avtomobil sahibi öz nəqliyyat vasitəsini dəyişmək istəsə, ancaq o zaman kalkulyatorda utilizasiya məbləği hesablanacaq”.

Azərbaycanda taksi qiymətləri bahalaşdı.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən artım taksi xidməti ilə məşğul olan şirkətlərdən biri "UBER"-də qeydə alınıb.

Belə ki, artıq xidmət istifadəçilərindən gediş haqqından əlavə xidmət haqqı alınır.

"Hər gedişə 0,1 manat xidmət haqqı əlavə olunub. Bu, xidməti saxlamaq və inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödənişdir", - xidmətin mobil tətbiqində bildiriş edilib.

Ramidə İbrahimova: Qalib Prezidentimizin xalqa arxalanan siyasəti

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru cənab Nazim Eynallı - Bütün seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram. Xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın xoşbəxt gələcəyinə - ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər. Ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanı dünya arenasında uğurlu və qalıb dövlət səviyyəsinə ucaldan, dünyaçaplı siyasi lider, möhtərəm, Cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının iftixarı və qürur mənbəyidir. İlham Əliyev İkinci Vətən savaşını və 24 saatlıq antiteror əməliyyatını zəfərlə başa çatdırmaqla Azərbaycanda, regionda və Dünyada erməni mifinə ağır və sarsıdıcı zərbələr vurdu və Dünyanın ən ciddi problemlərindən olan Qarabağda erməni separatizmini ləğv etməklə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.Müstəqillik qazanıldıqdan sonra bütövləşmiş Azərbaycan Respublikasında erməni işğalı nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən soydaşlarımız ilk dəfə olaraq doğma yurdlarında seçkilərdə iştrak etmək imkanı qazanmışdır. Bu, xəyalların gerçəyə çevrilməsinin müəllifi cənab İlham Əliyevdir.
Ölkə başçımız İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin nüfuzu Beynəlxalq səviyyədə güclənmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Bütün liderlilik xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək intellekti, dərin analitik istedadı, mahir diplomatlıq bacarığı, unikal idarəçilik keyfiyyətləri İlham Əliyevi liderlik etolonuna qədər yüksəltmişdir.
Adil Əliyev: Zəfər imzalı qüdrətli Lider

İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir və bu istiqamətdə əsaslı tədbirlər görülməkdədir. Ötən il həmin ərazilərdə 100 min hektara yaxın sahədə kənd təsərrüfatı məhsulları əkilib-becərilmişdir. Sahələr minalardan təmizləndikdən, insan həyatının təhlükəsizliyi hərtərəfli təmin olunduqdan sonra həmin ərazilərdə bol pambıq, taxıl, üzüm, barama, meyvə məhsulu əldə etmək, heyvandarlığı inkişaf etdirmək mümkün olacaqdır.
İqtisadiyyatı inkişaf etdirmək, müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirmək, ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq, beynəlxalq aləmlə əlaqələri genişləndirmək, regionda sülh və əmin-amanlığı təmin etmək, etibarlı dostlar və tərəfdaşlar qazanmaq Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.
Azərbaycan bu gün dünyaya açılan bir qapıdır. Bu qapıdan dost kimi keçənlər üzüağ, xəyanətə əl atanlar, ölkəmizin imicinə kölgə salanlar isə başıqapazlıdırlar. Prezident sözünə sadiqdir və bunu əməli fəaliyyəti ilə sübut edir. O, Qarabağ Zəfəri, erməni separatçılarının kökünü ərazilərimizdən kəsməklə adını xalqımızın tarixinə əbədi həkk etdirib və Azərbaycan tarixində əbədi ömür qazanıb. Məhz Azərbaycanın dünyaya açıldığı və beynəlxalq aləmdə nüfuz qazanıb söz sahibi olduğu bir vaxtda cənab İlham Əliyev Prezident seçkilərinə gedir. “Sözümüz imzamızdır!” kəlamını örnək hesab edən və sözünün əsl sahibi olan Prezidentimizin 20 illik fəaliyyəti, xalqının xoşbəxtliyi, Vətəninin azadlığı, ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər göstərir ki, cənab İlham Əliyev bu illər ərzində mükəmməl bir dövlət başçısı nümunəsinə çevrilib.Xalq öz rəhbərini sevir, dəstəkləyir və qiymətləndirir. Çünki dövlət başçısı daim öz xalqı ilə birlikdədir, bütün vətəndaşlarına qayğı göstərir, dəstək verir, arzularını, istəklərini həqiqətə qovuşdurur. Azərbaycanı qarşıda çox mühüm seçki kampaniyası gözləyir. 7 fevral Prezident seçkiləri ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Seçkilərin keçirilməsi beynəlxalq normalara və dünya ölkələrinin təcrübəsinə uyğundur. Əvvəlki seçkilərdən fərqli olaraq hazırda işğaldan azad olunmuş ərazilərdə seçki dairələri və məntəqələri yaradılmışdır.
Seçkidə cənab İlham Əliyevin qalib olacağı şübhəsizdir. Çünki cənab İlham Əliyev əsir torpaqlarımızın, el-obalarımızın xilaskarı, niskilli ana-bacılarımızın ümidi, inamı, hər bir vətəndaşın dayağıdır. Bunu hər bir insan görür, duyur və öz taleyində hiss edir.
Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaçlıq borcudur.
Sizi 07 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səs verməyə dəvət edirəm.

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.

1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.

Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.

Xəbər lenti