Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

Mehman Qəhrəmanov - Azərbaycanın tarixində yeni dövr başlayıb. Fevralın 7-də keçirilmiş prezident seçkiləri bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Prezident seçkilərinin ilk dəfədir müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi tarixi hadisədir. Məhz bu səbəbdən də, budəfəki seçkilər cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirilir.

Seçkilərin nəticələri torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyevə xalqımızın sonsuz inam və etimadının ifadəsi idi. 2003-cü ildə ilk dəfə Prezident seçiləndə cənab İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu dövrdə Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. 2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. 2 ildən sonra Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

7 fevralda Prezidentimiz İlham Əliyevin Xankəndində səs verməsi isə rəmzi məna daşıyır. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı büllütün erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr, gələcək hədəflər barədə ətraflı bəhs etdi. Əminik ki, dövlət başçısının liderliyi ilə qarşıda duran vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək. Son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Prezident İlham Əliyev qurucu Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını növbəti dəfə fevralın 7-də keçirilən prezident seçkilərində ifadə etdi və Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi.

Beləliklə, seçkilərin nəticələrində Xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir. Bu birlik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırış ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi. 7 fevral seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi.

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələrdən bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizin bərpasını xüsusi vurğuladı. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla getdiyini deyən Prezident İlham Əliyev bildirib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərimiz tezliklə cənnətə çevriləcək.

Qarşıdakı hədəflər sırasında türk dövlətlərinin birliyinin gücləndirilməsi də xüsusi yer tutur. Bununla bağlı Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirlməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizi başçısı bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Xalqımız inanır ki, Prezident İlham Əliyev qarşıya qoyulan yeni hədəflərə çataraq dövlətimizə yeni zəfərlər qazandıracaq.

Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

Eldar Məmmədov Ələddin oğlu - “Müasir müstəqil Azərbaycanın həyatında yeni tarixi mərhələ başlayıb. Fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev parlaq qələbə qazandı. Xalqımız bu seçkilərdə çox yüksək əhval-ruhiyyə ilə iştirak edərək Heydər Əliyev siyasətinin davamına, Prezident İlham Əliyevin liderliyi ilə yeni qələbələrə səs verdi. Ən önəmli məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi”.

Son 20 ilin mənzərəsi dövlət başçısının verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyir. Ölkə iqtisadiyyatında və sosial sahədə uğurlar qazanıldı. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edilməsi ölkəmizin dünya miqyasındakı artan nüfuzunun göstəricisidir. Qarşıdakı əsas hədəflərdən biri isə türk dövlətləri ilə birliyi daha da gücləndirməkdir. Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrında Qarabağda erməni separatizminin kökünün kəsilməsi ilə suverenliyimizin təmin olunması təşkil edir. Öz lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi.

Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bu məqamları vurğuladı. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Müəyyən beynəlxalq dairələr bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlıdır. Ona görə də, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Prezidentimiz İlham Əliyevin Xankəndində səs verməsi isə rəmzi məna daşıyırdı. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi. Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı andiçmə mərasimində gələcək hədəflərlə bağlı prioritetləri açıqladı. Milli maraqlarımıza uyğun olaraq daxili və xarici siyasətin davam etdirilməsi, təhlükəsizliyimizin təmin olunması məqsədilə ordumuzun daha da gücləndirilməsi, əhalinin sosial rifahının artırılması, iqtisadiyyatın inkişafı və s. prioritetlər sırasındadır. Ən əsas məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Məlumdur ki, Ermənistan təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizi xarabalığa çevirib, burada qanunsuz iqtisadi fəaliyyət həyata keçirib və sərvətlərimizi talayıb. Qarşı tərəf hesab edirdi ki, Azərbaycan həmin əraziləri bərpa edib məskunlaşdıra bilməyəcək və yaxud buna onilliklər lazım gələcək. Ancaq qalib Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi indiki starateji mərhələdə ölkəmizin beş milli prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan azad edilmiş ərazilərin məskunlaşdırılmasını tez və layiqli şəkildə həyata keçirmək əzmindədir.

Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 5 mindən çox keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı. Avqust ayında Füzuli şəhərinə və Zabux kəndinə soydaşlarımızın köçü baş tutdu. Ötən il Müstəqillik Günündə Laçın şəhərinə keçmiş məcburi köçkünlər qayıtdılar.

Bundan əvvəl isə ilk olaraq Ağalı kəndində məskunlaşdırma həyata keçirilib. Prezident İlham Əliyev andiçmə mərasimində deyib ki, önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla getdiyini bildirən Prezident İlham Əliyev bildirib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. “Beləliklə, yeni mərhələdə Azərbaycanı yeni-yeni nailiyyətlər gözləyir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin yeni zəfərlər qazanacağına birmənalı olaraq inanır”.

Paytaxtın Xətai rayonunda bir ailənin 5 üzvünün qətlə yetirilməsində təqsirləndirilən Əhməd Əhmədovun taksi faəliyyəti ilə məşğul olması barədə məlumatlar cəmiyyətdə narahatlıq doğurub.
Artıq bir neçə gündürbuna görə vətəndaşlar sosial şəbəkələrdə taksiyə minməyə qorxduqlarını deyirlər. Buna səbəb olan əsas amillərdən biri də polisin keçirdiyi tədbirlər nəticəsində narkotik istifadəçisi olan taksi sürücülərinin saxlanılmasıdır.

Vətəndaşlar yaranmış vəziyyətdən sonra taksi sürücülərinin tibbi yoxlamalardan keçirilməsinin zərururliyini vurğulayırlar.

Bu gün isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin (AYNA) taksi şirkətlərinə sürücülərin narkoloji testdən keçirilməsi barədə tapşırıq verməsi bardə məlumatlar yayılıb.

Mövzu ilə bağlı AYNA-dan Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:

“Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar.
Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Bundan başqa, hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər.

Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər.
Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər.

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.

Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq.

Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq".

Qəza zamanı yol təsərrüfatına ziyan dəyib

Yol-xeber.az" xəbər verir ki,  Bu gün səhər saatlarında  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yük maşını idarəetmədən çıxaraq  beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qəza zamanı yol təsərrüfatına ziyan dəyib
Qəza zamanı yol təsərrüfatına ziyan dəyib
Qəza zamanı yol təsərrüfatına ziyan dəyib

Fevralın 17-də ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.ğ Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Bakıda ictimai nəqliyyatdan istifadə edənlər üçün sürət qatarları ən optimal nəqliyyat növünə çevrilib.

Sərnişin səhər və axşam saatlarında sürət qatarın istifadə edərək mənzil başına rahat və vaxtında çata bilirlər.

Hazırda sürət qatarından istifadə bütün qəsəbə sakinləri üçün əlçatan deyil. Belə ki, Bakı ətrafında yaşayan sakinlər bəlli stansiyalardan istifadə edərək sürət qatarından istifadə edə bilirlər. Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə elektrik qatarlar buna bariz nümunədir.

Gələcək günlərdə digər qəsəbələrin sakinləri üçün də sürət qatarından istifadənin əlçatan olub-olmayacağı ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sorğu göndərdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, bir çox qəsəbə sakinləri yaxın illərdə istəklərinə çatacaqlar:

"Bakı şəhərinin Baş planına əsasən 2027-ci ilin sonunadək Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndivə Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, eləcə də Zabrat-Maştağa-Zaqulba dəhlizinin yaradılması nəzərdə tutulur".

Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy olacaq.

Bununla bağlı görüntülər Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.

Kənd sakinləri fevralın 17-si baş tutacaq toy mərasimi ilə bağlı sevinclərini bölüşüblər.

Daha ətraflı videoda:

Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.

Kamaləddin Qafarov: “Azərbaycanın şanlı tarixinin yeni dövrü başlayır ”

“Bu ilin fevral ayından etibarən Azərbaycan faktiki olaraq öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimini bu tarixi keçidi rəsmiləşdirən hadisə kimi qeyd edə bilərik. Möhtərəm dövlət başçımız andiçmə mərasimində söylədiyi nitqində birmənalı olaraq bildirdi ki, qədəm qoyduğumuz bu yeni dövrdə Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri xarici siyasət istiqamətində yeni perspektivlərin açılmasıdır.”

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

Deputat bildirib ki, Qarabağ məsələsinin tam və birdəfəlik həllindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlər hələ də gündəmdə durur. “Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin önəmini həddindən artıq şişirtməyə, ona beynəlxalq gündəm statusu verməyə heç bir lüzum yoxdur. Əgər rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamağın, ilk növbədə, məhz Ermənistanın xeyrinə olduğunu anlamaq istəmirsə, bu onların öz problemidir. Azərbaycan öz işini görüb, torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Dövlət başçımızın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Ağdərədə və azad edilmiş digər rayon və bölgələrimizdə qaldırdığı Azərbaycan bayrağı, ötən il Xankəndidə keçirilən hərbi parad və son nöqtə olaraq cənab Prezident İlham Əliyevin bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu və bir daha belə bir problemin yenidən hansısa qüvvələr tərəfindən yaradıla biləcəyinin mümkünsüzlüyünü deməyə tam əsas verir.”

K.Qafarov Prezident İlham Əliyevin öz nitqində Azərbaycanın xarici əlaqələrinin əsas inkişaf istiqamətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan 2003-cü ildən bu günə qədər digər sahələrdə olduğu kimi, beynəlxalq münasibətlərin qurulmasında da böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi və güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi kimi amillər üzərində qurulmuş mükəmməl xarici siyasət kursu Azərbaycanı, sözün əsl mənasında, dünya birliyinin nüfuzlu üzvünə çevirib. Dövlət başçımızın dediyi kimi, əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”.

Deputatın fikrincə, bütün bu mütərəqqi göstəricilərin fonunda dünyada və Avropada Azərbaycanın uğurları ilə barışmaq istəməyən, ölkəmizi zəif, asılı görmək istəyən qüvvələr də az deyil. “Öz nitqində bu məsələyə toxunan dövlət başçımız bir daha bildirdi ki, bu gün bəzi ölkələr beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürməyə və beynəlxalq ictimaiyyət adından danışmağa çalışırlar. Lakin bir və ya bir neçə ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Yuxarıda qeyd olunan rəqəmlər də ən bariz şəkildə sübut edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin ölkəmizin bundan sonra beynəlxalq təşkilatlarla bağlı atacağı addımlar barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir. Dövlət başçısı birmənalı olaraq bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdirilməsi əsas prioritet olaraq qalacaq. Çünki bizim ailəmiz məhz Türk dünyasıdır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, öz fikirlərini açıq və birmənalı şəkildə ifadə edərək vurğuladı ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və dövlətimizin xarici siyasətinin prioritet istiqaməti də məhz Türk Dövlətləri Təşkilatını bundan sonra daha da gücləndirməkdir. Həqiqətən də böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, artan əhaliyə malik olan və ən əsası, eyni soydan, kökdən olan xalqların daxil olan olduğu Türk Dövlətləri Təşkilatı kimi ikinci güclü birlik dünyada yoxdur. Məhz buna görə də bu təşkilatın qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmağın vacibliyi bütün üzv ölkələrin xarici siyasətində prioritet istiqamət olmalıdır”.

Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

Fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.

Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək.

Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.

Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.

Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Xəbər lenti